Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə47/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

147 


cavabını verməkdən başqa  əlacı olmayacaqdı. Digər tərəfdən isə 

südü ilə  bərabər iliyinə  qədər işləmiş  təsəvvüratın dağılmasını 

gördükdə təəssüf etməyə bilməzdi. Ona görə də: 

 

Sən bəxtiyar idin o zamanlar ki, büsbütün 



Bir şeiri-zövq içində yaşardın... Fəqət bu gün. 

Bax, ziştbin olub da nə buldun? Bir az düşün! – 

 

deyəcəkdi.  Əlbəttə bütün heçdən ibarət olan imanlı  şairin xül-



yaları parçalandıqda təbiətilə içində bir boşluq duyacaqdı. Bütün 

köhnə bir nəfi qaplamış bir qorxu, bir imansızlıq qorxusu şairi də 

qaplayacaqdı. Odur ki: 

 

Hər şey sənin gözündə bir əfsanə, bir yalan... 



Bir aldanış demək bütün alayişi-cahan. – 

 

deyə münfəil olacaqdı  və bunda da haqlı idi. Çünki iman və 



etiqad əlindən alınan hər bir kəsə müəyyən bir əvəz verilməlidir. 

Böylə bir əvəz də bilgidən və kainatı olduğu kimi tanımaq el-

mindən başqa nə ola bilər? 

Bütün dünyadakı mövcud din və məzhəblərin əsaslarını araş-

dırdıqda ya Hind ilə Çin və yaxud yunan ilə  İtaliya  əsatirindən 

doğduğunu görəcəyimiz halda, bütün təriqət, ibadətlərin hamısı-

nın aldanmaq üçün birər əfsanə, birər fantaziya olduğunu biləcə-

yimiz halda, bütün cənnət və  cəhənnəmlərin, səmaların yalnız 

könlümüzü xoş keçirmək üçün düşünüldüyünü təsvir etdiyimiz 

halda bütün kainata bir dialektik görgü ilə mücəhhəz olmasaq 

ölmək, dirilmək, yaşama və puç olmanın tamamilə bir maddə 

halındakı  təhəvvülatdan ibarət olduğunu bilməsək düşdüyümüz 

uçurumdan çıxmayacağımız və  şair ilə  bərabər hər  şeyi puç 

sayacağız və  təkcə aldanmağa və bununla da öz-özümüzə  təsəlli 

və qəlbimizə bir sükunət verməyə çapalayacağız. Ona görə də: 

 

Aldanmaq, bu, səncə bu gün iştə son maraq... 



Guya sərabi-müğfil imiş həp yaxın, uzaq; 


Úàâèäè õàòûðëàðêÿí 

148 


Lakin yetər, şu halı burak, istəsəm, burak! 

Əsla təhəmmül etməyə yox məndə iqtidar. 

Aldan bir az, yazıq sana!.. Qəhr olduğun yetər

Bax, aldanıb da çırpınaraq zümreyi-bəşər. 

Daim qoşar ümidi-səadətlə bixəbər, 

Daim xəyal içində yaşar, həm də bəxtiyar... – 

 

deməmək qabil deyildir. Deməli, mövhumat əvəzində sağlam və 



dürüst məlumat  əldə etməklə  əsrlər boyu bəşəriyyətin qafasını 

çatlatmış olan metafizik məsələlərdən bilmərrə qurtulmaq imkanı 

olacaqdır.  Şairimizin bulunduğu  İstambulun o zamankı idealist 

məktəbi nə yapırdı? Bir tərəfdə rind-məşrəb nikbin və heç bir din 

tanımayan, fəqət sufiyanə qələndəri ilə o, nəfəslər yarmaqla bütün 

sufilik tərəfdarlarındakı  həyəcanı canlandırmağa səbəb olan 

filosoflar daima şübhələr və müəmmalar içində çırpınacaq: 

 

Bana sual sorma, cavab müşküldür, 



Həp sirri bən sana açamam, xocam. 

Qeyri-axirətlə düşməm möhnətə 

Bən burda mamurim şimdi xidmətə

Heyvan otlatırkən gedib cənnətə 

Sana həllə tonu bənzəməm, xocam! 

Meracı anlatma, eşək deyilim! 

Bildiyin qadar da mələk deyilim! 

Günahkar insanam, ördək deyilim! 

Bu ağır gövdəylə uçamam, xocam. –  

 

kibi  şeirləri deyir. Bütün yalançı  təsəvvürləri bərbad edirsə, ya-

lanın ən böyüyü olan tanrı məsələsini yenə saxlayır. Suficə olsa: 

 

Gizli bir nur idim sübhi-əzəldə 



Cilvələr göstərib əyanə gəldim. 

Feyzi-eşqi izhar edən gözəldə 


Úàâèäè õàòûðëàðêÿí 

149 


Kəlami-sirr idim, bəyanə gəldim

1

. –  

deyir. Yox bir filosofcasına olsa: 

...Yoxluq uqulə rəhzən, varlıq nədir? Bilinməz, 

Bir şübhə var ki, rövşən bilməklə heç silinməz... 

Əvvəl nə, aqibət nə? Bilməz yetim insan! 

Bir dəm vüqufi-nəşə, bir dəm həyat, qüvvət... 

Ən sonra zill hiçi... matəm, sükut, nisyan!.. –  

deyəcək və nəhayət: 

...“filosof” Rzayim, dinsiz anlama!” –  

 

sözü ilə yenə  də idealist olmaq etibarı ilə bir heçliyə tapınmaq 



istəyəcək. Digər tərəfdən “Vəhdətu-vücud”u yazan Fərid kimi 

sufi müdərrislər darülfünun kürsülərindən xitabətə davam etməklə 

neoplatonizmin  Şərqdəki  şəklinə  rəvac verəcəklər. Təbiidir ki, 

böylə bir mühit içində yetişən bir gənc öz müəllimi ilə bərabər: 

 

Filosofanə ruhə malik olan, 

Yaşamaz ayrı hərgiz allahdan

2

... 

 

deməli idi. 



İmdi  rövzəxan və  şeyxlər ailəsində böyümüş, fars və  ərəb 

dillərilə  aşina olmuş sufilik ilə qarışıq bir idealist fəlsəfə ruhu 

almış, daima şübhələr və müəmmalar ilə bərabər tamamilə dindən 

ayrılmamış bir adam Tiflisə gəlib avam camaatın ziyarətgahı olan 

bir türbə qarşısında durub: 

 

Oyan, ey piri-xoşdil! Qalx, ayıl bir xabi-rahətdən! 



Qiyamətdir, qiyamət!... Qalx, oyan, zövq al bu fürsətdən 

Mələklər göydən enmiş, feyz alırlar xaki-pakindən, 

Seçilməz imdi əsla məqbərin gülzari-cənnətdən. 

Donmamış hər tərəf pürşölə yıldızlarla... caizdir, 

Ki Tiflis ərşi-pürəxtətlə dəm vursun rəqabətdən

1

. –  

                                                 

1

 Türk ədəbiyyatı tarixi, İsmayıl Hikmət. Səhifə 821-822. 



2

 “Şeyx Sənan”, səhifə 16. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə