Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə52/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   48   49   50   51   52   53   54   55   ...   154

202

Şirin x

anım Kərimbə

yli Şadiman

Ya lan çı şöh rət dən tə ki ol sun dəm.



Heç qiymət vermədi çoxu şə rə fə,

Ki min sə önün də çök dü min də fə.

Çox vaxt ucal maq çın yan dı ran qəl bin,

Gör mür yı xı lan da də rə nin di bin.

Ki mi öz gə si nin mə həb bə ti ni,

Mü qəd dəs, ila hi sə adə ti ni,

San ki ib lis tə ki ke çirtdi ələ,

Qur du bir bəd bəx tin eş qi nə tə lə.

Kim xəs tə ru hu na dad oğur la yır.

Ki mi də özü nə ad oğur la yır.

Ha mı oğur luq la məş ğul dün ya da,

La kin, gə tir mi rik bir cə an ya da,

Biz dən yu xa rı da Al la hı mız var,

Bil mi rik heç ne çə sa ba ha mız var...

Tan rı nın Əz ra yıl bir mə lə yi var,

Ona da oğur luq İla hi dən yar.

Hər şe yin oğ ru su olan in sa nın,

Bir gün o Əz ra yıl oğur lar ca nın!...



 

4.02.2001.

 

 BU YAZIQ XALQA QALAN BOŞ, QURUCA ZƏHMƏT OLUR

Talanır sərvətimiz xarici işbazlar üçün, 

Nədir millət amalı ağlı dayaz qazlar üçün?

Banglərə dollar yığılır hər diləyi sazlar üçün,

Vətənin eşqi niyə sözləri avazlar üçün?

Nə ki var, var-yoxumuz yadlara bir nemət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Sorulur neftimizin ən dərin qatları belə,

Aranır, axtarılır qatların çatları belə,

Təki başdakıların olsun büsatları belə,

Çağlasın min neçə cür haram həyatları belə,

Başımızda nə ki var, əcnəbiyə alət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Torpağın tən yarısı işğala möhtac edilib,

Millətin çoxu hələ qarnı tamam ac edilib,

Bu kimi işlərimiz taleyə amac edilib,

Varsa imkan qapısı, xariciyə bac edilib?

Bizlərin bəxtlərinə düşən hələ zillət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Sözə gələndə elə min cürə cəh-cəh vurulur,

Daşınan varımıza gör necə qəh-qəh vurulur.

Damağı çağlar üçün badələr pəh-pəh vurulur,



203

    Y

ol gedirik

Əlləri əllərinə nəşədən bəh-bəh vurulur,



Əzilən kütlələrə bəxş edilən illət olur,

Bu yazıq xalqa qalan, boş quruca zəhmət olur.

Bayrağa, həm himnə nə zatlar fərman eləyir?

Yazıq istiqlal hələ yadlara dərman eləyir,

Gopu min dağlar aşan dillərə aman eləyir,

Nə qədər imkanı var, hər işi yaman eləyir?

Ayağ altda əzilən yenə də bu millət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Amerka xammalının dəyməyib heç bir qatına,

Sərvəti başdan aşır, nur tökülür həyatına,

Düşmüşük biz də elə taleyin bata-batına,

Baxırıq Avropanın gözqamaşan busatına…

Səsimiz çıxsa əgər, lap böyük bir qələt olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Əlimiz başımıza kül eyləyir vay-vay ilən, 

Gözümüzdən yaş axır dəli-dolu min çay ilən,

Bizə hər nə verilir ölçü-biçi və say ilən.

Nəyimiz var daşınır bankələrə lap tay ilən, 

Ahı ərşi dağıdan bir neçə cür halət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Bizim kor bəxtimizə gülmədi heç Xuda niyə? 

Diləyimiz çin olur gecələr yuxuda niyə?

Əcnəbinin burunu qalıbdı qoxuda niyə?

Ötüşür günlərimiz bəs qara-qorxuda niyə? 

Bizə çor, xariciyə bir o qədər hörmət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Nə ki, Bakı nefti, bölgələr də dəbə düşüb,

Talananlar talanır, ürəklər də həbə düşüb.

Əlində hökmü olanlar nə yaman təbə düşüb?

Binəva millətimiz xariciyə təbə düşüb…

Ölkəyə, ay həzarat, bəs bu necə qiymət olur?

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Şadiman bir parasın söylədi bu ahımızın,

Doğulanlara görə nəyi var sabahımızın? 

Özümüzdə görürəm çoxunu günahımızın,

Yetməyir bizlərə heç haqq nuru Allahımızın!…

Gələcəyi görməyən bəxti qara millət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

 

19. 02. 2005



204

Şirin x

anım Kərimbə

yli Şadiman



 



MÜSTƏQİLİK 

Gedib əldən Qarabağ gülzarı, bizlərə nə var?

Artıb kasıb-kusubun azarı, bizlərə nə var?

Ya çadır, ya da ola məzarı, bizlərə nə var?

Çıxıb ərşə yetimin ah-zarı, bizlərə nə var?

Torpağı yağıya verdik, özümüz müstəqilik,

Dünyaya çatır daha hər sözümüz, müstəqilik.

Əslimiz gədə-güdə, sərvətimiz başdan aşır,

Kütləni əzmək üçün qüvvətimiz başdan aşır,

Millətə elitayıq – hörmətimiz başdan aşır,

Hər yerə gedib çıxan izzətimiz başdan aşır,

Nə olar yurd-yuvamız əsir olub? Müstəqilik.

Pulumuz bəxtimizə qəsir olub, müstəqilik.

Erməni qoy Şuşada özünə cəlal açsın,

Xan qızı Nətəvanın ruhuna məlal açsın,

Qarabağı elədik yağıya həlal açsın,

Xalqımızın dilini eyləmişik lal, açsın.

Tanıyır dünya bizi, indi daha müstəqilik,

Batsa da ac-yalavac kasıb aha, müstəqilik.

Əcnəbi banglərə də doldurmuşuq dolları biz,

Açmışıq Amerkaya, Avropaya yolları biz,

Etmişik azad daha qandallardan qolları biz,

Tacımız çiçəkləyir – azadlığın kolları biz.

Cibimiz pulla dolu yoxdu azar, müstəqilik,

İndi çox şairimiz bizə yazar – müstəqilik.

Xarici maşınların yoxdu sayı-hesabı heç,

Daha süfrəmizə də qoymarıq ucuz qabı heç,

Yoxsulun dözümü çox, kəsilməyir ki, tabı heç,

Bizlərə yazılmayıb din və qanun kitabı heç,

Tökürük sağa-sola varımızı, müstəqilik,

 İndi pul həll eləyir arımızı, müstəqilik.

Çoxdu ki, torpağımız Qarabağı neyləyirik?

Savaş etsək görərik sinə dağı, neyləyirik?

Hökmümüz, fərmanımız, qanlı çağı neyləyirik?

Çadıra binə olan desin ağı, neyləyirik?

Kasıba kaha da bəs, pul-parmız müstəqilik,

İndi çox dövlət ilən saz aramız, müstəqilik.

Nefti xammal eləyib çıxarmışıq bazarlara,

Düşsün ac millətimiz min cürə qoy azarlara,



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə