Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə47/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   43   44   45   46   47   48   49   50   ...   154

183

    Y

ol gedirik



ÖMÜR SINAQ MEYDANI 

Həyat çətin, ömür – sınaq meydanı,

Leysanları döyəcləyir başıma.

Bilinməyir əyri hanı, düz hanı?

Kim yol açar, kim səd çəkər qarşıma?

Zaman məni tələsdirər, qovlayar,

Gah fərəhlə, gah niskillə hovlayar,

Hiyləsiylə başımızı tovlayar,

Duz yerinə zəhər qatar aşıma.

Hardan gələr, hardan gedər bu günlər,

Neçə-neçə açılmayan düyünlər.

Namərd əllə bəxtimizi düyünlər,

Bir ömürlə nələr gəlməz başıma?!

Gələnlərin sinəsində çağlayar,

Gedənlərin qapısını bağlayar.

Şadla gülər, ağlayanla ağlayar,

Hansı başlar dəyməz ömür daşına?!

Qovğalıdır, məkirlidir işləri,

Parçalayar, yalquzaqtək dişləri.

Süd verəndi hər gələnə döşləri,

Özü ölçər, sayı verməz arşına.

Ey Şadiman, nə qovğadır, bu qovğa?

Buraxmayır həyat bizi heç yovğa,

Bəxtimiz də hər işində lap lovğa,

Hər gün, hər an yaş gətirər yaşına. 



24.11.1989

 

 



EY MƏNİM ƏLİMDƏN QAÇAN İLLƏRİM 

Ey mənim əlimdən qaçan illərim, 

Sizdə qövr eliyən amanım getdi.

Atəşin altında qalan küllərim,

Ömrümü yaşadan zamanım getdi.

Çıxıb boylanıram dalınızca mən,

Qayıdıb-gələnə heç oxşamırsız.

Düşdüm min cövürə halınızca mən,

Dönüb gurşadlara vaxta damırsız.



184

Şirin x

anım Kərimbə

yli Şadiman

Zaman pilləsindən enirəm hər gün,



Gələn saatıma süfrə açıram.

Bir ağrı-acıya dönürəm hər gün,

Cismidən silkinib, candan qaçıram.

Mənim taleyimə dönük illərim,

Üzə gülə-gülə ömrümü aldız.

Dindi hər havada könül tellərim,

Siz onu mizrabla kökündən saldız.

Durub boylanırsız candan havalı,

Ötən günlərimə ağı tutursuz.

Məndən qaçanlarım düşünün halı,

Qəlbi ağrılara yağı tutursuz.

Asılıb kirpikdən zaman ağrısı,

O da Şadimanın qanından keçir.

Məni tərk edirsiz, bilməm doğrusu,

Kim kimin üstündə canından keçir?!...

 

21.03.2012

 

HƏYAT MƏSUM BİR KÖRPƏ 

Həyat məsum bir körpə,

Biz onu öpə-öpə

bəsləyirik ömürlə,

Bağlanırıq əmirlə.

Səsi-sədası bizdən,

Ağrı-acısı dizdən,

Gecələr canla yatar,

Səhər aləmi qatar.

Arzu-istəyi bitməz,

Çoxuna əli yetməz.

Hər şeydən bir az dadar,

Gah sevinc, gah qəm udar.

Duyğularla öcəşər,

Bütün günü əlləşər.

Hərdən düşüb yorular,

İşdən bağrı yarılar.

Çəkilər bir guşəyə,

Üz verər əndişəyə.

Candan doğar həvəsi,

Bu həyat fəlsəfəsi. 

 

21.01.2013



185

    Y

ol gedirik



HƏR GÜN GƏLİB KEÇİRSƏN 

Hər gün gəlib keçirsən bu küçədən sükutla,

Sükutun bu yollara ağ-qara cığır salıb.

Sən daha isnişirsən, yollaşırsan həyatla,

Yəqin ki, başın üstün qorxunc qayğılar alıb. 

O nimdaş pal-paltarın xeyirdən xəbər vermir,

Üzünün sarıltısı gözə xəzan ələyir.

Sənin arzu-diləyin donub daha, yerimir,

İçində diləklərin quzu təki mələyir.

Milyonların üstündə oturanlar kefdədir,

Sənsə qəpik-quruşu arayırsan cibində.

Sənin diləklərini yatıranlar kefdədir,

Sənsə çapalayırsan bu həyatın dibində.

Uşaqların gözünün dikib yəqin yoluna,

Deyirlər, açacaqdır indi atam qapını.

Sənsə çoxdan dönmüsən ümidsizlik quluna,

Bütün qonum-qonşular çəkir iztirabını.

Həyat çarpışmaları sevən div oğlu divdi,

Acizləri itirib batırır öz selində.

O daima güclünü basıb bağrına sevdi,

Xeyirlə şər çarpışır həm sağ, həm sol əlində.

Bunu duyan özünü, sanki ucada görür, 

Heç zaman əyilməyir heç bir kəsin önündə.

Hər bir doğulan insan bir dəfə ömür sürür,

Günü özünə bənzər, həyatı öz günündə!



 

06.05.2014

 ÖMRÜN İLLƏRİ 

Ötür karvan təki ömrün illəri,

Yaşımın üstünə yaş gəlir daha.

Saraldır bağçada açan gülləri,

İntəhasız könlü qəm dəlir daha.

İllərin çovğunu, qarı ələnib,

Qara saçlarıma müddətdi belə.

Üzümə illərin çəni ələnib,

Əzabdı, niskildi, hiddətdi belə. 

 

01.09.1989



186

Şirin x

anım Kərimbə

yli Şadiman



DOĞUM GÜNÜM 

Ömür keçir, saç ağarır, yaş artır,

Qəlb içində arzu-dilək baş qatır,

Hər keçən də yollarıma daş atır,

Çalma, partlar taleyimin qavalı,

Doğum günüm, nə gəlmisən havalı?

Mən heç yolun yarısına çatmadım,

Boş işlərlə öz başımı qatmadım,

Yorğanımı çəkib başa yatmadım,

Ömür günün dəyir cana zavalı,

Doğum günüm, nə gəlmisən havalı?

Göz açandan çarpışıram aylarla,

Ürəyimdən yara açan vaylarla,

Göz yaşımdan çeşmə gəzən çaylarla…

Fikirin var, soruşasan sən halı,

Doğum günüm, nə gəlmisən havalı?

Bu dünyaya öz xoşumla gəlmədim,

Gələn gündən bir doyunca gülmədim,

Niyə gəldim? Gəldiyimi bilmədim,

Utancdanmı, üzün-gözün həyalı?

Doğum günüm, nə gəlmisən havalı?

Deyiləsi sözün varsa, de, danış,

Ürək yanır, sən də ora dur qarış,

Bilirəm ki, deyəcəksən, nə yarış?

Sevməmişəm heç bir sözü boyalı,

Doğum günüm, nə gəlmisən havalı?

Şadimanın gözündə gəz qəmini,

Ağrılara tut gözünün nəmini,

Vurnuxuram, tapım işin çəmini,

Dodaqlarım doğulandan dualı,

Doğum günüm, nə gəlmisən havalı? 

Doğum günüm, nə gəlmisən havalı? 

02.09.1988

 

 



GƏRƏK DÜRÜST OLA 

Gərək dürüst ola qonşu qonşuya,

Hər ağrı-acısın özünün saya. 

Qonşuluq adını sərrast daşıya,

Yetişə o evdən hər qopan haya.

Toyunda, vayında gələ haraya.



 

15.02.2016


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə