Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə50/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

156 


yaradılcılığını büsbütün inkar etmək fikrinə düşdüyümüzü zənn 

edəcəkdir. 

Xayır! “Şeyx Sənan”ın Caviddən  əvvəl kimlər tərəfindən 

yazıldığı həvəskarlar üçün elmi bir tədqiq yolu açmaq məqsədilə 

meydana atılan bir nümunə idi. Cavidin yaratdığı Şeyx Sənan ilə 

Əttarın yaratdığı arasında dağlaq qədər fərq vardır. Şeyx Əttarın 

Sənanı açıq-açığına bir uydurma, cansız bir simadır! Onun beş 

yüz müridə rəhbər olması, əlli-altmış yaşında eşq sevdasına müb-

təla olması  və  nəticədə  səbəbsiz bir surətdə yarını buraxıb yan-

ənsarilə tühaf və ibadət üçün Məkkəyə dönməsi “Mustafanın 

şəfaətindən” başqa heç bir şeylə izah edilməyir və nəhayət çaxır 

içdikdə aləmdən fəzlə layələm olaraq kilsəyə getməsi onun heç 

bir çarpışmaya davam gətirəməyəcəyini göstərir. Bu Şeyx Sənan 

doğrudan da mədrəsələr küncündən çıxmış, fars psixolojiyalı, 

damağı kiflənmiş, içi çürümüş, puçlaşmış bir şəxsdir.  

Hüseyn Cavidin yaratdığı  Sənan otuz yaşlarında bulunan bir 

gənc alimdir. Bu yaşlara qədər Turandan gəlib  İranda təhsil 

görmüş  və  Ərəbistanda kəmalat  əldə etmək üçün gəlmiş  Sənan 

tamamilə hücrənişin küncə  qısılanlardan deyildi. Bunun eşq 

aləmindən də bir qədər xəbəri vardı. Gürcü qızilə qarşılaşdıqda 

şəxsi simasını itirmiş olmayır, bəlkə bir şərəfli aşiqə yaraşarcasına 

qəbul etdiyi təkliflərə boyun əyir, bəyənmədiklərini öylə bir 

məharətlə  rədd edir ki, özünə irad gələ bilməyir. Və  nəhayət 

bunun qarşısına gələn əngəllərdə çarpışmalar bu Sənanı tamamilə 

o Sənandan ayırmış olur. 

Digər tərəfdən bir əsərin məzmununun başqasından alınıb və 

yaxud dastan şəklindən mənzum bir pyes yaratmaq, lakin 

məharətli bir əsər yaratmaq kimə irad dutula bilər? Höte, Şekspir, 

İbsen və sair cahan ədəbiyyatı başçıları sayılan  ədib və  şairlərin 

əsirlərindəki ən qüvvətli, ən dəyərli əsərlərin məzmununu çox za-

man xalq dilinin əzbəri olmuş və hətta bəzi tanınmamış yazıçılar 

tərəfindən yazılmış olduğu hamıya məlumdur. Ona görə də Cavi-

din Sənanilə farsca Sənanın arasında bir taqım hekayə qismlərinin 



Úàâèäè õàòûðëàðêÿí 

157 


tuş  gəlməsi bizcə ikinci dərəcə  məsələlərdəndir. Burada diqqəti 

cəlb edəcək başqa cəhət var ki, o da: 



“Şeyx Sənan” və cəmiyyət həyatı 

məsələsidir. Cəmiyyət həyatımız 1905-ci ildən sonra büsbütün 

dəyişmişdi.  Ş.Sənan nə artıq Mirzə  Fətəlinin təsvir etdiyi Molla 

İbrahim Xəlilləri, Molla Salmanları idi və  nə  Nəcəf bəy və ya 

Əbdürrəhim bəyin tipləri idi. Ş.Sənan alimdir. Fəqət öz köçündən 

geri qalmış “son mogikan” idi. Caviddən  əvvəl gələn yazıçılar 

yaratdıqları tiplər ilə qələm adamlarında iprənmiş və damağından 

bir durğunluq hasil olmuş çarlıq məmurları qarşısında qorxusun-

dan gəbərməyə hazır olan çinovnik (məmur)larımızı, iliyi, sü-

müyü üfunətlənmiş, qumarbazlıq və içkicilikdən başqa bir şey 

bilməyən və yalnız kəndlilər üzərində  işgəncələr dünyası açmaq 

ilə xoşhallanan heyvərə bəylər və nəhayət bunların arasından xə-

sisliyi, vurnuxması və hər şeydən özünə fayda çıxarması yolunda 

ən müqəddəs  şeylərini verməyə hazır olan tacirlər və yeni bur-

juaziyamız idi. Bunların içərisində molla zümrəsi layiqilə  təsvir 

edilməmiş, çürüntüləri göstərilməmiş  və uzun zamanlar bütün 

Şərqin boynuna sarılmış bu tüfeylilərin iç yüzü meydana sürül-

məmiş idi. Cavid isə bu nöqtədən yapışmışdı. Onun əsərində 

güzgüdə görülürcəsinə  Məkkə  və  Mədinə  şəhərinin “üləması” 

islam dininin “şəriətmədarları” üzlərindəki pərdəni götürüb bizə 

görünürdülər. Ş.Sənan da bu “üləmanın tam mərkəzində bulunur 

və irəli gəlmişlərindən sayılırdı.  Ətrafında müridlər sürüsü var, 

şöhrəti hər tərəfi dutmuş  və ziyarətinə  dəstə-dəstə korlar gəlib 

gözlərinə şəfa istəyənlər var; Qafqaziyaya gəldikdə böylə mənəvi 

korların sanı artır, quzğun sürüsü kibi ətrafa yayılan ağ sarıqların 

təbliğatı peyrövlər toplaya bilir. Demək bütün-bütünə bir mollalıq 

mühiti qarşımızda dururdu. Bunların da ən ortasında Cavidin 

Şeyx Sənanı durmaqdadır. “Üləma” zümrəsinin bu vaxta kibi 

qondarma olaraq düzəlmiş olduğu bir çox saqındırmalar, ibadət, 

pəhriz və təqvapərəstlik çağırmalar, “əmri-be məruf”lar və “nəhy-

əzmünkir”lər təbii duyğular qarşısında nə  qədər sönük, nə  qədər 

çürük olduğu açıqdan-açığa bəlli olur. “Şeyx Sənan” pyesinin ən 




Úàâèäè õàòûðëàðêÿí 

158 


dəyərli yeri də burasındadır ki, “üləma” zümrəsinin ön səfində 

gedəni bir gürcü qızının qarşısında bütün köhnə fəlsəfəni atır, onu 

bağlamış olan din iplərini qırıb təbii həyata qovuşmaq istəyir. 

Bütün keçmiş ənənələrə zərbə çalır və həqiqi dini, həqiqi tanrını 

mərifətdə görür. Ətrafını almış  Şeyx Mərvan,  Şeyx Nəimlərin 

arasında “dinsizlik də bir məşuqəyi həp Kəbə, imandan yüksək 

dutmaq bir an içində olsa yenə  də üsyandır”. Və bu nöqtədə 

Cavidin Sənanı bir üsyançıdır. Fəqət bu üsyançı uzaq baxışdan 

iradəsiz görünsə  də  məqsədinə çatmaq yolunda tərəddüdsüz 

olduğu üçün sabitqədəmdir. 

İştə bütün din-imanı təbii duyğular yolunda fəda edən Sənan 

yetişməkdə olan Azərbaycan ziyalılarına xoş  gəlməkdə idi. 

Burada  əski dindarlığa qarşı olan və ürəklərdə o zamana qədər 

gizli qalan nifrətlər Şeyx Sənan dililə, Cavid qələmilə vətəndaşlıq 

hüququ almaqda idi. Ona görə də cəmiyyət tərəfindən sevilmişdi. 

Hər zamanın əxlaq dərəcəsi onun cəmiyyət həyatındakı qüv-

vələrin inkişafilə  və o qüvvələrin mübarizəsilə ölçülə bilər. O 

zamanın da əxlaq dərəcəsi tərəqqi etməkdə idi, çünki Bakı və Şəki 

kibi proletarlıq ocaqları getdikcə güclənir, bəylik hər tərəfdə düş-

məyə üz qoymaqda, bunun qarşısına çıxan yeni burjuaziyamız iki 

cəhətdən qüvvətlənməkdə idi. Əvvəla iqtisadi həyatın ümumi ge-

dişinə tabe olaraq şəhər və  kəndlərimizdə çoxalan  sövdəgərlik 

dönüb müəyyən bir ticarət şəklini almaqla bəylərin mal-mülkünə 

sahib olmağa başlayır. O biri tərəfdən də Azərbaycana soxul-

maqda olan rus və əcnəbi kapitalına arxalanan “özündən bəylər”, 

“quyu yiyələri” bu, yavaş-yavaş dənizdə parxodçuluq ilə birlikdə 

tam bir müəyyən burjua sinfi yaratmağa başlamışdı. Bu burjua-

ziyada sinif anlağı  və sinif mübarizəsi qanacağı görünməyirdi. 

Yalnız bir şeyi görünürdü, bu sinfə mənsub olan və yaxud olmaq 

istəyənlər son dərəcə “zirək”, “mayagir”, iş bacaran, ancaq öz 

şəxsiyyətini və öz faydasını gözündə dutanlar idi, ondan qalan hər 

şey onun üçün mənasız idi. Böylələri üçün xəlq özü ən dutarlı bir 

söz deyirdi: “İmanını satar çörəyinə qatıq elər”. Doğrudan da yeni 

burjuaziya böylə idi. 1905-ci ilə qədər bunların iləri gələnləri tacir 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə