Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə48/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   44   45   46   47   48   49   50   51   ...   154

187

    Y

ol gedirik



 



MƏKTƏB İLLƏRİ 

Səni ki, unutmaq mümkünsüz, inan,

Yamanca çağlatdın tuti dilləri.

Ürək sənə bağlı, getməz bu peyman,

Əlvida, müqəddəs məktəb illəri.

Titrək əllərinə çanta aldığım,

Kiçik kənd yoluna cığır saldığım,

O pak uşağlığa zəfər çaldığım,

Əlvida, müqəddəs məktəb illəri.

Kövrək addımlarla yollar getdiyim,

Uca zirvələri dilək etdiyim,

Boranı, sazağı eşqlə ötdüyüm,

Əlvida, müqəddəs məktəb illəri.

Həyat yollarında ey düz yerişim,

Odlu sınaqlarda mətin vuruşum,

Elmdə, savadda qəti duruşum,

Əlvida, müqəddəs məktəb illəri.

İsmətin, qeyrətin yolları olan,

Yorulmaz, bükülməz qolları olan,

Elmə, maarifə gur işıq salan,

Əlvida, müqəddəs məktəb illəri.

Ata-anamıztək mehribanlığın,

Uşaq dünyamıza istiqanlığın,

Aydın gələcəyə pak insanlığın,

Əlvida, müqəddəs məktəb illəri.

Cəhaləti üzə bağlı eylədin,

Avamlığın köksün dağlı eylədin,

Bizi nə bəxtiyar çağlı eylədin,

Əlvida, müqəddəs məktəb illəri.

Qoynuna sığındıq bir bala kimi,

Yer verdin bizlərə sən qala kimi,

İzlədin bizləri düz yola kimi…

Əlvida, müqəddəs məktəb illəri.

Bu Şirin zirvəyə hey ucalsa da,

Elmdən, ədəbdən o tac alsa da,

Unutmaz tək səni, yaş qocalsa da,

Əlvida, müqəddəs məktəb illəri.

Əlvida, müqəddəs məktəb illəri.



 

24.05.1972 


188

Şirin x

anım Kərimbə

yli Şadiman



 



BOĞULDUM 

Laqeydilik, iküzlülük, min sifət,

Allah, niyə bu zamanda doğuldum?

Üzdü məni bu müsibət, bu xiffət,

Göz yaşımdan axan seldə boğuldum.

Haram tikə ağızlara yol tapır,

Boş fərmanlar kağızlara yol tapır,

Hiylə, fitnə gecə-gündüz at çapır,

Bu minvalla gələn ildən boğuldum.

Açan sabah göy bəyazı ağıdı,

Sərvət yatar, ağıllara yağıdı,

Hamımıza Tanrı özü ağıdı,

Hər fitnədən, hər feildən boğuldum.

Çox ocağın şər közünü üfürdü

Qanunlara, fərmanlara tüfürdü,

Haqqımızı zalım kəslər sümürdü,

Hərzə-hərzə ötən dildən boğuldum.

Şadimanın canı gündən bezardı,

Soyuqqanlıq içimizdə azardı,

Allah, bu nə alqı-satqı, bazardı,

Öz-özünə yağı eldən boğuldum.

 

12.10.1990

 

İNSAN KİMDİR? 

İnsan kimdir?

Qurduğunu dağıdan,

Öz-özünü cəfalarla ağrıdan.

Yalanlara üz tutaraq 

çox vaxt qaçan doğrudan.

Kəşfi ilə zirvələri fəth edən,

Bəzən çaşıb, varlığını mədh edən.

Aslanları, pələngləri qaçırdan,

Yeri-göyü nərəsiylə uçurdan,

Acıları içdən çölə tökəndi,

Yaratdığın bircə anda sökəndi.

Duyduğutək yaradıcı,

Varlığına aldadıcı.

Görünməyir hiyləsinin, 

yalanın heç vaxt ucu…




189

    Y

ol gedirik



 ***

İnsan kimdir?

Dərdlərinə bir həkimdir,

Əzabına can təhkimdir!

Ölənədək çarpışmada,

Adı ilə, özü ilə min illərdi

Azarıyla,

Məzarıyla, 

Baş daşıdı bu dünyada.

Atıb,

Atır, 


Atacaqdı əsrlərlə özün oda.

 

16.11.2014

ƏLİ-QOLU BAĞLILARIN 

Əli, qolu bağlıların, 

Qolların güc aça gərək.

Haqq parlada ağılların,

Sözləri od saça gərək.

Gün getməyə boş-boşuna,

Bürünməyə göz yaşına,

Ömür düşsə sərt qışına,

Qışdan yaza qaça gərək.

Əyilmə heç çətinliyə,

Əyildinsə can inləyə,

Qəlb zəkanı çox dinləyə,

Qanad açıb uça gərək. 

Hər möhnətin xoş günü var,

Hər kələfin düyünü var,

Hər canlının beyini var,

İnsan ağlı uca gərək.

Doğum-ölüm bir möhlətdi,

Can bədənə əmanətdi,

Ömür bizə zəmanətdi,

Can ruhunu quca gərək.

Bu Şadiman təb təşnəsi,

Girib qəlbə çox rişəsi,

Gah acısı, gah nəş‘əsi,

Layiq edək taca gərək.

 

23.12.2014



190

Şirin x

anım Kərimbə

yli Şadiman



BİR İL DƏ GETDİ ÖMÜRDƏN 

Yeni il, bir il də getdi ömürdən. 

Gəlirsən xeyirlə qapıları aç.

Zaman ötəridi, çıxmaz əmirdən,

Düzəlməz işlərə özün tap əlac.

Hamı diləyini eşqə calasın,

İnsan bir-birinə kinlə baxmasın,

Ağıla səadət odun qalasın,

Heç kəs ürəyinə dərd buraxmasın.

Yeni il, dünyanı qanda boğanlar,

Unutsun qəzəbi, sülh əhli olsun.

Döysün qapıları, hər gün xoş anlar…

Bütün qan-qadalar dünəndə qalsın!



 

31.12.2014

 DİL DEYƏ BİLMİR 

Ürəyə gələni dil deyə bilmir,

Hıçqırır sözlərim ağız içində.

Qəlbin xatirinə söz dəyə bilmir,

Misralar ağlayır kağız içində.

Vicdanı qəfəsə salan adamlar,

Məddaha, yaltağa boyun əyirlər.

Yanır cızhacızla könüldə kamlar,

Vaxt dəyirmanında ömür üyürlər.

Zamanın köhləni çapdıqca çapır,

Zalımlar işləri tərsə çevirir.

Bir qarın çörəyə kim yoldan sapır,

Kimi də fələyin taxtın devirir.

Başı boş nadanlar mənlik bilməyir,

Mənlik də ayaqlar altında inlər.

Bir çoxu matəmdə, şənlik bilməyir,

Çatılıb bəxtlərə min bir düyünlər.

Özünü Allahdan yuxarı sayan,

Allahın damına çıxıb düşməyir.

Zalımdan məzluma olmayıb həyan,

Vicdan Yaradanla heç görüşməyir.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə