Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Mövzu: 5 Etnogeniz məsələsi. Azərbaycan xalqının təşəkkülü



Yüklə 1,44 Mb.
səhifə4/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#42445
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   15

Mövzu: 5

Etnogeniz məsələsi. Azərbaycan xalqının təşəkkülü


Plan

  1. Etnogenez nədir? Etnogenez prosesində ən qədim etnik qrup və tayfaların iştirakı.

  2. Erkən orta əsrlərdə Azərbaycan əhalisi türkdilli tayfaların Azərbaycana gəlişi.

  3. Azərbaycan xalqının və dilinin təşəkkülü.

.


ƏDƏBİYYAT:

1. Azərbaycan tarixi. 7 cilddə, II cild, Bakı, Elm,2008səh.469-485.

2.Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə, Bakı, 1994 səh.211-236.

3.Qeybullayev .Q . “Azərbaycan türklərinin təşəkkülü” Bakı,1994,

4.Qasımova R.M. Azərbaycan xalqının etnogenizi. Bakı,1997.

5.Azərbaycan tarixinin etnogenezinə dair. “Elm və həyat” ,1989, №1 .

6. Sumbatzadə A.F. “Azerbaycantsi-еtnogenez и formiravaniya naroda” Baku, 1990.

Etnik proses etnosların (qəbilələrin,tayfaların, xalqların) dəyişilməsi, yeni etnik birliklərin yaranması prosesidir. Etnik prosesləri, yaxud etnogenez prosesini öyrənən elm sahəsi etnoqrafiya elmində etnik tarix adlanır. Etnik tarixin tədqiqi etnogenetik tədqiqatdır. Etnogenetik proses, yaxud etnogenez etnosun etnik özünəməxsusluğunun, etnik sifətinin formalaşması prosesində baş verən tarixi proseslərin məcmuudur. ..

Bu söz “etnos” sözündən olub –yunanca tayfa ,xalq deməkdir. “Genezis” isə yaranma mənasını verir. “Etnogenez” bir neçə etnik komponemtdən yeni etnik ümumiliyin əmələ gəlmə prosesidir.

İki tip etnogenetik proses fərqləndirlir:

1. Yeni tayfa qpupu və ya xalqın etnogenezində daha qədim tayfa qruplarının iştirakı;

2.Etnogenez posesində başqa ərazisindən köçən etnosların iştirakı.

Əksər hallarda hər iki tip proses bu vəya digər nisbətdə birləşir. Azərbaycan xalqının etnogenezində hər iki tip proses özünü göstərmişdir.
Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən qədimdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının formalaşması prosesi başlayana qədər Azərbaycanda (və həmhüdud regionlarda) kifayət qədər mürəkkəb etnik hadisələr baş vermişdir. Bunun bir səbəbi, haqqında söhbət gedən coğrafiyanın yaşayış üçün münasib təbii şəraitidirsə, digər çox mühüm səbəbi müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı, qaynarlığıdır. Qədim dövrlərdə Azərbaycanda hansı etnosun, yaxud etnosların (iber-qafqazlıların, iranlıların, yaxud altaylıların — türklərin...) aparıcı yer tutmasından asılı olmayaraq Azərbaycan xalqı qədim dövrün sonu, orta əsrlərin əvvəllərindən başlayaraq məhz türk etnosları əsasında formalaşmışdır ki, həmin etnoslar (türklər) buraya eyni dövrdə deyil, müxtəlif dövrlərdə gəlmişlər.

Akademik İ. Əliyevin belə bir mülahizəsini müxtəlif xarakterli faktlar təsdiq edir ki, kutilər, lullubilər və hurrilər (ola bilsin ki, adı qədim Ön Asiya mənbələrinə düşməyən başqa bir sıra sosial-siyasi birliklər) "hər biri qohum tayfalardan — qonşu ərazilərdə yaşayan, bir dilin müxtəlif ləhcələrində danışan və ümumi mədəniyyətin bir çox xüsusiyyətlərinə yiyələnmiş əhali qruplarından ibarət idi". Və görünür, görkəmli tədqiqatçının e.ə. III minilliyin sonu, II minilliyin əvvəllərində Azərbaycanda (və həmhüdud regionlarda) məskunlaşmış əhalinin, o cümlədən kuti, lullubi və hurrilərin Qafqaz mənşəli olması barədəki fikri də elə bir şübhə doğurmur. Həmin fikri qədim Ön Asiya dilləri mütəxəssisləri İ. M. Dyakonov, Q. A. Melikişvili də təsdiq edirlər; onların araşdırmaları göstərir ki, kuti, lullubi, hurri, Urartu, Alban dilləri Qafqaz dilləridir... Ümumiyyətlə, e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə qədər Azərbaycanda, xüsusilə onun cənubunda Qafqaz etnosları aparıcı rol oynamışlar və beləliklə, e.ə.V—III minilliklərdə adları və etnik mənsubiyyətləri məlum olmayan azərbaycanlıları nəzərə almasaq, ölkənin e.ə. III—II minilliklərə aid sonrakı əhalisi məhz Qafqaz mənşəli olmuşdur. ...Eramızdan əvvəlki son əsrlərdə, eləcə də eramızın ilk əsrlərində Azərbaycanın şimalında əsasən uti, girdman, qarqaz tayfaları yaşayırdılar ki, bunları tarixi mənbələr ümumi şəkildə "albanlar", yaxud "ağvanlar" adlandırırlar.

Beləliklə, Azərbaycan xalqının formalaşması prosesi başlayana qədər Azərbaycanın etnik tarixini aşağıdakı dövrlərə bölmək olar:

I. E.ə. V minillikdən e.ə. III minilliyin ortalarına qədər — etnik "qeyri-müəyyənlik" dövrü.

II. E.ə. III minilliyin ortalarından e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə qədər — Qafqaz etnoslarının geniş yayıldığı dövr.

III. E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən eramızın I minilliyinin ortalarına qədər —İran etnoslarının geniş yayıldığı dövr.

Azərbaycan xalqının təşəkkülünün birinci mərhələsini hun-qıpçaq türklərinin Azərbaycanda məskunlaşması təşkil edir.

Azərbaycan xalqının təşəkkülünün ikinci mərhələsi (oğuz türklərinin Azərbaycana axını) XI əsrin(və II minilliyin) əvvəllərində başladı... Onlar Azərbaycanın etnosiyasi baxımdan dağınıq, qeyri mütəşəkkil cənubunu çox qısa bir müddətdə tutub, Şimala — Qafqazın cənubuna doğru hərəkət etdilər.

Lakin burada oğuzları kifayət qədər ciddi müqavimət gözləyirdi. Alp Arslan bu müqaviməti də tezliklə qıra (və Qafqazın cənubunu işğal edə) bildi. Və beləliklə, XI əsrin sonlarında Azərbaycanın həm şimalı,həm də cənubu artıq oğuz türklərinin yaratdıqları Səlcuqlar imperiyasının tərkibinə daxil oldu... İmperiyanın aydın sərhədləri olmasa da, sahəsi həm kifayət qədər böyük idi, həm də get-gedə genişlənirdi.

XI əsrdə, eləcə də XII əsrin əvvəllərində oğuz türkləri Azərbaycanın (və həmhüdud regionların) etnik simasını tamamilə dəyişdirdilər. İstər türk (qıpçaq), istər İran, istərsə də Qafqaz etnoslarının, xalqlarının oğuzlara göstərdiyi müqavimətin heç bir əhəmiyyəti yox idi. Çünki ümumiyyətlə, II minilliyin əvvəllərindən başlayan türk-oğuz fütuhatı elə bir hadisə idi ki, onun qarşısını almaq, sadəcə olaraq,mümkün deyildi.

Oğuz türkləri, haqqında söhbət gedən dövrdə Azərbaycanı bütünlüklə türkləşdirdilər, daha doğrusu, I minilliyin ilk əsrlərindən başlayan həmin proses (Azərbaycanın türkləşməsi) II minilliyin ilk əsrlərində min ildən sonra keyfiyyətcə başa çatdı.

Hər bir xalq müəyyən tarixi ərazidə yaşanmışdır. Heç bir xalq indi yığcam yaşadığı ərazidən kənarda meydana gəlməmişdir. Xalqlar əvvəl müəyyən tarixi ərazidə yaranmış, sonradan müxtəlif səbəblərə görə başqa ərazilərə yayılmışlar. Azəri türklərinin bir xalq kimi formalaşdığı ərazi məhz Azərbaycan ərazisi olmuşdur. Bu ərazi şimalda Dərbənddən, Cənubda Zəncan- Qəzvin , qərbdə Tiflis, İrəvan və Urmiya gölünün qərb sahillərinə qədər uzanmışdır.



Ümumiyyətlə, xalqın təşəkkülü üçün üç şərt vacibdir:

1) etnik potensial;

2) coğrafiya, yaxud ərazi;

3) sosial-siyasi təşkilatlanma.

Azərbaycan xalqının etnik potensialını, yaxud əsaslarını türk mənbəyi müəyyən etmişdir. Coğrafi, yaxud ərazi təminatına gəldikdə isə buraya zaman-zaman məskunlaşmış Cənubi Qafqaz, tarixi Azərbaycan (Şimali İran) və Şərqi Anadolu daxildir. Qədim dövrlərdən kifayət qədər canlı, qaynar həyat yaşayan bu coğrafiyada uzun zaman davam edəcək sosial-siyasi birliklər qurmaq həmişə çətin olmuşdur.


Türk etnosunun bölünməsi prosesinin yüz illər boyu davam etməsi, coğrafiyanın genişliyi, etnik-siyasi hadisələrlə zənginliyi Azərbaycan xalqının təşəkkül-formalaşma prosesinə ciddi təsir göstərmişdir.

Belə ki,

  1. eramızın ilk əsrlərindən başlayan proses xeyli uzanmış, orta əsrlərin sonu yeni dövrün əvvəllərinə (XVI- XVII əsrlərə) qədər davam etmişdir;
    b) coğrafiyadan kənara az-çox diqqəti cəlb edəcək köçlər olmadığı halda, coğrafiyaya ardıcıl köçüb məskunlaşmalar olmuşdur;

c) xalqın mütəşəkkilliyini təmin etməli olan sosial-siyasi, eləcə də mənəvi-ideoloji güc mərkəzləri tez-tez dəyişdiyindən həmişə natamamlıq kompleksi özünü göstərmişdir və s.

Türklər. Onların bölünməsi. Və yenidən bölünməsi.

Türklərin az-çox müstəqil bir etnos olaraq meydana çıxması eramızdan əvvəl III minilliyin sonu II minilliyin əvvəllərinə aiddir. Həmin dövrə qədər türklər neçə min illər monqollar və tunqus-mancurlarla Altay birliyinin tərkibində olmuşlar.
Zəngin mifoloji dünyagörüşü əsasında Tanrıçılığa (tək Tanrı təsəvvürünə) qədər gəlib çıxan türklərin ata yurdu Mərkəzi Asiyadakı Tanrı dağlarının ətəkləri idi. Onlar tədricən Cənuba, Qərbə və Cənub-Qərbə doğru münbit çöllərə yayılmağa başladılar. Türk axınları xüsusilə eramızın ilk əsrlərində özünü daha ardıcıl, daha məhsuldar və Avroasiya xalqlarının tarixinə həlledici təsirlərlə göstərməyə başladı. Doğrudur, bir sıra tarixçilər türklərin hələ daha qədim dövrlərdə Qərbə-Romaya yürüşləri, burada məskunlaşmaları barədə danışırlar. Eləcə də «tarixin başlandığı» qədim Şumerdə türk izlərinin mövcudluğu çox az mütəxəssislərdə şübhə doğurur... Ancaq bu «hadisələr» o qədər qədimdə qalmışdır ki, müasir xalqların keçmişini təsəvvür etmək üçün bu və ya digər dərəcədə mübahisəsiz qəbul edilə biləcək çox az şey verir. Qərbə axın edən türklər (hunlar) qədim dövrün sonu orta əsrlər dövrünün əvvəllərində artıq Şərqi Avropanı məskunlaşdırmışdılar. Onların «barbar» adlandırılan german və slavyanlarla ittifaqı Roma imperiyasına son qoyub qocalmış Avropam cavanlaşdırdı. Attilanın hökmdarlıq elədiyi illərdə həmin proses daha sürətlə gedərək türklərin dünya tarixindəki proqressiv rolunu təsbit etdi.
Bu gün nəinki Şərqi, eləcə də Qərbi Avropanm bir sıra xalqlarının etnik tərkibində türklərin danılmaz izləri vardır. Onu da nəzərə almaq lazımdır ki, türklərin Qərbi Avropaya axınları heç zaman dayanmamış, orta əsrlərin sonlarına qədər davam etmişdir.

Altay dağlarının ətəklərindən tədricən Cənuba, Qərbə və Cənub-Qərbə yayılan türklər IX-XI əsrlərdə üç böyük tayfa ittifaqına, yaxud etnocoğrafı birliyinə bölünürlər:

1)oğuzlar,
2)qıpçaqlar,
3)karluqlar.
Bu, türklərin ilk bölünməsi idi ki, həmin bölünmə təxminən min illik bir tarixə malik idi.
Mərkəzi Asiya - Altay dağlan çıxış nöqtəsi kimi alınarsa, oğuzlar Cənub-Qərb, qıpçaqlar Şimal-Qərb istiqamətində xeyli uzaqlara gedib çıxmış, karluqlar isə Cənuba doğru yayılmışlar. Türklərin oğuz, qıpçaq və karluq tayfalarına bölünməsi ilə yanaşı, yəni həmin bölünmə hələ başa çatmamış bu tayfalar daxilində də bölünmə prosesi başlanmışdır ki, haqqında söhbət gedən proses orta əsrlərin sonlarına qədər davam etmişdir.
Beləliklə, IX- XI əsrlər türklərin tarixində elə bir dövrdür ki, həm ilkin bölünmə başa çatır, həm də ikinci bölünmənin konturları müəyyənləşir. Yəni bir tərəfdən oğuzlar, qıpçaqlar və karluqlar var, digər tərəfdən müasir türk xalqlarının «rüşeymlər»i görünür.

Oğuzlar, əsasən, türkmənlərə, Azərbaycan və Anadolu türklərinə, qıpçaqlar Altay, qırğız, qazax, tatar və başqırdlara, karluqlar isə özbəklərə və uyğurlara bölünürlər. Bununla belə, türklər Altay birliyindən ayrılarkən bəzi ümumi cəhətləri saxladıqları kimi türk xalqları da ümumtürk xüsusiyyətlərini mühafizə etməkdə davam edirlər.
Və beləliklə, Azərbaycan xalqı, əsasən, oğuz türklərinə aid olsa da, ümumtürk (və ümumaltay!) etnik-mədəni kodunun daşıyıcısıdır

Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli digər etnosların qaynayıb-qarışmasından yaranmışdır. Azərbaycan türkləri erkən dövrdən türk (prototürk) dilində danışmış və heç birbaşqa xalqdan dönməmişdir. Azərbaycan xalqını öz etnik və dil köklərindən qoparmaq üçün uzun müddət qondarma müddəalar ortaya atılmışdır. Lakin XX əsrin 80-ci illərindən bəri Azərbaycan xalqının etnogenzi məsələləri obyektiv şəkildə araşdırılaraq, qondarma, uydurma nəzəriyyələrə tutarlı cavablar verilmişdir.

Bu sahədə Ə. Sumbatzadənin “Azərbaycanlılar, xalqın etnoqenizi və forma-laşması” (1980), S. Əliyarlının” Azərbaycan xalqının etnogenizi haqqında “(1984), F. Məmmədovanın “Alban etnosu məsələsinə dair” (1989), Q. Qeybullayevin “Azərbaycan xalqının təşəkkülü yazdıqları sanballı əsərlər xalqın etnoqenezinin öyrənilməsinə böyük töhvələr vermişdir.

Etnogenez məsələsinin öyrənilməsində Z. Bünyadov, İ.Əliyev, Y.Yusifov, Rus alimlərindən Dyakonov, Trever, Novoseltseva və başqalarının böyük xidmətləri olmuşdur.

Bir qədər də torpaqımızın qədim sakinləri olan Azərbaycanın şimal torpaq-larına öz adlarını verən albanlar haqqında. Bəzi müəlliflər albanların lap qədimdən məhz Azərbaycan dilli olmaları mülahizəsini irəli sürürlər. Albanların dilinin və tarixinin öyrənilməsində Q.Voroşilin böyük rolu olmuşdur. O,göstərir ki, alban-ağvan, ağuan oykonimi” comərdlər yurdu” mənasını verir Eyni zamanda tədqiqatçı alim göstərir ki, Alban adının kökündə “ALP” sözü vardır ki, o da qəhrəman , ər mənasını daşıyır. Tədqiqatçı alim K. Əliyev də bu fikirdədir. O,öz mülahizələrini sübuta yetirmək üçün alban çarlarından Kosis və Oroyz (Uruz) adlarının qədim Azərbaycan dilli soyların nümayəndələrinin adlarının olmasını əsas götürür. Uruz adına biz Kitabi Dədə Qorqud da rast gəlirik. (Alp Aruz) Albaniya ərazisində albanlardan əlavə müxtəlif dillərdə yaşayan müxtəlif tayfalar olmuşlar. Şübhəsiz ki, bu tayfaların çoxu Azərbaycan dilli olmuşdur.

Bəzən Albaniyada yaşayan xalqları Qafqaz dilli tayfalar qrupuna daxil edirlər. Lakin gəlin görək Albanların yaşadıqları Kür- Araz ovlağında bir dənə də olsun Qafqaz dilli toponimə rast gəlinirmi?.

Bəzən tədqiqatlar göstərirlər ki, XI əsrdə bu yerlərə səlcuq türklərinin gəlməsi və Azərbaycan xalqı təşəkkül tapmışdır. Lakin onlar səhv edirlər. Bunu sübut etmək üçün göstərmək lazımdır ki, səlcuqlardan sonra bir dənə də olsun səlcuqlarla bağlı və ya ayrı dildə toponim və oykonim qalmamışdır.

Tədqiqatçı V.Abayev göstərir ki, “Hər yeni soy öz sələflərindən nəsə alır, o cümlədən toponimləri. Əgər bu əraziyə sonradan gəlmiş soylar albanları öz içərilərində əritmişlərsə (assimilyasıya) onda heç olmazsa bir vəya bir neçə toponim qalmalı idi. Deməli albanlar da bu əraziyə gələnlərələ eyni dildə danışmışdır, və azərbaycan dilinin kökundə dayanmışlar. Belə olmasaydı biz Azərbaycan dilində Qafqaz dillərinin qalıqlarını və ya təsirini görərdik.

Alban tayfaları Azərbaycan (türk) dilli olub e.ə. VII əsrdən –VIII əsrə qədər Azərbaycan ərazisində məskunlaşmışlar. Onlar bir çox mənbələrdə alpan adı ilə də tanınmışlar.”Kitabi Dədə Qorqud” eposunda biz alpan adlarına rast gəlirik və bu da sübut redir ki, bizim yazılı abidəmizin tarixi daha qədimlərə gedib çıxır.

Hətta qazax, qırğız, özbək , türkmən xalqlarının formalaşmasında da alban tayfalarının mühüm rolu olmuşdur. Bu ölkələrdə alban, alpan adı ilə bağlı çoxlu oykonim, hidronim vardır.

Bir qədər də gəlmə soylar haqqında, hansı ki, onlarda Azərbaycan xalqının etnogenezində önəmli rol oynamışlar. Əslində onların hamısını gəlmə hesab etmək olmaz.(tarixçi Rəşiddədinin “Oğuznamə” sindən danışmalı) Hazırda dünyanın hansı ölkəsini götürsən onların dillərinin də, özlərinin də gəlmə olduğunu görərik .Tarix boyu etnosların –soyların miqrasiyası olmuşdur və indi də davam edir.

Bu soylardan Azərbaycan ərazilərinə ən geniş şəkildə yayılanı saq (sak) tayfaları olmuşdur. Belə ki, onların qalıqları eramızdan əvvəlki və sonrakı dövrdə Azərbaycan ərazilərində yaşamışlar. Onların adları ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır. Saqların adı ilə bağlı ən qədim toponim Muğanda olmuş Balasakan adıdır. Onalr e.ə. III yüzillikdə bu ərazidə yaşamışlar. Azərbaycannın Şəki, Zaqtala , Arsaq adları bilavasitə saq tayfalarının adı ilə bağlıdır. Hətta saqlar Naxçıvan ərazisinə qədər yayıla bilmişlər. Bunu Ordubadın Nusnus kəndində Saq məhəlləsinin və Saq dağının olması sübut edir.

Azərbaycan ərazisində hələ də öz adını qoruyub saxlayan qədim tayfalardan biri də qaşqaylar olmuşdur. Onların Azərbaycan ərazisinə gəlmə tarixləri dəqiq məlum olmasada e.ə. II minillikdə onların kiçik Asiyada yaşamaları və hətta şəhərlərinin olması məlumdur. Sonrakı dövrdə onların bir qismi miqrasiya nəticəsində Azərbaycan ərazilərinə köçmüşlər.

Qədim sakinlərdən biri də saspurilərdir. Yunan tarixçisi Herodat saspurilərin Araz sahilərindəə yaşadıqlarını göstərir. Görkəmli gürcü alimi Melikişivili saspur soy birləşmələrinin tərkibinə xirruq –urartu və işqut-qimmir soy birləşmələrinin də daxil edir. Tədqiqatlar belə hesab edirlər ki, saspuilərlə savirlər (sabir, Subar) arasında oxşarlıq vardır. Çox güman ki, tayfalar II-III əsrlərdə dış hullarının bir qolunu təşkil etmişlər. Bu hunların bir qupu isə Xəzərin qərb sahilində, indiki Quba-Xaçmaz, Dəvəçi rayonları ərazisində məskun olmuşlar.

Azərbaycan xalqının formalaşmasında yuxarıda göstərilən etnoslarla yanaşı biz gənlər(peçenek)qarqarlar, hunlar, xəzərlər, onoquzlar, sarqurlar (on oğuz, sarı oğuz) qıpçaqlar və s.etnoslar haqqında da məlumat verməliyik. Lakin mühazirədə bütün bu xalqlar haqqında məlumat verməyə imkanımız yoxdur.

Azərbaycan xalqının və dilinin təşəkkülü məsələlərinin öyrənilməsində böyük əməyi olan Q. Voroşil çox qiyymətli bir tədqiqat aparmışdır. Məlumdur ki, Moisey kalankatulunun “Albaniya”kitabı VII əsardə yazılıb. Bu dövrdə Azərbaycan dili artıq təşəkkül tapmışdır və demək bu əsər məhz Azərbaycan dilində yazılmışdır. Əsərdə külli miqdarda türk sözlərinin olması dediyimizi sübut edir.Məsələn əsərdə biz xan, xaqan, xatun, tənin,turkan kimi rütbələrə, əyləntürk, bulqar, onoqur, hinoqur hun, xəzər, peçenek, (gəngər)və s.kimi hironimlərə,alp Qazan,qonaq kimi antroponimlərə hunestan, türkstan kimi toponimlərə rast gəlinir.

Hər bir xalqın mənşəyi onun dili müəyyən edilir. Diletnik mənsubiyyəti bildirən yeganə əlamətdir. XX əsrin 30-cu illlərin sonuna kimi azərbaycanlılar “türk, türk xalqı dili isə “türk dili adlanırdı. Lap qədimdən bəri Azərbaycan ərazisində trük dilində danışan etnoslar yaşamışdır. Son illərdə türk dillərində danışan əhalinin Azərbaycanda aborigen olmasını inkar edirdilər. Lakin qaynaqların araşdırılıb öyrənilməsi bu mülahizlərin əsassız olduğunu sübut etdi. Azərbaycan dili türk dilləri ailəsinə mənsudur. Deməli Azərbaycan türklərinin mənşəyi dil mənsubiyyətinə uyğun Azərbaycanda yaşamış qədim türk etnoslarının tarixi ilə bağlanmalıdır.

Qərbdə Egey dənizi hövzəsindən ta Anadoluda daxil olmaqla Şərqdə Çinə qədər, Rusiya çölləri də daxil olmaqla: cənubda İran yaylasına qədər geniş ərazidə türk xalqları təmsil olunmuşlar. Hər bir türk xalqı bu ərazidə müxtəlif adlar altında formalaşmışlar. Bu proses erkən orta əsrlərdə baş vermişdir. Eləcə də Azərbaycan xalqının mənşəyində burada yaşamış və müxtəlif dövrlərdə ona qaynayıb qarışmış türk etnosları yaxından iştirak etmişlər.

Beləliklə, Azərbaycan xalqının və Azərbaycan dilinin formalaĢması haqqında indi əsasən iki mülahizənin olduğu aydınlaĢır: 1) Azərbaycan xalqının etnogenezində yerli (Qafqaz mənĢəli) etnoslarla yanaĢı gəlmə (türkdilli və irandilli) etnoslar da iĢtirak etmiĢ, tarixən türkdilli etnoslar böyük üstünlük təĢkil edərək e. XI-XII əsrlərində türkdilli Azərbaycan xalqının formalaĢmasına gətirib çıxarmıĢdır; 2) 358

Azərbaycan xalqı ta qədimdən bu ərazidə yaĢayan yerli türk etnosların və qonĢu ölkələrdən gəlib burada məskunlaĢmıĢ, türk dillərində danıĢan1 digər tayfaların qaynayıb-qarıĢmasından yaranmıĢ, formalaĢma prosesində və sonrakı dövrlərdə onun tərkibinə baĢqa dillərdə danıĢan ayrı-ayrı etnoslar, xüsusilə farsdilli tayfalar daxil olmuĢdur; Azərbaycan türkləri erkən dövrdən türk (prototürk, erkən türk) dilində danıĢmıĢ və heç bir baĢqa xalqdan dönməmiĢdir

Beləliklə, gördüyümüz kimi, haqqında bəhs etdiyimiz dövrdə tarixi Azərbaycan ərazisində cərəyan edən dil, ərazi, mədəniyyət və iqtisadi əlaqələr vəhdəti zəminində yeni etnik birliyin - türkdilli Azərbaycan xalqının təĢəkkülü prosesi baĢa çatır. Böyük axınla Azərbaycana gələn oğuz türklərinin bu prosesdə iĢtirakı isə Azər-baycan türklərinin səlcuq yürüĢlərindən əvvəl baĢlayan formalaĢmasını yalnız sürətləndirmiĢdi.

Bu prosesin baĢa çatması nəticəsində təqribən bugünkü Azərbaycan dilimizdə danıĢan və artıq əksəriyyəti təĢkil edən xalqımızın təĢəkkülündən sonra da Azərbaycan ərazisində, əvvəllər olduğu kimi, qafqazdilli və irandilli xalqlar yaĢayırdılar. Maraqlı burasıdır ki, Azərbaycanın etnik xəritəsi bu gün də min il əvvəlki cizgilərini saxlamıĢdır. Bu gün də Azərbaycan torpağında indi "azsaylı xalqlar" adlandırdığımız irandilli talıĢlar, tatlar, kürdlər və b., qafqazdilli udinlər, ləzgilər, xınalıqlar, bııduqlar və b. yaĢayırlar.

Beləliklə Azərbaycan dilinin və xalqının təşəkkülü III-VII əsarlərdə baş vermiş,VII-VIII əsarlərdə başa çatmışdır.


VI MÖVZU

IX –XII əsrlərdə Azərbaycan feodal dövlətləri.
P L A N

1.Xilafətin dağılması şəraitində Azərbaycanda İctimai siyasi vəziyyət Müstəqilləşmə prosesinin başlanması.

2.Müstəqil feodal dövlətlətləri: Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Şirvanşahlar.

3.Azərbaycan Atabəylər dövlətinin yaranması. Şəmsəddin Eldəniz

4.IX-XII əsrlərdə Azərbaycanın təsərrüfat həyatı, şəhərlər və mədəniyyət.
Ədəbiyyat


  1. Azərbaycan tarixi.VII cilddə, II cild, Bakı, 2008, səh.283-424.

  2. İradə Nuriyeva “Azərbaycan tarixi” Bakı, 2015

2. Azərbaycan tarixi.Z.Bünyadovun redaktorluğu ilə Bakı, 1994,səh. 273-322.

3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 121-137.

4. Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti. Bakı, 1985,səh.185-220.

5. Şərifli M.X.IX əsrin 2-ci yarası-XI əsrlərdə Azərbaycan feodal dövlətləri.

Bakı, 1978, səh. 258-343.

6. Kərimov N.Odlar yurdunun səyyah və coğrafiyaşünasları. Bakı, 1996.

Abbasilər Xilafəti tarixində IX əsrin sonu, X əsrin əvvəli geniĢ ərazili müsəlman imperiyasının ucqarlarındakı yerli hakim və canişinlərin separatizminin güclənməsi ilə əlamətdardır. Onlardan hər biri mərkəzi hakimiyyətin üzlədiyi çətinliklərdən, eləcə də idarə işini boş buraxmasından istifadə edərək ayrılmağa, yarımmüstəqil və yaxud müstəqil dövlət qurumu yaratmağa can atırdı. Belə hakim və caniĢinlər ilk növbədə xəlifə xəzinəsinə göndərdikləri vergilərin məbləğini azaltmağa baĢlayır, sonra isə bu iĢi tamam dayandırırdılar.

Mərkəzi hakimiyyətdən birinci olaraq Mərakeş, Əlcəzair, Tunis və Liviya ayrıldı. 788 və 800-cü illərdə həmin ərazilərdə İdrisilər, sonra isə Əqləbilər sülaləsi möhkəmləndi. 20 il sonra Yəməndə Zeydilər, Xorasanda Tahirilər və baĢqa bu kimi dövlətlər meydana gəldi. 861 -ci ildə xəlifə əl-Mütəvəkkil öldürüldükdən sonra babə-kilər hərəkatının təsirilə artıq tamam zəifləmiĢ Xilafətin parçalanması prosesi yenidən baĢlanır: Təbəristanda Ələvilər, Ġranda Səffarilər, Misirdə Tulunilər, Xorasan və Orta Asiyada Samanilər dövlətləri yaranır.



 Əsarət altına alınmış xalqların azadlıq mübarizəsi, daxili çəkişmələr, iri feodalların mərkəzi hakimiyyətə tabe olmaması Xilafəti zəiflətdi və onun ərazisində müstəqil dövlətlərin yaranmasına gətirib çıxartdı.İlk əvvəllər imperiyanın ucqarlarında, o cümlədən Azərbaycanda kiçik dövlətlər-əmirlərliklər yarandı (Bərdə, Qəbələ, Şəki və s.).IX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ərazisində Şirvanşah Məzyədilər, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər dövlətləri meydana çıxdı.Onlar ərəb əsarətindən qurtarmağa cəhd edirdilər, buna görə onların yaranması müsbət hal idi.Lakin ölkənin xırda feodal dövlətlərinə parçalanması xarici düşmənlərdən qorunmağı çətinləşdirirdi.

IX əsrdə Xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn feodal dövlətlərdən biri də paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövləti (889-942-ci illər) idi. Yeni sülalənin banisi hesab edilən Əbu Saç Divdad "adlı-sanlı türk sərkərdələrindən" olmaqa Xilafət ordularının döyüşlərində dəfələrlə sınaqdan çıxmış, Səhl ibn Sumbatın xəyanəti nəticəsində Babəkin tutulub Bərzəidə, Afşinin düşərkəsinə aparılmasında iştirak etmişdi.

Sacilər mənşəcə türk idilər. Əbu Sac Divdad və onun varisləri Məhəmməd və Yusif muxtəlif vaxtlarda Xilafətin əyalət hakimləri olmuş Abbasilər hakimiyyətinə qarşı baş vermiş üsyanların yatırılmasında fəal iştirak etmişdilər.

Sacilərin banisinin Əbu Sac Divdad hesab edilməsinə baxmayaraq, dövlət onun ölümündən xeyli sonra oğlanları Məhəmmədin və Yusifin dövründə yaranmışdı. Xidmətləri ilə Xəlifənin rəğbətini qazandığına görə, 889-cu ildə Məhəmməd Azərbaycanın   hakimi təyin  olundu.  Təbərinin  yazdığına   görə, o,  "Azərbaycana gəldikdən dərhal sonra özünü müstəqil elan edib, Xilafətə tabe olmaqdan boyun qaçırtdı". Lakin mənbələrdə qeyd edilir ki, Məhəmməd xəlifə ilə əlaqəsini tamamilə kəsə bilmir və tez-tez sazişə girməli olurdu.

Məhəmməd ona qarşı itaətsizlik göstərən Marağa hakimini susdurdu və şəhəri ələ keçirdi. 893-cu ildən başlayaraq o, bir neçə dəfə Ərməniyəyə uğurlu yürüşlər təşkil etdi, Naxçıvandan keçərək Dvin hasarlarına qədər çatdı və erməni hakimi I Sumbatın ailə üzvlərini və yaxın qohumlarını əsir götürdü, onun özünü güzəştə getməyə məcbur etdi. Qələbədən sənra Məhəmməd öz oğlu Divdadı Ərməniyəyə hakim təyin edib, özü Gürcüstana gedərək, Tiflisi və digər şəhərləri soyub taladı. Bu qələbələr Məhəmmədin şöhrətini yüksəltdi. Qonşu dövlətlərin hakimləri ondan çəkinməyə başladılar.

Bacarıqlı sərkərdə olan Yusifin qibtə ediləcək dərəcədə çevikliklə rəqiblərini əzməsi, hakimiyyəti möhkəmləndirməsi, əvvəlki siyasi nüfuzunu bərpa etməsi, Azərbaycanın müstəqilliyinin reallaşdırması Bağdadda xəlifə sarayına rahatlıq vermirdi. Ona görə də xəlifə onu "idarə etdiyi Azərbaycan, Ərməniyə, Arran, Beyləqan və s. əyalətləri buraxıb, İkiçayarasından "təhlükəli bir səfərə", Xilafətə qarşı üsyan qaldırmış qərimətlərə qarşı müharibəyə göndərdi. 927-ci il dekabrın 27-də Kufə şəhəri yaxınlığındakı döyüş zamanı Yusifin qoşunu məğlub oldu. O özü yaralandı, əsir düşdü və öldürüldü.

Sacilər sulaləsinin hakimləri içərisində Yusif ən nüfuzlusu olmaqla 24 il bu dövləti idarə etmişdi. Sacilər dövləti istiqlaliyyət  qazandı.  Azərbaycan   torpaqları   mərkəzləşdirildi ki, bunun sayəsində də təsərrüfatın canlanmasına, şəhərlərin, sənətkarlığın, ticarətin və mədəniyyətin inkişafına xeyli zəmin yarandı. Onun maliyyə və vergi sahəsində obyektin siyasəti ölkədə iqtisadiyyatın dirçəlməsinə və əhalinin artmasına təkan verdi.

Yusifin ölümündən sonra hakimiyyət əldən-ələ keçdi. Onun sərkərdəsi Deysəmin dövründə Azərbaycan yenidən müharibə meydanına çevrildi. 942-ci ildə Sacilər sülaləsinin hakimiyyətini Salarilər əvəz etdilər.

Salarilər dövləti. Dövlətin yaradıcısı Mərzuban ibn Məhəmməd Kilan vilayətindəki Salarilər tayfasına mənsub olduğundan dövlət Salarilər adlanırdı. Dövlətin təməlini qoyan Mərzuban ibn Məhəmməd çox uzaqgörən, ağıllı, mərd və cəsur şəxsiyyət, görkəmli dövlət xadimi olmuşdu. O, yuxarıda qeyd edildiyi kimi, 942-ci ildə Sacilər hakimi Deysəmi məğlub edərək Azərbaycanı tutdu. Həmin tarixdən hakimiyyət onun təmsil etdiyi Salarilər sülaləsnnin (942-981) əlinə keçdi. Salarilər dövlətinin də paytaxtı Ərdəbil idi.

 Salari hakimi Mərzuban ibn Məhəmməd çətin mubarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışdı. Möhkəmlənməkdə olan gənc dövlət yeni fəlakətlə üzləşdi. Mənbələrdə Rus adlanan tayfalar təbiətinin və sərvətinin zənginliyinə görə Qafqazın mirvarisi hesab edilən Bərdə şəhərinə hücum etdilər. Xalq müqəddəs torpaq uğrunda mübarizəyə qalxdı. Görünməmiş qırğınlar və talanlar başlandı, gözəl binalar dağıldı, şəhər əvvəlki əzəmətini itirdi. Bundan istifadə edən Məsul hakimi Azərbaycanın cənubunda Səlmas şəhərinə basqın etdi. Salari hakimi Bərdənin müdafiəsini sərkərdələrindən birinə tapşırıb, özü Səlmasın harayına getdi. Onun bu yürüşü uğurlu oldu. Döyüşlərdəki qələbələr sayəsində ölkənin cənub-qərb vilayətlərindən düşməni qovduqdan sonra, Azərbaycanın şimal-qərb vilayətlərini və Ərməniyəni öz hakimiyyəti altına keçirdi. Sacilərin dövründə olduğu kimi, Şirvanşah Məzyədilər dövləti Salarilərə tabe edildi.Bununla da Salarilərin şimal sərhədi Dərbəndə qədər uzandı.

Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə, Zəncanın, Əbhərin, Qəzvin və İsfahan hakiminin asılılığında qalması Mərzubanı narahat edirdi. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O, bu niyyətlə 948-ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi. Mərzubanın 5 min nəfərlik ordusu düşməninkindən dəfələrlə az idi. Buna baxmayaraq, o, döyüşdən imtina etməyi qeyrətinə sığışdıra bilmədi. Saatlarla davam edən savaş Mərzubanın məğlubiyyəti ilə başa çatdı. O, sərkərdələri ilə birlikdə əsir düşdü. Onun əsirlikdə olduğu dövrdə Azərbaycanda hakimiyyət uğrunda feodalara müharibələri yenidən qızışdı. Hakimiyyəti əvvəlcə Mərzubanın atası, sonra isə qardaşı Vəhsudan ələ keçirdiyi hakimiyyət uğrunda mübarizədə keçmiş Sacilər dövlətinin hakimi Deysəm də iştirak edirdi. O, Zəncanda, Azərbaycanın və Ərməniyənin bir hissəsində hakimiyyəti bərpa etdi.   Salarilərin qoşunu maaşla saxlanılan süvari dəstələrindən və piyada hissələrindən ibarət idi. Onların dənizdə gəmiləri də vardı.

40 il yaşamış Salarilər dövləti təkcə Azərbaycan və Qafqazdakı feodal dövlətlərlə deyil, Ön Asiyadakı nüfuzlu dövlətlərlə də müqayisə olunmağa layiq idi. X əsrin II yarısında Azərbaycanda meydanagələn müstəqil feodal dövlətlərdən biri də paytaxtı Gəncə olan Şəddadilər dövləti idi. Onun ərazisi əsasən Kür və Araz çayları arasındakı torpaqları əhatə edirdi. Şəddadilər şimal tərəfdən Şəki və Kaxetiyaçarlığı ilə, cənubdan Rəvvadilər dövləti ilə həmsərhəd idi. Dövlətin cənub-qərbində yerləşən Dəbil şəhəri də Şəddadilərə tabe idi. Müəyyən dövrlərdə Şəki və Kaxetiya çarlığının bəzi əraziləri də onlardan asılı vəziyyətə düşmüşdü. Ərməniyənin xeyli hissəsi Şəddadilərin hakimiyyəti altında idi.

Bu dövlətin yaradıçısı hesab edilən Məhəmməd ibn Şəddad mənşəcə kürd idi. O, Dəbil ətrafında yaşamaqla siyasi fəaliyyətə X əsrin ortalarında başlamışdı. Əslində, Şəddadilər dövləti Salarilərin dövründə və onların ərazisində meydana gəlmişdi. Salari hakimi Mərzuban əsirlikdə qaldığı beş il (948-953) müddətində onun varisləri arasında hakimiyyətin qızışdığı şəraitdə dövlət xeyli zəiflədi. Ona tabe olanfeodal əyanlar içərisində müstəqillik meylləri gücləndi. Belə feodallardan biri Məhəmməd ibn Şəddad idi. O, fürsətdən istifadə edərək, Dəbili tutdu və özünü mustəqil elan etdi. Lakin o, burada möhkəmlənə bilmədi. Mərzuban əsirlikdən xilas olduqdan sonra hakimiyyətini bərpa etdiyi zaman Dəbil Şəddadın əlindən çıxdı. Onun ölümündən sonra, oğlanları Fəzl və Ləşkəri Gəncəyə gəldilər və 971-ci ildə Salariİbrahimin Gəncədəki naibini qovaraq burada hakimiyyəti ələ keçirdilər. MüharibədəƏbülhəsənLəşkəriyə gücü çatmayan Salari hökmdarı İbrahim ibn Mərzuban onunla muqavilə bağladı və Şəddadilər dövlətini rəsmən tanımağa məcbur oldu. 971-ci ildən Şəddadilər dövləti fəaliyyətə başladı. Bu hadisə Ləşkərinin nüfuzunu artırdı o, az müddət ərzində Bərdəni, Şəmkiri, Ərməniyənin xeyli hissəsini öz dövlətinə birləşdirdi, ölkədə əmin-amanlıq yaratdı. Səkkiz illik hakimiyyəti dövründə Şəddadilər dövləti möhkəmləndi və ərazisi genişləndi. Onun varisi Fəzlin dövründə Beyləqan Şəddadilər dövlətinə birləşdirildi. Ağıllıdiplomat olan Fəzl dövlət işlərini məharətlə idarə edirdi. Ərəb tarixçisi ibn əl-Əsirin məlumatına görə, "Kürd Fəzlun 1030-cu ildə xəzərlər üzərinə hücum etdi. Onlardan çox adam qırdı,əsir tutdu və böyükmiqdarda qənimət aldı".

Şəddadi Fəzl uğurlu xarici siyasətlə yanaşı, ölkənin daxili işləri ilə məşğul olmağı da unutmur, sənətkarlığın, ticarətin, mədəniyyətin inkişafına qayğı göstərirdi. O, ticarət və hərbi məqsədlə Araz çayı üzərində körpu saldırdı. Gəncədə öz adına pul kəsdirdi. Onun Şirvanşah Manuçöhrlə(1027-1034) qohum olmasına baxmayaraq, Şəddadilərlə Şirvanşahlar arasındakı dostluq və qohumluq sabit deyildi. Şəddadilər tez-tez Şirvanşahlar, Rəvvadilər və gürcü hakimləri ilə müharibələr edirdilər.

Şəddadilərin görkəmli hakimlərindən olan Əbüləsvər Şavurun dövründə  (1050-1067) dövlət daha da möhkəmləndi. Şavur iqtisadi, ictimai həyatda və xüsusilə, orduda bir sıra faydalı islahatlar keçirərək,Gürcüstanla və Şirvanşahlarla müharibələri davam etdirdi. Alan tayfalarının, qonşu feodal dövlətlərin və xüsusilə, şöhrəti gündən-günə artmaqda olan səlcuq türklərinin basqınlarından qorunmaq üçün tədbirlərgördü. Gəncənin ətrafında xəndək qazdırıb, hasar çəkdirdi. Onun tapşırığı ilə Dəmirçi İbrahim 1063-cü ildə Gəncənin dəmir qapılarını düzəltdi. Həmin il Şirvana bir neçə yürüş təşkil edərək, onlardan 40 mindinar xəraç aldı. Lakin siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq Şavur hakimiyyətinin sonunda səlcuqların vassallığını qəbul etməyə məcbur oldu.

Şəddadilər dövlətinin axırıncı əmiri olan III Fəzlun (1074-1088) vassalı olduğu səlcuq sultanlığına qarşı mübarizəni davam "etdirmək istəyirdi. Mənbələrin məlumatından aydın olur ki, Yaxın və OrtaŞərqdə, həmçinin, Zaqafqaziyada güclü dövlət yaradan Səlcuq türkləri Şəddadilərin daxili müstəqilliyini özləri üçün təhlükə hesab edirdilər. Ona görə də, Səlcuq sultanı Məlikşah öz sərkərdəsi Buğanı qoşunlaGəncəyə göndərdi. Buğa 1088-ci ildə Gəncəni tutdu və III Fəzlunu əsir götürərək Bağdada göndərdi. O, 1091-ci ildə orada, əsirlikdə öldü. Beləliklə, 1088-ci ildə Şəddadilər dövlətinin tarixi sona çatdı.

Orta əsr müəllifləri Rəvvadilər sülaləsinin tarixi və dövlətin yaradıcısı Əbülheyca Rəvvadinin şəxsiyyəti barədə dolaşıq fikirlər söyləmişlər. Əbulheycanın mənsub olduğu Rəvvadilər (mənşəcə ərəb idilər) sülaləsinin tarixi qədimdir. Onlar VIII əsrdə Təbrizdə, Marağada, Əhərdə, Qaradağda hakimlik etməklə uzun müddət müstəqilliyə can atmışdılar. RəvvadilərinmənşəcəSalarilərləyaxınlığı olmamışdı.

X əsrin ortalarında və ikinci yarısındaƏhər (Qaradağ) hakimi ƏbülheycaRəvvadiSalarilər dövlətinin hakimi Mərzubana, sonra isə onun varisi İbrahimə tabe olan və xərac verən nüfuzlu feodallardan idi. Əbulheyca yaranmış tarixi şəraitdən istifadə edərək, 981-ci ildə Salari İbrahimə tabe olmaqdan boyun qaçırdı, onunla mübarizəyə başladı, qalib gəldi və hakimiyyəti ələ aldı. Beləliklə, Rəvvadilər dövləti rəsmən yarandı. Vaxtilə Salarilər dövlətinin əlində olan Azərbaycan və Ərməniyə torpaqları Rəvvadilərin hakimiyyəti altına keçdi. Dövlətin paytaxtı Ərdəbildən Azərbaycanın qədim və zəikin şəhəri Təbrizə köçurüldü.Bu zaman Təbriz Ərdəbilə nisbətən iqtisadi, siyasi  və mədəni  cəhətdən xeyli  tərəqqi etmişdi. Təbrizin təbii-çəğrafi mövqeyi paytaxt şəhəri uçun daha münasib idi. Rəvvadilər dövlətinin ərazisi əsasən indiki İranAzərbaycanı ərazisini əhatə edirdi. Əbülheyca hakimiyyəti ələ keçirib dövlətin daxili işlərini səhmana saldıqdan sonra 987-ci ildə Ərməniyəyə hücum edərək onu özünə tabe edib əhali üzərinə vergi qoydu və xərac aldı. O, Xəy və Urmu feodallarını da hakimiyyəti altına keçirtdi. Dövlətin ərazisi genişlənməklə yanaşı, onun nüfuzu da yüksəlirdi. Əbülheycanın varislərindən olan Əbu Mənsur Vəhsudan da (1020-1059) ölkə daxilində bir sıra tədbirlər həyata keçirdi. Mərkəzi hakimiyyəti xeyli güçləndirdi. Onun dövründə Şəddadilərlə düşmənçilik davam etdi. 1042-ci ilin oktyabrındaTəbrizdə güclü zəlzələ baş verdi. Mənbələrin məlumatına görə, zəlzələ nəticəsində bir çox binalar və qalalar dağıldı, 40 mindən artıq adam tələf oldu, şəhərin müdafiə qabiliyyəti zəiflədi. Şəhərin ətrafındakı qala hasarları uçulub-dağıldığından Rəvvadi Vəhsudan Təbrizi tərk edib başqa qalaya köçdü. Şəhərin bərpa işləri başa çatdırılmamış Toğrul bəyin başçılıq etdiyn səlcuq türkləri Təbrizə hücum etdilər hücuma hazır olmayan Vəhsudan muqavimət göstərə bilmədi.

İbn əlƏsirinyazdığınagörə, "səlcuq hakimi Toğrul bəy bir sıra qələbələrdən sonra, 1054-cü ildə Təbrizə gəldiyi zaman Rəvvadi hakimi Vəhsudan siyasi hakimiyyəti əlində saxlamaq məqsədilə səlcuqların vassallığını qəbul etməyə məcbur oldu".

IX-XI əsrlərdə gərkin mübarizə şəraitində Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi. Həmin dövlətləri yaradan sülalələrin mənşəyindən və mənsubiyyətindən  asılı  olmayaraq,  bu dövlətlər  Azərbaycan torpağında  milli zəmində  təşəkkül tapırdılar.


3. . XII əsrin 30-cu illərində Yaxın Şərqlə baş verən siyasi hadisələrin zəminində böyük tarixi hadisə baş verdi. Azərbaycan Atabəylər dövləti (1136-1225) meydana çıxdı. Atabəylər dövlətinin banisi zəmanəsinin ağıllı diplomatı, uzaqgörən dövlət xadimi Şəmsəddin Eldəniz (1136-1175) idi. Onun uşaqlığı son dərəcə ağır keçmiş, valideyinlərini çox erkən itirmiş, qul bazarlarında satılaraq əldən ələ keçmişdi.

Orta əsr tarixçiləri Mirxond və nəvəsi Xondəmir Şəmsəddin Eldənizin həyatı haqqında məlumat vermişlər. (Rövzət əs-səfa “ və “Həbib əs siyar” adlı əsərlərində )

O, Sultan Mahmud dövründə (1118-1131) bir qul kimi alınmış və İraqa apa-rılaraq vəzir Əhməd əs-Sümeyrəməyə satılmışdır. 1122-ci ildə Sumeyrəmə Sultan tərəfindən öldürülür və onun varidat Sultan Mahmudun ixtiyarına keçir. Deməli Şəmisəddin Eldəniz də onun xidmətinə keçir. Sultan onun bacarığını görüb tərbiyəsini əmir Nəsrə tapşırır. Çox çəkmir ki, O, at oynatmaq, qılınc çalmaqda öz yaşıdlarını ötür. Bundan sonra sultan onu Əhlivan–salar (mətbəx başçısı) təyin edir.

1132-ci ildə hakimiyyətə Sultan Toğrul keçir və Şəmsəddin Eldəniz məmlüklər sırasına keçirilir. Sultanın arvadı Möminə xatun ona böyük iltilaf (simpatiya) göstərdi. Bir az sonra Eldəniz əmir rütbəsinə çatdırılır. Sultan Toğrul Eldənizi özünün azyaşlı oğlu Arslana atabəy (qəyyum) təyin edir. Sultan Toğrul öləndən sonra Sultan Məsud Eldənizi dul qalmış Möminə xatunla evləndirir. Onun iki oğlu və bir qızı olmuşdur.1136-cı ildə Sultan Məcud Arranı Şəmsəddin Eldənizə iqta verir və o, yavaş-yavaş bütün Azərbaycana yiyələnməyə başlayır. 1160-cı ildə oğulluğu Arslan hakimiyyət -Sultan taxtına yiyələnsə də, dövləti faktiki olraq Şəmsəddin Eldəniz idarə edirdi.

Tarixçilər Azərbaycan Eldənizlər dövlətinin və onu idarə edən sülalənin (Ata-bəylər) tarixini 3 dövrə bölürlər: təşəkkül (1136-1160), çiçəklənmə (1160-1191), tənəzzül (1191-1125) .

Birinci və ikinci dövrlərdə əldə edilən nailiyyətlər Eldənizin və onun oğlanları-nın adı ilə bağlıdır. Qızıl Arslanın ölümündən sonra Cahan Pəhləvanın oğlanları Əbu Bəkir (1191-1210) və Özbəyin (1210-1225) hökmdarlığı dövründə dövlət tənəzzülə uğramış və Xarəzmşah Cəlaləddinin hücumu ilə süqut etmişdir. Səlcuq şahzadələri arsında gedən mübarizədən məharətlə istifadə edən Şəmsəddin Eldəniz 1160-cı ildə 20 minlik qoşunla Həmədanı alaraq atabəyi olduğu Arslan şahı taxta çıxardı. Həmin dövrdən Şəmsəddin Eldəniz İraq Səlcuq dövlətinin böyük atabəyi adlandı. Əslində dövləti o özü idarə edirdi. Şəmsəddin Eldəniz Sultanın və özünün imkanlarından istifadə edərək oğlanlarının feodal iearxiyasının ən yüksək pilləsində möhkəmləndirməyə nail oldu. Cahan Pəhləvanı hacib, Qızıl Arslanı isə Sultan ordusunun baş sərkərdəsi təyin etdi.

Təbriz və Naxçıvan Atabəylər dövlətinin paytaxtı oldu.

Şəmsəddin Eldəniz 1161-ci ildə Həmədan yaxınlığında Rey vilayətinin qoşunlarını məğlub etdi. Rey vilayətini iqta şəkilində oğlu cahan Pəhləvana verdi. Tədricən Qum, Qəzvin, Ərdəbil, Marağa, Kirman vilayətləri də Eldənizdən asılı vəziyyətə düşdülər. Eldənizin nüfuzu getdikcə artırdı. Ziya Bünyadov yazır: “Atabəy Eldəniz əsl hökmdar idi. Əmrləri O, verir, İqta torpaqlarını paylayır, dövlət xəzinəsinə o, nəzarət edirdi. Sultan Arslan Şah İbn Toğrulun ancaq adı hökmdar idi.” Atabəylər öz torpaqlarını genişləndirməyə çalışırdılar. Onlar tez-tez Şirvana və Ərməniyyəyə yürüşlər təşkil edir, Gürcüstanla düşmənçiliyi davam etdirirdilər.

Gürcülər hətta 1139-cu ildə Gəncə zəlzələsindən az sonra şəhərə hücum edərək oranı talamış və “Gəncə darvazalarını” qənimət kimi aparmışdılar.

1161-ci ildə Gürcülər 30 minlik qoşunla Gəncə və Dəbil şəhərinə hücum edərək böyük vəhşiliklər törətdilər. Gürcülərin vəhşi hərəkətlərinə cavab olraq 1163-cü ilin yanvarında Şəmsəddin Eldəniz 50 minlik qoşunla Gürcüstana hücum edərək 1 aydan çox vuruşdu. Çoxlu sayda adam öldürdü, əsir götürdü və hərbi qənimət ələ keçirdi. Lakin bundan nəticə çıxarmayan gürcülər 1164 və 1166-cı illərdə Azərbaycana yenidən hücumlar etmiş və Gəncəyə qədər gəlmişdilər. 1174-cü ildə yenidən Eldəniz Gürcüstana yürüş etmiş və onları daha ağır məğlubiyyətə uğratmışdır.

Mənbələrdə deyilir: “Abxazlar (gürcülər) darmadağın edildi, müsəlmanlar elə bir qələbə çaldı ki, beləsini kimsə xatırlaya bilməzdi”.Gürcüstan yürüşündən qayıtdıqdan sonra 1175-ciilin noyabrında Şəmsəddin Eldəniz Naxçıvanda vəfat etdi.(ondan 1 ay əvvəl arvadı Möminə xatun vəfat etmişdi.) Az sonra Sultan Arslan şah da vəfat etdi. Sultanlıq taxtına onun 7 yaşlı oğlu III Toğrul keçdi. Məhəmməd Cahan Pəhləvan III Toğrula atabəy təyin edildi. Cahan Pəhləvanın dövründə mərkəzi hakimiyyət daha da möhkəmləndi. O, Azərbaycanın idarə olunmasını qardaşı Qızıl Arslana tapşırdı və eyni zamanda onu oğlu Əbu Bəkirin atabəyi təyin etdi. Təbriz Qızıl Arslanın paytaxtı oldu.

Cahan Pəhləvanın dövründə (1175-1186) Atabəylər dövlətinin ərazisi dahada genişləndi. Dövlət iqtisadi və siyasi cəhətdən dahada möhkəmləndi. Atabəylərin təkcə 50 minlik süvari ordusu var idi.

80-ci illərdə Misir və Suriya ilə münasibətlər kəskinləşdi. 1185-ci ildə Qızıl Arşlan böyük qoşunla Mosula tərəf hərəkət etdi. 1185-ci ildə Cahan Pəhləvan özü də Əhlətə gəldi və münaqişəni dinc yolla öz xeyrinə həll etdi. Geri qayıdarkən xəstələndi və 1186-cı ildə martın 23-də vəfat etdi.

Onun ölümündən sonra hakimiyyət məsələsi ciddi münaqişəyə səbəb oldu, Arvadı İnancXatun öz oğlanlarını hakimiyyətdə görmək istəyirdi. (Qutluq İinanc və Əmir Əmiran Ömər İran, Əbu Bəkir türk qızı Quteybə xatun, Özbəyin anası kəniz Zahidə xatun idi) Bütün bunlara baxmayaraq hakimiyyətə Qızıl Arslan (1186-1191) keçdi. Onun dövründə ölkədə sakitlik pozuldu. İnanc Xatun III Toğrulla birləşərək Qızıl Arslana qarşı mübarizəyə başladılar. 1188-ci ildə Həmədan yaxınlığında müxalif qüvvələr Qızıl Arslanı məğlub etdilər Lakin o, xəlifə ilə İt-tifaqa girərək onları parçaladı və məğlub etdi: (1190) Sultan III Toğrulu əsir edərək Naxçıvan yaxınlığında zindana saldı. Hakimiyyətini möhkəmlədən Qızıl Arslan yolunu azmış əmirləri cəzalandırmaq məqsədi lə əvvəlcə Van sahillərinə, sonra isə Şirvan və Gəncəyə yürüşə başladı. Burada Qızıl Arslan böyük şair Nizami Gəncəvi ilə görüşdü. Sonra Gürcüstana yürüşə başladı və onları məğlub edərək qənimət ələ keçirdi. Ömrünün sonlarına yaxın eyş-işrətə və kef məclislərinə çox meyl göstərməyə başladı.1191-ci il sentybrın 21-də yatağında sui-qəsd nəticəsində öldürüldü. (İnanc Xatun tərəfindən)

Qızıl Arslanın ölümündən sonra Cahan Pəhləvanın qadınları və oğlanları arsında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Atabəylərin yaratdığı mərkəzi hakimiyyət parçalandı. İraq, Rey, Mosul, İsfahan onların asıllığından xilas oldu. Eldənizlərin əlində yalnız Azərbaycan torpaqları qaldı. Azərbaycannın hakimi və sultan taxtına Əbu Bəkir yiyələndi. (1191-1210) Həmədanı və qonşu əyalətləri İnanc Xatunun oğlanları Qutluq İnanc və Əmir Əmiran Ömər arasında mübarizə başladı. 1192-ciildə Əbu Bəkir Təbriz yaxınlığında qardaşlarının qoşununu məğlub etdi.Qutluq İnanc Xarəzmşah Təkisin yanına, Ömər isə Şirvanşah Axsitanın yanına qaçdı.

1192-ci ildə Sultan III Toğrul zindandan xilas olaraq qoşun toplayır və Təbrizə hücum edir. Daha sonra Həmədanı ələ keçirərək sultanlıq taxtına yiyələnir. Lakin onun hakimiyyəti çox çəkmir. Xorəzmşah Təkişlə İttifaqa girən Qutluq İnanc 1194-cü ildə III Toğrulu məğlub edərək öldürdü. Həmədan Xarəzmşahın əlinə keçdi.Xorəzmşah Təkişin ölümündən sonra Sultan Əbu Bəkr qardaşı Öməri Həmədan və Reyə hakim təyin etdi.

Əbu Bəkrin 20 illik hakimiyyəti dövründə təmsil etdiyi sülalənin nüfuzu xeyli zəiflədi, dövlətin süqutunun qarçısını ala bilmədi. Əbu Bəkrdən sonra hakimiyyətə qardaşı Atabəy Özbək keçdi. Onun hakimiyyəti dövründə (1210-1225) Azərbaycan Atabəylər dövləti daha da zəiflədi. Özbəyin hakimiyyətinin ilk illərində Gürcü çarı Tamaranın və Xarəzmşah Məhəmmədin ardıcıl hücumları başladı. Hətta Atabəy Özbək Xarəzmşahlardan asılılığı qəbul etdi. Xarəzmlilər Azərbaycanın şəhər və kəndlərini talan etdilər. Hətta bir sıra yerlərdə öz hərbi qüvvələrini yerləşdirdilər. Zəif iradəli Atabəy Özbək nə tez-tez hücum edən gürcülərin, nə də monqolların hücumlarının qarşısını ala bilmədi. Atabəy Özbək əhali arasında öz nüfuzunu tamamilə itirmişdi. Əslində dövləti onun həyat yoldaşı, III Toğrulun qızı Məlakə Mehrican xatun idarə edirdi.

Monqolların birinci yürüşlərindən sonra (1221) Xarəzmşahın oğlanları Cəlaləddin və Qiyasəddin Azərbaycana hücum etdilər. Atabəy onlara da müqavimət göstərə bilmədi. Öz bacısı Cəlaliyyəni Qiyasəddinə verib onunla qohum oldu. Lakin 1225-ci ildə Cəlaləddin yenidən Təbrizə hücum edəndə Atabəy Özbək əvvəl Gəncəyə, sonra isə Əlincə qalasına qaçdı və orada öldü. Bununla da Atabəylər döv-lətinin tarixi sona çat-dı.

XII əsrdə Azərbaycanda feodal dövlətin yaranması müsbət hadisə idi. Ölkə daxilində sabitliyin və əmin–amanlığın bərqərar edilməsi məhsuldar qüvvələrin inkişafına və təsərrüfatın bütün sahələrinin canlanmasına və mədəniyyətin çiçəklən-məsinə təkan verdi.

XII əsr əbəs yerə Azərbaycan mədəniyyətinin “qızıl dövrü “ adlandırılmır. Bu İntibah dövrü xalqımız üçün ona görə qiymətlidir ki, N.Gəncəvi və onun müa-sirlərinin - ədəbiyyat, incəsənət və elmimizin böyük dühasının yaşadığı dövrdür. XII əsr həm də Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, memarlığın böyük sü-rətlə inkişaf etdiyi dövrdür.

30 ilə qədər astronomiya ilə məşğul olmuş və bir sıra ulduz cədvəllərini tərtib etmiş Fəridəddin Şirvani çox məşhur idi. XII əsrdə təbabətə dair çoxlu elmi əsərlər yazılmışdır. Bunlardan Muzhəbəddin Təbrizi və Mahmud İbn İlyas bir çox xəstəliklərin müalicəsi, əczaçılıq və sair haqqında gərəkli elmi əsərlər yazmışlar.

Tarix, fəlsəfə, nücum, məntiq sahəsində həmin dövrdə çoxlu elmi əsərlər yazılmışdır. Məsələn Fəxrəddin ət Təbrizi ilk dəfə “Tarixi –Azərbaycan “ adlı elmi əsər yazmışdır. Tarixə aid Səlcuqların vəziri olmuş Nizamülmülkün də dəyərli əsərləri vardır. Memarlıq sahəsində xüsusi Azərbaycan məktəbi formalaşmışdı. Əcəmi Naxçıvaninin tikdiyi İbn Quseyr və Möminə Xatun türbələri memarlığın ən gözəl nümunələri hesab edilir. Məşhur Qız Qalası da mülahizələrə görə XII əsrin yadigarıdır. XII əsrdə daha çox ədəbiyyat sahəsində böyük sıçrayış olmuşdur. XII əsr Azərbaycan xalqına Xaqani, Şirvani, Mücirəddin Beyləqani, Şihabəddin Sührəvərdi, Yusif əl Xuveyyi (Xoylu)kimi görkəmli şəxsiyyətləri vetmişdir.

Qətran Təbrizi fars dilində yazsada, əsərlərində azərbaycan –türk sözlərindən daha çox istifadə etmişdir. Şer-sənətin günəşi sayılan Nizani Gəncəvi çox geniş intellektual səviyyəyə malik, özündən sonrakı nəsl üçün şer məktəbi qoyub getmiş simalardandır. Onun “Xəmsə”si şer sənətinin zirvəsində dayanan poemalar top-lusudur. XII əsr incəsənətin çiçəkləndiyi dövr sayılır. Bədii sənətkarlıq ustaları oyma, həkketmə, xalçaçılıq və tətbiqi incəsənətin digər sahələrində çox işlər görmüşlər. Musiqi sahəsində xanəndələr, sazəndələr, rəqqasələr, aşıqlar, ozanlar və sair xadimlər xalqa xidmət edirdilər.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə