Úàâèäè õàòûðëàðêÿí
113
Həp çalışmış durmadan, sarsılmadan,
Bir dügün... onlarca hər bir təhlükə,
Həpsi olmuşlar fəda bir məsləkə.
İştə bu məslək fədası nəticəsidir ki, bu adamlar hər bir əziy-
yətə, azara dözür, ölənə qədər mübarizədən çəkilmək istəməyir.
Bu da səbəbsiz deyil, çünki:
Həpsinin qəlbində bir sevdası var,
Həpsi Məcnun... Həpsinin Leylası var.
Həpsinin ruhində bir cənnət gülər,
Həpsi şəfəq bəslər, ülviyyət dilər.
Ağlamışlar həpsi insaniyyətə,
Xadim olmuşlar bütün bir niyyətə.
İştə bu nöqtələri araşdıran Cavid şəxsiyyətlər üzərində daha
çox durur; bəzən fəlsəfi müəmmaların həllinə atılır, lakin onları
ətrafı ilə möhkəm iplər vasitəsilə bağlamayır.
Cavid kitlədən qaçır, onun içərisinə girib dərdlərini araşdır-
mayır, onların hisslərilə yaşamayır, ona görə də uzaqlığı hər
şeydən artıq sevir. Çünki
...Uzaqda səadət var, eşqə hörmət var
Yaxın zəhərlidir, əmma uzaqda cənnət var
Uzaqda var əbədiyyət ki, başqa nemətdir.
Həmin bu uzaqlığı sevən Cavid romantikdir. O,həyatın
zəhərli neştərini görmək, onu duymaq istəməyir, o müvəqqət də
olsa aldanmaq istəyir və aldandığını da anlayır.
Cavid nə istəyir? Bütün həyatı bir gözəllik bürüsün; şəfəqlərlə
çiçəklər açsın, həp insanlar mələyə dönmüş olsa da yenə ən
müstəsna bir gözəl qıza bütün kainat əyilmiş olsun.
Çünki mələk də, gözəl də, gözəllik də “ulu dahilərin nədimə-
sidir”, ona görədir ki, Şəmsanın ağzına:
Úàâèäè õàòûðëàðêÿí
114
Bən istərəm, həp nə var uzaq və yaxın
Böyük dahilərin, qəhrəmanların
Bütün ruhi bir çöhrədə parlasın
O da bənim pərəstişkarım olsun.
Sözlərini verir. Bu surətlə Cavid nə yaratmaq istəsə yalnız
incəlik və gözəllik xatirəsinə, yalnız bir gözəlin “süzgün” baxış-
larına, “canlar alan” gülüşünə xidmət etmək xatirəsinə yaradır.
Gözəllik və sevgi Cavidin bütün varlığını qaplamışdır.
Hətta:
Bənim tanrım gözəllikdir, sevgidir
Deməsi Cavid için ən səciyyəvi bir cəhətdir. Filhəqiqə Cavi-
din bundan yüksək bir tanrısı yoxdur, demiş olsaq yanılmayız
zənindəyiz.
Cavid - əsərində heç bir əxlaq dərsi vermək istəməyir, bəlkə
bir az da Oskar Uayld kibi hüsn peyvərisi olaraq qalmaq istəyir.
Əsərlərini təlqin fikrilə də yazmamış. Bu nöqtədə Cavid sənəti
sənət için sevənlərdən olmamış nə olur?
Lakin Cavid əxlaq məsələlərilə məşğul olmaya bilər. Onun
qəhrəmanı Peyğəmbər isə ən birinci addımını əxlaq təshihindən
başlamış, ətrafındakıların “İblisə uyaraq fəna yollara sapdıqlarını”
görüncə onları doğru yola çağırmaq istəmiş və yalnız Sokrat
misal xocalıq ilə bir ömür keçirmək istəməmiş. Kitlə içərisinə gir-
miş, çarpışmış, əzilmiş, döyülmüş, fəqət məsləkindən dönməmiş.
Peyğəmbər yeni din gətirmək istəmiş. Əski ənənələrə tabe olmaq-
la “gözə görünməz tanrıdan” yüz döndərməkdə hər kəsi ittiham
etmiş, hər kəsə azğın, sapqın deməklə ətrafına bir vəlvələ salmış.
Deməli meydanə kitlə həyatı, kitlə rəhbərliyi, ictimai mübarizə
gəlmiş din boyası ilə qarışmış yeni, bir qədər də həyati bir fəlsəfə
məsələsi ortaya fırlanmışdır. Cavid dəxi bütün bu “etilalara” çıxıb
əvvəlcə məsələni özü üçün həll etməliydi. Görülür ki, bunların
heç birisini yapmamış. Bəlkə də özü anlatdığı kibi bir təsadüf
Úàâèäè õàòûðëàðêÿí
115
dolayısilə bir ilham ucu görmüş, haman qələmi almış “bir şey
yazayım” diyə bu əsəri qaralamış. Yox əsəri mükəmməl yazmaq
istəsəydi Cavid yaza bilərdi. Peyğəmbərin əxlaq üzərində yapdığı
təshihə göz yumub keçməzdi. Burasında bir ləhzə durmalıdır.
Peyğəmbər baş qaldırarkən əşirətin inqirazi üstündə qurulan
bir köləlik mədəniyyəti dövri idi. Məkkə xəlqi iki qismə ayrıl-
mışdı. Bir ucda bütün səfalətilə rəislər təbəqəsinə ayrılmışdı. Bir
ucda bütün səfalətilə rəislər təbəqəsi, digər ucda da yoxsulluq,
aclıqdan balalarını torpağa gömən canavarlar təbəqəsilə ərəblərə
əsir olanlardı. Bunlar axın və məcralar arayır, ta cəhalətdən
“səadət” dövrünə varıncaya qədər fütuhal için can atar və günün
birində yıldırımvari bir itiliklə dünya tarixinə soxulduqları kibi bir
elektrik sürətilə də çəkilə bilirlər.
Tarixçilərin göstərdiyinə baxılsa ərəblər həp zatında xülyapə-
rəst deyildilər. Onlar tamam mənasilə təbiətin balaları idilər.
Peyğəmbər də bunların arasından çıxmış müstərib də olsa belə
yenə də bir Ərəbistan səmərəsidir.
Ona görə də Cavidin təsvir etdiyi qədər də romatik olmazdı.
Digər tərəfdən onun yeni əxlaqi tamamilə əskisindən ayrılma-
lıydı, əsərdə buna bir işarə varmı? Baxalım Peyğəmbər nə deyir?
O, ən əvvəl öz əsrindən şikayət edir:
Məhv edən həqli, məhv olan həqsiz...
Həp münafiq, şərəfsiz, əxlaqsız...
Deyə qaba qüvvətin hökmfərma olduğunu göstərir. Onun
yerinə İsa məsihdən məlhəm olaraq yeni bir əxlaq sistemi təklif
edir və bunların hamısını da yığıb bir məvhum nöqtəyə bağlayır.
Əski bütləri dağıdır, onun yerinə qara daşı ibadətgaha qoyur.
Kahinləri təlin edərkən
Vətəndaşlar! Yetər sapqınlıq, yetər,
Yalançı kahinlər sizi məhv edər
Əcdadınız doğru yoldan sapmışlar
Daşdan, taxtadan büt yapıb tapmışlar...
Dostları ilə paylaş: |