Úàâèäè õàòûðëàðêÿí
105
üçün bütün müxalif qüvvələrin, müxalif axıntıların darmadağın
edilməsi keyfiyyətini göstərməkdən qaçmayır. Və eyni zamanda
bir məqsədə irmək üçün daima ox kibi doğru uçub dağa-daşa
çarpmaqda bəzən lüzumsuz olduğu nəzərdə dutulmalıdır. Müm-
künat nə ola bilərdi:
Məkkə kibi müxalif cərəyanlara qarşı zəif düşdükdə ya o
mühitin içindəki qüvvələri ayrı-ayrı olaraq qırmaq. Bunun üçün
də Peyğəmbərin əlində sarsılmaz məntiqdən başqa bir çarə yox-
dur. Ya tamamilə məyus olub hələ vaxt yetişməmiş deməklə məz-
kur qüvvələrə qarşı boyun əymək və yaxud qarşısında bulunan
əngəlləri qırıb atmağa çalışmaq gərəkdi.
İştə hər bir “tarix yaratmaq istəyən” simaların trajedisi də bu
nöqtədədir və C a v i d i n:
...Qopuyor ta içimdə bir tufan
Beynim atəş saçıb durur hər an;
Yanıyor bənliyim, düşüncələrim,
Çarə bul, yoxsa məhv olub gedirəm.
Sözlərilə sənətkaranə təsvir etdiyi bir hal Peyğəmbəri qurmuş
olduğu plan ilə mühitin uyğunsuzluğundan vücudə gələn bir
xələcan nidasıdır. Bir tərəfdən.
...Bən iştə bir aciz
Yolçuyam, kimsəsiz, təsəllisiz,
Çevrəm issız mağaralar, yalçın
Qayalar, sarp enişlər...
Deməkdə öhdəsinə aldığı vəzifədə tamamilə yalqız, digər tə-
rəfdən mühitin sapqın, azğın, ənənədar, laübalı olmasilə bərabər
yolun yeniliyinə qarşı büsbütün inadlı və ipəyatmaz olması
meydana çıxır.
Burada bir tərəfdən Mələk sifətində göstərilmiş əqli
- Əzm və səbat...
Úàâèäè õàòûðëàðêÿí
106
Deyə dönməməzliyi tələb edir. Fəqət bununla bütün məsələlər
bitmiş olmayır. Mühiti hazırlamaq, onun (mühitin) yaşayışındakı
nöqsanları ona göstərməklə ayrı-ayrı fərdlərin özünə tərəfdar ol-
masa da mövcud haldan iyrənci bir vəziyyətə soxmalıdır, ona
görə də Topal ilə İxtiyar bütçinin qızğın bir qavğa yapdığı sırada
Peyğəmbər həm ağulu, həm də təbliğ və təşviqedici bir dil ilə
deyir:
...Yalançı kahinlər sizi məhv edər,
Əcdadınız doğru yoldan sapmışlar,
Daşdan, taxtadan büt yapıb tapmışlar...
O mənasız yolu həp unutmalı
Unutmalı, həqq yolunu dutmalı.
Vaxt gəlmişkən bir nöqtəni də unutmayalım ki, Peyğəmbərin
fəsahət və bəlağətlə danışması bütün ona inanarlar tərəfindən qə-
bul edilmişdi. Hətta Xəttab oğlundan qorxan bacısı Səidi tələsdirir
və Peyğəmbərə xəbər verməklə onu ölümdən qurtarmaq istədikdə
Səid mətin bir iman ilə:
Şaşırma, ey Xəttab qızı!
Qardaşın gərçi qəhrəman
Peyğəmbər o imansızı
Bir sözlə susdurur inan.
deyir. Zatən bütün mühitin təşviq və təbliğə hazırlamaq istəyən
hər bir zatda sarsılmaz bir məntiq olmazsa, öz mühitinə təsir
edəməz. Cavid dəxi bu nöqteyi də sezmiş və başqalarının dililə də
olsa Peyğəmbərin bu cəhətini gözə çapdırmaq istəmiş. Bir çox
yerdə qeyd etdiyimiz kibi burada da Cavidin zəif bir nöqtəsinə
işarə elədim. Cavidin əsərlərində ümumi bir nöqsan, qüvvətli bir
fikrin felən deyil söz ilə göstərilməsindədir. Uzun-uzun söyləmə-
lərdən isə qısa bir fəaliyyət əsəri qat-qat yüksəldə biləcəyi halda
Hamlet tipində olan Cavid özü əsərlərini “fəlsəfəçiliyə” soxur.
Burasında böylə çalışırkın Şəmsa və Rəisə ilə yürüdülən məntiq
Úàâèäè õàòûðëàðêÿí
107
də, onu tamamilə zəif buraxmaq da Cavidin nöqsanı sayılmalıdır.
Buna görə də məqaləmizin “Hüseyn Cavid və “Peyğəmbər”i
qismində böyük simaları yaradırkən, Cavid onları qarşısına çağı-
rıb adam əqilli tədqiq və təhlil etməz demişdik. Bununla biz
Cavidi istedadsız göstərmək istəməyirik,bəlkə onun tələsməsini
vəqələrlə qeyd edirik.
Məlum ki, Peyğəmbər əskiyi bəyənməyib keçmişləri təhqir-
edici və hazırkıları əzici bir fəsahət və məntiq yürütməkdə özünə
zəminə hazırladı. Onu eşidənlərdə də ənənəyə qarşı bir şübhə
oyandırdı. Köhnə yolları buraxmağa və doğru yol dutmağa
çalışdı.
Bu doğru yol hankısıdır? – deyə sormağa hazırlaşan dinləyi-
cilərə Peyğəmbərin idealizm ilə suvarılmış icadı, aldadıcı şirin və
müşfiq bir dili:
Bütün məbudların fövqündə parlar
Yalnız gözə görünməz bir tanrı var.
Özü də necə?
Peyğəmbərin dimağından doğmuş, onun duyğularilə bəzən-
miş, onun fəlsəfəsindən ayrılmış:
Əfv edər; onun lütfi çox
Peşiman olan qullara...
Onun şəfəqlərdən qoparılmış bir tanrısı var.
Peyğəmbər ənənənin qırılması üçün kahinlərin nüfuzunu
qıracağı kibi Kəbənin də hörmətini əskildəcək:
...Şu öydüyün məbəd
Bir panayır qaynağıdır;
Deməklə sarsıdıcı, fəqət hər kəsin gözünə soxulan həqiqətləri
göstərəcək və ona qızmışlar ilə birdən-birə qavğaya atılmayacaq.
Hər dəqiqədən istifadə etdiyi kibi cəmiyyətin hər bir vəziyyətin-
Úàâèäè õàòûðëàðêÿí
108
dən də istifadə etməyə çalışacaq; o zamankı cəmiyyətin əxlaqi
səciyyələrinin son dərəcə düşkün olduğunu göstərəcək, cəmiyyə-
tin içində olan əzilən və istismar edilən sınıflardan da istifadə
edəcək. Əvvəlcə cəmiyyətin tərəfindən təhqir edilən qadınlıq,
sonra qullar (kölələr) və daha sonra yoxsul ərəblər, bunlar həp
peyğəmbərin imidgahıdır. Bunları qabartmaq ilə o işini görə
biləcəkdir.
Canavar kibi öz qızının ölümünə susamış ərəbin beş-altı yaşı-
na varmış qızını məzarlıqda gömürkən:
Sən də bacın kibi gəbər!
Qızlar məhkumdur heçliyə
...Artıq yox fəzlə ətməyim.
Deməsinin zatən vaxtı keçmişdir.
Çünki Kəbə özü
Yoxsul ərəbçin məbəd
Bir ticarət ocağı... olmuşdu.
Və bunun nəticəsində daha əvvəlki işrət həyatı qalmamış, bəl-
kə qulları istismar etməklə varlanmış “köləlik cəmiyyəti” o qədər
irəliləmişdi ki, inqrazə yüz qoymaq zamanı gəlmişdi. Kübarlar və
rəislər təbəqəsi artıq “cəhl və inaddan” başqa bir şey bilməyir-
dilər. Sərxoşluq, zövq və səfadən nəşələnmək onların bütün hə-
yatını qaplamışdı. Odur ki, böylə eyş və işrət ilə keçinənlərə baxıb
həsrət çəkən ərəbləri bir az da qızdırmaq və əvvəlcədən təbliğ
etdiyi üsulu yenə də sınamaq üçün Peyğəmbər:
“Yetişir zövqü səfa, çəngü rübab
Bu qədər uydunuz İblisə, yetər
Yetişir içdiyiniz qanlı şərab
Ayılın bir baxın aləmdə nə var?
Sizi həp məhv edəcək şürbü qumar,
Sonu heçdir, uçurumdur bu yolun”.
Dostları ilə paylaş: |