Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə54/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   50   51   52   53   54   55   56   57   ...   154

209

    Y

ol gedirik



MƏDDAHLIQ ZAMANIN ÜRƏYİNƏ OX



 

Məddahlıq zamanın ürəyinə ox,

O ziyan gətirir beyinlərə çox.

Bitirir dünyada fəlakətləri,

Yerlə-yeksan edir məmləkətləri.

Kirlədir məkriylə bəzən saf suyu,

Qazıyır insana ən dərin quyu.

Məddahlıq insanı Allah eyləyir,

Allahın önündə günah eyləyir.

Beyni zəhərləyir çürük kam ilə,

Zehində dolaşır bu ehkam ilə.

Məddahlıq doğurur fitnə-fəsadlar,

Ona ürcah olur qəlbi kəsadlar.

O alıb sürüyür bəşəriyyəti,

Hər zaman çirkindir onun niyyəti. 

26.04.2010

 

 



MƏNƏ MEYDAN VERİN... 

Mənə meydan verin, mikrofon verin...

Səsimlə aləmi dağıdıb töküm.

Deyin kədərlərin siz mənə yerin,

Dişim-dırnağımla bağrını söküm.

Göynəyən yaramı duzla sarıyım,

Qəlbimdən qopanı gəzim, arayım,

Ağrımın dərdiylə qoyun qarıyım,

Olmayın boş yerə siz ona həkim.

Mənə meydan verin, sızıldayır Şərq...

Zaman bir okean, günlər olur qərq,

Vurur saatımız su içində bərq,

Hər damla üstündə durur can çəkim.

Mənə meydan verin, sözlə oynayım,

Yerdə ocaq olum, göydə qaynayım,

Çarpışım, döyüşüm bir dəm aynayım,

Silkinən ruhumu ardımca çəkim.

Mənə meydan verin məkri olmasın,

Sözümü udmağa fikri olmasın, 

 Onu ovlamağa zikri olmasın

,

Uçum səmasında quş təki səkim...



Şadimana belə ərki etməyin,

Danlağı edəndə bərki etməyin,

Ürəyim doludur sərki etməyin,

Sözün gülzarına gülləri əkim. 



11.04.2011


210

Şirin x

anım Kərimbə

yli Şadiman



İLHAM 

 

 

 



İL HAM PƏ Rİ Sİ 

Ah, il ham pə ri si, bu zül mət ge cə,

Kön lü mün evi nə gəl mi sən ne cə?

His sim, hə ya ca nım ye nə əlin də,

İn cə lik, lə tifl ik tu ti di lin də,

Dad lı duy ğu la rın qəl bi mi bə zər,

Ru hu mun ba ğın da mə lə yə bən zər.

Bü küb ürə yi mi o atə şi nə,

Dön mü sən bəx ti min sən gü nə şi nə.

Ah, il ham pə ri si, bu ge cə ya rı,

Gə tir din kön lü mə əh di-il qa rı,

Ba ğın da açı lan çi çək lə rin lə,

Bağ rı mı od la yan di lək lə rin lə,

Sar mı san ca nı mı sev gi li yartək,

Qoy nu ətir qo xan nur lu ba har tək.

Ürək süf rə si nə sev da dü zür sən,

Kö nül qə də hi nə duy ğu sü zür sən.

Ah, il ham pə ri si, tən də can var kən,

Bu və fa lı dün yam kön lü mə yar kən,

Gəl oy nat qəl bi min duy ğu la rı nı,

Unu daq ca ha nın qay ğı la rı nı.

Coş qun bu lud lar tək do lub-bo şa laq,

Bu qa ra zül mə ti edək daşqa laq,

Uçaq asi ma na mə lək lər sa yaq,

Yu x la sın ka inat biz isə oyaq!..

Ah, il ham pə ri si, har dan qaç mı san?

Kön lü mün qa pı sın ne cə aç mı san?

Mən ki, qolbo yun dum yu xu la rım la,

Qəl bi əsir edən qor xu la rım la.

İzin ver, bağ rı ma ba sım qoy sə ni,

Ye nə tə la tü mə gə tir din mə ni.

Çı xaq duy ğu la rın sey ran ga hı na,

Dö nək hər sə ti rin ya nan ahı na!

 

Ah, il ham pə ri si, bu kö nül odam,



Sən siz mən də or da qə ri bəm, ya dam.

Sə nin atə şi nə ya nar oca ğım,

Duy ğuy la sev giy lə do lu qu ca ğım,

Sə ni uca Tan rım gön də rib mə nə.




211

    Y

ol gedirik

Kön lü mün qa pı sın gös tə rib sə nə,



Eş qin ürə yi min için də bi tər,

Sə nin çin ölü rəm mən sən dən be tər.

Ah, il ham pə ri si, bu ge cə vax tı,

Qur mu san evi min ağ zın da tax tı,

Qa pı mı ahəs tə elə açır san,

Qa ran lıq için də işıq sa çır san.

Do ğub göy lə rin də hə yat gü nə şi,

Dü şüb aya ğı na zül mə tin nə şi,

Bü tün vü cu du mu al mı san ələ,

Tut mu şam sə nin lə ye nə əl-ələ.

Ah, il ham pə ri si, kön lü mü qo par,

Mə ni də özün lə dün ya dan apar,

Bir gə qa nad açım, uçum sə nin lə,

Ey in cə mə lə yim, gəl mə ni din lə,

Ağ rı yan kön lü mə bir yu va ara,

Qo yum ürə yi mi əbə di ora!...

Ra hat lıq tap ma dım mən  ki, bir dəm də,

Gəz di rə bil mi rəm onu si nəm də.

Ah, il ham pə ri si, ba xı şın in cə,

Öt mə sin ax şa mın an la rı be cə.

Dö nək ge cə mi zin tə ra nə si nə,

Bir şi rin lik qa taq in cə sə si nə.

Da ra yaq zül mə tin qa ra te li ni,

Qu caq nur lu ayın in cə be li ni.

Ürə yi oy na sın ötən anın da,

Qoy hə yat qay na sın do nan qa nın da!

 

Ah, il ham pə ri si, gə li şin tə zə,



Bə zə ürə yi mi, al-əl van bə zə.

Ge dək meh man olaq vü sal ba ğı na,

Qal xaq duy ğu la rın uca lı ğı na.

Si lək göz lə rim dən nis ki li, qə mi, 

Şad lı ğa bə lən sin kö nül alə mi.

Ye tir Şa di ma nın qəl bi ni da da,

Bun dan da gö zəl şey nə dir dün ya da?!..

 

26.09.1999



212

Şirin x

anım Kərimbə

yli Şadiman



MAVİ YUXULARIM 

Gecələr – qaraörtüklü fələklər,

Mavidonlu mələklər.

Mavi tüllər çəkir gözlərimə,

Alovdan don biçir sözlərimə…

Alır ağuşuna könlümü diləklər,

Sanki bəmbəyaz küləklər.

Mavi yuxular, 

bağrımı didən qorxular,

Atır məni kainatın izlərinə,

Batıram fikir dənizlərinə.

Göydə durnalar təki,

Vücudum ən yüngül çəki.

Pənbə buludların üzəriylə uçuram,

Gah röyadan və yalandan qaçıram,

Gah da əlçatmaz, ünyetməz,

bu sehrin sonu bitməz

ulduzları qucuram.

O qapqara buludlara acıram.

Sanki ayrı bir dünyanın,

gözəlliklə dolu röyanın,

Qapılarını açır,

Günəş təki nur saçır

Mavi donlu mələklər üzümə,

Bütün məmləkətlər mavi şəkildə 

görünür gözümə.

 ***

İçimdə acılarla dolu yasım,

Əynimdə mavi donlu libasım,

Nalə çəkən könül sazım,

Üzümə gülən alın yazım.

Qansız, savaşsız, ölümsüz,

Divansız, sərhədsiz, bölümsüz,

Bir səyyarədə dolaşıram.

Bu dünyadan çəkdiklərimi,

Vərəqlərə tökdüklərimi…

Mavi donlu mələklərə danışıram,

Bu atəşlə alışıram.

Ayrılmaq istəmirəm,

Heç kəsə demirəm,

Mavi yuxuların şirinliyindən,

Vücudumu bir heyrət bürüyür,

Və bu heyrət buzları əriyir.

Bu sehrin dərinliyindən

Gecələr mavi paltarımda,

İçimdə ilham adlı yatarım da.




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə