Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə32/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

99 


İnsafmı əkinçi, səfil 

Mədinə xəlqi yüz bulsun

Cəngavər qureyşin əsil 

Övladına qalib olsun 

Yox, bən istəməm yurdumda 

Üğursuz bayquşlar ötsün. 

 

Lakin  Şəmsayı  əvvəlki məşuqinə yağı  kəsdirən bu səbəb-



lərdən daha müdhiş bir xəbər onun ruhunu alovlandırıyor. Onu 

sarsıtıyor. O nədir? Bu vaxta qədər azad, açıq, hər məclisdə er-

kəklərlə  bərabər böyük hörmətlərlə nail nüfuzlu bir qadının 

tərbiyəsinə müğayiq şeylər!! 

 

Ah, o, “örtün” deyə əmr eyləyəcək 

Həp qadınlar qara çarşaf geyəcək... 

 

Şəmsanın kini özü qədər yüksək, özü qədər böyükdür. Hər 

kəs Peyğəmbərin bugünkü halına heyrət, ona təzimə məcbur isə, 

Şəmsa  əyilməz! Onda yaltaqlıq, təməllüq satmaq əlaməti görün-

məz. O alçalmağa öyrənməmiş. Fəqət quru sərkeşlikdən də bir 

nəticə çıxmaz. İçindəkiləri bayıra dökmüş olursa məqsudun irmə-

miş qalacaqdır. Öylə isə siyasətdən də qaçmalı. Ona binaən: 

 

Səni gördüksə qanım dondu həmən,  



.............................................. 

Adəta qalmadı təzimə məcal. 

.............................................. 

Ah, deyil tanrına, hətta sana da 

Hazıram etməyə bu canı fəda. 

 

Demək daha tədbirli hərəkətdə idi. Hətta  əvvəldə  təziminə 



heyrət edən rəislər belə Şəmsa qədər hiylə düzağını quramadılar. 

Yalnız sona yaxın anlamış oldular. Nə yapmalı ki, tədbiri qızın 

özünün zəhərlənməsilə nəticələndi. Fəqət o sözünün ardınca getdi. 



Úàâèäè õàòûðëàðêÿí 

100 


Və  şərəflə, namusla öldü. Bu isə tarixdə az görülə bilən sayqılı 

qadınlardan birisi qədər dəyərlidir. 

İştə bu cəhətdən Cavidin “Peyğəmbər”indəki müvəffəqiyyəti 

təbrik etmək lazımdır. Filhəqiqə bu nöqtədə Cavid tam mənasilə 

Şəmsanın  əhvali-ruhiyyəsini dartmış  və sonra Peyğəmbərə qarşı 

qoymuşdur. 

Şəmsa kibi tiplərin meydana gəlməsi türk ədəbiyyatında bu 

vaxta qədər pək az görülmüşdür. Bu nöqtədə yalnız  Əbdülhəq 

Hamidin bir neçə qadın tiplərini göstərmək olsa da, onlar yenə də 

bu qədər ülvi, bu qədər təmiz olmazlar. Onların ən dəyərlisi belə 

qadınlığın heyvani hissini insani mədəni hisslərinə  tərcih etmə-

sinə  Şəmsa yanında sönük qalırlar. Fəqət onların tədqiqinə ayrı 

zaman dönəcəyimiz için şimdilik Peyğəmbərin üstə qayıdalım. 

 

     “PEYĞƏMBƏR”İN İCTİMAİ  



VƏ ƏXLAQİ CƏHƏTLƏRİ 

 

Söylədiyimiz üzrə pyesin ən qüvvətli və başlıca tipləri Şəmsa 



və Peyğəmbər özüdür. Onların  ətrafındakılar isə Cavidi o qədər 

düşündürməmiş. Olsun ki, bir çoxları bi xüsusda Cavidə nöqsan 

dutacaqlar; bizcə o qədər ötəsinə varmaq tənqid nöqteyi-nəzə-

rindən doğru olmasa gərək. Ona görə də biz əsas etibarilə məzkur 

iki tipin təhlilinə çalışaraq digərlərindən vaz keçdik. Bu təhlildə 

daha mühüm bir nöqtə var. O da pyesin ictimai əhəmiyyətidir. 

İctimai cəhətdən Peyğəmbərin mənası az deyildir. Bir dəfə 

qayədən bəhs edərkən bizim anladığımıza görə, Cavid, sarsılmaz 

bir tip yaratmağa çalışmış dedik. Böylə bir ruhun, Şəmsa təhlililə 

məşğul olurkən görüldüyü inkar edilməz zənindəyəm. Ondan 

maəda Cavid “Peyğəmbər” pyesi yaratmasilə hazırkı əsrin həqiqi 

bir oğlu olduğunu isbat etdi. O, hər kəsin düşüncəsində əlçatmaz 

bir dərəcədə yüksəklərə çıxarılmış bir dühanın adi bir insan, fəqət 

düşünüldüyünə inanan, idealına qoşan bir insan olduğunu gös-

tərmiş oldu. 



Úàâèäè õàòûðëàðêÿí 

101 


Vaxtilə “Kərbəla” nam faciənin sabiq Tağıyev, imdiki Bün-

yadzadə namına teatroda mövqeyi-tamaşaya qonulacağını  eşidən 

hər kəs təlaş etməyə başlamışdı. Qara cəmaət namını daşıyan, o 

zamankı  qırmızısaqqal güruhi-layəfləhuni təlaş edir; üləma  kis-

vəsinə girmiş ağ sarıqlı ehtikarçılar təlaş edir. Rus şapqalı, Avro-

pa qiyafəli, orta əsr qafalı ziyalılarımız təlaş edir; inqilabçı ruhlu, 

dindən bezmiş, öz qəlbində tanrıyı da, Peyğəmbəri də, Həsən-

Hüseynləri də çeynəmiş münəvvərlərimiz təlaş edirdi. Bunların 

hər biri bir cəhətdən məsələyəı yaxlaşdığı  məlum idi. O zaman 

aburlu, həyalı bir surətdə  ədəblə oturmuş  həzəratın qarşısında 

“İmam Hüseynin səhnəyə çıxmasına” razı olmayanlar, küçələrdə 

min cür ləhvü-ləəblə dolu “şəbihlər” göstərilməsibə razı olurdu-

lar. Arxadaşlar xatırlayırlar. Bunun için bıçaqlar, xəncərlər bilöv-

lənmiş, tapançalar yağlanmış bir halda müəllifə hücumlar göz-

lənilirdi. 

Məlum ki, bu dəfə Cavidə böylə bir hücum olmazdı. Çünki 

Cavidin pyesindən üç il əvvəl Azərbaycana yerləşmiş fəhlə-kəndli 

hakimiyyəti böylə boyunduruqları çoxdan qırmış və xəlqi Kərbə-

layə “baş bağlamaqdan” qurtarmışdı. Bu ümumi bir vəziyyət 

içərisində yenə də din və allah ilə bərabər Peyğəmbərə “itaət” ara-

dan götürülməmişdi. Bunun üçün Cavidin pyesi əlbəttə ki, lazım 

idi. Peyğəmbəri təsəvvür edilən mənziləsindən düşürüb adi bir 

insan şəklinə salmaq gərək idi. Bir dəfə göstərilməliydi ki: “Pey-

ğəmbər” dediyimiz adam, başqa palçıqdan yoğrulmamış, o da bi-

zim kibi adi bir fərd olmuş, bəlkə  əsrinin, zamanın  ən sadiq, ən 

bariz kibi adi bir fərd olmuşdur və bunlardan əlavə onun nə kibi 

bir  şəxs olmasını bilmək istədikdə özündən, dost-aşnasından, tə-

rəfdarlarından sormaq əbəsdir. Çünki bunlar, onun ancaq yaxşı 

cəhətlərini göstərəcək, onu tanımaq istəyən, onun əsrindəki yağı-

lardan əhval bilməlidir. O zaman tarixi-Təbərinin göstərdiyi kibi 

Məhəmmədim bir şəhvətpərəst erkək, “bəyəndiyi qadınlarla zöv-

qə, cünbüşə” dalan, “həftədə bir taza qadın alan” birisi olduğu, 

onun altunu təhqir edəcəyi bir zamanda “yaşı keçmiş dul 

Xədicə”nin parasilə  ətrafına bir çox biətçilər toplaya bilən bir 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə