Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə66/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   62   63   64   65   66   67   68   69   ...   154

256

Şirin x

anım Kərimbə

yli Şadiman



GƏZİRSİZ OTAQDA 

Gəzirsiz otaqda o baş, bu başa,

Möhtəşəm xəyallar, gözəl xəyallar.

Yorğun bəbəklərdə dönüb göz yaşa,

Qəlbdə törədirsiz min cürə hallar.

Vallah, sizin üçün əsir ürəyim, 

Gəlib gecələrə hökm edirsiniz.

Sizinçin tikibdi qəsir ürəyim,

Qapımı açmamış tez gedirsiniz.

Yığışın yörəmə, içim yalqızdı,

Mənə pıçıldayın can sevdanızı.

Ürəyim min kərə qəmə uduzdu,

Gəlin, kəsim-durum mən yanınızı.

Mən can sevdalısı, üzdə gülürəm,

Mənim ürəyimi söz qələm etdi.

Sizinlə dəliyəm, sizsiz ölürəm,

Mənə acıları bu aləm etdi.

Gəzirsiz otaqda incikə oxşar,

Ey gözəl xəyallar, üzməyin məni.

Qüssə qarışqatək qəlbə daraşar,

Gəlib yuxularda, gəzməyin məni. 



 

25. 04.2015

 

ŞAM İŞIĞI 

 

Bir anlığa ruhun için nə titrətdin şam işığı?



Alovunla qaranlığa üsyan etdin, şam işığı. 

Ağrım canda ah qoparır, ürəyimi didir tökür,

Nədən könül sarayımın kərpiclərin bir-bir sökür?

Ömür zaman qarşısında heç durmadan dizin bükür,

Sıralanıb saniyələr, gün önündə bir-bir çökür,

Hər insanın həyatıtək yanıb sönən şam işığı,

Atəşinin dilləriylə haqqa dönən şam işığı.

Alovunun hərarəti ürəyimdə şölə saçdı,

Bağırımdan qopan səda yerdə, göydə eşqlə uçdı,

Durdu yatmış məhəbbətim, pərvanətək qanad açdı,

Özün vurdu atəşlərə, alovların üstdə qaçdı,



257

    Y

ol gedirik

Nə möcüzə söyləsənə bu hikmətin, şam işığı?



Atəşlərdə alışmaqmı səadətin, şam işığı?

Şadimanın ürəyində niskilləri baş-başadır,

Sənin təki onun qəlbin atəş dolu od yaşadır,

Doğulana həyat özü bir oyundur, tamaşadır,

Kimi şəkər, kimi isə ömrü boyu zəhər dadır,

Hər bir kəsin ömrü kimi sönüb keçən şam işığı,

Qədəhində su yerinə alov içən şam işığı.

 

02.01.2015

 

GETMİSƏN MƏNDƏN 

Yaman üz çevirib getmisən məndən,

Duyğumu sərgərdan etmisən məndən.

Mən ki heç əlimi üzmədim səndən,

Bir dönüb gələydin aha, ruhdaşım. 

Hardasan? Gəlmirsən daha, ruhdaşım.

Günlərim axarın dəyişir sənsiz,

Ürəyim həsrətlə döyüşür sənsiz,

Qəlbimin içinə qəm düşür sənsiz,

Ağrın istəyindən baha, ruhdaşım.

Hardasan? Gəlmirsən daha, ruhdaşım.

Mən könül içində məzar qazmışam,

Məzara yetməkçin yolda azmışam,

Götür baş daşımın, üstə gətir şam,

Salma istəyimi gaha, ruhdaşım,

Hardasan? Gəlmirsən daha, ruhdaşım.

Məni xəyallara möhtac eyləmə,

Qəlbimi həsrətə baş tac eyləmə,

Hissimi duyğuya lap ac eyləmə,

Mən səni bilmişəm düha, ruhdaşım,

Hardasan? Gəlmirsən daha, ruhdaşım.

Şadiman qəflətdə naçar olubdu,

Bu acı möhnətə düçar olubdu,

Dərdin qəlb qapıma açar olubdu,

Sən mənə canımdan baha, ruhdaşım,

Hardasan? Gəlmirsən daha, ruhdaşım.

Hardasan? Gəlmirsən daha, ruhdaşım. 

 

07.07.2015



258

Şirin x

anım Kərimbə

yli Şadiman



PƏRVANƏ 

 

Zərif qanadların titrər küləktək,



Hönkürüb çoşursan sən də fələktək.

Dəli duyğuların coşur diləktək, 

Sala bilməyirsən eşqi səhmanə,

Özünü odlara vuran pərvanə.

Şam yanır, isidir eşqilər canı,

Artırır içində hiss-həyacanı.

Kim göstərib sənə bu od ünvanı?

Tənin kül olacaq, ömrün viranə,

Özünü odlara vuran pərvanə.

Axşamın gəlişi sənə toymudur?

Sevgin dəli kimi candan qan udur,

Şölələnən alov ömrə taymıdır?

Ütülür qanadlar qalmır nişanə,

Özünü odlara vuran pərvanə.

Eşqə dönüklərə addımın hünər,

Gecələr başına dolanıb dönər,

Sənin də həyatın alova yenər,

İzin ver, ürəyim cismintək yanə,

Özünü odlara vuran pərvanə.

 

09.07.2014

 BU GECƏ YUXUMA GƏLİB 

Bu gecə yuxuma gəlmişdi təbim,

Yuxumu gözümdən qovub apardı.

Qəlbin təlatümün bilibdi təbim,

Ağrımı köksümdən sovub apardı.

Baxdı Şadimana məsum çocuqtək,

Dodağı bal daddı, gözləri atəş.

Tutub ayaqladı dərdi palçıqtək,

Zülmətin içindən parladı günəş. 

 

16.02.2016



259

    Y

ol gedirik



 



GETMƏDİN HEÇ VAXT 

Gecə işığımsan, səhər nurumsan,

Çıxıb ürəyimdən getmədin heç vaxt.

Bəlkə bu dünyada tək qürurumsan,

Qurmusan könlümün içindəcə taxt.

Hara gedirəmsə gəzdin içimdə.

Mənimlə ağlayıb, gülürsən, ey təb.

Hönkürən buludam, sənsə seçimdə,

Könlün hər istəyin bilirsən, ey təb.

Körpəcə uşağam, həyanım oldun,

Laylatək ruhuma doldun, hər gecə.

Təkcə sən dərdimi duyanım oldun,

Mənim cəfakeşim oldun hər gecə.

Şirin xatirətək gəldin ağlıma,

Zəkamdan boylandın möcüzə kimi,

Hər misra içində döndün nağlıma,

Verqüldən, nöqtədən, hər sözə kimi.

İlin fəsillərin hekayə etdin,

Buludu şimşəkdən ayrı sanmadın.

Harda alışdımsa, sən ora yetdin,

Ürək yanmayanda sən də yanmadın.

Gizli ağrılara təbimim oldun,

Hansı ki, loğmanlar çarə bulmadı.

Bəlkə sən Allahdan qəlbimə yoldun,

Səni çarə sanıb məndən almadı…

Sən bir mələkmisal, mən aciz bəndə,

Sənin əhvalına tuşlandı ürək.

Qonağım olmusan hər ayda, gündə,

Pozmadı eşqinə heç andı ürək.

Almısan özündən bu Şadimanı,

Adamlar içində tənha gəzirəm.

Ey təbim, sən verdin hər bir fərmanı,

Əmrə müntəzirəm, hələ dözürəm. 

 

28.04.2016



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə