Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə44/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

138 


 

Hənəfi Zeynallı 

 “Øåéõ Ñÿíàí” ùàããûíäà  

ìöëàùèçÿëÿðèì 

 

 “ŞEYX SƏNAN”IN DOĞUŞU 

 

arlıq Rusiyasının  ən zorlu bir 



zamanında bütün Avropa ədə-

biyyatının həftəlik jurnalları vasitəsilə - 

ümumi bir ahəngə uyaraq hərbuluq nəğ-

mələri saçdığı bir çağda,  Ənvər Paşalar 

Türkiyənin cahan imperialist müharibə-

sinə sürüklənməsinə  İstambul türk ədə-

biyyatında dəxi Məhəmməd Qərbə doğ-

ru köks gərərək son dərəcə milliyyət və 

məğruriyyət ibraz etdikləri bir vaxtda

ümumqafqaziya ilə  bərabər Azərbaycan 

ziyalılarının dəxi millətçilik damarlarının qabarmış olduğu bir 

dövrdə yəni: min doqquz yüz on beşinci il sonralarilə min doqquz 

yüz on altıncı il başında qəzetə sütunlarında təfriqə olaraq yeni bir 

əsər görünməyə başladı. Bu əsər “Şeyx Sənan” trajedisi idi. 

Ümumi kəşməkeş içində Hüseyn Cavidin bu əsəri büsbütün 

mühitindən ayrı ətrafı qaplamış barıt qoxusundan uzaq  və atışma 

dumanlarından dişarı bir növzad kibi meydana atılmışdı. Yorğun 

damağlara yeni bir qida verməkləmi, trajedinin içindəki sənətləmi 

və yaxud Cavidin yaratmış olduğu lisanlamı, mövcud əsər yeni 

ədəbiyyta maraqlılarını çanlandırmağa başlamış kibi görünürdü.

1

 

                                                 



1

Qeyd. Ənqa – əfsanəvi quş. Qaf dağında yaşadığı ehtimal edilir. Mənası: Adı 

var, cismi yoxdur. Sufizmdə sufi əqidəsi, ilahi mərifət və  eşq rəmzi kimi 

işlədilir. Ənqa – gözə görünməyən – İ.O. 

× 



Úàâèäè õàòûðëàðêÿí 

139 


Müəllifin bundan əvvəl yazılmış  şerlər məcmuəsi, “Ana” və 

“Maral” dəxi təb edilmiş  və oxunmuş olsa belə kimsənin fikrini 

cəlb etməmiş, kimsədə o qədər maraq oyatmamışdı. Bu əsərin 

müvəffəqiyyəti nədə idi? Bu suala cavab vermək üçün o zamankı 

səhnəmizə diqqət buyrulmalı,  əllərdə  gəzən  ədəbi  əsərlərimizi 

xatırlamalıdır. O çağdakı  səhnədə oynanılan başlıca pyeslərin 

çoxu Hacıbəyov qadraşlarının “Leyli və  Məcnun”, “Əsli və 

Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan” və ilaxır... kibi 

opera və operetləri idi. Bu pyesləri ilə Hacıbəyovlar Azərbaycan 

türk səhnəsinin mərkəzinin inhisar altına almış  və bütün komedi 

və bilxassə dram əsərlərə nəfəs belə aldırmayırdı. Bəzən də operet 

yazanlar öylə  dərəcəyə varırlardı ki, “Ər-arvad” kibi əsərləri ilə 

ziyalılarda bir ikrah dəxi oyatmaqda idilər. 

Opera – operet yazmaq son dərəcə moda düşmüş, hər vaxtı 

olan bir parça səhnə yüzü görmüş  və  çızmaqara bilənlər mövzu 

arayır, “tyatro” (ən doğrusu “opera - operet”) yazmaq istəyirdi. 

Daha burada sənət, fəsahət və bəlağət gözətlənməz; dünya ədəbiy-

yatı cəhənnəm, heç ümumtürk ədəbiyyatından məlumat edinmək, 

türk dili və qəvaidini bilmək və səhnə yolu ilə azəri türk ədəbiy-

yatına xidmət etmək fikri kimsənin uyqusuna belə girməyirdi. Hər 

çayxanada, hər kabinədə, hər bucaqda “tyatro”ya mövzu aradı-

lırdı. Mövzu üçün “Xırdavat alan” (“Arşın mal alan”a müqabil 

olaraq), “Molla Cəbi” və  nəhayət “Vaxtın var?”, “Lotu Cabbar” 

kibi nə mövzu, nə quruluş, də dil, nə başqa cəhətlərdən heç bir 

bədii-ədəbi dəyəri olmayan “Quba meydanı” alverçiləri üçün ha-

zırlanmış və yalnız, yenə də yalnız boynuyoğun məşədi və kərbə-

layıların “ruhuna qaşav” çəkmək üçün meydana atılan əsərlər idi. 

Azərbaycan cəmiyyətində iki dürlü tamaşaçı meydana gəl-

mişdi. Onlardan bir qismi ərz etdiyimiz kibi ədəbiyyat və bədiy-

yatdan anlamaz, səhnə ilə toyxana arasında fərq bilməz, “artist” 

ilə “arsız”ın bir mənada olduğunu iddir edir və  hətta toyxanada 

bəyəndiyi və əlinə keçirə bildikləri kibi bir çox şeylərə də burada 

nail olmaq təmənnasında olar. Ona görə harada “dram-drum” var-

sa oraya gedər, manat yerinə beş manat da sərf etməkdən çəkin-




Úàâèäè õàòûðëàðêÿí 

140 


məz və opera – operet kibi pyeslərə beldə tapanca, yanında 

“adamı” və yaxud “adamları” ilə glir. Ona görə də bu kibi adam-

ların ruhunu oxşayan opera – operet tamaşaları zorlu “pul qırma-

ğa” çan atarlar. Böylə adamların “səfayi-batinindən” Azərbaycan 

səhnəsi bir zaman opera – operetlərin inhisarında bulunur. Opera-

da iştirak edən aktyorlar səslərinə və “canan çəkmə”lərinə diqqət 

edər. “Kor atın kor nalbəndi olar”. Fəhvasınca öylə tamaşaçının 

heç səhnəyə, oyununa, əsərdəki “psixolojiyaya” diqqət etməyən, 

aktyorları meydana gəlirdi. Hər şey axar, hər şey yürüyər, bəzən 

qız yerinə  oğlan da o qədər  əhəmiyyət almaz; yalnız oturanların 

qulaqları, başları sallanmaqla haram ilikləri qızması “bədii həyə-

canı” oyadaraq mətləbi tamam edər. Ona görə  də aktyorlarımız 

içində dramçılara deyil, opera aktyorlarına da böyük paralar ve-

rilir; opera yazanlara dəxi çoxlu məbləğlər yetişməkdə bu aləmin 

müştaqı  təbiətilə çoxalmaqda davam edər. Hətta, mətləb oraya 

çatar ki, bəzi qəzetə mühərrirləri tyatroya getmədən oynanılan 

əsərlər haqqında qəzetələrində  tənqidlər yazardı. Səbəbi də 

məlum idi hankı aktyor necə oynayacağı  bəlli olmaqla bərabər, 

tyatroya gələn tipləri görmək özü bir ikrah oyadardı. Tamaşa-

çılarımızın ikinci qisminə  gəldikdə binlat əksəriyyətlə ziyalı 

təbəqədən ibarət küçük, zəif və yarıyoxsul, yarı orta hal, bir ordu 

təşkil edəırdi ki, böylə kütlə ara-sıra opera – operetlərə getməkdən 

çəkinməməklə  gərək mətbuatda, gərəksə xüsusi məclislərdə, 

xeyriyyə yerlərində operaçılıq əlindən dad çəkdikləri, “Bizə dram, 

bizə komedi kibi, pyeslər lazım!” deyə bar-bar bağrmaları məlum 

ki, dənizdə gurlayan bir səs kibi havada müəlləq qalacaqdı. Bu 

təbəqə münəvvər olduqca səhnədən daha ədəbi, daha bədii  əsər 

istədikcə, səhnəyə bir məktəbə baxarcasına baxdıqca, səhnəyə 

qoyulan dram və komediyalara gələnlər çox az olurdu. Hətta türk 

tyatrosuna gələn ziyalılarımız da münəvvər təbəqəmizin hamısı 

deyil, ancaq türk xəlqilə maraqlanan, türk məktəbi halını düşünən, 

nəhayət, türk dilini bilən və ya bilmək istəyənlərdi. Ona görə də 

dram kibi pyeslər qoymaq tyatrro müdiriyyətinə  heç bir zaman 

əlverişli olmayırdı. Ziyalı təbəqəsi mübariz bir vəziyyət alaraq hər 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə