Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə49/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

153 


əsərdə  də meydana çıxır. “Şeyx Sənan”  əlli il hərəmdə piri-

xərabati müğan sayılır. Başında  dörd yüz müridi olur və orada 

olduqca ibadət və riyazət işlərindən bir an geri durmayır. Belə ki: 

 

Həm əməl, həm elm, bahəm yar daşt 

Həm əyan, həm kəşf, həm əsrar daşt

1

 –  

 

qıldan anlayacaq dərəcə mənəviyyat dara bir şəxs olmaqla bərabər 



“Kəramət və məqamat”da da qüvvətli olur. Yanına gələn xəstələr 

onun nəfəsilə sağlam olurlar. Bir neçə gün röyasında özünün 

Ruma səfər edən və orada bütə ibadət edən görür. Yuxusunun 

izini bulmaq üçün Ruma səfər etməklə qalxır və başdan ayağa 

Rumu ayaqdan saldıqdan sonra müridlərlə  gəlib qəzara bir ali 

mənzərin qarşısında durur, orada bulunan ruhanisifət bir tərsa 



qızı

2

 sipehri-hünsün  bürci-kəmalında bir zəvalə  uğrayan günəş 

kibi Şeyx Sənanın gözlərini qamaşdırır. Fitneyi-üşşaq olan gözləri 

və doğrudan da birər tağ olan qaşları, püstədən azca açılan ağzı ilə 

çahizıənəxdanı Şeyxin əqlini deyil, bütün etiqadını əlindən alır

Din evinə rixnə salır. Qızın yolunda hər şeydən əl çəkən Sənanın 

müridləri nə  qədər nəsihət edirlərsə  də mürşidlərindən bir cavab 

almadıqları üçün sərgərdan qalırlar. O gecə qızın eşqi bir od par-

                                                                                                            

Əbdül Rza əl-hüseyni  əl-Müsəvi fi-27 sənə 1211) yazının kim tərəfindən 

yazıldığı və tarixi səbt edilməmişdi. 

İkinci – Eyni kitabxanada “0” 1024 nömrəsi ilə 113 səhifəliyə 8 bir “Məcalisi-

üşşaq” iyirminci məclisində birinci nüsxə ilə bəzi nöqtələrə ayrılırdı. Üçüncüsü 

isə burada öz əlimdə bulunan Mirzə  Məhəmməd  Şirazinin 12-547 səhifəlik 8 

daş çapıdır ki, əvvəlkindən daha qısa olmaqla bərabər, bəzi yerdə də ikinci ilə 

mütəbiqdir. Böylə üç nüsxədən istinsax etdiyimiz “Şeyx Sənan” mənzuməsinin 

qısaca məalini qeyd etdikdə farslar arasındakı mündəricəsinə qeyd ediriz. 

Təəssüflər olsun kiQafqaziya türkləri və gürcülər arasında yayılmışına, 



yazı halında bir dürlü təsadüf edilməyir. Bu da əl yazısı  şəklində hankı 

bucaqlarda bulunduğu imdilik bəlli deyil – H.Z. 

1

  Həm əməli, həm də elmi birləşdirmişdir, 



   Həm zahiri, həm kəraməti, həm də sirləri var idi. – H.Z. 

2

 



Qeyd. Kursivlər mənə aiddir. – İ.O. 


Úàâèäè õàòûðëàðêÿí 

154 


çası olaraq Sənanı yandırır. Onun qərarı  kəsilir. O gecə  ətrafına 

toplanmış müridləri təskin etmək üçün hər nə yapılarsa  Şeyxə 

təsir edəməyirdi; sabah olduqda Şeyx Sənan o dilbərin qapısından 

ayrılmaq istəməyir.  Şeyxin halını böylə  zəbun görən  tərsa qızı 



özünü bilməməzliyə vurub Şeyxin böylə aramsız və  sərməst 

olduğundan səbəbini sorduqda, Sənan içində olan sevdanın atəş 

almış dilini açır və bütün fəsahətilə  qıza elani-eşq etdikdə  qız 

onun qocalığını yadına salır və israr edən  şəxsi susdurmaq üçün 

eşq yolunda dürüst olduqda dinindən  əl çəkməyi və öz yarilə 

həmrəng olmağı təklif edir. Şeyx razı olur. Qız bütə səcdə, qura-



nı yaxmaq, çaxır içmək və imandan göz çəkmək kibi dörd iş 

göstərirdi.  Şeyxi deyrə (kilsəyə) aparırlar. Bunu görən müridləri 

orada fəğanə gəlməyə başlayırlar. Şeyx çaxır içməyə razı olursa 

da, başqa  üç  əmələ mürtəkib olmaq istəməyir; fəqət çaxırın 

təsiri ağlını aparır. Şeyx, zünnar həlqəsini boynuna keçirir, xirqə-

sini yaxıb yandırır. Qız bunu da kafi görməyir. Bir il tamam dəxi 



donuz çobanı olmağı  təklif edir. Şeyx bir il donuzotaran olur. 

Şeyxin müridləri isə onu unutmayırlar. Yenə  də dalınca gəlirlər. 

Şeyx onları qaytarır. Gedib hər kəsə doğrusunu söyləməyi rica 

edir. Şeyxi Rumda tənha buraxıb Kəbəyə sarı gedən müridlər 

orada bulunan Sənan dostuna tuş  gəlirlər. O bütün əhvalı anla-

dıqda müridləri danlayır: və mürşidlərini buraxmaqda vəfakarlıq 

etmədiklərini onlara anlatır. Onun təklifinə görə  Şeyx zünnar 

bağladıqdan sonra bütün mürid ona peyröv olmalı idilər

1

. Mürid-


lər həmin  Şeyxin sözlərindən xəcalət çəkdikləri için yenidən 

Şeyx Sənanın yanına dönürlər. Qırx gün gecə-gündüz nə yedilər, 

nə yatdılar. Ancaq riyazət çəkdilər, ibadət edir, şeyxlərinə mütə-

vəcceh olurlar. Axirüləmr düaları hədəfinə çatır. Bir gecə mürid-

lərdən birinin yuxusuna gələn (Mustafa)

2

 gülümsəyir və anlatır 



ki, Şeyx Sənanın qəlbində olan qübarı götürmüşdür. O yenə islam 

olacaqdır. Bundan xəbərdar müridlər  Şeyxin tərəfinə getdikdə 

                                                 

1

 Bu da sufilik üçün səciyyəvi bir nöqtədir. – H.Z. 



2

 Məhəmməd peyğəmbərə verilmiş adlardan biri – İ.O. 




Úàâèäè õàòûðëàðêÿí 

155 


onun üstündə olan zünnarın, başındakı kibr külahının düşmüş 

olduğunu və özünün də nur içində bulunduğunu görürlər.  Şeyx 

ağlayır. Dutduğu  əməlindən peşiman olur. Müridlər ilə  bərabər 

Kəbəyə sarı  gəlmək istədikdə sevgilisi də davam edə bilməyir. 

Onun ardınca gəlir. Fəraqə taqət gətirmədiyini anlataraq əlvida-

əlvida deyir və canını təslim edir: 

 

İn be qoft an mahu dəst əz can feşand 

Nim cani daşt bər canan feşand 

Gəşt pünhan aftabəş ziri-miğ 

Cani-şirin zu bər aməd ey diriğ 

Qətreyi bud u dərin cuyi-məcaz 

Suyi-dəryayi-həqiqət rəft baz

1

 

Sevgilisini basdırdıqdan sonra Şeyx, yenə  də  Kəbəyə dönür. 



Şeyx Sənanın farscadakı dastanının  ən səhih məzmunu 

bundan ibarətdir.  İmdi buradan “Şeyx Sənan” pyesinin bu 

dastandan nə qədər təsir aldığını da təyin etmək mümkündür. 

 

İKİ ŞEYX SƏNAN 

 

Nəql etdiyimiz Şeyx  Əttarın yarı  əfsanəvi, mütəsəvvifanə 



yazılmış  mənzuməsini oxuyanların bir parası qanadlanıb sevinə-

cəkdir ki, – aha! Cavidin eybi açıldı! Cavidin “Şeyx Sənan”ı öz 

əsəri deyilmiş. Bəlkə ondan çox əvvəl dillərdə dastan olmaqla 

bərabər bir böylə müfəssəl mənzumə varmış ki, Cavid onu alıb 

mənzum bir pyes halına salmışdır. Bir çoxları burada Cavidin 

                                                 

1

 O ay deyib canından əl çəkdi, 



  Yarı canı qalmışdı, canana verdi, 

  Günəşi bulud altında gizləndi, 

  Heyhat, şirin canını verdi.   

  O, bu məcazi arxda bir damla idi.  

   Yenə də həqiqət dəryasına axıb getdi. – H.Z. 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə