Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə64/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   60   61   62   63   64   65   66   67   ...   154

248

Şirin x

anım Kərimbə

yli Şadiman



ÜRƏK, QINAMA SƏN MƏNİ 

 

Könlə yağanda yağışlar, 



Yuyar qəlbimdən sis, çəni. 

Ömürdən keçər baxışlar…

Ürək, qınama sən məni.

Mən gizli-gizli dolanda,

Hərdən saralıb solanda,

Qəlb intizarda qalanda,

Ürək, qınama sən məni.

Göydə buludlar coşarsa,

Şimşəklər sərhəd aşarsa,

Təb buna nəğmə qoşarsa,

Ürək, qınama sən məni.

Əslitək yanar od olsam,

Leylitək çölə yol salsam,

Şirintək dərdlə tək qalsam,

Ürək, qınama sən məni.

Gözlərimlə yaş tökərəm,

Bu yaşdan hicran əkərəm,

Dərdi ortaya tökərəm,

Ürək, qınama sən məni.

İstəkli gözlər bu gözüm,

Alışar qəlbdə od-közüm,

Bağrımda partlar bir dözüm…

Ürək, qınama sən məni.

Dolaşıq işə düşəndə,

Ağlamaqdan qəlb şişəndə,

Ruhumdan ayrı bişəndə,

Ürək, qınama sən məni.

Gözdə yağışlar yağanda,

Qüssəni, qəmi boğanda,

Ruhumda ilham doğanda,

Ürək, qınama sən məni.

Meh qovlayanda dumanı,

Gözüm gəzəndə ümmanı,

Coşanda hissin al qanı,

Ürək, qınama sən məni.



249

    Y

ol gedirik

Azalar ikən dərd-acı,



Şöhrətə ensə baş tacı,

Çoxalsa qardaş, həm bacı,

Ürək, qınama sən məni.

Könlümdür sevgi adası,

İçində yanar odası,

Keç günahımdan, qadası,

Ürək, qınama sən məni.

Ovqatım qəfil tutulsa,

Ahdan çıxıb bir qurtulsa,

Ağlım sevgiyə satılsa,

Ürək, qınama sən məni.

Var Şadimanın aləmi,

Çıxmaz seyirdən qələmi,

Eşitsən içdən naləmi…

Ürək, qınama sən məni.

 

25.07.1985. 

 

GECƏLƏR ŞAMI 

Oduna yandığım, gecələr şamı, 

Sənin atəşindən köz var sinəmdə.

Elə cilvələnir ruhumun kamı,

Hələ deyilməmiş söz var sinəmdə.

Yenə həyacanlar bürüyür canı.

Göylərə, yerlərə sürüyür canı,

Coşur damarının çağlayan qanı,

Təbimi dindirən göz var sinəmdə.

Könlümdə diləklər gəzir havalı,

Sirli kainata qəlbdən duvalı,

Uçuşur saatlar əldə qavalı,

Telləri oynadan saz var sinəmdə.

Varağlar üstündə bağrım ahlanır,

Qələmim susanda can gunahlanır,

Zülmətdən ay doğur, yer sabahlanır,

Bəyaz qışdan sonra yaz var sinəmdə.

Ey gecələr şamı, düşdüm sevdaya,

Döndü ürəyimdə həsrət nidaya,

Şükürlər olsün ki, Böyük Xudaya,

Haqqın cığırına iz var sinəmdə.

 

22. 02. 2004 



250

Şirin x

anım Kərimbə

yli Şadiman



 



XƏYALINLA ALIŞARAM GECƏLƏR 

Xəyalınla alışaram gecələr, 

Sənsiz könül necə yatıb dincələr?

Ürək ki var, yolundaca incələr,

Ucalığım, həqiqətim, hardasan?

Göz qalıbdı yollarında didərgin,

Ömür gərgin, həyat gərgin, gün gərgin,

Gülzarlıqda bir tale var, lap ölgün,

Təmiz, şəffaf ülviyyətim, hardasan? 

Uca-uca eşq dağına çıxmışam,

Ayrılığın yurd-yuvasın yıxmışam,

Sevdanın ağ əllərini sıxmışam,

Quş qonmayan sədaqətim, hardasan?

Sellər-sular təki coşub çağlaram,

Həsrətinin əl-qolunu bağlaram,

Hicranından dağa dönmüş, dağlaram, 

Qələmimə şan-şöhrətim, hardasan?

Bahar gəlib, bağçamızda çiçəklər,

Arzularım qəlb içində ləçəklər,

Ömür keçər, qocalığım gerçəklər,

Kağızıma səadətim, hardasan? 

Şadimanın vüsalının əlacı,

Həsrət, hicran acı olur, çox acı,

Şadlığımın, fərəhimin baş tacı,

Misralara məhəbbətim, hardasan? 

11.10.1986

 

DOĞULAN ŞEİR 

Bu gecə ruhumdan doğulan şeir,

Məni ağlatmağçın çox can atırsan.

Bağrımın içində boğulan şeir, 

Çaxnaşma içində əl-qol atırsan.

Yuxumu qovursan gözüm içindən,

Təlaş axtarırsan sözüm içindən,

Canımı gəzirsən dözüm içindən,

Yorğun kürəyimə şələ çatırsan.

Mən də dilsiz-dilsiz baxıram sənə,

Düşürəm zülmətə, batıram çənə,

Yenə oğrun-oğrun dil olma mənə,

Könlüm elə bilir sən də yatırsan.



251

    Y

ol gedirik

Yoruldum, tükəndim səadətindən,



Vaxt, zaman bilməyən söz-söhbətindən,

Daha usanmışam məhəbbətindən,

Girib ürəyimə aləm qatırsan.

Bu gecə ruhumu burax, dincəlsin,

Bir hovur özünə, közünə gəlsin,

Verdiyin ağrının odu incəlsin,

Bəsdir ürəyimi atıb-tutursan.

23.11.2011

 

EY ŞAMLAR AŞİQİ 

Ey şamlar aşiqi, gözəl pərvanə, 

Gəl belə dolanma çıraq başına.

Sinəmdən od tökür könül divanə,

Aləmi hönkürdən varaq başına.

Mən ki, əhli-qələm, sən eşqə sultan,

Qəlbimin atəşin alova tutan,

Ayıltma gecəni, uyusun yatan,

Özünü od-közün içinə atan, 

  İkimiz ocağın duraq başına.

Səni candan əziz sandım özümə,

Səntək oda düşüb yandım özümə,

Demə leylalığı belə üzümə,

Gəl tök atəşindən uyan gözümə,

Bir yerdə dəlitək vuraq başına.

Pərvanə, odlara tutma canımı,

Dəli həsrətimə gəl tut anımı,

Bu düşğün könlümlə qur dövranımı,

Qaldıraq göylərə eşqin şanını,

Bir xəta yetişər iraq başına.

Gələnlər dünyaya divanə gəldi,

Rəbbin ayırdığı ünvanə gəldi,

Gəlib bir-birindən lap canə gəldi,

Etdiyi bəlalar dövranə gəldi…

Könlüm atəşindən imanə gəldi,

Vurma tellərinin daraq başına.

Şadiman sevdana oldu mübtəla,

Qoyma ürəyini haxlasın bəla,

Mən yandığım təki sən də yan hala,

Yapma həsrətindən kədərə qala,

Gəl tökmə aləmi soraq başına. 

12. 09.2003

 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə