Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə55/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

172 


O, Türkiyədə istibdadın hökm sürdüyü ən ağır illərdə 

“Füyuzat”da çap etdirdiyi şeirində deyirdi: 

 

Daha məhv etdi artıq istibdad, 

Yaqdı zülm atəşinə canımızı. 

Oldu hər bir hüququmuz bərbad, 

Dinləməz kimsə ələmanımızı. 

 

İstambul ədəbi mühitindən aldığı təəssürlər əsasında H.Cavid 



ilk dram əsəri olan “Uçurum”u yazmışdır. “Uçurum”un məzmunu 

Türkiyə həyatından alınmışdır. Gənc dramaturqun bu ilk əsəri nə 

Türkiyədə, nə də Azərbaycanda səhnə üzü görməmişdir, çünki is-

tibdadla əlbəyaxa mübarizə illərində əsər türk gənclərinin diqqə-

tini cəlb edə bilmədiyi kimi, ümumiyyətlə Azərbaycan tamaşaçı-

ları üçün də maraqlı olmamışdır

1



Əsərdə verilən iki aləmi bir-birilə bağlayan baş surət rəssam 



Cəlaldır. Cəlalın ailə  həyatı, onun incəsənət haqqındakı  təsəv-

vürləri, bir rəssam kimi yaradıcılığı dramın məzmununu təşkil 

edir. Hər iki aləm üzvi vəhdətdə olub, pərdələrarası növbələşir. 

Cəlal sevdiyi Göyərçinlə evlnib, xoşbəxt ailə qurmuşdur. Çəkdiyi 

tablolar hamının diqqətini cəlb etmişdir. O, böyük ümidlər verən 

istedaddır, ancaq onun istedadı daha geniş üfüqlər tələb etdiyi 

Parisə getmək, özünü tanıtmaq, ümumdünya sərgisində özünə 

guşə  əldə etmək Cəlalı müvəqqəti olaraq ailəsindən, vətənindən 

ayrılmağa məcbur edir. Cəlal tələbə qaynı  İldırımla Parisə yola 

düşür. Bu vaxt Avropa mədəniyyətinin, eləcə  də incəsənətinin 

böhran keçirdiyi dövr idi. Ədəbiyyatda olduğu kimi, rəssamlıqda 

da estetçilik, impressionçuluq, bir sözlə, antirealistlik cərəyanlar 

hakim idi. Cəlalın istedadı bu təsirlər altında böhran keçirməyə 

başlayır. Üstəlik, aşiq olduğu hərcayi Anjel onu öz sevgili qadını 

                                                 

1

 Pyes 1922-1923-cü il teatr mövsümündə Azərbaycan dram teatrında tamaşaya 



qoyulmuşdur. Red. 


Úàâèäè õàòûðëàðêÿí 

173 


Göyərçini unutmağa məcbur edir. Sonralar Anjel onu nəinki ailə 

həyatından, hətta əsl sənətindən də ayırır. 

Dramda iki öyüdçü surət var. Onlardan biri Göyərçini həqiqi 

məhəbbətlə sevən, eyni zamanda, onun xöşbəxtliyini arzulayan 

Əkrəm, ikincisi isə Göyərçinin atası Uluq bəydir. Əkrəm səyyah, 

mütəfəkkir, kitab aşiqi, mütaliəçi bir şəxsdir. Uluq bəy isə qızının 

bədbəxtliyini görən, ürək yanğısı ilə fikirlərini söyləyən bir qo-

cadır. Hər iki öyüdçü Paris mühitini tənqid, russoizmi təbliğ edir. 

Onlar Cəlalın öz vətənində, ərəb və türk-tatar ölkələrində rəssam 

üçün zəngin mövzular olduğundan söhbət açırlar. Hər iki öyüdçü-

nün Paris mühiti və ümumiyyətlə kapitalizmin istedadları öldür-

mək təbiəti haqqında irəli sürdüyü fikirlər, şübhəsiz, həqiqətdir. 

“Füyuzat” məcmuəsinin mühərrirləri İstambul mühitini tərif-

lərkən, oradan vətənə dönən gənc dramaturq İstambula öldürücü 

satira yazır. Əslində, o, Paris mühitinin təsiri altına düşmüş İstam-

bul həyatını, gənclərin  əxlaqını, pozğunluğunu realist cizgilərlə 

vermişdir. Bu təsirlər H.Cavidin ürək sözlərini ifadə edir. Lakin 

bu mühitə qarşı qoyulmuş patriarxal mühit H.Cavidin görüşlə-

rində ani bir hal idi ki, sonralar dramaturq feodal-patriarxal mühiti 

kəskin tənqid edərək, ictimai tərəqqini başqa yerdə axtarır.  

Əkrəm ilə Uluq bəyin düşüncələrində qorxulu cəhətlər vardır. 

Misal üçün, Əkrəm Cəlala məsləhət görür ki, Ərəbistana gedib 

gənclik illərində: 

 

Böyük Məhəmmədi Hərra dağında 



Bir halda ki, göydən enən bir mələk 

Qarşısında  gülümsər nur sərpərək –  

 

vəziyyətində rəsm etsin və yaxud Krım yaylalarını, Edil boylarını, 



Qafqaz dağlarının gözəl tablolarını  çəksin. Uluq bəy də bunları 

təsdiq edir. Bu fikirlərdən panislamist, pantürkist iyi gəlir. Ancaq 

dramaturqu Əkrəm və Uluq bəylə eyniləşdirmək olarmı? Bəlkə də 

H.Cavid bu iki surətini təfəkküründə  həmin illərdə “Həyat” və 

“Füyuzat”da, eləcə də müəyyən türk mürtəcelərinin düşüncələrin-



Úàâèäè õàòûðëàðêÿí 

174 


də özünü göstərən panislamist və pantürkist ideyaların timsalını 

vermişdir. Dramda da onların fikirləri quru bir arzu olaraq qalır.  

Əsərin baş qəhrəmanı Cəlal romantik, estet bir rəssamdır. Bu 

barədə İldırımın verdiyi qiymət və onun Paris həyatı hökmümüzü 

sübut edir. 

İldırıma deyir ki: 



Cəlal həqiqətdən ziyadə bəncə 

Xəyal düşkünüdür. Onun zənnincə 

Xəyaldan doğarmış bütün böyüklük, 

Həqiqi lövhələr onca pək sönük. 

 

Cəlalın üslubunu bəyənib təsdiq edən  Əkrəmlə  İldırım razıl 



deyil. O deyir: 

Hərra-mələk həp birər əfsanə... biz 

Şimdi artıq həqiqət dövründəyiz. 

 

Bu fikri ilə İldırım üslub haqqında mülahizələrə yekun vurur. 



Demək olar ki, yekun dramaturqun şəxsi düşüncələrinin məğzidir. 

Estetçilik Cəlalı həm yaradıcılıq böhranına, həm də ailə dra-

mına gətirib çıxarır. O, Parisdə arzularına çata bilmir və özü ilə 

yeni, diqqəti cəlb edən tablo gətirmir. Şairə görə, bu müvəffəqiy-

yətsizliyin əsas səbəbi Cəlanın pozğun bir qadın olan Anjelə uy-

masıdır. Doğrudur,  əsərdə belə göstərilir, lakin daha dərinə get-

dikdə, görürük ki, bunun səbəbi burjua mədəniyyətinin, eləcə də 

burjua incəsənətinin daxildən çürüməsidir. 

İstambula dönən Cəlal Anjeli də özü ilə  bərabər gətirir. Heş 

şey  əyan olur. İldırım bacısı Göyərçini bu fələkətdən qurtarmaq 

üçün, yalandan Anjelə öz eşqini elan edir. Hərcayi Anjel bu 

sözlərə uyur və İldırımla evdən gedir. Bunu görən Cəlal balkona 

çıxır. Anjeli çağırır, Göyərçin isə, qucağında uşağı  Cəlala yal-

varmaq istərkən Cəlal onu itələyir. Uşaq Göyərçinin  əlindən 

qopub yerə düşür. Əsərin III pərdəsi belə dramatik səhnə ilə bitir. 

Fiziki dramın arxasınca ruhi dram başlayır. Uşaq qatili olan 

Cəlalın keçirdiyi iztirab, Göyərçinin yası beşinci pərdənin böyük 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə