Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə51/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

159 


qismi olsun ki, İran, Buxara ilə  əlaqədə olurkən, o yerlərə ge-

dirkən öz müştərilərinə mömin, pəhrizkar görünməkdə bir fayda 

güdürdüsələr də “məkərə”yə  və Rusiya kibi yerlərə gedənlərin 

çoxu canamazını Bakıda bükür və  bəlkə  də Bakıda açanları da 

olurdu. Bu zamanlarda yenə də bir qədər dindarlıq qalmış olsa da 

lakin 1905-ci il intibahından sonra Azərbaycan iləri gəlməyə baş-

layan və yuxarılarda bəhsini etdiyimiz ziyalılar bir tərəfdən iri və 

xırda burjuaziyadan çıxmış, digər tərəfdən burjuaziya ilə proletar 

arasında qalmış müxtəlif təbəqələrdən əmələ gəlmişlər idi. Gərək 

burjuaziya və  gərək başqa təbəqələrin (hətta molla qismindən 

törəyənlərin) içindən çıxan ziyalının çoxu dindar deyildi. Onların 

çoxu dinin məntiqsizliyini görməkdənmi, təbiət və tarix elmlərinə 

aşinalıqdanmı, rus və əcnəbi nüfuzuna düşməkdənmi din məsələ-

sinə  məscid ilə deyil, millət məsələsilə daha çox uğraşırdılar. 

Burada bir tərəfdən rus çarlığının sıxıntısı, o biri tərəfdən Avropa 

kapitalı altında inləyən Türkiyədə vücudə  gələn gənc türklərin, 

gənc iranlıların təsirləri də Azərbaycan ziyalılarına təsir etməmiş 

deyildi. Burasını anlamaq üçün İstambul-Bağçasaray-Bakı, bəlkə 

də Qazan-Ufa dairəsini nüfuzuna almış “Tərcüman”, “İrşad”, 

“Tərəqqi”, “Füyuzat”, “Vəqt” qəzetlərinin sütunlarına diqqət 

etmək kifayət edər zənnindəyəm. 

Bu zamandakı ziyalılar iki növ “millətçi” (əski təbirlə “milli-

pərəst”) idilər: onlardan birisi inqilabçılar ilə bunlardan bir qismi 

1905-1917-ci il dövrəsində başqa firqələrə bulundu. İkincisi 

əvvəlkilərə hüsn-rəğbət bəsləyən, aktiv olmadığı halda birincilərin 

nüfuzunu xəlq içində millətçilik ruhu yaymaq, məktəblilərə 

millət, vətən nəğmələri oxutmaq, millət ruhunda yazılan  şeirləri 

əzbərləmək və yeri gəldikcə hərarətlə oxumaq, Türkiyə ətrafında 

qopan müharibələri, Türkiyə-italyan və ya Balkan müharibələ-

rindən dükanlar qabaqlarında oturan və yayda ağaclar kölgəsində 

toplaşan  əvam ürəyi yanıqlılar üçün qəzetə  və jurnallar oxumaq 

və onları “dünya siyasətindən”, ən doğrusu “Türkiyənin çarpışma-

sından” xəbərdar etmək və bunun hamısına bir az da duzlu olmaq 

üçün və  əvamın “ürəyinə od salmaq” üçün soltanın “Məkkə  və 




Úàâèäè õàòûðëàðêÿí 

160 


Kərbəlanı” kafirlərdən qorumaq məsələsini ortaya atırdılar. Bu z-

amanın milliyyət məsələsi iki məcra ilə gedirdi, bir tərəfdən türk-

lük, o biri tərəfdən islam milliyyəti: yəni islamlıq, ona görə  Əli 

bəy Hüseynzadə-Qasprınski-Ziyagökalplardan başlayıb Məhəm-

məd-əmin Rəsulzadə cənablarına çatanacan. 

Türkləşmək, islamlaşmaq... müasirləşmək! 

Şüarını meydana atmışdılar. Lakin islamlaşmaq ilə müasirləş-

məyin nə  dərəcədə uyğun gəldiklərini türkçülük şeytan fikirli 

siyasətçilərdən sormaq lazım gəlirdi. Çünki müasirləşdikcə elmə 

yaxlaşmaq, avropalaşmaq, kapitala sarılmaq və yaxud kapitalın 

quyruğunda getmək gərəkdi. Kapitalın da cavanlığı daima bir 

qədər ixtilalçı, inqilabçı olduğu, həddi-zatında heç bir din tanımaq 

istəmədiyi bəlli ikən islamlaşmağı ortaya salmaq isə yenə də ru-

haniliyi iləri çəkmək, yenə də onların quyruğunda getmək demək-

di. Ona görə  də bu zamanlarda ziyalılar içində  tərəddüd iki yol 

ayrıcında qalmaq məsələsi də bir zaman var idi. Hələ “Füyuzat”, 

“Yeni Füyuzat”, “Tərəqqi”, “Səda” və  nəhayət “Açıq söz” kimi 

jurnal və  qəzetlərə baxılsa  şairlərimizin, yazıçılarımızın nə 

dərəcədə şaşqın bir vəziyyətdə qaldıqlarını görmək olar.  

Hər nə olursa olsun bu zamandakı ziyalılarda “türklük” və 

“islamlıq” mübarizələri getdikcə  xəlqimiz içərisindəki proletar 

ünsürləri və dolayisilə proletarlıqdan çıxmış və ya onalara yaxın 

ziyalı  təbəqələri artdıqca “islamlıq” başına enməkdə olan yumu-

ruqlar get-gedə çoxalır və  ağırlaşırdı. Demək,  əxlaq və etiqad 

məsələsi yeni bir şəkil almağa başlayırkən meydana atılan  Şeyx 

Sənan molla və “üləma” təbəqəsinin bütün varlığını astarına 

çevirdiyi üçün, türkçülərin ruhunu oxşayaraq islamçılara təpik 

endirdiyi üçün, başqa millətdən də olsa təmiz və sənə mane olan 

dinə nifrət etdiyi üçün sevilməkdə idi. 

Onu da unutmayalım ki, yuxarıda göstərdiyimiz ikinci növ 

passiv millətçilərdən biri də  həmin Hüseyn Cavid özü idi. Bunu 

anlamaq üçün 1907-ci ildə “H.R.Naxçıvani” imzasilə yazmış 

olduğu: “Hali-əsəf iştimalımı  təsvirdə bir ahi-məzlumanə” adlı 

mənzuməyi oxumalıdır. Burada nə yazır: 




Úàâèäè õàòûðëàðêÿí 

161 


Hər kəs aləmdə bir bəlaya düçar 

Olur, amma mənim kimi olamaz. 

Künci-möhnətdə qalmışam naçar, 

Şu könül dərdinə dəva bulamaz. 

Qəmi-hicrilə biqərar olmuş. 

Çünki məhcuri-bəzmi-yar olmuş. 

 

Könlümün halını edər təsvir 

Ruyi-zərdilə, çeşmi-xunbarim. 

 

Əhli-zövq istər eyləsin təqdir 

Ki, nasıl yar imiş mənim yarim. 

 

Hər kəsin zikri bəzmi-zövqü səfa. 

Virdim olmuş mənim də va əsəfa. 

 

Edər eşq əhli rəsmi-yarə məraq 

Ehtimal olsun onla həsrətini. 

 

Yarım olmaz bənim gözümdən iraq 

Bulmuşam çün könüldə surətini. 

 

Ürəyim rəngi-ərğəvan olmuş... 

Ərimiş ləxtə-ləxtə qan olmuş... 

 

Yarələr cismi-nazəninindən  

Qızarır, sanki qönçeiy-güldür. 

 

Zəf məşhurdur cəbinində  

Bunca təsvir halı müşküldür 

Məhv olur fikr edincə cismü tənim, 

Aman allah! Odur mənim vətənim! 

 

Ey vətən! Səndə parlayanda ziya 

Büsbütün əhli-qərb cahilimiş. 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə