Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə29/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

88 


nayır. Hər kəs Peyğəmbərə alay etdiyi, çocuqlar onu daşa basdığı 

zaman ardınca bir xilaskar kibi qoşan yenə də Şəmsa ilə onun ar-

xadaşı Nədimə olur. Bir qaç dəfə Peyğəmbəri ölüm ağzından qur-

taran qız, sevdiyindən özünü sevindirən söz eşitmədiyi için peş-

man olur. 

Peyğəmbərin təbliğatından qorxuya düşən kahinlər, başda 

Xəttab oğlu olmaq üzrə Peyğəmbəri öldürmək için arayorlar, 

Xəttabın qızı evində oxunan ayələrin “fəsahəti” Xəttab oğlunu 

məczub etdiyi için Peyğəmbərin dinini qəbul edər. 

Səkkiz yil daha sonra Məkkəyə nüsrətlə girən Peyğəmbər 

yenə  də Baş  Rəisin odasında  Şəmsa ilə görüşür. Hər kəs Pey-

ğəmbərə  səcdə etdiyi halda, Şəmsa onu zəhərləmək istər. Fəqət 

zəhəri kəndisinə içirildikdə üfulə uğrayıb səhnədən çəkilir. 

*   *   *  

Buraya qədər mütaliə eylədiyimiz məzmun göstərdi ki, Cavid 

adlandırmaq istədiyi Peyğəmbər tanıdığımız, bildiyimiz Məhəm-

məd ibn Əbdüllahdır. Öylə qısa bir surətdə onun tarixinə bir nəzər 

atalım: 

Qərbi Asiyanın şimal cəhətlərində əzəmətli dövlətlər yekdigə-

rinin ardınca birər yıldız kibi çıxıb yenə də qayib olurkən, fürelər 

cahangiranə bir səltənət yaratırkən, nəhayət İsgəndəri-Kəbirin at-

larının dırnaqlarından qopan yıldırımlarla  İran yanıyor və Roma 

imperatorluğu Asyayi-suğra və Suriya üzərində qanad açarkən 

azədə bir çocuq misalı uyumuş Ərəbistan yarımadası tarix səhnə-

sində görünməz idi. Yalnız atəşin günəş və dalğalanan qumsallıq 

onları cahangirlik hirsinə tabe dutmağa buraxmayırdı. Lakin ətraf-

larını bitraqlı yerlərə malik olan ölkələr, sükunət sevən  şəhərlər 

daima mütəhərrik çöllülərin axını altında qalmağa hər zaman im-

kan verdi. Bir an için Çin şəhərlərinin türk və moqol axınlarına 

məruz qaldıqlarını xatırlamış olursaq ərəblərin qomşularına  nis-

bətən böylə dinc yaşamalarına təəssüb edən tarixçiləri həqli 

buluruz zənnindəyim. 

Bunların böylə davranmalarına  ən qüvvətli səbəb onların 

məşğələ  və  təsərrüfat cəhətlərindən asılı olan macəra ilə dolu 



Úàâèäè õàòûðëàðêÿí 

89 


həyatlarıdır. Onlar bədəviyyətdən böyük fütühatlarına varıncaya 

qədər nifaq, intiriqasız yaşayamamışlar. 

Yalnız üç heyvan ilə bir atına və tüfənginə malik olan bədəvi 

ərəb köçbə halında və rüzgar kibi azadə yaşar və rəncbər və mə-

dəni ərəbə xor baxardı. Onun xış ucundan dutub çalışdığını gör-

dükcə alay etməyə bilməzdi. Mədəni ərəb isə məlumatlı, çalışqan 

və varlı olmasilə qürurlanar və bədəvi ərəbə həqarətlər atardı. 

 

“İnsafmı əkinçi, səfil 



Mədinə xəlqi yüz bulsun 

Cəngavər qüreyşin əsil 

Öladına qalib olsun.” 

 

Əsl ərəb ilə ərəbləşmişlər (müstəriblər) arasındakı münasibət 



dəxi böylə idi. 

Kəbənin  ətrafında toplanmış yarımbədəvi Məkkə  xəlqi tam 

bir eyş  və  işrət içində bir ləhvü ləəb fırtınaları arasında yuvala-

nırkən bəzən bir axını mədh və təsvir edər, bəzən düşmanlara həc-

vamiz  şeirlər yazarkən Məhəmməd meydana gəlmişdi. Məhəm-

mədin keçirmiş olduğu həyatı başdan-ayağa bir siyasət oyunudur. 

Cavid Üçüncü Rəisin sözlərilə bunu daha gözəl təsvir ediyor: 

 

............................ bir heçdən 



Yaradıb anlı-şanlı bir ordu, 

Bizi təhdidə başlamaqdadır, o. 

Qapılır gah Ömər siyasətinə 

Güvəniz gah Əli şücaətinə. 

 

Məkkəyi əlinə keçirmiş Məhəmməd üç gün qanlı bir bayram 



yapdığı, bir çox qadınları kəsdirdiyi halda Baş Rəisin (yəni Əbu 

Süfyanın) arvadı Həndəyə toxunmadığı, o qadından əmisi Həmzə-

nin intiqamını almaq əvəzində  hətta ona bir quzu bağışladığı 

Məhəmmədin siyasətinə bir nümunə ola bilər. Cavid dəxi bu nöq-

tələri müvəffəqiyyətlə göstərə bilmişdir. Zatən Cavid Məhəm-



Úàâèäè õàòûðëàðêÿí 

90 


məddəki bir çox cilvəkarlığı  şairanə bir surətdə göstərməsini bir 

çoxları obyektiv olaraq düşündüyündən dolayı meydana gəlmiş 

zənn edərlər. Fəqət öylə bir nöqtələrdə  Məhəmməd bütün mühi-

tinin ruhunu özünə  cəlb etdiyi kibi Cavidin də ruhunu öylə  cəlb 

etmişdir ki, pyesin gedişilə  Məhəmmədin nöqsan cəhətləri mey-

dana çıxmış olur. Məhəmmədin tarixdə (bilxassə Təbəridə

5

) gös-


tərildiyi nöqsanlarını araşdırmaqla durmayacağız. Pyesə yaxın gə-

ləlim. Peyğəmbər Xədicənin qulluğunda olduğu için onun tərəfin-

dən tamamilə satın alındığını görüyoruz: 

 

Altun versəm heç şübhə yox 



Sən də əsirimsin həmən  

Nasıl ki, altunla öncə 

Satın aldı qarın səni. 

Yaşı keçmiş dul Xədicə 

Söndürdü kəndi nəfsini. 

Heç öyünmə, əvət, altun 

Səni deyil, susdurur hətta 

Sənin heçdən uydurduğun  

O görünməz tanrıyı da. 

 

Rəisənin böylə  sərzənişinə Peyğəmbərin sarsılmaz bir mən-



tiqli cavabı gözətləndiyi hakda həyəcanlı, fəqət qayət zəif söz-

lərinə təsadüf ediriz: 

 

Xayır, xayır... saqın əsla 

Aldanma! Parlaq vicdanlar

Böyük duyğular pək başqa... 

Altuna satılmaz onlar. 

Haqdan keçib altun deyə 

Vicdanını satan səfil, 

Yəhudi köpəyindən də  

Alçaqdır, alçaq... eyi bil! 

 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə