Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə56/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   52   53   54   55   56   57   58   59   ...   154

217

    Y

ol gedirik



 *** 

Bu sa kit qəl bi mi söz lə ox la yan,

Çıl ğın xə yal la rı yol dan sax la yan, 

Hər ki çik kəl mə ni gün lə yox la yan,

Haq sız lıq gö rən də döz müb lax la yan,

İl ham ota ğın da söz lə yux la yan,

Şeir gül za rın dan gül lər qox la yan,

Gah şim şək, fır tı na, gah da ki, kü lək,

Coş qun tə bi ət li, ey də li ürək.



 *** 

Xə yal kör fə zin də üz gü çü olur, 

Ba har tək açı lır, pa yıztək so lur, 

Ümid gir da bın dan tə səl li alır,

Mə ni söz pə ri min çö lü nə sa lır,

Ən gin sə ma lar tək xə ya la da lır,

Eş qi ka man olur şad lıq lar ça lır,

Gah şim şək, fır tı na, gah da ki, kü lək,

Coş qun tə bi ət li, ey də li ürək.

 *** 

Bu od lu tor paq da od la ra dö nür,

Qar tal asi ma nın kök sü nə enir,

Yal çın qa ya la rın ba şı na si nir,

Rö ya lar uçan da quş tək diksinir,

Qay nar tə bi ətə sus ma yır, di nir,

Ar zu su da şan da xə ya lı sö nür,

Gah şim şək, fır tı na, gah da ki, kü lək,

Coş qun tə bi ət li, ey də li ürək.

 *** 

Alov dil lə ri tək şö lə lər çə kər,

Kö nül bu la ğın da so na tək sə kər,

İl ha mın ba rı nı or ta ya tö kər,

Duy ğu bağ ça sın da göv hər lər əkər,

Kə də rin evi ni şad lıq la sö kər,

Se vincdən bir qə sir, bir sa ray ti kər,

Gah şim şək, fır tı na, gah da ki, kü lək,

Coş qun tə bi ət li, ey də li ürək.

 *** 

Gur şə la lə lər tək zir və dən içər,

Hər acı söz-so vu qə zəb lə bi çər,

Şad lı ğın evi ni pak mən zil se çər,

Eniş dən, yo xuş dan əzim lə ke çər,

O söz boğ ça sı nın ağ zı nı açar,

Gah şim şək, fır tı na, gah da ki, kü lək,

Coş qun tə bi ət li, ey də li ürək.



 04 ap rel 1972. 


218

Şirin x

anım Kərimbə

yli Şadiman



NİYƏ ŞAİR DOĞDUN MƏNİ, AY ANA? 

Niyə şair doğdun məni, ay ana?

Niyə hamı təki olmadım mən də?

Girir bu ürəyim gündə min dona,

Batır duyğularım dumanda, çəndə.

Alışan könlümə sazaq gəzirəm,

Onun yanğıların soyutmaq üçün.

Mən özüm özümdən uzaq gəzirəm,

Bu dəli ilhamı ovutmaq üçün!

Niyə şair doğdun məni, ay ana?

Heç yerdə özümə məkan tapmıram.

Canım oda salıb təni, ay ana,

Oddan qurtulmağa imkan tapmıram.

Hamının qəm yükü sinəmdə yatır,

Bu ağır dərdlərə dözə bilmirəm.

Fəryadım içimdə boğulur, batır,

Könlü qəm əlindən üzə bilmirəm.

Niyə şair doğdun məni, ay ana?

Qəlbə divan tutur soyuq baxışlar.

Mən göllər pərisi, didərgin sona,

Dondurur sinəmi payızlar, qışlar.

Hamıdan soyuqluq, ögeylik gördüm,

Heç yerdə özümü tapa bilmədim.

Hey tale atımı sağ-sola sürdüm,

Yolum yoxuş oldu qopa bilmədim.

Niyə şair doğdun məni, ay ana?

Bu ağrı-acını çəkə bilmirəm.

Vallah, həyatımdan doymuşam cana,

Sinəmdən məlalı tökə bilmirəm.

Məni də ilhamsız doğaydın sən də,

Dünyaya hamıtək baxa biləydim.

Təbimi beşikdə boğaydın sən də,

Hamıtək ağ günə çıxa biləydim.

Aləmin qəm yükün çəkən könlümü,

Qəmlərin əlindən ala bilmədim.

Bütün kainatda səkən könlümü…

Tutub ürəyimə sala bilmədim!




219

    Y

ol gedirik

Niyə şair doğdun məni, ay ana?



Doğulduğum günüm yalan olaydı.

Solaydı ömrümün dəni, ay ana?

Şadiman büsbütün talan olaydı.

 

06. 03. 2003

 GÖZDƏ YAŞIM GİRYAN OLAR 

Gözdə yaşım giryan olar,

Harayıma kimsə gəlməz.

Ürək yanar, büryan olar,

Bu kar dünya səsə gəlməz.

Bezar olar tən canımdan,

Həzar edər dövranımdan,

Nalə qalxar hər anımdan,

Duman canda sisə gəlməz.

Ağlayaram için-için,

Kədər didər könlün için,

Ah, İlahi, bilməm neçin?

Can bədəndən küsə gəlməz.

Haray salar dil ağızda,

Fəryad edər söz kağızda,

Dinməz dünya bir ağız da,

Başda tufan əsə gəlməz.

Öz fəqanım məni boğar,

Gözlərimdən leysan yağar,

Qəmim dərddən hicran doğar,

Nəfəsimi kəsə gəlməz.

Ürəyimə qəm ələnər,

Donmuş dərdim istilənər,

Könlüm yanar, tüstülənər,

Boğar canı hisə gəlməz.

Uzandıqca ömür yolu,

Qandallayar əli, qolu,

Namərdlərlə dünya dolu,

Ölüm də heç pisə gəlməz.

Ey Şadiman, söylə bilim,

Niyə fəryad edir dilim?

Ürək itər ilim-ilim,

Haraylarım nəsə gəlməz. 

 

06. 10. 2002



220

Şirin x

anım Kərimbə

yli Şadiman



YENƏ KÖNLÜM TƏBLƏ CÖVLAN ELƏYİR 

Yenə könlüm təblə cövlan eləyir, 

Sinəmdə ah ilə dövran eləyir,

Nəşəmi qəlbimə bir an eləyir,

Girir bağrın için al qan eləyir,

Tapıbdı hər bəla dünyada məni,

Gör necə atıbdı fəryadə məni?

Yanıram cövr ilə atəş oduna,

Necə ki, yandı göy günəş oduna, 

Ürəyim etmədə hey qəş oduna,

Olubdu vücudum küləş oduna,

Sandı zatən niyə o sadə məni?

Gör necə atıbdı fəryadə məni?

Yenə könlüm elə həsrətdə gəzir,

Alıb ilhamımı vüsətdə gəzir,

Qoymağa ruhumu heyrətdə gəzir,

Səmanı seyr ilə sürətdə gəzir,

Haxlayıbdı elə bil qadə məni,

Gör necə atıbdı fəryadə məni?

Döndərir könlü gülüstanə elə,

Ya da ki, tarlaya, bostanə elə,

Çevirir sözümü dastanə elə,

Ürəyi qoydu zimistanə elə,

Salmadı eşq ilə heç yadə məni,

Gör necə atıbdı fəryadə məni?

Dolaşır könlümü ah, başa vurur,

Qoparır şivəni göz - qaşa vurur,

Bəbəyi coşdurur hey yaşa vurur,

Özünü dəlidi, dağ-daşa vurur,

Bənzədir yağı kimi yadə məni,

Gör necə atıbdı fəryadə məni?

Can atır sitəmi çala qanadı,

Könlümün göyünü ala qanadı,

Köçünü zirvədə sala qanadı,

Olubdu bağrıma qala qanadı,

Səsləyir hay ilə imdada məni,

Gör necə atıbdı fəryadə məni?

Elə çəkir canı bu qəmə tərəf,

Baş vurur o sirli aləmə tərəf,

Düşürür gözümü hey nəmə tərəf,



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə