Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə28/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

85 


Sözləri yanında Mələyin cavabını oxuyalım: 

Onu dərk eyləmək qolay... ancaq 

Ver içindən gələn sədayə qulaq

Dinlə həp kainatı, seyr eylə, 

Hər günəş ondan iştə bir şölə... 

Hər ufaq zərrə, hər kiçik yarpaq. 

Sənə söylər bu rəmzi pək parlaq. 

 

İştə Peyğəmbərə eyi diqqət edilsə, böylə bir sufi ruhunun 



nümunələrini orada görmək qolaydır. 

Zatən Cavidin keçmiş  əsərlərinə  də  dərin baxılsa, onun 



Məhəmmədə daha mayil olduğu gözə çarpır. “Peyğəmbər”in 

doğmasından  əvvəl onun Sənan, Uçurum sətirləri arxasında giz-

ləndiyini seçmək o qədər də müşkül deyildir. Cavid Sənanı yazar-

kən  Ərəbistandan başlayıb Qafqaza doğru yol aldığına nə  qədər 

şad olduqsa o qədər qafqaziyalı-azərbaycanlıların başına birər fəs 

qoymasından dilgir olmada idik. Bu isə Qafqaziyadan İstanbula, 

oradan da Ərəbistana keçməsinə açıq bir dəlil idi. Ona görə  də 

Cavidin bir gün bir ərəb simasını Azərbaycan ədəbiyyatına soxa-

cağına heç şübhə etməzdik. 

Bu da Cavidin yaşadığı mühitdən, keçirdiyi həyatdan pək 

uzaq, daima xülyalar içində sis və buludlar arasında yaşamaq istə-

diyinə və bütün dünyayı titrədən inqilabdan belə bir şəmmə alma-

yaraq özünəməxsus bir səmada uçmağına dəlalət etməzmi? 

Ümum  şairlərimizin uğradığı ibtilayə  uğramış Cavid dəxi tama-

milə öz xəyal xanəsinə müraciət edərək qüvvətini, ilhamını 

oradan almayırmı? Yalnız bir “əvət”dən başqa nə qalır? 

Əcəba, Cavidin böylə yapmasına səbəb nədir? Bizcə möh-

tərəm şairimiz həyata, həqiqətə yaxlaşmaq istəyor, oradakı tipləri 

tədqiq etmək üçün çalışdıqda onu sarmış olan mühit, qarşısındakı 

həqiqəti-hal ona dar və kiçik gəlir və ona görə də kəndi fantazi-

sinə qüvvət vermək için bəzən tarixi simaları araşdırır, başqa 

mühitlərə qoşur və hər şeyi “uzaq ufüqlərdən” almaq istəyor. İştə 

bu nöqtədə Cavid romantik olub qalıyor. 



Úàâèäè õàòûðëàðêÿí 

86 


Peyğəmbərin özünü təsvir etdiyi parça Cavidə nə qədər gözl 

yaqşıyor. Guya ki, Cavid burada kəndi-kəndini anlatır: 

 

Şairim, bəslədiyim sidqü səfa 

Çırpınıb izlədiyim nuri-düha. 

Daima ruhumu oxşar cəbərut, 

Şeirü ilhamımı dinlər mələkut. 

Bən fəqət hüsni-xüda şairiyim

Yerə enməm də səma şairiyim. 

 

Təsvir edəcəyi bir Peyğəmbəri tədqiq etdikdə Cavid bitərə-



fanə araşdıramayır. O, adamı olduğu kibi təsvir edəməyor. Bəlkə 

onu bir suficəsinə sevdiyi için fikrində böyütür; lakin mülahizə-

sindəki böyüklüyü qələmilə  təsvirdən aciz qalır, Məhəmmədi 

kiçildir. 

Fikrimizi isbat için bir az da iləri gedəlim. 

 

 “PEYĞƏMBƏR”İN MƏZMUNU  



VƏ MƏHƏMMƏD 

 

Uçurumlar, sarp enişlər, qorxunc qayalar içində oturan Pey-



ğəmbər düşündüyü zaman füsünkar bir Mələk nəzərgahında cil-

vələnməyə başlar, onun Peyğəmbər olduğunu ona xəbər verir; şa-

şırmış Peyğəmbər təbliğ və təşviq için çağrılırkən içində tufanlar 

qopduğundan şikayət edir. Ərəbistanın bir cəhənnəmdən nümunə 

olduğuna darılır. Hankı bir möcüzlə  xəlqi cəlb edəcəyini bi-

lməyor. 


Haqqı təbliğ için sənin ancaq 

Rəhbərin sənəti-kəlam olacaq. 

 

Cavabını alır. Və başqa möcüzələrin həp saçma olduğuna 



təkrar təkidlər eşidir. Fəqət bu zamanda qarşısında rəmzi-tarix, “o 

heykəli-qədid” duruyor və yalnız kəlam ilə  təbliğdən bir müsbət 

nəticə çıxmayacağını ona elan ilə: 



Úàâèäè õàòûðëàðêÿí 

87 


İnqilab istiyormusan, bana bax! 

İştə kəskin qılınc, kitabı burax! 

Deyir və fikrinə qüvvət vermək için: 

Parlayır durmadıqca əldə silah, 

Əzilərsən, qanın olur da mübah, 

Eyləməz yardım incə hikmətlər, 

Həm sönər busələr, məhəbbətlər, 

Əvət, ancaq qılıncdadır qüvvət! 

Bundadır haqq, şərəf və hürriyyət! 

 

Böylə bir fikrin nə  qədər doğru olub-olmadığına imdilik ca-



vab vermiyoruz, fəqət böylə bir bəhsdən sonra Peyğəmbər dəvətə 

başlarkən sayğısız  əhalinin qəhqəhələrinə  məruz qaldığını görü-

rüz; Peyğəmbər buna baxmayor, dəvətindən bir an belə geriyə 

durmayor. Həp eşqdən, məhəbbətdən, görünməz xaliqdən bəhs 

edərkən tam bir idealizm aləminə soxulur: 

 

Odur həp varlığın əvvəli, sonu, 



Bütün kainat təqdis edər onu. 

 

Bu arada ərəblərin sənəmlərə tapınması, qızlarını basdırması, 



kölələrə hökmüranlıq etməsi, cəmiyyət içərisində tam bir ləhvü-

ləəbin aşıb-daşmasına qarşı  bəzən onları  təbliq edir; bəzən də 

onları tanrının qəzəbilə qorxudur. Buna gülmək istəyənlərin çoxu 

Peyğəmbərin yavəri olan Əbu Talib oğlundan qorxarlar. 

Məhəbbətin  ən zəif və cansız bir dövründə bir Şəmsa kibi 

ərəblərcə  məşhur, zəngin, bakirə bir qız meydana atılır və Pey-

ğəmbərə vurulduğu için ona elani-eşq edir. Peyğəmbər dəlicəsinə 

öz məfkurəsinə  aşiq olduğunu göstərir, onu təbliğə girişir, fəqət 



bu qızı təbliq etmədən aciz görünür. Bunların mühavirlərindən 

Şəmsadakı  məntiq və  səlamət fikir Peyğəmbərinkindən qayət 

qüvvətli olduğu ortaya çıxıyor. 

Nədən isə qız bir dürlü məşuqindən vaz keçmədiyi için onun 

ən bəxim dəqiqələrində Peyğəmbərin qurtuluşunda böyük rol oy-



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə