Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə46/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   42   43   44   45   46   47   48   49   ...   154

179

    Y

ol gedirik

Səndən ötrü həyata sevdalı bahar gəlir,



Dünyanın qucağında səadətlər bəslənir,

Səndən ötrü sevginin altun səsi yüksəlir,

Cahanın başı üstə həqiqətlər bəslənir.

Bundan gözəl, duyğulu, söylə, nədir həyatda?!

Bülbültək cəh-cəh vurub bəmdən zilə qaçırsan,

Sənin öz ocağın var bu ucsuz kainatda,

Odur ki, yerdə, göydə quştək qanad açırsan.

 

27.11.1985. 

 

MƏNƏM, MƏN 

Gecə-gündüz pünhan-pünhan alışan, 

Sinəsində fəğan, fəryad mənəm, mən.

Cismi-canı haqq evinə qarışan,

Zamanından uman imdad mənəm, mən.

İçindəki ağrıları sovuşmaz,

Ürəyi də hər ürəyə yovuşmaz,

Qərib düşmüş diləklərə qovuşmaz,

Gecə-gündüz eyləyən dad mənəm, mən.

Nalələri zilə qalxan kamanam,

Arzuları tükənməyən ümmanam,

Endirməyin, dağ başında dumanam,

Can dediyim canıma yad mənəm, mən.

Bitişməyir sinəmdəki yaralar,

Zaman qəlbi üstbəüstdən yaralar,

Sevgim, eşqim cılızlıqdan saralar,

Eşqə sadiq, könlü abad mənəm, mən.

İstəkləri dəryaları tutmayan,

Duyğuları gecə-gündüz yatmayan,

Neçə-neçə amallara çatmayan,

Bəxti dönük, qəlbi bərbad mənəm, mən.

Ey Şadiman anlamaq da bir dərddi,

Ömür gedir, xəstə ürək namərddi,

Hər əzaba dözənlər nə cömərddi,

Dili bağlı, dərdi azad mənəm, mən. 

 

21.08.1989



180

Şirin x

anım Kərimbə

yli Şadiman



PAYIZLARIM BELƏ BAŞLAR 

Ürək bəxti sora-sora,

Həsrət qəlbi salar tora,

Qarışanda yenə ara,

Gözlər tökər acı yaşlar,

Payızlarım belə başlar.

Bir mərhəmət umar gözlər,

Qəlb ağrıdar acı sözlər,

O keçdiyim cığır, izlər,

Köksə vurar qara daşlar,

Payızlarım belə başlar.

Ürəyimə ağrı dolar,

Göylərini bulud alar,

Qəm üstümə kölgə salar,

Hey çatılar dərdə qaşlar,

Payızlarım belə başlar.

Yanan qəlbin odu sönər,

Yol-irizdən günüm dönər,

Karvan-karvan dərdlər enər,

Ağırlaşar qəmli başlar,

Payızlarım belə başlar.

Tufanlarla açar səhər,

Duyğularım olar zəhər,

Gün keçirər qəlb bir təhər,

Tale mənə bunu aşlar,

Payızlarım belə başlar.

Ürəyimdə eşqin odu, 

Pak sevginin təmiz adı,

Gözüm arar yaxın, yadı,

Cana yovuq yox sirdaşlar,

Payızlarım belə başlar.



 

05.08.1985. 

 *** 

Məndən yazdıqlarıma cavab istəmə, dostum, 

Dərdin dar ağacından min dəfə canı asdım. 

İnsanlara acılar bəxş edənlər kar-kormu?

Mənim günahımmıdı haqq yola qədəm basdım…?

 

04.02.2016



181

    Y

ol gedirik



YARPAQ TƏKİ İLLƏRİM 

Qopdu düşdü yarpaq təki illərim,

Qara saçlar acı yelə tuş oldu.

Zəncirləndi bəxt evində əllərim,

Cavanlığım bir köçəri quş oldu.

Səbri kəsdi ömrün eniş-yoxuşu,

Puç eylədi kimlərin bəd baxışı,

Tutdu məni yaman dillər qarğışı,

Kabab olmuş bəxtim dərdə nuş oldu.

Kim deyər ki, zaman məni güldürdü? 

İçimdəki yaram gildir-gildirdi,

Bu bəxt məni diri gözlü öldürdü,

Yaxşı işim yaman dildə faş oldu.

Əzəl gündən murad atım yıxıldı,

Köksüm dərddən min yol yanıb-yaxıldı,

Talesizlik yazıq başa çaxıldı,

Acılarım ürəyimdə daş oldu.

etdim ki, ələm mənlə çarpışdı,

Çocuq təki ətəyimdən yapışdı,

İtgin düşmüş dərdlər qəlbdə tapışdı,

Gözlərimdə gilələnib yaş oldu.

Əcəl atım bəxt evinə yollandı,

Taleyimi qırx quyuya tulladı,

Ağ bəxtimi min qarayla qolladı,

Dünya tutmaz dərddən-qəmdən baş oldu.

Şadimanın içi ələm yuvası,

Öldürübən nə‘şini qəm yuvası,

Zərgər könlüm tapmaz sevinc qəvvası,

Ömrüm yaman ağızlarda tuş oldu.



 

12.07.1991

KƏSİRLƏR DOSTA QURBANI 

Deyirlər kəsirlər dosta qurbanı,

Kəsilən heyvanın günahı nədir?

Eylə ürəyini dost mehribanı,

Sonra söyləmə ki, bəs ahı nədir?

Bir çoxu dostluğu səbatsız edir.



 

15.02.2016


182

Şirin x

anım Kərimbə

yli Şadiman



KÜÇƏ UŞAQLARI – GÖZLƏRİ QƏMLİ 

Küçə uşaqları – gözləri qəmli,

Baxışları doğar kədər yaşları.

Bütün ömürləri keçər ələmli,

Dərdləri onlarla can sirdaşları...

Kirli üst-başları gendən görünər,

Bir ana qucağın həsrətlə anar.

Dallarıyca acı tale sürünər,

Dözməyən ürəklər bu dərdə yanar.

Dilləri böyüktək danışar, amma

Yorğun üzlərində inciklik gəzər.

Onlar dilənçidi arzuya, kama,

Arzu-kam onlara salmaz bir nəzər.

Parkda dolaşarlar gündüzlər, gecə

Soyuq zirzəmilər evləri olar.

Yatırar qoynunda qaranlıq küçə,

Körpə baxışları yollarda solar.

Küçə uşaqları sahibsiz tifil,

Ana nəvazişi onlara yaddı.

Miskin həyat sürər künclərdə səfil,

Bəs kimlər onları küçəyə atdı?

Bir-birin döyərlər, vuruşarlar da,

Köhnə üst-başları cırılıb çıxar.

Yolçuluq etməkdə yarışarlar da,

Darda bir-birinə doğmatək baxar.

Bir qarın çörəyin dərdin çəkərlər,

Onlar böyüklərtək vurnuxar gündüz.

Bütün ağrıları qəlbə tökərlər,

Baxışlar dilənçi, heç vaxt gülməz üz.

Küçə uşaqları dünya yarası,

Fərqi yox hansı bir ölkə bitirib.

Onlar vicdanlara bir üz qarası,

Onları cəmiyyət özü yetirib.



 

16.01.2012

 


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə