Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə73/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   69   70   71   72   73   74   75   76   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

226 


O r x a n   – 

İsmət, onun heç bir mənası 

yoxdur. 

Üzük, nişan yalnız könüldür, könül... 

Olma cocuq, sən gəl mənə ver könül. 

Allah, allah, yenə çatıldı qaşlar, 

Dəhşət verir qartalvari baxışlar. 

Söylə, fikrin nədir, cavab ver, İsmət! 

 

İ s m ə t   –  



Artıq yetər, allah üçün  

çəkil get, 

Hörmətin, izzətin, varın, şöhrətin, 

Nəslin, nəcabətin, gücün, qüdrətin 

Həp sənin olsun, get, çəkil get,  

Orxan! 

Bən ayrılmam o yoxsul Qanpoladdan, 

Bütün dünya alt-üst olub dağılsa, 

Ondan başqa sevgilim yoxdur əsla. 

 

Bu sadəlik, təbiilik “Ana”da bütün surətlərin dilində aydın 



görünürdü. 

Bütün bunlarla bərabər, “Ana”da tiplərin dilində qismən sü-

nilik, qeyri-təbiilik də vardı. Bu da təsadüfi  deyildir. Bunun iki 

mühüm səbəbi var idi. Birinci səbəb bu idi ki, Cavid romantik 

üslubda yazdığı ilk dramlarında (istər  şeir ilə, istərsə  də  nəsr ilə 

yazılmış dramlarında) realist dram dili qanunlarının əksinə olaraq 

bütün tipləri bir dildə, müəllifin dilində danışdırmışdır. “Ana” da 

bu ruhda yazılmışdı.  Şair bəzən son dərəcə sadə dildə, bəzən də 

əksinə, həddindən ziyadə  qəliz, çətin bir dildə,  şeirlər yazdığı 

kimi, bu ilk dramlarında öz tiplərini gah son dərəcə sadə, danışıq 

dilində, gah da çətin, dəbdəbəli bir dildə danışırdırırdı. Bu səbəb-

dən “Ana”da hətta eyni bir tipin danışığında dil, üslub ziddiyyəti 

çox aydın şəkildə nəzərə çarpırdı. 



Úàâèäè õàòûðëàðêÿí 

227 


Cavidin 1910-cu ilə  qədər klassik şeir üslubunda yazmış 

olduğu  şeirlərinin dilini ağırlaşdıran fars-ərəb tərkiblərinin çox-

luğu 1910-cu ildən sonra yazılmış  əsərlərinin dilində başlıca bir 

keyfiyyət kəsb edir, canlı dildə artıq unudulmuş, yaxud, çox nadir 

hallarda bəzən dialektlərdə təsadüf edilən, qismən fel

*

, qismən də 



say,  əvəzlik və  zərf kateqoriyalarından olan “çırpınıyor”, 

“yüksəliyor”, “iştə”, “nereyə”, “nasıl”, “dersen”, “derki”, 

“sağın”

*

, “həp”, “kəndi”, “pəki” kimi sözlərin işlədilməsi idi. Mə-



lumdur ki, bu sözlər klassik Azərbaycan şeirində vaxtilə işlənmiş-

di. Biz Xətainin, Nəsiminin, Füzulinin əsərlərində  də bu sözlərə 

təsadüf edirik. Lakin Cavid bu sözləri arxaik sözlər kimi işlət-

mirdi. Bu, türk dilinin təsirindən irəli gəlirdi. Cavid tamamilə 

səhv olaraq belə hesab edirdi ki, türk ədəbi və canlı dilində 

yaşadığı kimi Azərbaycan  ədəbi dilində  də bu kateqoriyaları 

saxlamaq, yaşatmaq lazımdır. Müasir Azərbaycan dilinin inkişaf 

prosesi isə bu mülahizənin  əleyhinə idi. Bu səhvini  şair çox 

sonralar dərk etməyə başladı,  əvvəlləri isə o, Azərbaycan  şeir 

dilini türk ədəbi dilinə yaxınlaşdırmağa çox səy göstərirdi. Hətta 

şair bəzən, 1912-ci ildə yazdığı “Maral” faciəsində olduğu kimi, 

dil cəhətindən Türkiyə yazıçıları ilə “bəhsə” girirdi. Çox qiymətli 

məzmuna malik olan “Maral” faciəsi dil nöqteyi-nəzərindən 

Azərbaycan həyatı haqqında türk ədəbi dilində yazılmış bir əsər 

idi. Osmanlı  ədəbi dilini təqlid etməsi Cavidin dilinə  əsəblərə 

toxunacaq qədər aydın hiss edilən bir sünilik gətirirdi. Lakin biz 

Cavidin “Maral”dan sonra yazdığı  şeirlərdə  və  mənzum dram-

larda türk-osmanlı dili təsirinin tədricən zəiflədiyini görürük. 

1914-1917-ci illər arasında yazılmış şeirlərdə olduğu kimi: 

 

Bahar, bahar gəlmiş, yenə ilk bahar; 



Güllər, çiçəklər gülər, quşlar oynar. 

Göyün altun saçlı qızı nur saçar, 

                                                 

*

 Feil – tərtibçi. 



*

 Əslində “saqın”. – Tərtibçi. 




Úàâèäè õàòûðëàðêÿí 

228 


İnsanların tutqun könlünü açar. 

Dağlar, çəmənlər geyinmiş al-yaşıl, 

Yerlər, göylər parıldar işıl-işıl. 

 

Cavidin özünəməxsus olan tam orijinal şeir dili və üslub 



xüsusiyyətləri “Şeyx Sənan” faciəsi ilə başlayır.  Bu  da  təsadüfi 

deyildir. Məlumdur ki, hər hansı bir sənətkarla dil, üslub xüsu-

siyyətlərinin təkmilləşməsi, yeniləşməsi janr müxtəlifliyindən də 

çox asılı olur. Əgər dram sahəsində ilk qələm təcrübələrindən 

olan “Ana” nəzərə alınmazsa, “Şeyx Sənan”a qədər Cavid əsasən 

lirik, liro-epik əsərlərin müəllifi idi. Nəsr ilə yazılmış “Maral” 

faciəsi isə məzmunca nə qədər qiymətli olsa da, dil, üslub cəhə-

tindən heç bir yeniliyə malik deyildi. Yeri gəlmişkən demək 

lazımdır ki, dil, üslub cəhətindən Cavidin sənətkarlığı daha çox 

mənzum dramlarında meydana çıxır.  



“Şeyx Sənan” müəllifin yaradıcılığında yüksək  sənətkarlıqla 

yaradılmış birinci mənzum dram idi. Bu faciə həqiqi şeir, poeziya 

dilində, son dərəcə zəngin, emosional dildə yazılmış bir əsər idi. 

Burada cümlə quruluşlarında sərrastlıq, cümlələrin bir-birinə mü-

nasibətlərindəki möhkəm məntiqi əlaqə, axıcılıq, sözə qənaət, yığ-

camlıq, üslubdakı qüvvət, kəskinlik xüsusilə diqqəti cəlb edirdi. 

Yuxarıda dedik ki, Cavid yaradıcılığının birinci dövründə  öz 

əsərlərində iki müxtəlif üslubdan (klassik şeir və şifahi xalq şeiri 

üslubundan) istifadə edib hər iki üslubu müstəqil surətdə yaşat-

mağa çalışırdı. “Şeyx Sənan”da isə bu iki üslubu təbii bir yol ilə 

birləşdirməyə doğru inkişaf edirdi. Faciə əsasən klassik şeir üslu-

bu ruhunda yazılmışdır. Lakin bir dram əsəri kimi konkret janrın 

tələblərindən asılı olaraq burada klassik, ədəbi dil, şeir dili və 

üslubu normaları xüsusən mükalimələrdə canlı danışıq normaları 

ilə birləşirdi. Faciədəki  yeni mənzum dram dili, üslub xüsusiy-

yətləri də  hər  şeydən  əvvəl klassik ədəbi dil normalarının canlı 

danışıq dilinin normaları ilə zənginləşdirilməsi yolunda yaranmış-

dı. Bu xüsusiyyət faciənin birinci səhnəsində  Zəhra,  Əzra,  Şeyx 

Əbuzər arasındakı mükalimədə özünü aydın göstərir. 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə