Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə56/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

175 


bir hissəsini  əhatə edir. İldırım da qurduğu planla istəyinə 

çatmışdır. Lakin Cəlalın bir qatil kimi çəkdiyi  əzab o qədər 

böyükdür ki, sənəti də yaddan çıxarır, Anjeli də. O, Anjelə nifrət 

bəsləyir. Dəliləşmiş Cəlal son monoloqun deyir: 

 

Uçurum: qaranlıq, çıxılmaz yolum, 

Uçurum: uçurum həp sağım, solum, 

Uçurum: duyduğum həqiqət, xəyal. 

Uçurum: sürəkli, coşğun alqışlar, 

Uçurum: uçurum süzgün baxışlar, 

Uçurum: şu çirkin, şu alçaq həyat, 

Uçurum: uçurum bütün kainat!.. 

 

Cəlal özünü uçuruma atır. Bütün varlığı uçurum bilən Cəlalı 



dramaturq ilə eyniləşdirmək olarmı? Cəlalın yolu, işləri məntiqi 

olaraq onu uçurum qarşısına gətirir və məhv edir. Məsələnin baş-

qa cür həlli şübhəsiz, H.Cavidi süniliyə, saxtalığa gətirib çıxarırdı. 

H.Cavid, mürtəce romantiklərdən fərqli olaraq İstambul və 

İstambul mühitini, Parisin öldürücü təsiri ilə pozğunlaşmış türk 

gəncliyini ideallaşdırmır,  əksinə, onu ifşa edir. Dramaturqun ya-

ratdığı İldırım kimi müsbət obraz əsərdə tamamilə açılmamışdır. 

Dramaturq köhnəlmiş qanun-qaydalara tabe olmadan hadisə-

ləri gah Türkiyədə, gah da Parisdə verir. Şeirin vəznini məzmunu-

na görə dəyişir. Surətlər adi vətəndaşlardırlar; onların da həyatın-

da belə dramatik hadisələr baş verə bilər. Bu hadisələr fantastik 

olmaqdam ziyadə realist cizgilərlə verilmişdir. Lakin əsas səhnə-

lər, konflikt romantikcəsinə həll olunur.  

“Ana”  əsəri bir pərdəli dramdır. Mövzusu müasir Dağıstan 

həyatından alınmışdır. Uzun bir müddət burjua mədəniyyətinin 

zəhərləyici təmasından kənarda qalmış  mərd, alicənab, sadiq 

dağıstanlılar H.Cavidin diqqət mərkəzində dayanır. 

“Ana”da iki ailə qarşı-qarşıya qoyulmuşdur. Onlardan birin-

cisi varlı, kəndin hampasının ailəsidir ki, əsas nümayəndəsi Or-

xandır. İkinci, kəndin yoxsul bir ailəsidir ki, başda ana  - Səlma 




Úàâèäè õàòûðëàðêÿí 

176 


dayanır. Orxan vaxtını özü kimi dəliqanlı  əhli-keflərlə keçirir. 

Onun həyatından bəllidir ki, zəhməti sevməyən gənc hampa oğlu 

kənd qızlarını bir-bir izləyir. O, bu fikirdədir ki, yoxsulda namus 

hissi, alicənab sevgi ola bilməz. Ona görə də Səlmanın oğlu gənc 

Qanpoladın nişanlısı İsməti ələ keçirmək istəyir. 

Qanpolad isə ailəsini dolandırmaq, toya pul yığmaq üçün 

şəhərə getmiş, bir ildən artıqdır hələ də qayıtmamışdır. Beləliklə, 

güzəran və xarakter etibarilə iki gənci təsəvvürdə müqayisə etmə-

dən əsərin ideya məzmununu müəyyənləşdirmək çətin olur. 

“Ana”da iki mühüm səhnə diqqət mərkəzində dayanır: birin-

cisi, ananın oğlu haqqında nigarançılığı  və  İsmətin öz sevgilisi 

Qanpolada bəslədiyi pak eşqin ifadəsi, ikincisi isə Səlmanın, çox 

sevdiyi oğlunun qatilinə bilmədən sığınacaq verməsi, bildikdən 

sonra da əhd-peymana sədaqət göstərib onu qoruması  və azad 

etməsidir. Birinci ikinci üçün əsas psixoloji zəmin yaradır. 

Birinci səhnədə anaya xas olan nigarançılıq hissi aşıb-daş-

maqdadır. Üç aydır ki, Qanpoladdan məktub yoxdur. Vəfalı Qan-

poladın susması yəqin ki, bir fəlakətin üz verdiyini göstərir. 

Məktub ananı sevindirir. Onu düşündürən oğlunun toyudur. 

Çərkəz qızı İsmətin nişanlısına bəslədiyi eşq isə, Orxanın ona öz 

puç eşqini elan etməsi ilə öz ifadəsini tapır. 

İkinci mühüm səhnə, dram tarixində misli görünməyən bir 

hadisəyə həsr edilmişdir. Ana öz istəkli oğlunun qatilinə bilmədən 

sığınacaq verir, bildikdən sonra da onu qoruyub azad edir. Bu 

səhnə, romantiklərə xas müstəsnalıq kimi görülə bilər. Lakin bir 

cəhəti unutmaq olmaz ki, Səlma dağıstanlıdır. Dağlı xalqlar ara-

sında belə adət vardır. Adət adətdir. O, yazılmamış qanundur. 

H.Cavid belə bir adəti romantikcəsinə  həll edir. Ana ləzgi 

Muradın oğlu Qanpoladın qatili olduğunu bildikdən sonra dərin 

psixoloji hallar keçirir. Düşmənə aman verdiyi üçün şikayətlənən 

Səlma bir anlığa peşman olub vədini pozmaq istəyir. O deyir. 

 

Xayır, xayır, bu mümkün deyil əsla! 



Sağ buraxmam... Mənim pəncəmdə hala! 


Úàâèäè õàòûðëàðêÿí 

177 


Onun həddini bildirir bu əllər! 

Qəlbinə yerləşsin gərək bur xəncər! 

........................................................ 

........................................................ 

Xayır, əfv etməli!.. Getsin də miskin 

Xəcalətdən yerlərə keçsin! 

(Onu yola salarkən): 

...Qonaq qardaş, dur! Təlaş etmə sən; 

Qorxma, bir zərər gəlməz sana məndən. 

Amandasın; heç qorxma, heç sıxılma! 

Çünki mən əvvəldən söz verdim sana. 

Sən bir qonaqsan, qatil olsan belə, 

Səlma həlak olur da, verməz ələ. 

(Qatil Muradı yola saldıqdan sonra) 

Get, çəkil get! Dinsiz, allahsız xain! 

Murdar izin bu torpaqdan silinsin. 

 

Bu  əsərdəki ana, dramaturqun olmasını arzu etduyi geniş 



qəlbli, saf ruhlu, əhdinə sadiq bir anadır.  

Ədibin idillik bir aləm yaratdığını düşünənlər varsa, onlar bil-

məlidir ki, ədibin fikrincə, bu aləmdə xoşbəxt yaşamaq mümkün 

deyil. Demək ki, H.Cavid bu əsərində idillik aləmi ifşa etmişdir. 

Hətta şair belə bir qənaətə gəlir ki, Russonun xoşbəxt həyat plan-

larını buraya da tətbiq etmək mümkün deyil. Bir ildən artıq zəh-

mət çəkib pul yığan Qanpolad sağ və salamaty evlərinə dönərkən 

xain gülləsi ilə ağır yaralanıb məhv olur. Halbuki o işlədiyi şəhər-

də, yəni sənaye mərkəzində belə xəyanət qurbanı olmamışdı. Da-

ğıstanın uzaq, dağbaşı  kəndində  ən böyük cinayətlər olur: Qan-

polad ölür, İsmət ölür, Səlma ölür. O biri tərəfdən Orxan və dost-

ları məhv olur. Əsərin sonluğu qəbirstanlıq mənzərəsini xatırladır.  

“Ana” əsəri mövzusu etibarilə orijinal bir əsər kimi H.Cavidin 

dramaturgiysına daxil olur. 

Dörd pərdəli “Maral” (1912) pyesində romantik H.Cavid real 

həyatın bir necə mühüm məsələsinə toxunaraq, oxucusunda 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə