Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə40/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

126 


təmin edəməyəcək dərəcədə uzaqlaşmış  və  əskimişdi. Ruhani 

tələblərini təmin etməyə heç bir çarə bulamayan və nə yapacağənə 

şaşırmış olan cəmiyyətdə yuxarıda göstərilən  əhvali-ruhiyyənin 

doğması pək təbii idi. 

Məşhur Qərb şairlərindən Hötenin Faustu və Şeksprin Hamle-

ti bu dövrün əhvali-ruhiyyəsini olduğu kimi bizə göstərən 

zamanının nümayəndəsi və tarixi simalarıdır.  

Qərbdə XVII-XVIII ərslər nə isə, bizim üçün XX əsr də odur. 

Qərb mədəniyyətini, yeni fənnlərin bol-bol içimizə girməsi ilə 

əskilik yıxılmış,  əski ideyalar, fikirlər və duyğular yerinə yeni 

ideyalar, yeni duyğular, yeni fikirlər qaim olmağa başlamış, lakin 

hələ tamamilə qaim ola bilməmişdir. 

Əskiliyin döyüntüləri qəlbimizi bir qurd kimi gəmirən, ruhu-

muzu zəhərləyən təsirləri bu gün belə yox deyildir. Cəmiyyətin 

hala  əski adətlər,  əski ideya və duyğulardan tamamilə uzaqlaş-

madığı, yeni nəsl hala əski suçlarından silkinib ruhunu təmizlə-

mədiyi bəllidir. Kimsənin ideal olan istiqbal haqqında müəyyən 

və qəti bir fikri olmadığından onu açıq və aydın surətdə təsəvvür 

edəməyor. Yeni fənnlər cəmiyyətin yeni quruluşu haqqında bir 

çox yeni nəzəriyyələr ortaya atmışsa da, hənuz ona alışmamış, 

onu olduğu kimi qavrayamamış və əməli olaraq uzun müddət mü-

şahidə və təcrübələrdən keçirməmiş olan cəmiyyəti o nəzəriyyələr 

ürküdür. Cəmiyyət şübhə və tərəddüdlər içində çırpınır, əsəbiləşir 

və gələcəyə şübhəli, qorxaq və tərəddüdlü nəzərlərlə baxır. Əski-

liyə  ağır və  kəskin zərbələr endirən, bizə bir çox yeniliklər  gə-

tirən 1905-ci il inqilabının yetişdirmiş olduğu hürriyyət və inqilab 

nəzməxanı Məhəmməd Hadi əsərlərində bu dövrün səciyyəsini nə 

qədər açıq, aydın və nə qədər canlı göstərir. 

İştə Hadidəki cahan kədəri, müşkülpəsəndlik, skeptiklik və 

bədbinlik inqilabın o istihalə dövrünün yaratmış olduğu  əhvali-

ruhiyyədir. 

Bu qısa izahatdan sonra “İblis” haqqında mülahizələrimi 

söyləyə bilərəm. İnsan maddi və mənəvi qüvvədən ibarətdir. Bə-

şər həyata qədəm qoyduğu gündən etibarən bu iki qüvvə hər daim 




Úàâèäè õàòûðëàðêÿí 

127 


bir-birilə çarpışır. Hənuz insanda mənəvi qüvvələr kamalınca in-

kişaf edəmədiyindən maddi qüvvələr hər zaman mənəvi qüvvələrə 

qalib gəlmiş  və  gəlməkdədir.  Əsərdə  İblis maddi qüvvələrin, 

Mələk isə  mənəvi qüvvələrin simvoludur. Əsərin ilk pərdəsində 

səhnə nəhayətindəki iki pəncərənin birində İblis, digərində Mələk 

olması və söylədikləri sözlər zatən bunu anladır. Hər insanda bu 

iki qüvvə mövcuddur. Mühit və zaman etibarilə insanların bir 

qismi eyi, bir qismi isə kötü qüvvələri kəndində inkişaf etdirir. 

İştə hailəni doğuran bu iki qüvvənin bir-birilə çarpışmasıdır.  

Əsər haqqında mülahizələrimi anlada bilmək üçün hailənin 

əsas şərt və qanunlarından bir qaç söz söyləməyi lazım bilirəm.  

Hailə dram tərzində yazılan bir əsərdir ki, baş  qəhrəmanları 

(şəxsləri) ağıl, hiss və iradəcə digər  şəxslərdən ayrılaraq ümumi 

şərt və qanunları parçalaya biləcək kəskin bir iradə  və istedada 

malik olurlar. Bu kimi şəxslərin ruhunda təbii olaraq müəyyən 

şərtlər və  təsirlər daxilində elə bir hal doğur ki, məslək və 

ideyasına qarşı olan şəxslər və şərtlərlə çarpışmağa məcbur olur. 

Hailə qəhrəmanları səciyyəcə dram (faciə) qəgrəmanlarından 

ayrıldıqları kimi bəslədikləri məfkurə etirbarilə də yüksək, kəskin 

iradə, sarsılmaz enerji və ülvi qayəyə malik xariqüladə  şəxsiy-

yətlərdir. Bu qəhrəmanlar fəaliyyətə başladıqları zaman kəndilə-

rini o qədər  şaşırır və düşüncəsiz hərəkətlərlə o qədər böyük 

xətalar törədir və kəndinə elə dərin və çıxılmaz uçurumlar hazır-

layır ki, o çətin və qorxunc vəziyyətdən qurtulmaq ümidi qalmır. 

Kəndisi hiss etmədən onu təqib etməkdə olan bu fələkatləri biz 

seziriz və bütün bunlar bizdə heyrət və iztirab doğurur. Bu iztirab 

və hissi-heyrətə bir hiss daha artırır ki, o dəxi qəhrəmanın ülvi 

ruhu, yorulmaz enerjisi və sarsılmaz iradəsidir. 

Hailənin qət (развйaзка) cəhəti tamaşaçılarda  əxlaqi hiss və 

maraq oyatmalıdır. Odur ki, qəhrəmanın öz məslək və qayəsi 

uğrunda ölməsi bizdə acı hiss və kədər oyadır; eyni zamanda biz 

kəndimizdə bir sevinc və yüngüllük hiss edirik. Zira ki, əxlaqın 

hakimliyini gözümüz önündə görür və ağır təsirlərdən qurtuluruq. 

Qəhrəman kəndi suçlarını kəndi qanı ilə təmizləyir. Uğrunda özü-

nü fəda etdiyi idealın ölməyəcəyinə, yaxın zamanda içimizdə ha-



Úàâèäè õàòûðëàðêÿí 

128 


kim olacağına bizdə iman doğurur. Qəhrəman qalib gəldiyi təqdir-

də belə biz onunla bərabər yüksəlir, teatrı daşğın sevinclər və duy-

ğularla tərk edirik. Bizə bu kimi təsirləri verməyən, yalnız bizdə 

acı bir kədər doğuran hailələr sənətkaranə əsərlərdən sayılmaz.  

“İblis” əsərində dram nədən ibarətdir? 

Birinci, Arifin ideya və qayəsinə zidd olan şərtlər və  şəxs-

lərdi. O, mühiti ideya və qayəsinə müvafiq görmür, onu istədiyi 

kimi dəyişdirib, istədiyi kimi bir aləm yaratmaq iqtidarına da 

malik deyildir. İştə bu şərait onda acı bir hal oyadır. O öz hissiy-

yatı və mühiti ilə çarpışır, hər şeyə üsyan və hər şeyi tənqid edir. 

İkinci, Rənanın eşqidir. O dəlicəsinə sevdiyi Rənasına qovuş-

maq üçün iztirablar içinə yuvarlanır, ona mane olan əngəllərlə 

şiddətli surətdə çarpışır və heç bir fədakarlıqdan çəkinmir. Arifə 

ağlından ziyadə hissi hakimdir. Hər  şeydən  əvvəl o idealistdir. 

Kiçik ikən İstanbulda evi yanmış, nəsli məhv olmuş, yalnız kiçik 

qardaşı Vasiflə qurtularaq və  nəhayət onu da qeyb etmiş olan 

Arifdə bu fəlakətlər həyat və kainata qarşı  dərin bir nifrət 

doğurduğu kimi, yaşadığı mühit içindəki qüyudat və  vəhşətlər 

iztirab və kədərini daha şölələndirmiş, bədbinliyini daha artırmış, 

mühitə  və  gələcəyə  şübhəli və qara gözlüklə baxmağa məcbur 

olmuşdur. XX əsrin gətirmiş olduğu yeniliklər onun ruhundakı 

dərin çırpıntıları təskin edəməyir; biləks, şübhə və tərəddüdlərini 

artırıb onu daha ziyadə yaxır, iztirab içind üzür. O, fərdi arzusu ilə 

ictimai arzular arasında böyük bir ziddiyyət görür. Arif ya o çirkin 

həyata uymalı, onun bütün pislikləri və çamırlıqları içində sü-

rünməli, yaxud o qeydləri, o ayrılıqları qırıb parçalayaraq mühiti 

istədiyi kimi dəyişdirməli və istədiyi  şəklə salmalı idi. Bunların 

heç birini yapmaq iqtidarını kəndində görmədiyindən o mühitdən 

tamamilə uzaqlaşmaq, dərdlərini,  əməllərini unutmaq məqsədilə 

təbiətin saf və sakit köksü üzərinə atılmaq, orada həyəcanlarını 

unutmaq məcburiyyətində qalır; hürriyyətini, idealını uduzacağını 

və xarici həyatla orada çarpışa biləcəyinə iman edir və  kəndini 

təbiətin qucağına atır. Lakin o saf və  səmimi çöl həyatı  dəxi 

ansızın  şölələnən cahan müharibəsi münasibtilə çalxalanır, bula-




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə