Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə31/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

95 


Qızın üst parçadan ibarət hücumuna qarşı qüvvətli bir canlı 

bir cavab bulmaqdan aciz qalan Peyğəmbər nə diyor: 

 

Halbuki saysız işıqlar 

O qaranlıqdan parlıyor 

Görüb duyduğun varlıqlar 

O heçlikdən feyz alıyor. 

 

Bu cavabda bir tərəfdən  şiddətli hiddət, bir tərəfdən zəfə  və 



iczə əlamət görünməyormu? Burada Peyğəmbər sadə və açıq bir 

hücuma qarşı müdafiəkar qaldıqda rəmzi yardıma çağırır. Sakin 

idealından əmin birisi heç bir zaman bu dərəcəyə varmaz. 

Qızın eşqdən bəhs etdiyi bir anda həyatının mənasını və məf-

kurəsini düşünmüş birisi dəxi mədrəsə  və monastrlarda yaşayan 

din mütəəssibləri kibi güstax bir cavab verməz. Heç bir şey anla-

mayanlar, öz məntiqlərinə inanmayan, fəlsəfədən nəsibi olmayan 

mənlə (molla)lar onlara hücum edənlərə qarşı təkfir ilə müdafiədə 

bulunarlar. Ha böylə Peyğəmbər də hiddətini saxlaya bilməyib: 

 

Çəkil artıq sərsəmlədin, 



“Rəf” ol da sus, ah, uğursuz! 

Mərmər köksdəki qəlbin 

Daş bütlər qədər şüursuz... 

 

Deməklə  məntiqsizliyin son dərəcəsinə varır.  İştə  zəfi-müt-



ləq! İczi-mütləq! 

Əcəba Şəmsanın: 



Şimdi mələk derkən mana 

Bu təhqir bilməm ki neçin? 

 

Deməsilə o böyük ağızdan qayət küçük çıxan sözlərin ən doğ-



ru qiyməti anlaşılmayormu? 

Artıq Peyğəmbər dutmaq istədiyi mövqeini bir parça da qayib 

edir; “Şərəf xala” kibi hədyan söyləməyə başlayır: 



Úàâèäè õàòûðëàðêÿí 

96 


Çəkil, bu da azdır sana 

Çünki şeytan bir mələksin... 

 

Nə qədər gülünc bir hiddət! Bu təşbihə bax, kinayəyə bax!  



Əcəba arxadaşı Nədimə ilə dərdlşən qızın yenə də eşqinə sa-

diq qalması ilə: 



...o gözlər daima 

Söndürür məndəki kini 

 

Deməsi nə  qədər alicənabanə, nə  qədər yüksək bir sima ərz 



ediyor. 

İştə burada Şəmsa, əvvəldə söylədiyimiz kibi, Peyğəmbərdən 

qat-qat yüksək olaraq meydana çıxıyor. 

Şəmsanın özünə gəldikdə onun bəzi intiqamçılar kibi bir kur-

tizanka saymaq olmaz. Şəmsaya sadə bir kurtizanka demək əsəri 

tamamilə anlamamaq deməkdir. Əcəba onun açıqca Peyğəmbərə 

elani-eşq etməsimi onu kurtizanka göstəriyor? Xayır!  Şəmsanın 

təsvirində Cavid hiç də aldanmamış. Yaratmaq istədiyi bir ideal 

mütəəssibin qarşısında qadınlıqda olan bütün şəfqət, qısqanclıq və 

qəzəblə dolu bir qız olmalıydı.  Əks halda əsər son dərəcə naqis 

çıxacaqdı. İştə bu nöqtədə Cavid müvəffəq olmuşdur. 

Şəmsanın dəfəatilə  təhqir edilsə yenə  də sevdiyi adama yar-

dım etmək istədiyi onun şəfqət dərəcəsini göstərmiyormu? Şəm-

sanın sevgisini anlamaq üçün şu parçayı oxuyalım: 

 

Əvət, bizdə nə çox şair, 

Onlara bir zənbil xurma, 

Ya şərab, ya bir altun ver

Mədh edərlər səni... Amma 

O düşmandır yaltaqlığa 

Həp kindən, qərəzdən qaçar. 

 

Şəmsa ruhuna tamamilə uyan bir məşuq! Özü “Hicaz ölkə-



sində nadir” bir çiçək, “həm şeir və həm də şair” olmaqla bərabər 


Úàâèäè õàòûðëàðêÿí 

97 


məşuqini görmək istəyən yüksək ruhlu bir qız! Lakin onu bir şey 

incidir: 



Əfsus bütləri, Kəbəyi 

Həp rədd edər, iştə bəla! 

 

Əcəba burası olmazsa idi nə qədər Şəmsanın könlünü sonsuz 



eşq həyəcanları dolduracaqdı. Bunu yenə də əfv etmək olur. Fəqət 

qadın için ondan da qorxunc bir cəhət meydana çıxıyor. 

 

Həp pək sevər Xədicəyi 

Bunu əfv edəməm əsla. 

 

Şəmsa sevgilisini eyi tanıyor. Və ona etdiyi mərhəmət onun 



qanına susamış kahinlər və  rəislərin önünü almaqda qız heç bir 

zaman ona xor baxmaq istəməyor. Onun için “Qorxub da savuş-

muş... “Miskin!” dinildikdə qız rədd edir: “Yox o qorxaq deyil əs-

la, yanlış...” deyir. Şəmsanın nüfuzu böyükdür. İşbu nüfuzu rəis-

lər böylə hiss ediyorlar. İkinci Rəisin özü bunu inkar edəməyor: 

 

Bitirirkən qılıncla həp işini 



Gəldi Şəmsa, o anda tutdu bəni 

Öncə pək qızdı, sonra yalvardı 

Onu pəncəmdən aldı, qurtardı. 

 

Məlum ki, İkinci Rəis digərlərindən daha canşikar olmaq istə-



yordu, fəqət  Şəmsa kibi afətin qarşısında  əyilməmək iqtidarında 

da olamazdı. 

Əcəba, onu sevən  İkinci Rəisi intixab etməyən, zəmanının 

cəlalını artıra biləcəyi bir halda hamının nifrətinə  səbəb olan bir 

şairi sevən qız rəislər qibtəsinə səbəb olmayacaqmı? 

Zatən İkinci Rəisin kinayə sözündən hər iki məna çıxıyor: 

 

Ah o, ağ pənbə bir göyərçin ki, 

Ulu Peyğəmbərin bənimsədiyi 



Úàâèäè õàòûðëàðêÿí 

98 


Yuca göylərdə, baği-cənnətdə 

Bir mələk yox şu hüsni-surətdə... 

 

Şəmsanın mədəni duyğuları da yox deyil. Bir çox insani 



fədakarlıqlar göstərib Peyğəmbəri qurtarmış, ona acımış olduğu 

için yarasını sarmış  və bu gün nüsrət zamanı Peyğəmbər  Şəm-

sanın özünü deyil, bəlkə bütün elini və sevgili yurdunu çeynəmək 

və puç etmək istəyor. Bu zaman artıq qadınlıq, sevgi duyğularına 

yer yox. Ətrafını sarmış olan dəhşət onun da əsabını sarsıtmış, 

onu da Peyğəmbərə qarşı kin ocağına döndərmişdi. Bu zaman 

əski sevgi intiqam hissi, yurdunun namus duyğusu dolmuş. O, 

keçmişi yalnız təəssüflərlə xatırlayır: 

 

Acımasaydım ona 

Əvət bu gün sağ qalmazdı, 

Bəyəndiyi qadınlarla 

Zövqə, cünbüşə dalmazdı... 

 

İmdisə hər kəs Peyğəmbərin qarşısında boyun əyməkdə ikən, 

bütün Məkkə  xəlqində  tərəddüdlər, tədbirlər, çarə düşüncələri 

göründüyü ən ağır bir vəzifəyi, yəni hər kəsin fəlakəti səbəbini rəf 

etmək, yurdunu həqirlikdən qurtarmaq için vəd ediyor: 

 

Vətəndaşlar! Onun qanı 



Yalnız bənim boynumadır. 

Heç təlaş etməyin, onu 

Bir qız öldürməyə qadir... 

İki gənc qardaşım, babam 

Onun əmrilə məhv oldu, 

Heç unutmam bir il tamam 

Anam saçlarını yoldu. 

 

Əlavə ümumin sızlamaqda olduğu halına uyğun gəlmək, 



onlar ilə yekrəng olmaq için söylənmiş;  ən doğru səbəblərdən 

birisi daha dərindir. Səbəb ictimai və kütləvi bir ədavətdir: 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə