Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə62/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   58   59   60   61   62   63   64   65   ...   154

241

    Y

ol gedirik

Vicdanla əməyə söz birləşəndə,



Göydən ilham pərin endi-enmədi?

Ölkəmizdə hər şey yeniləşəndə,

Diləklər zövq alıb dindi-dinmədi?

Sözlə əməl, işlə ayaqlaşanda,

Dastan olub elə yayılmadımı?

Hünərlə vicdanlar sayıqlaşanda,

Çətinliklər düşüb bayılmadımı? 

Çiçəkdən don geyən yurdun sevinci,

Tarda-kamançada səslənmədimi? 

Ana torpağımdır ömrə dürr, inci,

Düşüb ürəklərə bəslənmədimi?

Qafqaz duyğumuzun uca sərvəti,

Könüldə ehtişam oldu-olmadı?

Ürəkdə sevginin zinət izzəti, 

El xəzinəsinə doldu-dolmadı? 

Haqqın məramıyla dolan ürəklər

Birlik obasını qurdu-qurmadı?

Açıb qanadını uçan küləklər,

Erkən yuxulardan durdu-durmadı?

 

05.04.1978. 

 DO NUB QA LA RAM 

Mən hə yat gö zün dən tö kü lən ya şam, 

Dər ya lar bo ğu lar hə yə ca nım dan.

Ələm lər için də ağ rı lı ba şam,

Dün ya nın ağ rı sı çıx maz ca nım dan.

Za man məh və rin dən qo pan bir me həm,

Ox şa ram na lə li bu gün düz lə ri.

Süb hün göz lə rin də bo ğu lan şe həm,

Dam lam la su la ram ya nan düz lə ri.

Bu lu da dö nə rəm su suz çə mən də,

Ya nan çi çək lə ri ovut maq üçün.

Bu laq çeş mə si ni ta pıb dı mən də,

Alı şan kök sü nü so vut maq üçün.

O müd hiş ge cə nin qa ran lı ğın da,

Ayın göz lə ri nə çı raq ola ram.

Çir kin ürək lə rin vi ran lı ğın da,

Dö nüb bir hey kə lə do nub qa la ram.

 

 

 17.03.1999. 



242

Şirin x

anım Kərimbə

yli Şadiman



SƏN EY TUFAN MƏHƏBBƏTİM 

Sən ey tufan məhəbbətim, küləklərtək əs könlümdə,

Qəmin ağrı, acısının telini tap, kəs könlümdə,

Səmalarda buluda dön, yağdır göydən yağışları,

Sinəmdəki əzabların ilmələnsin naxışları.

Dincliyimə həsrət qalsın həyatıma gələn anlar,

Qoy bitməsin sinəmdəki hicran dolu bu divanlar.

Ürəyimi çalxat seltək, dağa-daşa vursun özün,

Kül altında sovur göyə, kirin - kirin yansın közün.

Sən ey tufan məhəbbətim, gözlərimdə yaşı sellət,

Buludlartək dolan könlü qoy üzməsin acı illət.

Zərrə-zərrə, hissə-hissə ağrılarım havalansın, 

Dodağımdan qopan səda fələklərə duvalansın.

Şimşəklərtək atəşləri töküm yerin bağırına,

Sən ey tufan məhəbbətim, qoy əriyim ağırına.

Bu ağrıyan ürəyimin şəfasına dəva umma,

Mən çəkdiyim əzabları bir kimsəyə rəva umma.

Başda əsən ağılımı göy üzündə quşa döndər,

Sinəmdəki qorxuları lal sükutlu daşa döndər.

Duyğulansın saatlarım, sellər təki aşıb daşsın,

Hissim qonsun sıldırıma qartallartək zirvə aşsın.

Bu hönkürən xiffətimə toxunmasın soyuq baxış,

Toxunarsa, gətirəcək sabahıma boranlı qış. 

Sən ey tufan məhəbbətim, Allahıma iman elə

Yerdən, göydən küsən cana təbib olub dərman elə.

Əzablardan qurtularaq fələklərtək ucalaşım,

Əl götürüm bu dünyadan əbədilik vidalaşım. 



29.02.2004

 

 

 UÇAN RÖYALAR 

Gəlişin, gedişin qəfil olsa da,

Rəngin avazıyıb, üzün solsa da,

Mavi gecələrim sənsiz dolsa da,

Gəl könül qapımı döy dönə-dönə,

Söylə pıçıltıyla gəlirəm yenə. 

Həsrət kəməndinə salarsa səni,

Üstünə qovlasa dumanı, çəni,

Ey uçan röyalar, unutma məni,

Zamanın təkəri geriyə dönə,

Söylə pıçıltıyla gəlirəm yenə.

Uyğulu göylərdə şimşəklər çaxa,

Köksümü həsrətlər alova yaxa,

Gözlərim yoluna hey baxa-baxa,

Dərdimə yüklənib dolsa da sinə,

Söylə pıçıltıyla gəlirəm yenə.



243

    Y

ol gedirik

Başımın üstündə yellər əsərsə,



Dilim incəyərsə, ruhum küsərsə,

Qapımın ağzını həsrət kəsərsə,

Bəxtimin çırağı lap qəfil sönə,

Söylə pıçıltıyla gəlirəm yenə. 

Gözümdən yaşlar yox, sel axıb gedə,

Min çalarlı yuxum zülümlər edə,

Həsrətlər vəhşitək köksümü didə,

Ünyetməz göylərdən bəlalar enə,

Söylə pıçıltıyla gəlirəm yenə. 

Rəngli röyalara aləm gülsə də,

Külli-ixtiyarsan cahan bilsə də,

Həsrət yaşlarını ələm silsə də,

Zülmətin gözləri tuş olsun çənə,

Söylə pıçıltıyla gəlirəm yenə.

Gecəmin xəyalı daş-qalaq olub,

Ahımı dinləyən kar qulaq olub,

Gözüm yaş axıdır, can bulaq olub…

Anlat ötənləri yuxumda mənə,

Söylə pıçıltıyla gəlirəm yenə.

Uçan röyalarım, sızlama hər gün, 

Anların kələfi açılmaz düyün,

Ürək döyüntüsü can deyir, öyün,

Budur son qərarım, tövsiyyəm sənə,

Söylə pıçıltıyla gəlirəm yenə. 

Söylə pıçıltıyla gəlirəm yenə. 

03.11.1985

 

 QAPIM DÖYÜLDÜ 

Yatmışdım. Qərib gecə. Sükut içində hər yan.

Səssizlik öz kamında. Birdən qapım döyüldü.

Qorxulara büründüm, ruhum olmadı həyan,

Bu ani səadətin önündə qəm əyildi.

Yönəldim tez qapıya, görən gələn kim ola?

Sordum astaca: «Susqun, Kimsən? Ey gələn, danış.»

Nə səs varmış, nə səda, sükut gəlmədi yola. 

Səslənən qulağımmış, hər şey könlümə tanış.

Bu zaman daxilimdə haçalandı duyğular,

Qulaqları oxşayan ilhamın nəfəsiymiş.

Qəlbi pərvazlandıran bu bəzəkli uyğular,

Sözlərlə cilalanan ürəyimin səsiymiş… 



24.11.1989


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə