Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə42/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

132 


və o vasitə ilə  iğva etmək üçün öz qiyafəsində deyil, müxtəlif 

insan qiyafələrində görünür və onun qəlbini təsxir üçün plan qu-

rur.  İnsanları  həyatın bütün pisliklərinə alışdıran və öz ehtira-

satıdır. 

İştə ikinci pərdədə İblis tərəfindən Arifə içirilən şərab maddi 

ehtirasatın iksiridir. O artıq tanıdığımız Arif deyildir. Ehtirasatı 

artıq onu həyata atılmağa və qaşısındakı maneələrlə çarpışmağa 

məcbur etmişdir. Zatən insanlar üçün həyatdan böyük məktəb 

olmaz!  İnsan həyata yaxınlaşdıqca, onun bütün acılıqlarını islah 

edir; qarşısında ülkər kimi parlayan şiddətli arzu və təmayüllərinə 

qovuşmaq üçün xətti-hərəkətini və nöqteyi-nəzərini dəyişdirməyə 

məcbur olur. Arif artıq ilk pərdədə gördüyümüz Şərqin  əski, 

çürük inqazını daşıyan, səf və icz göstərən, şübhə və tərəddüdün 

başdondurucu dumanları içinə yuvarlanan bir çocuq deyildir; kən-

dini düşünən, kəndi ehtirasatı arxasında qoşan, yaşamaq üçün hər 

fədakarlığa qatlanan bir şəxsiyyətdir. O artıq arzu və  təmayüllə-

rinə mane olan əngəlləri ortadan qaldırmaq üçün çırpınır. Həyatın 

ehtiyac və  tələbləri arxasınca qoşur:  şərab içir, revolver daşıyır, 

altuna pərəstiş edir. 

Ormanda haydutlar tərəfindən atılan qurşundan qorxmuş olan 

Rənaya: 

Heç qorxma, yanımda həm silah var,  

Həm altun, əvət, nasıl da parlar, -  

 

- deyə qürur göstərir. Rəna “Altun sənə nerədən?” deyə sorunca: 



 

Bir arkadaşımdan oldu qismət. 

Yoldaşdı mənimlə bir yəhudi, 

Pəncəmdə həlak olub boğuldi, -  

 

- deyə həm xırsız, həm də qatil olduğu ilə iftixar edir. Hələ Rəna 

ona: 

Beş altuna qarşı böylə vəhşət?! – 

- deyərkən cavabında: 



Úàâèäè õàòûðëàðêÿí 

133 


Vəhşət deyil, iştə bir cəsarət, 

Lakin o da səndən, ah, səndən! – 

 

- deyə köksünü qabardır və onun uğrunda hər fədakarlığa hazır 

olduğunu qürurla anladır. 

İblis Arifin girmiş olduğu bu çirkin və adi həyatdan peşman 

olaraq çəkiləcəyindən qorxur. Onu həyatın ağır zəncirləri ilə 

bağlamaq, bir daha kəndi ideal aləminə dönməmək üçün böyük 

cinayətlər yapdırmağa, həyatın dərin, çıxılmaz çirkabları içində 

sürüklədərək onun bütün fənalıqlarına bulaşdırmağa hazırlanır. 

Sevdiyi Rənanı əldə etməyə mane olan Xavəri, daha sonra sənə-

lərdən bəri üzünə həsrət qalmış olduğu qardaşı Vasifi öldürür. 

Arif idealistliklə realistlik arasında hənuz  əksikliklərdən ta-

mamilə uzaqlaşmamış və yenilikləri də olduğu kimi qəbul etmə-

miş bir tipdir. O tam mənası ilə realist olmamış, qüvveyi-əqliyyəti 

kamınca inkişaf edəməmiş, hərəkətlərində çaşqınlıq, əsəbilik var, 

fəaliyyətində xeyirdən ziyadə zərər verir. 

Rənanı əldə edə bilmək üçün altun və revolver, onlar olmazsa 

könlünü istəyən  İblisə: “Vermişəm könlümü yalnız ona bən” – 

deməsi, Vasifi və Xavəri öldürdükdən sonra bütün yapdıqlarından 

peşman olaraq o cinayətləri kəndi qanı ilə təmizləmək istəməsi və 

əsərin son pərdəsində  İblis yenə  kəndi qiyafəsində ona görünür-

kən “Eyvah, budur İblis!” – deyə qorxub şaşırması Arifin İblisə 

məğlub olmadığını  və hala insani duyğularla yaşadığını göstərir. 

O, həyat və zaman iblislərindən qorxmur, əsatiri və  məvhum 

iblisdən qorxur. Son pərdədə abid qiyafəsində görünürkən Arif: 

“Bir mürşüd o, sahibi-kəramət” – deyə  İblisin  əlini öpür, daha 

sonra öz qiyafəsinə girincə “Eyvah, ona yaxınlaşmayın, əsla, odur 

İblis!” – deyə əsəbi hallar keçirir. O hala əsatirə inanır, hala ruhu-

muzu gəmirən əski təsirlərdən kəndini alamıyor. 

İctimai nöqteyi-nəzərdən dram bir inqilabdan ibarətdir. 

Şübhəsiz, əvvəlkinə nisbətən Arif pək irəliləmiş, həyatın bir çox 

yeniliklərini qəbul etmiş; bununla bərabər o, həyatla müvəffəqiy-

yətlə çarpışmaqda qüvvətli təcrübələr  əldə edəməmiş, qarşısında 




Úàâèäè õàòûðëàðêÿí 

134 


duran yeni məsələləri həll edərkən nerədən, nasıl başlayıb, nasıl 

bitirmənin yollarını bilmir, onda şüurlu fəaliyyət doğmamışdır. O 

düşünür, mühitindəkilərə xeyir vermək və yardım etməyə çalışır. 

Bu yolda bir çox enerji sərf edir, yenə də kəndi idealı ilə mühiti 

arasında bir uyğunluq vücuda gətirəmiyor. 

Arif XIX və qismən XX əsrin yetişdirmiş olduğu türk xal-

qının nümayəndəsi və tarixi tipidir. İblis isə Qərb mədəniyyətinin 

yetişdirmiş olduğu, tam mənası ilə realist bir tipdir. O bütün 

qüvvətini və hərarətini ağıl və mühakiməsindən alır. İblis həyatın 

bütün dərinliklərinə girmiş, onu təbiətində  hər  şeyi çapıq təbəd-

dülata uğradığından sabit bir ideal, əbədi bir səadət olmadığına 

inanmış  bədbin bir simadır. O, tikici deyil, yaxıcı  və  yıxıcıdır. 

İnsani duyğuları, əxlaqı, marağı inkar edir. Alicənablığa qarşı çox 

duyğusuzdur. Başqalarının səadət və  fəlakəti ilə  əylənir; onun 

dünyada sevdiyi və inandığı heç bir şey yoxdur. Ona görə də hər 

şeydə nifaq və təzad arar və hər şeyə qara gözlüklə baxar. Aldat-

maq, yalan söyləmək onun naturuna pək müvafiq gəlir və bundan 

bir zövq alır. Vuruşmaq, söyüşmək, yaxmaq, yıxmaq onun qulaq-

larında bir musiqi ahəngi doğurur. İblis kəskin ağla və sarsılmaz 

iradəyə malikdir. Dodaqlarından uçan hər söz məntiqli, hər bir 

hərəkət və  fəaliyyət ağıl və mühakiməyə uyğundur. Həyatdakı 

ahəng və intizamı pozmaq üçün plan qurmaqda, məqsədinə iriş-

mək üçün vasitələr və səbəblər hazırlamaqda pək mahirdir. İsbata 

çalışdığı həqiqətləri müxatibinə o qədər böyük bir məharətlə anla-

dır və elə füsunkar bir təsir ilə nüfuz edir ki, qarşısındakının 

məğlub olmaması imkan xaricindədir. O ağlın inkişafını da yalnız 

fəda yolda sərf etmək, o uğurda fəaliyyət göstərmək və o sayədə 

insanlığı heyvanlığa sürükləmək üçün sevir. O, allah, din, fəlsəfə 

və sufilik kimi şeylərlə əylənir, acı, istehzalı qəhqəhələri, təriz, və 

kinayəli sözləri ilə  şiddətli surətdə  tənqid edir. O amansız bir 

münəqqiddir. Bu cəhətdən də realizmin müəssisidir. Ariflə İblisi 

müqayisə edəcək olsaq, İblis ona görə  pək irəliləmiş, onun 

nöqteyi-nəzərləri yenidir.  



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə