Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə58/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   54   55   56   57   58   59   60   61   ...   154

225

    Y

ol gedirik



YANACAĞAM 

İçimdə alışan yanan bir odam,

Eşqi ərşə bülənd dəli fəryadam,

Məndən od alıbdı Həvva və Adam,

Min ildi qovuyla közsüz ocağam,

Ölsəm də məzarda hey yanacağam!

Köksə İlahidən basılıb atəş,

Ki, hərarətimdən od alır Günəş,

Yer-göy bu alovdan qəş eləyir, qəş!

Dünyanın sazağın mən anacağam,

Ölsəm də məzarda hey yanacağam!

Savaş istəyirsə ürək, savaşım,

Bir dəli çeşmətək qaynayıb-daşım,

Boğulub içimdə acı göz yaşım,

Əsla son mənzildə dayanacağam,

Ölsəm də məzarda hey yanacağam!

Söndürə bilməyir odumu rüzgar,

Odur ki, arada qalıbdı ögar,

Qovrulur köksümdə ürək, can-cigar, 

Külümlə alova boyanacağam,

Ölsəm də məzarda hey yanacağam!

Dad çəkir əlimdən uca fələklər,

Yanır atəşimdən odsuz ürəklər,

Göydə qanad açır mavi mələklər,

Demə ki, ey könül, usanacağam,

Ölsəm də məzarda hey yanacağam!

İçimin odundan alışır zaman,

Zili bağırımda boğulan kaman,

Dad çəkir əlimdən eyləyir aman!

Torpaqdan alovla oyanacağam,

Ölsəm də məzarda hey yanacağam!

Atəşlər sarılıb, sanki anıma, 

Düşüb bu dünyanın odu canıma,

İlğım qarışıbdı yoxdan qanıma,

Od olub Günəşə mən qonacağam,

Ölsəm də məzarda hey yanacağam!

 

28. 04. 1997



226

Şirin x

anım Kərimbə

yli Şadiman



QƏLBİM HƏMDƏM ARAR DİLLƏR İÇİNDƏ 

Tənhalıq – nə qədər ağırdı bu ad? 

Qoparar içərdə min cürə fəryad,

Gözlərim arayar könlümə imdad,

Qalarsan ağrılı illər içində,

Qəlbin həmdəm arar dillər içində.

Bağrına tökülər dünyanın qəmi,

Ahın lərzə gələr tutar aləmi,

Sənə kədər verər ömrün hər dəmi,

Qalar odun, közün küllər içində,

Qəlbin həmdəm arar dillər içində.

Tənhalıq evinin yayı qış olar,

İnsan hənirtisi bir alqış olar,

Bu ömür bəxtinə nə qarqış olar?

Ürək haray çəkər tellər içində,

Qəlbin həmdəm arar dillər içində.

Saatlar tarıma çəkər əsəbi,

Hönkürər uşaqtək könlünün təbi,

Düşər gözlərindən yaşamaq dəbi,

Sükutun qırılar çöllər içində,

Qəlbin həmdəm arar dillər içində.

Ağlarsan hər gecə kor taleyinə,

Batarsan ələmin sərxoş meyinə,

Yer- göy nalə çəkər bu gileyinə,

Harayın qırılar yellər içində,

Qəlbin həmdəm arar dillər içində.

Dolanar belinə ələm qurşağı,

Dərd səni bürüyər başdan aşağı,

Əgər qismət olsa qocalıq çağı…

Sonatək batarsan göllər içində,

Qəlbin həmdəm arar dillər içində.

Tənhalıq, Şadiman, gəlməyib becə,

Boğar ürəyini həm gündüz, gecə,

Zərif könlün təki duyğular incə,

Qalarsan əlində sükutun necə?

Saralıb solarsan güllər içində,

Qəlbin həmdəm arar dillər içində. 



 

08. 01. 2003


227

    Y

ol gedirik



 



NƏŞ‘Ə MƏNİ DOĞUR, 

 DƏRD İSƏ BOĞUR

 

Sirli kainatdan zərrətək qopdum,



Məni bu həyatda nə varsa boğur.

Min kərə özümü itirib tapdım,

Nəş‘ə məni doğur, dərd isə boğur.

 

24.09.2008 

 

DÖZÜM İŞĞALDA 

Dözüm işğalda,

Özüm işğalda,

Sözüm işğalda,

Közüm işğalda.

Mən gündüz-gecə,

Allah, bəs necə

Dözüm işğalda?



 

03.07.2008

 

 



ŞAİRİN VƏZİFƏSİ 

Şairin vəsifəsi şair olmaq,

Könlündə haqqa yuva salmaq,

Onun qəlbini almaq,

Düzü yazmaq,

Şərə quyu qazımaq.

Dərsini boğazından çıxarsalar da,

Ürəyini qoparıb aparsalar da,

Düzə qələmi çalmaq,

Bulud təki dolmaq,

Şairin vəzifəsi şair olmaq,

Şair olmaq...



 

31.01.2009


228

Şirin x

anım Kərimbə

yli Şadiman



SİZ MƏNİ TANIMAQ İSTƏSƏZ ƏGƏR 

Siz məni tanımaq istəsəz əgər,

Coşan misraların selinə gəlin.

Bu gəliş etməsin parıltıtək zər,

Türkün coşub-daşan dilinə gəlin.

Günlərim tökülən payız yarpağı,

İsidir alışan sehri torpağı,

Könül rişəsindən qopan hər ağı,

Yanır cızha-cızla, külünə gəlin.

Ürəkdən doğmasa sözlər bayağı,

İlhamın hər qəlbə dəymir ayağı,

Siz də havalanın bülbül sayağı,

Ruhun bağçasının gülünə gəlin.

Siz məni tanımaq fövqündə olun,

Tuti duyğuların zövqündə olun,

Düşün diyar-diyar ayağıyalın,

Haqqın şeir adlı elinə gəlin.

Gəlin sözə-sova, misraya doğru,

Duyun cadar-cadar alışan bağrı,

Görün ki, harayım yalanmı, doğru?

Qəlbin ud fəryadlı telinə gəlin.

Şadiman söz bəslər qucaq içində,

Doğulur misrası sıcaq içində,

İsinmək istəsəz ocaq içində,

Atəşi qövr edən yelinə gəlin.



 

12.12.2009

 *** 

Məni ürəyindən çıxar, ey fələk,

Əsdir tufanları qoy coşsun külək.

Canımı qoparıb bədəndən alsın,

Onu kainatın içinə salsın. 

Düşüb səyyarələr seyrangahına,

Qoşulum buludun dolan ahına,

Çaxnaşım göylərdə şimşəklər sayaq,

Uçuşum göylərdə mələklər sayaq.

Bütün planetlər güzarım olsun,

Ulduzlar içində məzarım olsun.

Bu sənə səcdədir, deyildir dilək,

Məni ürəyindən çıxar, ey fələk. 

 

30.05.2008



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə