Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə71/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   67   68   69   70   71   72   73   74   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

220 


əsərlərinin çoxunu şifahi xalq şeiri dili və üslubunda yazan Vaqif

Vidadi, Zakir kimi istedadlı sənətkarlar yetişmişdi. Şeirdə realiz-

mə meyl qüvvətləndikcə,  şifahi xalq şeiri dili və üslubuna olan 

meyl də qüvvətlənirdi. Lakin bu şairlərin, xüsusən Vaqifin və 

Zakirin  şeir dilində, üslubunda bir ikilik, ziddiyyət də var idi. 

Onlar məhəbbət lirikası ruhunda yazdıqları bütün qoşmalarını son 

dərəcə sadə, canlı danışıq dili və üslubuna uyğun bir şəkildə 

yazdıqları halda, qəzəl və məsnəvilərini, onun müxtəlif şəkillərini 

(müxəmməs, müsəddəs, müəşşər, tərkibbənd, tərcibənd, müstəzad 

və sairə...) yenə çətin ənənvi klassik şeir dili və üslubunda  yazır-

dılar. Beləliklə də, eyni bir şairin yaradıcılığında bir-birinə bənzə-

məyən: müxtəlif keyfiyyətli iki dil, üslub əmələ gəlirdi.  

Bu üslub müxtəlifliyi, ikiliyi Zakirin də yaradıcılığı üçün çox 

səciyyəvidir. 

Füzuli dili və üslubu “Leyli və  Məcnun” üslubu təsiri XIX 

əsrin mənzum məktublarında, mənzum hekayə və nağıllarında da 

(Axundovun, Zakirin, Seyid Əzimin mənzumələrində olduğu 

kimi) öz təsirini saxlamışdı.  

1905-ci ildən sonra yeni satirik şeir dili və üslubunun 

yaradıcısı olan Sabir, eyni zamanda ciddi siyasi, ictimai-lirik şeir 

dilinə, üslubuna da müəyyən yeniliklər gətirdi: 

 

Gözlər dəxi qan saçsın,  



Bitsin saçılan yaşlar. 

Ağlar bizə torpaqlar, 

Dağlar, dərələr, daşlar, 

Zinhar edəlim xidmət,  

İnsanlığa, yoldaşlar,  

Qeyrət, a vətəndaşlar! 

Himmət, a vətəndaşlar! 

 

Bununla bərabər, Sabirin də bir çox ciddi lirik şeirlərində 



yenə  də klassik qəzəl, məsnəvi dili və üslubu təsiri aydın görü-

nürdü. Məsələn, onun şeir sənət haqqında çox parlaq fikirlərini 




Úàâèäè õàòûðëàðêÿí 

221 


əks etdirən “Təraneyi-şairanə”, “İstiqbal üçün” şeirlərində olduğu 

kimi. 


Klassik şeir üslubu təsiri yeni əsrin ikinci qüdrətli şairlərindən 

olan Məhəmməd Hadinin şeirlərində  də özünü göstərir. Lakin 

Hadi də bu klassik üslubu müasirləşdirməyə, zənginləşdirməyə 

xüsusi fikir verirdi. 

Beləliklə, yeni əsrin  əvvəllərində hekayə, mənsur dram və 

satirik şeir dili üslubunda böyük dəyişikliklər, yeniliklər yarandığı 

halda, ciddi şeir dili, üslubu, siyasi, ictimai, fəlsəfi lirika, poema, 

mənzum hekayə və sair dil və üslubu hələ ənənəyə çox bağlı idi. 

Hekayə, dram, satirik şeir dili, üslubu geniş kütlələr üçün anla-

şılan bir dil olduğu halda, ciddi şeir dilini ancaq ərəb və farsca 

mükəmməl savadı olan adamlar başa düşə bilərdilər. Ümumiy-

yətlə, şeir dilində və üslubunda olan bu ikiliyi, ziddiyyəti, çətinlik 

və  qəlizliyi aradan qaldırmaq, hekayə  və satirada olduğu kimi

ciddi  şeir dili, üslubunu da sadələşdirmək lazım idi. Yeni dövr 

bunu tələb edirdi. 

Lakin bu vəzifənin öhdəsindən gəlmək bir o qədər də asan 

deyildi. Xüsusən  şeir dili və üslubunun başqa janrlara nisbətən 

müəyyən dərəcədə mühafizəkar olması buna əngəl törədirdi. 

Mütərəqqi romantiklər də bu çətinliyi aradan qaldırmağa çalışır-

dılar. Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət və Hüseyn 

Cavid bu ziddiyyəti dərk etmişdilər. Onlar bir sıra başqa məsə-

lələrdə olduğu kimi, xüsusən dil, üslub və bədii forma məsələsin-

də yenilik yaratmağa ciddi səy göstərirlər. Lakin onların hərəsinə 

məxsus dil, üslub xüsusiyyətləri var idi. Bu şairlərin heç biri 

digərinə bənzəmirdi. Yeni şeir dili və üslubu məsələlərinə müna-

sibətlərində də onları bir-birindən fərqləndirən prinsipial cəhətlər 

var idi. 

Hüseyn Cavid yaracılığının birinci dövrünə (1905-1909) aid 

olan lirik şeirlər göstərir ki, şair bu illərdə həm klassik qəzəl, məs-

nəvi, həm də şifahi xalq şeiri dili və üslubunda əsərlər yazmışdır. 

Başqa sözlə, yuxarıda haqqında bəhs etdiyimiz ənənəvi iki 

üslubluluq Cavidin də yaradıcılığında özünü göstərmişdir. 



Úàâèäè õàòûðëàðêÿí 

222 


Cavidin bizə ancaq bir-iki qəzəli məlumdur. Buna görə  də 

təsadüfi nümunələrə  əsaslanıb qəzəllərinin dil, üslub xüsusiyyət-

lərini şairin mühüm dil üslub xüsusiyyəti saymaq olmaz. Burada 

diqqəti cəlb edən cəhət yalnız ondan ibarətdir ki, Cavid ilk qələm 

təcrübələrini yaradarkən müəllimi  şair Məmmədtağı Sidqi kimi 

qəzəli mümkün qədər sadə dildə yazmağa çalışırdı. 

Dil və üslubda müəyyən dərəcədə sadəliyə meyl, daha dəquq 

deyilsə, mümkün qədər  ərəb və fars tərkiblərindən qaçmaq 

Cavidin yenə yaradıcılığının birinci dövründə yazdığı bir sıra 

dördlüklərdə  də özünü aydın göstərir. Buna misal olaraq üslub 

cəhətdən Vaqifin “Görmədim” müxəmməsini xatırladan “Görmə-

dim” qoşmasını göstərmək olar. 

 

Bilmədim, uydum bu məcnun könlümün  

fəryadına, 

Eşqə dil verdim, bəladan başqa bir  

şey görmədim. 

Ruhi-məcruhum gözəllərdən vəfa  

bəklər yenə, 

Mən hənuz əsla cəfadan başqa bir  

şey görmədim. 

 

Cavid tamamilə  şifahi xalq şeiri dili və üslubunda qoşmalar 



da yazmışdır. Məsələn, “Çoban türküsü” şeirində olduğu kimi: 

 

Açmasın çiçəklər, gülməsin güllər, 



Ötüşməsin şirin dilli bülbüllər. 

Dərdim çoxdur ellər, ellər, ay ellər, 

Yar-yar deyib gecə-gündüz ağlaram. 

 

Şairin bu tipli qoşmalarında çox nadir hallarda çətin sözlərə, 



ifadələrə rast gəlmək olur. Cavid sonralar şifahi xalq şeiri dili və 

üslubunda bir çox mahnılar, şərqilər yaratmışdır. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə