Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə62/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

193 


dən  ən zəkalı bir mütəfəkkir obrazıdır ki, dönüklük, əzmində 

tərəddüd ona yaraşmır.  

“Şeyx Sənan” faciəsinin zəngin səhnə taleyi əsərin qiymətini 

müəyyən edir. Bu faciə indiyə qədər Azərbaycan dram teatrlarının 

repertuarından düşməmişdir. Yalnız bu fakt göstərir ki, “Şeyx 

Sənan” H.Cavidin yaratdığı əsərlərin incilərindəndir.  

Beşpərdəli “Şeyda” faciəsini H.Cavid fevral inqilabı  ərəfə-

sində yazmağa başlamış, inqilab günlərində bitirmişdir.  Əsərin 

mövzusu müasir həyatdan alınmış, bilavasitə inqilab hərəkatı ilə 

bağlıdır.  

“Şeyda”  əsərində o, inqilab hərəkatının böyük bir sahəsini 

deyil, bəlkə kiçicik bir guşəsini təsvir edir. İstismarçı burjua olan 

Məcid  əfəndinin nəşriyyat idarəsi  əslində istismar aləminin real 

bir guşəsidir. Burada çoxlu mürəttib və bir neçə mühərrir var. 

Bunların içində sahibkar Məcid əfəndinin ədalətsiz işlərindən razı 

qalan yoxdur. 

Şeyda  əsərin qəhrəmanı olduğu üçün, ön planda da o veril-

mişdir. Şeydanın fəaliyyət dairəsi əsərdə iki mərhələdə gözə çar-

pır. Birinci mərhələdə Şeyda inqilabi hərəkatla bağlıdır, öz şüuru, 

öz qələmi ilə inqilabi hərəkatın alovlanmasına kömək edir. Hələ 

ilk səhnədən bəlli olur ki, həyatdakı boşluq və  mənasızlıq onu 

boğur. Mürəttiblər Məcid  əfəndinin yırtıcılığından  şikayət edir-

kən, Şeyda onlardan soruşur ki, günah kimdədir? Məcid əfəndidə, 

ya ki ondan insaf, mərhəmət gözləyən sadədillərdə? Özü əlavə 

edir ki: bu dünya çəkişib-çarpışmaq dünyasıdır. Təbii, Məcid 

əfəndi sizin qanınızı sorub-sümürmək istər; fəqət sizdə də himmət 

olmalı,  əldən gəldiyi qədər özünüzü müdafiə etməlisiniz, yoxsa 

insaf, mərhəmət xülyalarilə sürünəcək olsanız, nəticədə zillət və 

səfalətdən başqa bir şeyə nail ola bilməzsiniz. 

Şeyda bu mühakimələrilə  cəmiyyətdə sinfi mübarizə oldu-

ğunu etiraf edir və  əgər fəhlələr birləşib öz haqlarını özləri mü-

dafiə etməzlərsə, aclıq və səfalət içində yaşarlar, deyir. Şeyda öz 

sözünü bir qədər də qüvvətləndirərək bütün dünya fəhlələrinin 

birləşməsindən danışır. O qeyd edir ki, yer üzünü sarmış fəhlələr, 




Úàâèäè õàòûðëàðêÿí 

194 


bütün “füqərayi-kasibə” mürəttibləri kimi düşünsələr, acizlik gös-

tərsələr, bəşəriyyət bir çox əsrlər daha ayaqlar altında  əzilməyə 

məhkum olar. Halbuki bütün orduları silahlandıran, bütün sərma-

yədarları – bütün sahibkarları sərsəmlədən bu aciz sanılan fəhlə-

lər, o qabarlı əllərdir. Bu gün yer üzünün bütün səadət və fəlakəti 

yalnız  əllərə baxır.  Əgər bu əllər bir gün işləməsə, bütün dünya 

hərəkətsiz qalır.  

Şeyda müəllifin özü kimi düşünür, öz müşahidə  və mühaki-

mələrinin nəticəsini söyləyir. Fikirlər düzdür, mürəttiblər arasında 

fəhlə heysiyyətinin qüvvətlənməsinə, inqilabi fikrin möhkəm-

lənməsinə kömək edir. Şeydanın sözləri inqilabi təbliğat idi. O, öz 

qələmi ilə  də inqilabi hərəkatın alovlanmasına kömək edir. Fəh-

lələr arasında yayılmış  şeirləri, fəhlələrin  ən ağır vaxtında marş 

şəklində oxunur: 



Yaş zindanlar yuvamız, 

Fəlakət aşinamız. 

Ordular yıxan qurşun 

Olmuş bizim qidamız. 

 

Arqadaş, göz aç, aman,  

Qalx ölüm yuxusundan. 

Zülmə çox əydin boyun, 

Çox əzildin, qalx, oyan. 

 

Marş mətbəədə elə bir vəlvələ salır ki, Məcid əfəndi dəhşətə 



gəlib, qəzəblənir,  şeirin müəllifi  Şeydanı  nəşriyyatdan qovur və 

deyir: “Bura mətbəəmi, yoxsa inqilab ocağımı?” 

Ən nəhayət  Şeyda öz fikirlərini belə yekunlaşdırır: “Fironu 

qərq edən Musa bir çobandan başqa bir şey deyildi. Lakin 

sarsılmaz bir ruh ilə meydana atıldı. Öylə sarsılmaz bir imperatora 

qalib gəldi. Zöhhakı məhv edən Gavə yoxsul, arxasız bir dəmirçi 

idi. Fəqət atəşli bir qəlblə inqilaba başladı, öylə xunxar, məğrur 

bir hökmdarın taxtını başına çevirdi. Məcid əfəndi kimdir? Yalnız 




Úàâèäè õàòûðëàðêÿí 

195 


o deyil, hətta onu qudurdan qocaman rus çarlığıl elə bu gün, yarın 

yerin dibinə batar”. 

Bu sətirlərdə Musanın terrorçuluğuna bəraət qazandırılsa da, 

son cümlələr göstərir ki, Şeyda çarlığın bu gün-sabah yıxılacağına 

möhkəm inanır. 

İkinci mərhələdə  Şeyda siyasi-ictimai mübarizədən  əl çəkə-

rək, rəssam Maks Müllerin qızı Rozaya Məcnun kimi aşiqdir. 

Onun eşqi romantikcəsinə  həll olunur. Şeyda Rozanı  Əşrəfə 

qısqanır, qısqanclıq onu əsəbi xəstə halına gətirib çıxarır. İşsizlik-

dən ac-yalavac vəziyyətə düşən Şeydanın Roza da, onun anası da 

bəyənmir. Bundan Şeyda ağlını itirir. Şeyda ilə Musanın vəziyyəti 

bir-birinə oxşayır. Yalnız  Şeydanı  çıldıran eşq, Musanı  çılğın-

laşdıran isə aclıqdan qardaşı vərəmli Yusifin, uşaqlarının ölümü-

dür. Dramaturq hər iki surətin taleyini romantik rənglərlə boyayır. 

Fəhlələr çarın yıxılması ilə  əlaqədar olaraq Marselyoza oxuduq-

ları vaxt Şeyda həbsxanada ölür. Musa isə düşməni Məcid əfən-

didən intiqam aldıqdan sonra həbsxanaya düşür; inqilab gün-

lərində həbsxanadan çıxır. 

H.Cavid belə düşünürdü ki, romantik macərasız bədii  əsər 

oxucuya, tamaşaçıya müəllifin istədiyi təsiri buraxa bilməz. Ona 

görə  də  sırf ictimai problemlər üzərində qurulmuş bir faciəyə 

dramaturq romantik macəra  əlavə etmişdir. Bu macəranın  əsərin 

əsl qayəsi ilə  əlaqəsi yox deyil. Burjua Məcid  əfəndi vərəmli 

Yusifi və onun qardaşı, təkəlli Musanı işdən qovursa, oğlu Əşrəf 

və Şeydanın sevgisini əlindən alır.  

Demək olar ki, nə Şeydanı, nə Musanı, nə də Məsudu drama-

turq ideallaşdırmaq istəmir.  Əsərin  əsas bünövrəsini təşkil edən 

inqilabçı mürəttiblər kütləsidir. Mürəttiblər sinfi şüura malik 

olduqları üçün sözlərində, mühakimələrində  mətin adamlardır. 

Dramaturq kütləvi surət yaratmışdır. Məlumdur ki, inqilab ərəfə-

sində çar quruluşu  əleyhinə mübarizə aparan müxtəlif təbəqə 

nümayəndələri arasında müxtəlif görüşlü  şəxslər var idi. Şeyda, 

Rauf, Musa, Yusif, Məsud müxtəlif adamlardır. Bunların əsl bəla-

sı inqilabi hərəkatdan, kommunist təşkilatlatından kənarda qalma-




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə