Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə45/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

141 


dəfə hücuma keçərsə  də tyatroyu tənqid edirsə para düşkünləri 

Quba meydanında olması dolayısilə alverçilər güruhu “müzəffər” 

çıxır və səhnələrimizdə səksən faiz opera – operetlər oynanılırdı. 

Dramçılar isə  xərcləri ödəmək yolunda hər bir fədakarlığa 

gedirdilər; hətta bir çox müəllimlər, bir çox başqa sənətdə olanlar 

da parasız aktyorluğa atılırdı ki, bəlkə bu surətlə səhnəmizə olan 

həvəsi  şüurlu bir surətdə olmaq şərtilə  ətrafda gücləşsinlər. Ona 

görədir ki, bir zaman həvəskarlıq içi bizim səhnədə son dərəcədə 

qüvvətlənmiş oldu. 

Bu həvəskarlıq nə doğurdu? Fədakarlığa gedənlərin düz-doğ-

ru düşünmüş və başlanmış hərəkətləri bir çox ehtikarçıların diqqə-

tini cəlb etdi. Səhnəyi ikinci bir gəlir  (mədaxil) qaynağı sandılar. 

Hər baqqal, hər qəssab aktyor olmağa, yəni günüzlər küçələr-

də şahbalıd qovurmağ və axşamlar isə tyatroda “oynamaq” həvə-

sinə düşdü. Səhnə nə imiş, zövq və həyəcani-bədii necə olarmış? 

Dünyada sənət naminə incə və anlaşılması çətin bir işin mənası nə 

imiş kibi məsələlər ilə uğraşan bu anda məlum ki, çox az və bəlkə 

nadir idi. 

Aydındır ki, böylə bir zamanda müəllifin  əsərinə  də qiymət 

verəcək kəslər qayət az olmaqla bərabər eyni zamanda son dərəcə 

qısqanc adamlar olacaqdı. Bu zaman, səhnəmizin yaradılmış 

dövrü sayılsa səzadır. 

İştə böylə bir qarışılıq zamanında, böylə bir “həvəskarlıq” ça-

ğında münəvvər təbəqə ilə alverçi guruhunun çəkişməsi vaxtında, 

səhnənin, tamaşanın toyxanadan fərqi olmadığı bir anında incə-

sənətin və  ədəbiyyatın  əksəriyyət yanında bir cındır parça qədər 

dəyəri olmadığı bir dövrdə “Şeyx Sənan” doğdu və doğmasilə bir 

yenilik gətirmiş oldu. 

  

“ŞEYX SƏNAN”IN  

MÜVƏFFƏQİYYƏTİNƏ SƏBƏBLƏR 

 

Bu əsərin yeni olması ilə bərabər müvəffəqiyyət qazanmasına 



da səbəblər yox deyildi. Əvvəlcə yenə  də  əsərin ümumi şəklini 


Úàâèäè õàòûðëàðêÿí 

142 


alalım.  Əsər bir tərəfdən dram olmaqla münəvvər təbəqənin 

tamamilə ruhuna uyacaq və onun istədiyi kibi tamaşaçılarda bir 

intibah oyadacaqdı. Daha o zamanacan oynanılmaqda olan Mirzə 

Fətəli Axundovdan, N.Vəzirovdan, Ə.Haqverdiyevin əsərlərindən 

sonra ortada heç bir orijinal əsər görünməyir və görünə  bilənlər 

də büsbütün ruscadan bacarıqsız tərcümə  və yaxud ondan daha 

fəna bir surətdə iqtibas edilmiş dram və komediyalar idi. Bunların 

əksərisi xarici dillərdəki əsərlərdən mülhim olduqları üçün qayət 

solğun bir aypara kibi ədəbi üfüqümüzdə gah batar, gah çıxar bir 

vəziyyətdə idilər. Ümumin ruhuna heç bir qida verməz, iki dəfə 

oynandıqdan sonra hər kəsin tərəfindən tanınmış,  əskimiz və 

iprənmiş bir halda qalırdılar. Digər tərəfindən  bu əsərlərdəki dil 

fars, rus dilləri mücahidələri tərəfindən qurulan bir dil idi. 

Tərkibləri, təşbihləri, tərifləri tamamilə rus süzgəcindən keçmiş, 

fars dili ilə qoxumuş, elin və ölkənin məzaqinə uymaz, ruhunu 

oxşamaz bir şəkildə idi. Bir kəlmə ilə demək lazım gəlsə: bu əsər-

lər nə mövzu, nə fikir cərəyanı, nə də  dil tərəfindən əsrinə müva-

fiq deyildilər. Bu əsərlər artıq boyat qalmış idilər.  İctimai həyat 

dəyişir, ictimai qüvvələr əlaqələri yeni-yeni şəkillərə girir, cəmiy-

yət içində  təbəqələşmə artdıqca mülahizələr də başqalaşmağa 

başladığı üçün səhnəyə  də başqa-başqa tələblər  verilirdi. Əski 

bəy və mülkədarlar ilə  kəndlilər  əlaqəsi get-gedə  şəhərli tacir 

həyatına çevrilir, əski ailə  həyatı, dörd divar arasında, qaranlıq 

çadra altında yaşayan qadınlıq da dəyişir; qızlarımız oxuyur, 

oxumuş analar meydana gəlirdi. Məlum ki, Azərbaycan türkləri 

həyatında böyük bir təbəddülat vardı. Daha qabaqkı kibi yalnız 

“Füzuliyanə” qəzəllər ilə  eşqdən bəhs etmək zamanı deyildi. Və 

hətta eşqin içinə də Leyli və Məcnunda (hətta pyesdə belə) olduğu 

kibi başqa bir məna qoymaq lazım gəlməyirdi. İmdi artıq həyati 

eşqdən-sevgidən bəhs etmək istənilirdi. Buna da türk müsəlman 

ailəsində təsadüf etmək gərəkdi. Ora-burada tək-tük böylə hallar 

vardısa ümumi bir hadisə  şəklini almadığı üçün təsvir edilən 

müaişəqələr sırf Azərbaycan, sırf türk hətatından deyildi. Ya 

oğlan və qız başqa ellərdən alınır və yaxud oğlan türk olsa da, qız 




Úàâèäè õàòûðëàðêÿí 

143 


qeyri-türk olurdu. Böylə bir mənzərə yaşayışın özündə görünmə-

yirmidi? Sansızca! Ona görədir ki, xəlqin ruhunda yaşanmış, xəl-

qin duyğularıyla bəslənmiş  “Şeyx Sənan” da böylə bir lövhənin 

güzgüsü kibi ortaya çıxmışdı. Bir kəlmə ilə demək lazım gəlsə: 

Digər pyeslərdəki yapma məzmun burada yoxdu. Əsər 

ümumxalqın,bəlkə ümumşərqin dilində dastan olaraq anlatılmaq-

da idi. Hətta Şeyxin Tiflis ətrafında kömüldüyü mövzu bir az da 

elimizə yaxınlaşdırmaqda idi. Daha bu əsərdə yabançılıq yoxdu. 

Müəllifin əcnəbi dildə deyil, əvvəlcə Azərbaycan və sonra İstam-

bulda təhsil görməsi dil və ifadə cəhətdən əski pyeslərdən qat-qat 

canlı, qat-qat təbii, səlis və səmimi idi. Pyes uzaqlardan (Məkkə 

və  Mədinədən) başlasa da Qafqaziyada parlamaqla səhnələrin 

Qafqaz mənzərələrinə mütabiq olması lazım gəlirdi. Orada türklər 

ilə qayət yaxın bir surətdə keçinən gürcülərin də eyş-işrətləri 

tamaşası ilə  əski həyata vurulacaq tikmələrdən  ən canlısı idi. 

Təbii ki, böylə nöqtələr pyesin müvəffəqiyyətli səbəblərindən 

sayıla bilirdi. Bunlar ilə bərabər tyatrolarımızı qapamış olan opera 

– operetlərin dram-drum məsələsi də “Şeyx Sənan”da (az da olsa) 

yox deyildi. Böylə ki, zurna, qaval həvəsində olanlara bu əsərdə 

bir parça “ruh qaşavı” bulunurdu.  Bundan əlavə gülmək və 

şənlənmək həvəsində olan alverçi xəlqinə Serqo kibi bir kinto 

büsbütün kifayətli idi. Onu da qeyd edəlim ki, aktyorlarımızın 

böylə ruhlardakı  şarjları  həmən yuxarıda işarəsində bulunduğu-

muz “kiseyi-həmyanın” üçün idi, alverçilərin xoşuna gəlməsi ilə 

həm səhnəni, həm artist adını çeynəməkdən başqa bir şey deyildi. 

Bu zaman artıq alverçilik dövrünün ən gözə çarpan xassələrindən 

birisi kef çəkmək olur. Bu zamanda səhnədə  sənətkar mənasına 

alınmış artist də, antreprenyora da, müəllif də var qüvvəsilə  öz 

zövqünü bazardan gələn “tyatro müştərisinin” təbiətinə tabe dutur 

və onun çaldığı kibi oynayır. Sənət naminə heç bir əsər yazılma-

yır. Sənət naminə heç bir aktyor oynamayır

1

. Lakin orada-burada 



səslənən, çığıran münəvvər təbəqə müxtəlif sınıflardan yaranaraq 

                                                 

1

 Bir gül ilə bahar olmaz: müstəsna əsər və şəxslər kütlə təşkil etməzlər.  




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə