Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə44/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   40   41   42   43   44   45   46   47   ...   154

171

    Y

ol gedirik



EY MƏNİM RUHUMA CAN OLAN, FƏLƏK 

Əsdi səmum yeli könlümü aldın,

Qəlbi tufanların içinə saldın,

Onunla üz-üzə, göz-gözə qaldın,

Sən necə oynatdın min bir cür dilək?

Ey mənim ruhuma can olan, fələk.

Titrətdin eşqimi, məhəbbətimi,

Qurdun ayrılıqla vaxt ülfətimi, 

Artırdın hicrinlə sən xiffətimi,

Hönkürdü, ağladı qarşında ürək,

Ey mənim ruhuma can olan, fələk.

Dilindən düşmədi heç zaman adım,

Aləmə hay saldı dəli fəryadım,

Tək sənə yetmədi, bəs niyə dadım?

Bu ahı bir kərə duyaydın gərək,

Ey mənim ruhuma can olan, fələk.

Möhnət ağrısından sinəm hıçqırdı,

Arada sevdanı möhlətin qırdı,

Bağrım nəş‘ələrin ələmin vurdı,

Əsdi tufanlara öc verən külək, 

Ey mənim ruhuma can olan, fələk.

Qaçan zamanımın atəşin aldın,

Verdiyi əzaba mehrini saldın,

Yenə Şadimana eşqinlə qaldın,

Aç bu möcüzənin sirrini bilək,

Ey mənim ruhuma can olan, fələk.

 

26.03.2008

 *** 

Ömür elə keçir ki…

Su kimi axıb gedir,

Gedərkən ürəyinə

od-atəş yaxıb gedir.

Dünən olan saatlar,

sanki bir nağıl olur.

Qəlbə çox salır çatlar,

Əzabda ağıl olur.

Ömür həyat elçisi,

İlahinin sirridir.

Səliqəli biçisi,

Sağ olanla diridir 

05.11.2013

 



172

Şirin x

anım Kərimbə

yli Şadiman



  ÜRƏYİM AĞLAYIR GÜNÜMƏ MƏNİM 



 

Soyuq baxışlardan üşüyür canım,

Zamanım sızlayır ünümə mənim.

Halıma can deyir dəqiqəm, anım,

Ürəyim ağlayır günümə mənim.

Əsən payızımın mehri bilinmir,

Titrəyən bağrımın qəhri bilinmir,

Dərdim öz işində, sehri bilinmir,

Ürəyim ağlayır günümə mənim.

Dünyaya vəfasız deyən insanlar,

bir hala yanar, nə dili anlar,

Hara gedirəmsə dərd məni yanlar,

Ürəyim ağlayır günümə mənim.

Bu yazıq könlümə səhman bilmədim,

Kimsəni sinəmə mehman bilmədim,

Hər can yiyəsini rəhman bilmədim,

Ürəyim ağlayır günümə mənim.

Çıxıb Şadimanın tənindən canı,

Titrədir aləmi can həyacanı,

Buzladır könlümü ağlın üsyanı,

Ürəyim ağlayır günümə mənim. 

 

13.10.2007

 KİM DEYİR HEÇ NƏYİ APARMIR İNSAN? 

 

Deyirlər nə qədər yığsan sərvəti,

Sağ ikən olsa da can səadəti,

Yaradan bizlərə qoyubdu qayda,

Qalır bu dünyanın malı dünyada.

Yığdığın olacaq əllərdə asan,

Lüt gəlib, lüt gedir həyatdan insan.

Amma bunu deyən, yanılır müdam,

Ölərkən, günahın aparır Adam.

Günahlar cürbəcür, günahlar əsir,

Elə günahlar da adamı kəsir.

Dirikən duymayan vicdan əzabı,

Ruha çəkdirəcək can iztirabı.

Günahın ağrısı    – ruhun zülümü, 

Sağ ikən yaddaşdan silmir ölümü!

Qopur tən evindən hər canın ahı,

Özünə yük edir gedən günahı.

Bu yükü aparmaq deyildir asan,

Kim deyir heç nəyi aparmır insan?!...

 

06.02.2008



173

    Y

ol gedirik



 



TƏKLİYİM MƏNİM 

Qoparıb sinəmdə min ağrı-acı,

Mənim qəlb ağrıdan tənha günlərim.

Ürəyi qocaldır, ağardır saçı,

Qəlbdə baş qaldıran min dərdi-sərim.

Məyusluq könlümə qənim kəsilib,

Üzür gündən-günə bu təklik məni.

Gəlib-gedənimin yolu kəsilib,

Edir tarlasına bir ləklik məni. 

Dayanıb pəncərə qarşısında mən,

Sükutla baxıram gedib-gələnə.

Gələr səs-sədalar hardasa pəstən,

Maraq kəsilərəm söhbət edənə…

Şüurum, düşüncəm lap düşüb əldən,

Ürəyim qübarlı dağa dönübdü.

Düşmüşəm qüvvədən, qalmışam dildən,

Bəxtimin çırağı, sanki sönübdü.

Təklik əziz-xələf, güllü-çiçəkli,

Otağımın sadiq qonağı olub.

Ömrümün tufanı min bir küləkli,

Ağac yarpağıtək xəzansız solub.

Bu başı bəlalı təkliyim məni,

Cılız təmənnaya boynumu əyir.

Tale dəryasından qopub yelkəni,

Bərəsi dəryanın dibinə dəyir.

Girirəm otağa, divarlar ölgün,

Baxıram, ətrafda əşyalar laldır,

Laqeydliklə məni süzürlər üzgün,

Bu necə ömürdir, bu necə haldır?

Gözlərimin yaşı düşür yanağa,

Saatın sədası sükutu pozur.

Bu dilsiz otaqdan oxunur giley,

Təkliyin günahın min yerə yozur.

Məndən soruşsalar deyərdim, vallah,

Ən ağır bəladır təklik dünyada.

Şadiman, nə ölüm, nə şivən, nə ah,

Onuntək insanı verməyib bada.

 29.07.1985. 



174

Şirin x

anım Kərimbə

yli Şadiman



YIXDI KÖNÜL MÜLKÜNÜ HİCRAN DOLU ƏNDİŞƏ 

Yeri, göyu yandıran bu sitəm abad deyil,

Ürəyimin ahına fəqanlarım yad deyil,

Bağırımdan hayqıran imdaddı, fəryad deyil,

Qəlbimi ovutmağa tapmıram sakit güşə,

Yıxdı könül mülkümü hicran dolu əndişə.

Ömür atına minib zaman məni sürüdü,

Dərd yığıb qoşununu ətrafımı bürüdü.

Titrəyən duyğularım vaxt içində əridi.

Saat quduz qurd təki anları çəkdi dişə.

Yıxdı könül mülkümü hicran dolu əndişə.

Acıların içindən bəxtimə yol tapmadım,

Qəmimə oldum aşiq eşqə qala yapmadım,

Ömrün dolaylarında sağa-sola çapmadım, 

Yar olmadı könlümə nə şadlıq, nə də nəş’ə,

Yıxdı könül mülkümü hicran dolu əndişə.

Əzablarım tükənmir, bu cahana qaç deyir.

Döyür həyat qapısın, gəl qapını aç deyir.

Yan mənim alovuma, atəşlərdə saç deyir.

Necə dözüm ömürlə edilən bu gərdişə?

Yıxdı könül mülkümü hicran dolu əndişə.

Şadimanın ahına inildəyir qələmim,

Məndən əvvəl doğulub bu dünyada ələmim.

Siz deyin yerlər, göylər necə imdad diləmim?

Ürəyimi taxırlar kabab təki hər şişə,

Yıxdı könül mülkümü hicran dolu əndişə. 

 

16.10. 2003

 

SƏADƏTİM 

Bir zamanlar hey qapımı döyərdin,

Xoş avazla mənə nəğmə deyərdin,

Sabahımla çox özünü öyərdin,

Səadətim, gələcəyi səslədin,

Ürəyimdə xoş duyğular bəslədin.

İndi hara getdi bəs o vədlərin?

Keçilməzdir, aşılmazdır sədlərin,

Açılmayır, bağlanıbdı bəndlərin,

Axar suyu kəsilibdi bəs hara?!

Səadətim, çəkmə məni gəl dara.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə