Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə43/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   39   40   41   42   43   44   45   46   ...   154

167

    Y

ol gedirik

Batırıb qanlara çoxdan əllərin,



Zəhər var altında yağlı dillərin.

Başına tumarı çəkəndən qorun,

Könlünün bağında səkəndən qorun,

Ora bir fidanı əkəndən qorun,

Acına göz yaşı tökəndən qorun,

Özülü boş olar bəd təməllərin,

Zəhər var altında yağlı dillərin.

Kül solub gedəndi, köz alışandı,

İnsan taleyiylə çox barışandı,

Ömür zamanıyla hey yarışandı,

Nahaqq, haqq, hər işə o qarışandı,

Fitnəsi dağ yıxar xoş könüllərin,

Zəhər var altında yağlı dillərin.

Bu həyat aləmi hər başa sınaq,

Çalış olmayasan sən ona qınaq,

Gəl can yuvamıza, Şadiman, qonaq,

Allah verən ömrü birlikdə yanaq, 

Hər gələn tuşlayır gözə millərin,

Zəhər var altında yağlı dillərin.

 

06. 01. 2003

 

KİMƏ NƏ? 

Dərdlərimin hesabı da çözülməz,

Çarə tapmaz, loğmanı yox, kimə nə?

Qəmin əli ətəyimdən üzülməz,

Bir xoş gələn zamanım yox, kimə nə?

Qara-qara yuxuları yozmağa,

Yazılmışı alınımdan pozmağa,

Dərdlərimi vərəqlərə yazmağa,

İqtidarım, amanım yox, kimə nə?

Ələyində ələnirəm dövranın,

Alıb üstün, yıxıb evin qəm canın,

Qamçısıyla döyülürəm hər anın,

Bu halımı umanım yox, kimə nə?

Şadimanı həyat çəkdi çarmıxa,

Zalım fələk, qaçar olsam sar mıxa,

Cəllad yara, yaralara göz baxa…

Təbib bulan dərmanım yox, kimə nə?

 

25.04.1994



168

Şirin x

anım Kərimbə

yli Şadiman



MƏNİ BU TALELƏ 



TƏK BURAXMAYIN 

Dərmansız dərdimə çara demədim,

Mənim deməyimə siz heç baxmayın.

Yaram qan axıtdı, yara demədim,

Məni bu talelə tək buraxmayın.

Siz ey varlığımdan xəbər tutanlar,

Dəli harayıma gəlib çatanlar,

İstəklə könlümdə birgə yatanlar,

Məni bu talelə tək buraxmayın.

O ürək ağrısı, o can sovqatı,

Heç zaman düzəlməz daha ovqatı,

Əzabdan əzaba bükülür qatı,

Məni bu talelə tək buraxmayın.

İynə ucu boyda işığı yoxdu,

Onun qəlbim kimi aşığı yoxdu,

Zəhəri udmağa qaşığı yoxdu,

Məni bu talelə tək buraxmayın.

Mən can deyəniyəm, o can alanı,

Nə doğrusu varmış, nə də yalanı,

Bircə ümid imiş olub qalanı…

Məni bu talelə tək buraxmayın.

Şadiman hicrandan boylanıb baxır,

O nə kürədir ki, yandırıb yaxır,

Yenə göylərində ulduzu axır,

Məni bu talelə tək buraxmayın,

Məni bu talelə tək buraxmayın.



 

05.03.2011

 

YAXŞI ADAMLARI GƏLİN QORUYAQ 

Yaxşı adamları gəlin qoruyaq,

Onların eşqinə durur bu həyat.

Allaha açılmış əlin qoruyaq,

Gah xeyrə, gah şərə vurur bu həyat.

Zalımlar artıqca, vicdan kiçilir,

Ağlın hesabına ürək biçilir,

Gözlə baxa-baxa haqdan keçilir,

Şərə tacı-taxtı qurur bu həyat.



169

    Y

ol gedirik

Yaxşı adamları sipər eyləyək,



Zülmün qabağına çəpər eyləyək…

Hər cana düzlüyü təpər eyləyək,

Ürəyi heç nədən qırır bu həyat.

Ey bəşər, bir düşün, yolun haradı?

Yamanlıq edənlər üzüqaradı,

Hər bir müşkülünə iman çaradı,

Kimə qəm, kiməsə qürur bu həyat.

Yaxşı adamların zəkası bahar,

Dünyanın dərdindən ciyəri ahar,

Könlümün qanıyla qəm edir nahar,

Ağlıyla yuxudan durur bu həyat.

Bədəndə can deyil, mələk gəzdirir,

Haqqı yaşatmaqçın dilək gəzdirir,

Yaradanı sevən ürək gəzdirir,

Qəlbimin səsiylə vurur bu həyat.

Yaxşı adamları gəlin qoruyaq,

Duyğulu sevdasın cana sarıyaq,

Usanıb yaxşıdan pisi arıyaq,

Yoxsa hamımızı qırar bu həyat. 

Şadiman tifili sanmayın dəli,

Haqqına uzanıb yetməyir əli,

Şərdən zədələnib insan təməli,

Ona min cür divan qurur bu həyat.

 

19. 02. 2004

 

DÜZLÜYÜ AXTARMIŞAM 

Düzlüyü axtarmışam dünyada ömrüm boyu,

İxtiyarım olsaydı qurardım şərə toyu,

Çalışardım hər oba düzlüklə nəş‘ələnsin,

Göylərdən yağış təki yerə düzlük ələnsin.

Riya, yalan önündə heç kəs boyun əyməsin,

Dünyada bir acı dil bir ürəyə dəyməsin.

Sözündə bütöv olsun hər dilin öz sahibi,

Duru olan bulağın aydın görünər dibi!

Yalan dalınca qaçan özünü aldadacaq,

Hər gözdə bir şölədi, tezcə alışar ocaq.

Ev yıxıb, ara vurmaq bu dünyada şər işi,

Yıxılanı qaldırmaq ta adəmdən ər işi.

Şirin xanım, könlünü sıxmasın ələm, kədər,

Hər addımda köməyə gələcək ölçü, qədər.

 

25.08.1989 



170

Şirin x

anım Kərimbə

yli Şadiman



 



EY SƏADƏT QUŞU, HARDA QALMISAN? 

Ey səadət quşu, harda qalmısan? 

Bəs mənim başıma niyə qonmadın?

Hansı bəxtəvərin könlün almısan?

Gəlib əhvalıma bir dəm yanmadın.

Çalıb qanadları ötdün yanımdan,

Çırpındım dəlitək həyacanımdan,

Çıxmır məhəbbətin, çıxmır canımdan,

Nədən varlığımı heç cür anmadın?

Mən sənin hüsnünün aşiqi ikən,

Tərk edib getmisən könlümü erkən,

Sən ki, saray yapan, sən ki, ev tikən,

Bəs mənim qapımda heç dayanmadın.

Ey səadət quşu, könlüm havalı,

Dəyir hər gün ona şərin zavalı,

Təbim elə çalır dəfi, qavalı,

Onun sədasına bir oyanmadın.

Mən körpə uşaqkən sən qanad açdın,

Neçə yol başımın üstündən uçdun,

Mən hara getdimsə, sən ora qaçdın.

İndi o günləri niyə sanmadın?

Gözlərim göylərin ənginliyində,

Səni arayıram zənginliyində,

Ömrümün, günümün gərginliyində,

Mənim atəşimə bir boyanmadın.

Səni səsləməkdən dildən olmuşam,

Sənə əl etməkdən əldən olmuşam,

Ömürdən olmuşam, ildən olmuşam,

Bu qədər möhnətdən heç usanmadın.

Ey səadət quşu, Şadiman xəstə,

Yüklənib ağrılar ürəyi üstə,

Mənim taleyimlə gəl durma qəsdə,

Heç kəsin varlığın axı danmadın…?

 

18.10. 2004



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə