Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə61/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

190 


görməmək bir səadətdir. Görməmək üçün insan gərək şükür etsin 

ki, zülm yağan aləmdən xəbərdar deyil. Demək ki, aləm bir qütb-

dən tutmuş başqa qütbünə  qədər zülm içində yanmaqdadır. Bu 

mühakimələr H.Cavidin öz qəlbindən doğan mühakimələridir ki, 

mənasız bədbinlik deyil, bəlkə böyük bir həqiqətin etirafıdır. 

Birinci cahan müharibəsinin atəşləri içində kapitalizmin hökmran 

olduğu aləm haqqında romantik şairin bu etirafları hətta mütərəq-

qi məzmun daşıyır,  əsərə mühüm ictimai motiv aşılayır.  Şeyx 

Sənan adi bir eşq məfhumu deyil. Dünya işlərini, ictimai münasi-

bətləri ayır gözlə müşahidə edib, ədalətsizliyi, zülmü ümumiləş-

dirməyə qabil bir düşüncənin zühuru Şeyx Sənan obrazının və 

hadisələrin irəliyə doğru inkişafına təkan olur. Bu təkan onu 

birbaşa Xumarın qarşısına gətirib çıxarır.  Şeyx Sənandan  əvvəl 

Xumara Anton və Simon elani-eşq etmişlər. Xumar anasının 

vəsiyyətinə  əməl edərək, hər ikisinə  rədd cavabı vermişdir. Bu 

məqamda dalğın Şeyx Sənan zahir olur və buradan da faciə başla-

yır.  Şeyx Sənan onu izləyən müridləri qovur, keşişin  şərtlərinə 

müntəzir olur. Axı Şeyx Sənan bu fikirdədir ki: 

 

Bircə həqq, gümlə din də bir... naçar, 

Xəlqi yalnız ayırmış azğınlar, 

Hər kəs uymuş cahanda bir hissə... 

 

Bu zaman keşiş ona şərab içməyi təklif edir. Şeyx içir. 



Keşişin islam dininə zidd olan bütün təkliflərini Şeyx Sənan qəbul 

edir.  Şeyx Sənan tam bir il donuz otarmalıdır. Bu şərtə  Sənan 

razılıq verir. Bu söhbətlər bir tərəfi (şeyxləri) dəhşətə  gətirir, 

ikinci tərəfi heyrətə salır. 

Bundan sonrakı  səhnələrdə donuz çobanı  Sənanın gün-gün-

dən Xumara daha da bağlandığı, eşqi hər şeydən yüksək tutduğu 

üçün insanları bir-birindən ayıran dinlərə nifrət etdiyi təsvir 

olunur. Sənan təəssübkeş  şeyxlərdən başqa hamının rəğbətini 

qazanmışdır. Xüsusilə Özdəmirlə  Oğuz kimi xalq nümayəndə-



Úàâèäè õàòûðëàðêÿí 

191 


lərinin hər həftə ona xurcun dolusu yemək gətirmələri, onu gürcü 

dəlinqanlılarının sui-qəsdindən qorumaları diqqəti cəlb edir. 

Bəzən ağır dəqiqələrdə Sənan allaha da etiraz edir. O deyir: 

 

Məndə yox iştika, fəqət, yarəb! 



Yoxmudur səndə mərhəmət?! Yarəb!.. 

Gəliyor həp bu hiylələr səndən, 

Məni, bilməm, neçin yaratdın sən? 

 

Bütün  şərtləri yerinə yetirdikdən sonra verilən vəd mərdi-



mərdanə pozulduğu vaxt Sənan intihar qərarına gəlir. O, bir də 

rəzalət aləminə enməmək qərarına gəlmişdir. Qaya başında 

rastlaşdığı Dərvişə Sənan deyir ki: 

 

İxtilaf, ixtilafü məzhəbü din... 



Dərviş isə onun fikirlərini belə yekunlaşdırır: 

İştə gördünmü din nələr doğurur? 

Nə bəlalar, nə fitnələr doğurur? 

Din bir olsaydı yer üzündə əgər, 

Daha məsud olurdu cinsi-bəşər. 

 

Dərvişin bir sıra mistik izahatına üsyan edən Şeyx Sənan onu 



qovur. Xumar onu atmır.  Şeyx Sənan müridlərinə  qəti cavabını 

verir: 


Yüksələn məhv olur, fəqət enməz! 

Nuri-həqq daima yanar, sönməz, –  

 

və sonra Xumarla birlikdə özünü uçuruma atır. 



1920-ci ilə  qədər yaratdığı surətlər içərisində H.Cavidin hu-

manist ideallarına ən yaxını Şeyx Sənan ilə gürcü qızı Xumardır. 

Bu surətlərlə dramaturq həyatda hakim olan mövhumata, cəhalətə, 

insanları bir-birindən ayıran dinə, məzhəbə, irqi fərqə, rəzalət 

dünyasına üsyan edir. Bu surətlərin romantik boyalarla ideallaş-

dırılması dramaturqun son qayəsini mücərrədləşdirmir,  əksinə, 




Úàâèäè õàòûðëàðêÿí 

192 


onlara həyat nəfəsi verir. Şeyx Sənan H.Cavidin ruhunda doğan 

intibah hisslərini daha da aydınlaşdırır. Onun dini ehkamlara qarşı 

insan azadlığını, insanın zehni, hissi azadlığını, dini və mistik 

görüşlərə qarşı ümumbəşəri qardaşlıq münasibətlərini tərənnüm 

etməsi surətləri və faciəni həyatiləşdirir, müasirləşdirir.  Şeyx 

Sənan yaltaqlara, ikiüzlülərə  və  cəhalət  əsirlərinə  məxsus olan 

rəzalət aləmində qalmır, məhəbbət aləminə yüksəlir və inanır ki: 

“Nuri-həqq daima yanar, sönməz”. 

Belə bir nikbin inamla ölümün ağuşuna atılan Şeyx Sənanın 

və Xumarın sevgisi rəzalət dünyasının ictimai eybəcərliklərinə 

qarşı çevrilmişdir. H.Cavid onların intiharını, başqa romantiklər 

kimi, səbəbsiz vermir, bəlkə əsaslandırır. Şeyx Sənanın, yüksək-

liyində dayandığı qayanın üç tərəfi uçurum idi. Qayaya gedən 

yolu mistik görüşlü Dərviş kəsmişdi. Sənan onu qovur. Dərvişdən 

sonra həmin yerdə müridlər dəstəsi görünür. Onların arxasınca 

yolu papas tutur, gürcü dəliqanlıları ilə  Şeyx Sənana hücuma 

hazırlaşır. Belə  məqamda  Şeyx Sənanın  əfsanədə olduğu kimi 

geri qayıtması mümkün deyildi. Əfsanədəki  Şeyx Sənan geri 

qayıdır, Rum eli ilə Kəbə arasında ölür. H.Cavid isə Şeyx Sənanı 

başqa ruhda yaratmışdı. Şeyx Sənanın şüurlu olaraq rəzalər dün-

yası hesab etdiyi ibadət aləminə, ya mistik bir səfsətə girdabına, 

ya da zorakılıq, patriarxal-feodal şəraitinə dönməsi imkan xari-

cində idi. O dönük xarakter deyildi. Ona görə  də  Şeyx Sənan, 

ağuşunda Xumar, ölümün ağuşuna atılıb papaslar, şeyx mərvanlar 

və dərvişlər aləminə qarşı nifrət oyadır.  

“Şeyx Sənan”, mənzum bir faciə kimi, poetik əsərdir. Surətlər 

canlıdır, müasir dövrlə səsləşir. Xumarın kölgəsi əfsanə ilə bağlı 

olduğu üçün, əsərin bu cəhətini süstləşdirmir.  

Hadisələr də dramatik cəhətdən düzgün qurulmuşdur.  Şeyx 

Sənanın səhnəyə çıxmasına qədər olan hissəsi əsərin ekspozisiya-

sıdır. Şeyx Sənan səhnəyə çıxır, Xumarın kölgəsi görünür. Faciə-

nin konflikti başlayır. Əsərdə daimi bir dəyişmə, canlılıq, rənga-

rənglik diqqəti cəlb edir. Azərbaycan  ədəbiyyatında yaradılmış 

tragik surətlər içərisində  Şeyx Sənan  ən qüvvətli, mənəvi cəhət-




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə