Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə27/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

81 


Cavid bir Şeyx Sənan yazar, bir Uçurum açar, bir Afət doğu-

rar, bir İblis rəqs etdirər, bir Peyğəmbəri yaratmağa qeyrət edər, 

bəlkə  də  şimdi bir Çingiz, yarın bir İsgəndər, ertəsi gündə bir 

Lenin diriltməyə can atacaqdır. 

Bu gün Cavid bu yolu tutub getməkdədir. Və böylə simalar 

yaradırkən Cavid onları qarşısına çağırıb adam əqilli tədqiq və 

təhlil etməz, yalnız meydanda əşxas çox görünsün deyə  qələmi 

ucuna gələn bir ismi təsvir etdiyi əfradım içərisinə atar və sonra-

dan bu novzadələrə – siz neçin buraya soxuldunuz – deyə bir dəfə 

də sormaz. Bəzən birisini olduqca qüvvətli təsvir etmək istərkən 

dodaqlarına verdiyi sözlər son dərəcə  zəif və biçimsiz bir hala 

qoyar və təcəlli etdirdiyi simaların  nə hərəkatını, nə də sözlərini 

təsadüf və kontrol altına alar. İştə bu nöqtələrdə Cavidin əsəri Ha-

midanədir. Fəqət Hamidin əsərlərilə Cavidinkində böyük fərq 

vardır. 

Cavid əşkal cəhətdən nə qədər Hamidanə isə üslub cəhətdən 

Fikrətanə və fəlsəfə cəhətdən Tofiqanə bir əsər yaratmaq istəmiş-

dir. Bəlkə yazarkən bu üç şairin heç birini düşünməmiş, fəqət 

bunların cızdığı dairə xaricinə də çıxmağa müvəffəq olmamışdır. 

Məsələn, Peyğəmbərin ağzına vermiş sözlərə baxınız, nə sufiya-

nədir. 

Anlamam bir şu ölçüsüz, şu dərin, 

Şu qaranlıq, çiçəkli pərdə neçin? 

Bəni yalnız düşündürən şu məal. 

Həp bu, yalnız bu, daima bu sual. 

Şu siyah çarşaf ən böyük əngəl, 

Uça bilsəydim, iştə ən əvvəl 

Onu yırtar da, parçalar da həmən. 

Qavuşurdum o hüsni-mütləqə bən. 

 

Parla, yüksəl vücudi-mütləqə sən! 

Mərdivənlər yapıb könüllərdən 

Öylə bir əsr içindiyəm ki, cahan 

Zülmü vəhşətlə qavrulub yanıyor. 



Úàâèäè õàòûðëàðêÿí 

82 


Yüş çevirmiş də tanrıdan insan 

Küfri haqq, cəhli mərifət sanıyor. 

Dinləməz kimsə qəlbi, vicdani 

Məhv edən haqlı, məhv olan haqsız… 

Başçıdır xəlqə bir yığın cani, 

Həp münafiq, şərəfsiz, əxlaqsız. 

 

Yaxud: 



Onu duymaq, duyurmaq istərkən, 

Gəririm hər bəlaya köksümü bən. 

Daş, tikən, ox, qılınc, tokat, yumruq 

Həpsi xoş, hər nə gəlsə dönmək yoq. 

 

Yuxarıda göstərdiyimiz 4 parça Cavidin şeirləri yanına Tofiq 

Fikrətin: 

… Çeynəyən həqli, çeynənən məyub 

Qəhrə alqış, qürurə səcdə, kərəm, 

Zəf, zillətlə daima toəm! 

Doğruluq dildə yox dodaqlarda! 

Xeyr ayaqlarda, şər qucaqlarda! 

Bir həqiqət, həqiqiəti-zəncir 

Bir bəlağət, bəlağəti-şəmşir! 

Həqq qəvinin, demək şəririndir 

Ən cəli hikmət – əzməyən əzilir. 

 

Adəm övladı bıkmamış ciddən 

Nə əzilmək, nə həqqi əzməkdən, 

Duymamış heç bir işdə yorğunluq 

Bir təşəkki, haman toqat, yumuruq 

Yumruq əl verməmiş, topuz vurmuş; 

“Haqq!” deyən ağzı daşla susdurmuş. 

O da kafi deyil, bu gün qarrələr 

Və dənizlər zəhərli qümbərələr 

Bomba, güllələr malamal ilax… 



Úàâèäè õàòûðëàðêÿí 

83 


Sonra yenə də Peyğəmbərin iskiletə: 

– Sən nəsin? Söylə! 



Cavabında “iskilet”in: 

– Bənmi? Piri-nədim, 

Rəmzi-tarix, o filosofi-qədim 

Qucağım oldu hər dühayə beşik; ilax… 

Sözlərini gördükdən sonra bir dəfə Tofiq Fikrətin “Tarixi 

qədim”indəki: 

 

Bəşərin köhnə sərgüzəştindən, 

Bizə əfsanələr tərənnüm edən… 

…Cəbinində altı bin illik 

Buruşuqlarla şübhələr qarışıq 

Sari maziyə, yəni röyayə 

Payi ati dinən həyulayə 

Sürünən heykəli-qədid… 

 

Parçasını xatırladıqda qadidin–iskiletin bir rəmzi-tarix olduğu 



Fikrətdən bir daha şairanə surətdə öyrəniriz.  

Bunu təsdiq etdirmək için: 



……………………………. onu gah 

Durdurub mənzərimdə, biikrah 

Soraram əski xatiratından… 

O bir az filosof, bir az zirtlaq. Və ilax. 

 

Təsvirini də gördükdə: 



“Pəmzi-tarix o filosofi-qədim”in haradam gəldiyi tamamilə 

anlaşılmış olur. 

İştə bu parçalardan biri Fikrət dili və üslubu, bir Rza Tofiqin 

mütəsəvvifanə təkyeyi-ədəbiyyatı qoxsu gəlir. Fəqət Rza Tofiqin 

yazdığı  əsərlərdə  məqsəd onun ədəbiyyat xüsusundakı  fəlsəfəsi-

dir. O yalnız Anadolu göylisiinn ruhuna girmək istər; özü heç bir 

din tanımadığı halda yazdığı şeirlərin səmimiyyəti etibarilə ölməz 

nəfəsləri,  şami-qəribanları yüzündən Anadollunun təhkiyəçiləri, 




Úàâèäè õàòûðëàðêÿí 

84 


təsəvvüf salikləri onu “Mövlana Rza”, “Dərviş Rza” və ya “Rza 

baba” deyə tanırlar və mürşid sanarlar. 

Mütəsəvviflərcə eşqin cilvəsilə cahan yaranmış və sonra “Əh-

səni-təqvim” üzrə insan dünyaya gəlmişdir.  İnsanı yaratmaqdan 

məqsəd “hüsni-mütləq”ə öz mövcudiyyətini bildirmək və nəhayət 

məhbubu “Məhəmmədi” yaratmaqdı. Onlarca hər şey birər rəmz-

dir. Eşq “eşqi-ilahi”, cənnət “didari-ilahi”, Məhəmməd isə “nuri-

ilahın cilvəsi, eşqin nasiyeyi bəşərdə parlaması və görünməsidir”. 

Bundan meydana öylə çıxır ki, ancaq Məhəmməd yüzündə tanrını 

görmək olur. Onlarca mələk də bir rəmz – bir qüvvətdir. 

Rza Tofiqin qələndərisindəki bir parçası nümunə için alınsa 

sufilik ruhu bəlli olur. 

 

Bu nəfsi-xudkamı çəkib də darə 

Gülərək sər verdik ulu sərdarə 

Bir qəmzə uğruna, didari yarə 

Canla, başla könül verənlərdəniz 

Dərs alıb cananın fəttan gözündən 

Şeir məşq elədik, şirin sözündən 

Kəsdirmə bir yoldan, batin yüzündən 

Kəbeyi-məqsudə irənlərdəniz. 

Nuri eşq enincə dili-agahə 

Mürği-ruhu saldıq ta qibləgahə 

Baba ocağıdır… biz o dərgahə 

Pərvasız, düstursuz girənlərdəniz!.. 

Təvəccöh qılmadıq babi-niyazə; 

Ürfanla irişdik rütbeyi-nazə; 

Aşina çıxmışız şəbədəbazə, 

Pərdənin ardını görənlərdəniz!.. 

Bundan sonra Peyğəmbərin: 

...Şu siyah çarşaf ən böyük əngəl, 

Uça bilsəydim iştə ən əvvəl 

Onu yırtar da, parçalar da həmən. 

Qovuşurdum o hüsni-mütləqə bən. 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə