Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə65/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   61   62   63   64   65   66   67   68   ...   154

252

Şirin x

anım Kərimbə

yli Şadiman



 



HECA 

Şirin laylaların ana dilində,

Könlümün içinə dağılan heca,

Düşüb yuyunuram şaqraq selində,

Zərif çiçəklərtək yığılan heca.

O tuti ləhcənə vurulub qaldım,

Kövrək zəngulənə mehrimi saldım,

Evinə təb adlı sehrimi saldım,

Ruhumdan, canımdan doğulan heca.

Səndən qopub gəlir hər ağı, layla,

Dolmuşam küləyi, buludu hayla,

Ahımın təşnəsi sovrulsun vayla,

Doğma kəlmələrlə yoğrulan heca.

Sazımın, tarımın közü səndədir,

Min illik qopuzun izi səndədir,

Səndə bu məhrəmlik, doğmalıq nədir?!

Ögey baxışlardan boğulan heca.

Zərif çiyinində dastanlar gəzir,

Sən türk doğulana Tanrıdan nəzir,

Sənə xor baxanlar ruhumu əzir,

Ey heçdən var olan, doğrulan heca.

Anamın nəfəsin səndə duyuram,

Dəli istəyinə yartək uyuram,

Səni varlığımdan necə ayıram?!

Çocuqtək bağrıma sığılan heca.

Qolların boynuna dolar Şadiman,

Hissimin allahı, eşqimə iman,

Ağlayan könlümə bir təkcə dərman,

Təbsiz şe‘r əhlindən sıxılan heca…

Əzəldən layiqsən ən yüksək taca,

Yerin zirvələrdən ucadır, uca! 

 

04.10.2013

 ŞAİRİN GÜNÜ 

Dünyada şairin günü olmayır,

Onun sözləridi həyat nağılı.

Qəlbi heç yuvada məskən salmayır,

Misralar savaşır, hönkürdür ağlı,

Şairin xoşbəxtlik qapısı bağlı. 



16.02.2016


253

    Y

ol gedirik



 



ÜRƏYİMLƏ GÖRÜŞƏCƏM… 

Hünərim çatmır gecənin sakitliyini pozam,

Bu dəli hisslərin pərakəndliyindən yazam, 

Və yaxud onların cığırına düşüb azam.

Qaranlığın içindən gələn qəfil səslər 

qulağlarımı dəlir,

Hər tərəfdən üstümə bir hənirti gəlir.

Demə, sükutun da adam kimi beyni varmış,

Ona da həyatın hər üzü yarmış…

Yatanlar öz yuxu dünyasında,

Kim bilir nələri görür röyasında…

Mənsə mürəkkəbi tükənmiş

qələmimi tumarlayıram,

Təbimdən doğan misraları hamarlayıram…

Bir azdan səhər açılacaq,

Zülmətin qurduğu qəsir uçulacaq…

Qaranlıq öz çadrasını götürüb qaçacaq,

Şəhərin küçələri yenə adamla yarışacaq,

Üzlərində kədəri sevincə qarışacaq.

Baxışları gah sevişəcək,

Gah da bir-biriylə vuruşacaq.

Kimi haqsız olacaq, kimi haqlı,

Hamı ümidinə bağlı.

Yaxşı yaxşılıq, pis pislik edəcək,

Gah adamlar bir-birini güdəcək,

Gah da hərə öz işinin dalınca gedəcək,

Yenə qaraörtüklü axşam gələcək,

Gecəm üzümə güləcək,

Sükutun içinə düşəcəm,

Ürəyimlə görüşəcəm…



 

30.10.2012

 

EY DİLİ QAFİL 

Mənə yazma deyən, ey dili qafil,

Ürəyim coşanda, yazmasam olmur.

Ötkəm duyğuların necə naqafil?

Ömrün tufanında azmasam olmur.

Səadət gətirmir hər gələn səhər,

Birinə nəş’ədi, birinə qəhər,

Vururam günləri başa birtəhər,

Dərdimə məzarı qazmasam, olmur.

 

18. 10. 2004



254

Şirin x

anım Kərimbə

yli Şadiman



 



RUHUMU ƏLİNƏ ALDIN 

Sən mənim ruhumu əlinə aldın,

Duyğumu duyğuma caladın, ilham.

Titrətdin içimi, alova saldın, 

Sönməyə qoymayıb qaladın, ilham.

Mən soyuq baxışlar içində dondum,

Özümə ümiddən bir heykəl yondum,

Yazdığın nağıla özüm oyundum… 

Damağdan getmədi xoş dadın, ilham.

Səni ürəyimdən qovmaq istədim,

Səndən gələn eşqi ovmaq istədim,

İnciyib bir kərə doymaq istədim, 

Yadımdan çıxmadı heç adın, ilham.

Qapımı, bacamı bağladım bərk-bərk,

Ruhuma eylədim mən eşqini sərk,

Yalvarıb ürəyə çox eylədim ərk,

Qonağı olasan sən yadın, ilham.

Gecələr yorğanı çəkdim başıma,

Gəlib baxmayasan sən göz yaşıma,

Yatdım, yuxumda da çıxdın qarşıma,

Qəlbdə yara açdı imdadın, ilham.

Sözlər misra-misra axdı könlümə,

Şıltaq uşaq kimi çıxdı könlümə.

Dönüb şimşəklərə çaxdı könlümə,

Bağrımı gurşadla suladın, ilham.

Özün də bilirsən vurğunluq nalan,

Səndən gələn eşqi sanmışam yalan,

Sətirlər içində qəlb etdim talan,

Demə ki, sən mənə qaladın, ilham.

Qələmə, kağıza ömrü yar etdin,

İllərin içində can ögar etdin,

Sən bu Şadimanı yoxdan var etdin,

Söylə kimdir sənin ustadın, ilham?!

 

04.10.2014



255

    Y

ol gedirik



GÜCÜM QALMAYIB 

Bir şam işığıtək gücüm qalmayıb,

Ələnir vüqarım ömür üstünə. 

Yaxşıya, yamana seçim qalmayıb,

Bilmirsən kim durub canın qəsdinə?

Hamı varlığından ucalıq umur, 

 «Heç kəs ayranına turş deməyir» ki. 

Hamı bir-birinin üstünə cumur,

Dil zəhər axtarır, bal yeməyir ki.

Hicran ağrıları bəstəkar olub,

Yeni nəğmələri oxur qulağa.

Bu gün ağu deyən, dünən yar olub,

Min bir tənələri yaxır qulağa.

Dözməyin özü də – qul vərdişidi,

Bizə döz deyirlər ətrafdan hamı.

Yəqin ki, zamanın tərs gərdişidi,

Uçular bir gün də fələyin damı. 



 

06.01.2015

 

 

SƏNƏ PAK SEVDALAR 

 

Sənə pak sevdalar, mənə yazıqlar,



Dolaş bu dünyanı, sən mənsiz dolaş.

Sənə haqq dualar, mənə sazaqlar,

Yeni sevgilərə, eşqlərə ulaş. 

Gəl həsrət milini çəkmə gözümə, 

Onsuz qor olmuşam mən diləklərə.

Qara geydirmisən al gündüzümə,

Ərşə bülənd olub ahım min kərə.

Müddətdi bəbəyi göz yaşım dərib,

Əkdiyim sevincdi, dərdiyim qəmdi,

Dünyanın bir qürbət quşuyam, qərib,

Qanadımı gərən sirli aləmdi.

Şadiman zamanın odu, atəşi,

Alışıb yanacaq köksümdən dünya.

Səni itirdiyim sevgimin nə’şi,

O sənli günlərim bir dadlı röya. 

 

07-08. 02.1994



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə