Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə67/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   63   64   65   66   67   68   69   70   ...   154

260

Şirin x

anım Kərimbə

yli Şadiman

 



 

BİR DOLU ÇEŞMƏYƏM 

Bir dolu çeşməyəm, suyum çağlayar,

Ürəyim dəlisov küləyə bənzər.

Özümdən xəbərsiz könlüm ağlayar,

İlhamım utancaq mələyə bənzər.

Xəyalım dolaşar gəzər dünyanı,

Acını, ağrını azaltmaq üçün.

Könlümə şah edər gecə röyanı,

Yuxuma əlimi uzatmaq üçün.

Nə üzüm xəyaldan qopa bilmirəm,

Nə yuxum gözümə yığışmaz müdam.

Nə canı bədəndə tapa bilmirəm,

Nə duyğum ürəyə sığışmaz müdam.

Mən atəş olaram gur ocaqlara,

Tufanlar içində külüm sovrular.

Ürək qopub düşər künc-bucaqlara,

Zərrəsi odumda yanıb qovrular.

Bütün vücudumu titrədər təbim,

Bağrımı özünün qulu eyləyər.

Duyğular tapılmaz dərmanım, həbim,

Loğmanı, həkimi, pulu neyləyər?

Elə kövrələrəm bir uşaq kimi,

Şirin xəyallara çıraq tutaram.

Dolanar boynuma təb qurşaq kimi,

Sığınıb köksünə səssiz yataram.

Bir dolu çeşməyəm, qurumaz gözüm,

Çağlaram meşələr, çöllər içində.

İlhamım coşmasa arımaz gözüm,

Dilim ötüşərmi dillər içində?

Şadiman çapdıqca xəyal atını,

Duyğudan-duyğuya çox cilalaşır.

Nəğməyə tutubdu bu həyatını,

Onunçın zirvədən-zirvəyə aşır.

 

07. 01. 2003



261

    Y

ol gedirik



GECƏNİN YASTIĞI 

Mən gecənin yastığına

Baş qoymağı unutmuşam.

Zülmət açıb qucağını,

Ona sarı üz tutmuşam.

Pıçıltılar qulaq oyub,

Yatanları çoxdan uyub,

Mənim könlüm, gözüm doyub,

Fikrə girib lap batmışam.

Ay işığın səpələyir,

Göydən yerə nur ələyir,

Qəlb içinə eşq bələyir,

Duyğuları oyatmışam.

Ruhum gəzir gen dünyanı,

Yada salmır heç röyanı,

Bilinməyir can ünvanı,

Fikirləri çox qatmışam.

Mən gecənin təlaşıyam,

Ağrıların göz yaşıyam,

Ruhumun elçi daşıyam,

Daşın üstə daş atmışam.



 

06.07.2015

 

RUH ORTAĞIM 

Yaman qəribsədim sənin üçün mən,

Söylə ruh ortağım, harda qalmısan?

Bilməm niyə sevdim, səni neyçün mən?

Könlümü ağrıya salan halmısan?!

Qəlbimin içində səddə dönmüsən,

Ürəkdə çıxılmaz həddə dönmüsən,

Əyilib bükülən qəddə dönmüsən,

Acı xəyallara yəqin dalmısan.

Dur gəl, ruh ortağım, masamda şam ol,

Örpəyə bürünən məsum axşam ol,

Qəfil ürəyimdə kükrəyən kam ol,

Gəlməsən, bilərəm, bir xəyalmısan.

 

17.06.2016



262

Şirin x

anım Kərimbə

yli Şadiman



MƏNİM İLHAMIM 

Qoy çağlasın bu ürəyim,

qədər ki, ilhamım var.

Odur mənim saf diləyim,

Onsuz məni qüssə qovar.

Bir sehirmi, bir nağılmı,

Aman ürək, mən bilmirəm?

Ovsunlayıb söz ağlımı,

Onsuz deyib mən gülmürəm.

Mənim üçün mənası var

Hər çiçəyin, hər otun da.

Duyğularım könlü qovar,

Günlər yüyrək can atında. 

Sökülən dan, batan axşam,

Sanki seyir, tamaşadır.

Min əsirlik sirli daşam,

Arzum, hissim baş-başadır.

Mənə gəl-gəl deyir həyat,

Köz yurdumda, söz elimdə.

Ey Şadiman, yaşa, yarat,

Öz evində, öz dilində. 



 

13.04.1986

 

 

BA XA BİL Mİ RƏM 

Mən ürə yim də tu fan dun ya nın haqq sə si yəm,

Bü tün Yer kü rə si nin ya nıq lı na lə si yəm,

Ta le yi min əlin də hə yat pi ya lə si yəm,

Dü şüb bir gün tor pa ğa par ça-par ça ola cam,

Ca ha nın ba ğı rın da fər yad tə ki qa la cam.

Ye nə də duy ğu la rım kö pü rür sel lər tə ki,

Kön lüm elə ağ la yır ya nıq lı dil lər tə ki,

Si nə için də atəş bo za rıb kül lər tə ki,

Ay rı la bil mi rəm heç bu sev da yu xu sun dan,

Da ha se və bil mi rəm həs rə tin qor xu sun dan...



263

    Y

ol gedirik

Mən də atə şi bol du gur ya nan ocaq la rın,



Bağ rım da lay la sı var ötüb ke çən çağ la rın,

Di va nə si ol mu şam bu ürə yim ağ la rın!

Xə yal la rım öcə şir sev da də niz lə rin də,

An la rım itir-ba tır hə ya tın iz lə rin də.

Ka ina tın kök sün də qov ru lu ram kür rətək,

Vur nu xu ram dər ya da yo lun az mış bə rə tək,

Gö yün bağ rın dan qo pub düş düm ye rə zər rə tək,

Odur ki, çır pı nı ram Göy lə Yer ara sın da,

Göy də ul du zum par lar ul duz lar sı ra sın da...

Mən boş ye rə qə lə mi kön lə əsir et mə dim,

İl ha mın qa pı sı na qəlb coş ma sa get mə dim,

Do ğu lub haqq ara dım, əf sus haq qa yet mə dim,

Duy ğu la rım qar tal tək qa ya nı yu va edər,

Dil kön lü mün eş qi nə Al la ha dua edər.

Bir hə qi qət qu şu yam hə ya tın bağ ça sın da,

Di lək lə rim şan-şan dır bu kö nül boğ ça sın da,

Qo pub ürə yim tən dən, qa lıb can tax ça sın da,

Min il lik bir pa lı dam tu fan la ra dö zü rəm,

Dər ya la rın di bin də bir qəv va sam, üzü rəm.

Siz mə ni ara ma yın adam la rın için də,

Hiy lə, fit nə, qəm do lu bu dam la rın için də,

Min cü rə ləz zət alan bu kam la rın için də,

Bir ge cə lik işı ğı bu şam la rın için də

Tit rə dir vü cu du mu ürə yi min nə rə si, 

Qəl bi özüy lə ba həm fır la dır Yer kür rə si.

Do lub bağ rım içi nə Ye rin, Gö yün atə şi,

Si nə min alov la rı ram ey lə yir Gü nə şi,

Tap ma yır mə za rı nı heç fə ra qı mın nəş i,

Bo ğu lub du zü lüm lər za ma nın göz ya şın da!

Ca ha nın acı la rı ürə yi min ba şın da.

Şa di man ki, dün ya dan elə-be lə keç mə di,

Duy ğu çeş mə lə rin dən boş ye rə su iç mə di,

Bu il ham da sə bəb siz ürə yi mi seç mə di,

İla hi nin hök mün dən çı xa bil mi rəm, ney lim?

Bu dün ya ya ha mıtək ba xa bil mi rəm, ney lim? 

 

 



13.11.2001


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə