Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə63/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

196 


larıdır. Mürəttiblər kütləsi isə istismarı öz gözləri ilə gördükləri və 

həyatlarında sevdikləri üçün inqilabi qayələrində dönməzdirlər. 

Sonrakı illər göstərdi ki, H.Cavid xırda burjua terrorçuluğuna, 

burjua-millətçi  şüarlara uymadı. Bu illərin siyasi-ictimai hadisə-

ləri o qədər mürəkkəb, o qədər ziddiyyətli idi ki, bir çox xırda 

burjua ziyalıları gələcəyi düzgün təyin edə bilmirdi. Cavidə də elə 

gəlirdi rus çarının devrilməsilə xalqlar azad olacaq, lakin nəticədə 

cəmiyyətdə yaranan hərc-mərclik, müsavat ağalığı, milli qırğın 

onda nifrət və  qəzəb hissi oyatdı.  Şeyx Xiyabaninin Təbrizdə 

çıxardığı “Təcəddüd” adlı qəzetdə H.Cavidin çap etdirdiyi üsyan-

kar şeirlər buna misal ola bilər. Bir az sonra o, Naxçıvana dönür, 

işsiz olduğu üçün qardaşının himayəsində yaşayır. “İblis”  əsəri 

üzərində yenidən işləyir. Bakıda Sovet hökumətinin qurulması 

xəbərini eşidər-eşitməz, uzaq yollarla Bakıya dönür və müəllim-

liyə başlayır. 

Burada bir sual oyanır.  Ədib  Şeydamı, Raufmu? Cavid nə 

Şeydadır, nə də Raufdur. Müəyyən redaksiyalarda Şeyda və Rauf 

kimi yazıçı  və jurnalistlər çox idi. H.Cavid onları bu iki şəxsin 

simasında birləşdirmiş, xüsusilə  Şeydanı romantik planda işlə-

yərək əsərə daxil etmişdir. 

“İblis”  əsərini H.Cavid Birinci dünya imperialist müharibə-

sinin qan püskürən odları içində yazır. Anatol Frans, Romen 

Rollan, Bernard Şou və başqa Avropa ədibləri kimi, H.Cavid də 

imperialist müharibəsinin  əsl mahiyyətini dərk edə bilmir. O da 

başqa yazıçılar kimi müharibəyə qarşı  qəzəb doğurmağa çalışır. 

“İblis” faciəsi bu nifrətin və qəzəbin məhsulu idi. Əgər H.Cavid  

dövrün mütərəqqi qüvvələrinə  əsaslansaydı, müharibənin mahiy-

yətini düzgün anlar, hadisələri daha da konkretləşdirərdi. Doğru-

dur “İblis”dəki hadisələr Türkiyədə cərəyan edir, ancaq H.Cavid 

arzu etdiyi hadisələri alır, arzu etdiyi romantik  obrazları verir, 

müharibənin dəhşətli səhnələrini insanın qorxunc təbiətində mü-

cərrədləşdirərək, romantik yolla həll edir. 

Əsər Bağdad yaxınlığında bir daxmada başlayır. Daxmanın 

bir gözündə İblis, ikinci gözündə isə Mələk dayanmışdır. Hər ikisi 




Úàâèäè õàòûðëàðêÿí 

197 


müharibənin törətdiyi dəhşətlərdən danışır.  İblis bu dəhşətlərin 

səbəbini insanda görür. Mələk isə  İblisi təqsirləndirir ki, o, 

insanları aldadıb bəşəriyyət aləmində fəlakətlər törədir. Daxmada 

yatmış gənc Arif isə gah allahı, gah insanları, gah kitabları, pey-

ğəmbərləri, qanunları, fəlsəfələri, gah da İblisi təqsirləndirir. 

Elxanla bağlı səhnədən belə çıxır ki, bu çəkişmələrin, cinayətlərin 

əsl səbəbi  şeyxlər, keşişlər, xaqanlardır. Lakin əsərin sonunda 

İblis deyilənlərə yekun vuraraq fikrini belə ümumiləşdirir: 

 

Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var: 

Qan püskürən, atəş sovuran kinli krallar, 

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər, 

Altun və qadın düşgünü divanə bəbəklər. 

Min hiylə quran tülkü siyasilər, o hər an 

Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan; 

Onlar, əvət, onlar sizi çeynətməyə kafi

Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi... 

 

Kim haqlıdır? Müharibənin səbəbi nədir? Müqəssir kimdir? 



Faciənin sonuna qədər bu məsələ düzgün mənada həll edilməmiş 

qalır. Doğrudur, İblisin yekununda bəzi həqiqətlər var. Ancaq bu 

həqiqtlər daha çox keçmişdə özünü göstərən  ədalətsiz mühari-

bələrə aiddir. Bir sözlə, imperialist müharibənin iç üzü örtülü qa-

laraq, ona romantik bir izahat verilmişdi.  Əslində bunu da 

H.Caviddən tələb etmək olmazdı. Nəinki H.Cavid, hətta mühari-

bənin ən alovlu mərkəzində olan A.Frans, R.Rollan kimi tənqidi 

realizmin bariz nümayəndələri bu çətin müəammanı aça bilmə-

mişdilər. Yalnız bu zaman İsveçrədə yaşayan böyük V.İ.Lenin 

imperialist müharibəsinin əsl səbəblərini düzgün izah etmişdi ki, 

bundan da H.Cavidin xəbəri yox idi. 

Faciənin qəhrəmanı bir türk gənci, romantik Arifdir. Evləri 

yanmış, atasını, anasını itirmiş, kiçik bir qardaşı ilə qalmış,  ən 

nəhayət onu da itirmiş Arif russoçudur. Russoizm bütün Türki-

yədə yayılmışdı. H.Cavid bu dünyagörüşünü Türkiyədən gəti-



Úàâèäè õàòûðëàðêÿí 

198 


rərək, onu tolstoyçuluqla birləşdirmiş  və bir neçə  əsərində ver-

mişdir. Arif də belə bir ziyalıdır. O, həm də müharibənin dəhşət-

lərindən, həm də şəxsi fəlakətindən uzaqlaşmaq məqsədilə şəhər-

lərə köçərək, guşənişin bir qocanın  şəhərdən kənar daxmasına 

pənah gətirmişdir. Ancaq o burada da mənəvi sakitlik tapa bilmir. 

Yerindən oyanmış  şüur onu bir çox suallar qarşısında qoyur. O, 

vicdan əhli axtarır: “...Varlığı yox, yoxluğu vardan daha dilbər!” 

olan allaha müraciət edir. Əgər o, adilsə, bu vəhşətlərə  nə üçün 

imkan verdiyinə təəccüblənir və həyatda “vicdan rəhbəri yoxdur” 

deyə  şikayətlənir. Allahdan soruşur ki, “bu cinayətlərə, xəyanət-

lərə, səfalətlərə” bir son yoxdurmu? Onun allaha yumşaq şəkildə 

ağ olması təbii idi. Çünki o zamankı Türkiyədə ateist surət yarat-

maq həmin  şərait üçün tipik deyildi. Şübhəsiz, T.Fikrət “Tarixi-

qədim” şeiri ilə tək idi. Rənanın səhnəyə çıxamasına qədər, Arif 

təbiət hadisələrində olduğu kimi, cəmiyyət məsələlərində  də 

idealistdir. Ancaq vicdanı  təmiz, qəlbi təmizdir. Dəhşət və  fəla-

kətlərin düşmənidir. Bu məsələlərdə onu məşğul edən yalnız öz 

xalqının taleyi deyil, bəlkə bütün bəşəriyyətin taleyidir. Arif, türk 

gənclərinin tutulduğu hər bir milli təəssübkeşlikdən uzaq olmaqla 

bərabər, əsərdə inqilabi çevriliş, sinfi mübarizə məsələləri də qo-

yulmadığından, o bu məsələlər haqqında fikrini söyləmir. Lakin 

tarixi nöqteyi-nəzərdən Arif o zamankı Türkiyə üçün konkret və 

tipik obraz idi. 

Əgər Arif, içində yaşadığı ictimai mühitdən narazı isə, onu öz 

arzularına müvafiq şkildə  dəyişdirməyə qüdrəti olmadığı üçün, 

İstambul həyatını  tərk edərək bədəvi bir mühitdə yaşamaq 

qərarına gəlmişdir. Bu onun ictimai zəifliyi demək idi. Doğrudan 

da Arifin arzuları ilə bacarığı arasında ziddiyyət var idi ki, onun 

faciəsinin birinci səbəbi bundan doğur. 

O biri tərəfdən Arif ağıl adamı olmaqdan ziyadə hiss ada-

mıdır. O bütün dünya hadisələrinə hissi və qəlbi ilə yanaşır. Ona 

görə Arif allaha şikayətlənir, göylərə qalxmaq istəyir, görüşlə-

rində mistik ünsürlər hakim kəsilir; feodal-patriarxal aləm içində 

bədbinləşir; həyatı qara boyalarda görür. Lakin onun dərdi və bu 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə