Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə46/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

144 


meydana çıxdığı üçün böylə “satılqanlıq” təmayülilə razılaşa 

bilməyirdi. Səhnəyə  də, aktyora da, müəllifə  də etiraz edir, 

hökmfərma  ədəb-əxlaqi tənqid edir və  sənət naminə bir əsər 

istədiyi halda qarşısına çıxan “Şeyx Sənan”ın bütün göstərilən 

məziyyətlərilə  bərabər quruluşundakı  vəhdət, üslubdakı sadəliyə 

və narınlığa, şeriyyətdə musiqiyə, musiqidə şeriyyətə, hər ikisin-

dəki oynaqlığa bir sözlə ümumi ahəng nümunəsinə  təsadüf edir. 

Bütün bu cizgilər bir araya toplandıqda məzkur  əsəri hər kəsə 

məcburən sevdirəcəkdi. Ona görə idi ki, başda ərz edilən ümumi 

vəziyyət içində bir tənafür (dissenans) kibi də olsa yenə də pyesi 

bəyəniləcək bir yucalığa çıxarır idi. 

 

ƏSƏRİN MƏNŞƏYİ VƏ DOĞMASINA  



TƏSİR EDƏN SƏBƏBLƏR 

 

“Şeyx Sənan”ın doğmasından  əvvəl ona təsir edən  şəraiti 



aşağı-yuxarı  qısa bir surətdə göstərdik. O cümlədən müstəsna 

olmaq üzrə nə üçün Cavid ancaq Şeyx Sənan möczusunu seçmiş 

olduğu da nəzərimizdən qaçmazdı. Burasını bir az aşağıda göstə-

rəcəyiz. İmdi isə əsərin doğmasına təsir edən səbəbləri araşdırmaq 

lazımdır. Burada yenə  də Hüseyn Cavidin öz mühitini bir tərəf-

dən, türk ədəbi həyatını digər tərəfdən, anlamamaq imkan 

xaricindədir. 

Hüseyn Cavidə təsir edə bilən ailəvi mühitindən nə ala bilə-

riz? Babası, ömrünün ilk yarısını  əkinçi və ötə yarısını da həl-

laclıqla keçirən məzəli və ədəbi parçaları sevən bir şəxs, atasının 

isə musiqi və muğamata bələd, gözəl səsli bir rövzəxan olduğu və 

Cavidi dəxi molla etmək fikrinə düşdüyü məlumdur.  Əvvəlcə 

mollaxanada oxumuş Hüseyn Cavid bir az sonra Təbrizə gedib, 

“böyük qardaşı  Şeyx Məhəmməddən  ərəb və fars ədəbiyyatı 

oxumuşdur”. On dörd yaşında “Gülçin” təxəllüsilə yazmaqda 

olduğu sinəzənlər o qədər məscid və  təkyə xadimlərinə xoş  gə-

libmiş ki, “Racini buraxaraq Hüseyn Cavidin mərsiyə  və 

sinəzənlərinin istərlərmiş”. 




Úàâèäè õàòûðëàðêÿí 

145 


İyirmi üç yaşlarında, yəni 1905-ci ildə Cavid, filosof Rza 

Tofiqin yanında türk ədəbiyyatı ilə  məşğul olur. Gərək Naxçı-

vanda, gərəksə  İstambulda bulunarkən Hüseyn Cavid mənzum 

şeir yazmaqdan vaz keçməyir və bir il

*

  İstambul Darülfünun və 



kitabxanalarında çalışdıqdan sonra Tiflisə dönür. Burada Şeyx 

Kəbirin dililə  Şeyx Sənanın tərcümyi-halını anlatmaq istəyən 

Cavidin səbki bir az Şekspircəsinə olur. O da guya özünün gəzmiş 

olduğu yerləri bəzi təğyir ilə Sənana isnad  edir: 

 

Səni annan doğurdu Turanda, 

Yaşadın bir zaman da İranda. 

Kəsbi-ürfan için, fəzilət için 

Sonra İranı tərk edib getdin, 

Ərəbistanı ixtiyar etdim. 

Gənc ikən kəsbi-iştihar etdin. 

Lakin ən son yerin, zəki Sənan! 

Olacaq son nəfəsdə Gürcüstan... 

 

Bu parçada yalnız Ərəbistan yerinə İstambul deyilsə idi tama-

milə Cavidin gəzmiş olduğu yerlər olacaqdı. “Gənc ikən kəsbi-

iştihar etdin” cümləsini alıb da yuxarıda göstərdiyimiz “Racini

7

 

buraxaraq Hüseyn Cavidin sənizənlərini istərlərmiş” qeydinə 



yanaşdırdıqda bur parçada Cavidin tərcümeyi-halından bir nəbzə 

görməmək qabil deyil.  

Deməli, Cavid məsələn molla, rövzəxan oğlu,  şeyxin kiçik 

qardaşı, sufiyanə, xəlq ruhunda şeirlər söyləyən filosof Rza Tofiq 

şagirdi və  İstambul kimi o zamankı dindar bir darülfünün dəsti-

pərvərdəsi olaraq Tiflisə  gəlir və 1910-cu ildə  Gəncə  məktəbi 

ruhanisində dərs deməyə başlayır. Deməli, Cavidi bu dövrün, onu 

büsbütün təzyiqi altına alan bir ruhani, dindar, sufiyanə mühit və 

digər tərəfdən müvəqqəti də olsa belə ticarət mühiti Cavidi 

gəzdirə-gəzdirə Qafqazın ən gözəl bir şəhərində Şeyx Sənan dağı 

qarşısında saxlayır.  

                                                 

*

 Dörd il – Tərtibçi. 




Úàâèäè õàòûðëàðêÿí 

146 


Bu zamanda Cavidin ruhani aləmində olan mübarizlərə tuş 

gəlməmək, onları sezməmək, bəsirətsizlik deməkdir. On illər ilə 

ruhani ailəsində yaşayan bir gənc göz xəstəliyi dolayisilə mühitin-

dən qoparılıb əvvəla ticarət aləminə, sonra Rza Tofiq kibi dinsiz 

bir sufi şairin əfsununa düşən bir gənc içində nə mübarizələr ola 

bilməz?  Əslindən bir tanrıya inanmış, bütün mühitilə “lailahə 

illəllah” deyə şəhadət etmiş, mərsiyə və sinəzən şairi olduqda bir 

az şöhrət qazanaraq “imam Hüseyn nökəri” olanlar sırasına girmiş 

və hətta aşura günü heyvərələnmiş dəstəbaşıların: 

 

“Zülfini qardaş Əli! Üzdə pərişan etmisən, 



Fəlməsəl bədri səhab pünhan etmisən

3



Dövri-rüxsarında qanlı tellərin halə salıb 

Kim səni, söylə görüm, zülmilə bu halə salıb? 

Qanlı zülfintək bənim də könlümü qan etmisən” –  

 

deyə, sinə vurmaları  hələ çocuq Gülçin Hüseyndə başqa-başqa 

dini vəcdlər oyatmış olduğundan sonra birdən-birə axirət, cənnət, 

cəhənnəm, huri, qılman hamısı tarmar olıur. Cavidin içində şüb-

hələr oyanmağa başlayır. Ona görə də “Bahar şəbnəmləri”ndə: 

 

Ey mənliyimdə hakim olan ruhi-pürsükun! 

Ey ruhi-münfəil! Səni gördükcə həp zəbun, 

Gördükcə daima səni sərkəşteyi-zünun, 

Həp varlığım həman oluyor sanki tarümar, –   

 

bəndinə təsadüf edilir. Bu zamanda şairin içindəki şübhələr qaba 



və yonulmamış bir şəkildə deyildir. Bu şübhələr bir filosof-şair 

məntiqilə, bir yeni mütəliələr görgüsü ilə oyanmış  və  Sənan 

məqamında olan Cavid üçün Rza Tofiq və yaxud Tofiq Fikrət-

lərin hər biri bir Şeyx Kəbir mövqeyində bulunacaqdır. Bunların 

nüfuzuna düşən şair özü-özünə: 

 

Şübhədir hər həqiqətin anası, 



Şübhədir əhli-hikmətin babası. 

Şübhə etməkdə haqlıdır insan, –   


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə