Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə57/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   53   54   55   56   57   58   59   60   ...   154

221

    Y

ol gedirik

Gəlməyir heç cürə xoş dəmə tərəf,



Qoyubdu ahimə amadə məni,

Gör necə atıbdı fəryadə məni? 

Yenə könlün təbi uçur haraya.

Yetməyir mən dili zarə-haraya,

Gəlməyir sinəmə çarə araya,

Ülfəti varmı de bu can saraya? 

Buraxıb zülmünə azadə məni,

Gör necə atıbdı fəryadə məni?

Qəmləri hər anda min bar elədi,

Ürəyim zülmünə qubar elədi,

Dərdimi eşq ilən nübar elədi,

Könlümü ahlara anbar elədi,

Gəzdirir hər gecə röyada məni,

Gör necə atıbdı fəryadə məni?

Şadimanın nə görür çəkdiyini?

Bağrını başına qəm əkdiyini,

Gözünün yaşını hey tökdüyünü,

İlhamın önününə diz çökdüyünü,

Eləyib ağrıya bəyzadə məni,

Gör necə atıbdı fəryadə məni?



 

17.12. 2002

 HİCRAN KÜLƏKLƏRİ 

 ƏSİR BAŞIMDA 

Hicran küləkləri əsir başımda,

Dolaşır ağrısı bu göz yaşımda.

Alır bəbəkləri bir uyğu kimi,

Ürəyi titrədir xoş duyğu kimi.

Düşüncəm qəlbimə peymana gəlir,

Soyuq baxışına imana gəlir.

Ağladır içimi dərdə ehtiras,

Qurur ümidimin qapısında yas.

Əlim ətəyimdən yapışıb qalıb,

Həsrətim vüsalla çarpışıb qalıb.

Dilimin cövrünə dözmür səbirim,

Ağlım bilməcədir, hissim qəbirim.

Taleyin atını minib çapıram,

Özümə əzabdan qala yapıram.

Suallar heykəltək durub qarşımda,

Hicran küləkləri əsir başımda.

 

05.03.2011 



222

Şirin x

anım Kərimbə

yli Şadiman



ÇƏKİL GET, QARA BULUD 

Çəkil get, qara bulud, qəlbə divan eləmə,

Al sabahın sinəsin qəmə ünvan eləmə.

Duyğularım gah göydə, gah yerdə avazlanır,

Ürəyimdə dünyanın min bir dərdi yazlanır,

Kədər mənə ərk edir, bu sinəmdə nazlanır,

Ruhun zənguləsinə təbim yenə sazlanır,

Beyitlərin içində misralar pərvazlanır…

Çəkil get, qara bulud, könlü xarab eləmə,

Mənim fəryadlarıma iblistək tab eləmə.

Yenə açdın köksünü, bağrından nə ah gəlir?! 

Sübhün könlündən qopub yurduma sabah gəlir,

Hər sabahın içində səvab və günah gəlir…

Həm yerdə, həm göylərdə ucada Allah gəlir!…

Çəkil get, qara bulud, ərşi aha bürümə,

O mələk küləkləri, gəl arxanca sürümə.

Bu payız səhərində tök ətəyindən daşı,

Təb məni havalayıb, dolub könlümün başı,

Yerdə, göydə tapmıram ruhuma can sirdaşı!

Elə bilmə fələyin felinə oldum naşı,

Çəkil get, qara bulud, gurşadını ələmə,

Fəqanımı isladıb göz yaşıma bələmə.

Ağlayan duyğulara yer tapmıram gizləyim,

Başına sığal çəkim, elə hey əzizləyim,

Götür üzdən çadranı ilhamla dənizləyim,

Ürəyimi qüssədən, kədərdən təmizləyim,

Çəkil get, qara bulud, sübhümüz xar olmasın,

Təlatümlü varlığım ağrıya yar olmasın.

Küləklərin Xəzərin tellərin daraqlayar,

Duyğularım təbimin kitabın varaqlayar,

Sən gələndə asiman tufanı yaraqlayar,

Bu divanə ürəyim bir sevda soraqlayar…

Çəkil get qara bulud, qəmimə əl eləmə,

Könül qapısın açıb həsrətə gəl eləmə.

Şadimanın ağrısı yeri-göyü tutmayır,

Sinəmdən qopan nalə səmalara çatmayır,

Arzularım bir hovur qəlb içində yatmayır,

İntəhasız kədərin sədaları batmayır,

Çəkil get, qara bulud, dünya içi zülümdü,

Ah olan içərimdi, sənə baxan çölümdü!…

 

15.11.2003



223

    Y

ol gedirik



 



DO LAN VAX TI 

Kö nül gö yün bu lud alar,

Şim şək ora yo lun sa lar,

Ümid lə rim tən ha qa lar,

Bü rü yər çən, du man bax tı,

Ürə yi min do lan vax tı.

Di lək lə rim ça xıb ke çər,

Bağ rım ba şın ya xıb ke çər,

Bəxt ul du zum axıb ke çər,

Kə dər qəlbdə qu rar tax tı,

Ürə yi min do lan vax tı.

Kül al tın da kö zü ney nim?

Qəlb için də sö zü ney nim?

Çap dı gö yə, ye rə bey nim,

Min bir xə yal qəlbdən ax dı,

Ürə yi min do lan vax tı.

Göz də ya şı dər ya yu du,

Çeş mə lə rin kök sün oy du,

Duy ğu la rı baş sız qoy du,

Şim şək lər tək kön lüm çax dı,

Ürə yi min do lan vax tı.

Bu si nəm də söz gö yər di,

Kül al tın da köz gö yər di,

Mis ra lar göz-göz gö yər di,

Və rəq lə rim ud du vax tı,

Ürə yi min do lan vax tı.

Şa di ma na hə yat odu,

Bir Gü nəş di sön məz odu,

Na lə çə kən kö nül udu,

Bu si nə min için yax dı,

Ürə yi min do lan vax tı.

 

06.02.2001

EY FƏLƏK VERMİSƏN BU CANI MƏNƏ 

 

Ey fə lək, ver mi sən bu ca nı mə nə, 



Al lah dan izin siz ala bil mir sən.

Ya nır əzab lar da bu mis kin si nə,

Onun tel lə ri ni ça la bil mir sən.

 

 

 01.07.2000

  



224

Şirin x

anım Kərimbə

yli Şadiman



 TƏK SƏNİ İSTƏYİRƏM 

Tək səni istəyirəm,

Döyəsən pəncərəmi.

Qapqara zülmət ola, 

Oyatmadan aləmi –

Açam qapını,

Qıram tənhalığın sapını.

Gələsən otağıma,

Girəsən könül bağıma, ilhamım.

Hər şeyi unudaq,

O zərif hisslərin acısını, şirini dadaq.

Seyrangaha çıxaq təbimin dolan çağı,

Onsuz da bu tənhalıq mənə yağı!

Alışaq bir yerdə için-için,

yanaq hər ikimiz ürək üçün.



 ***

Tək səni istəyirəm gözüm dolanda,

Başımın üstünü sükut

Qara bulud kimi, alanda,

Çatasan dadıma,

Yetəsən bu çılğın anlarda dəli fəryadıma.

Kimsəyə könüldən vurulmadım,

Hardasan, ey mənim adım?

Biz ki, bir-birimizlə dərdimizi bölürük,

Kağızsız, qələmsiz ölürük.



 ***

Tək səni istəyirəm, ilhamım,

Gəl, tənha gecələrimin yaraşığı,

Şirin Xanımın bəxtsiz taleyinin aşığı.

Sinəmi didib parçalayan acılara,

Dünyanın için doğrayan sancılara,

Bütün dəhşətli ölümlərə,

İnsanları müti edən zülmlərə 

təsəlli olaq,

Ucalıqda qalaq.

Altundan da qiymətli,

kağız və qələmlə,

Bu sirli aləmlə,

İmisti sözümüzlə,

Açıq gözümüzlə qələbə çalaq, 

Qələbə çalaq…!



 

10.06.1992


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə