Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə40/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   36   37   38   39   40   41   42   43   ...   154

155

    Y

ol gedirik

Allah özü saxlasın iradəsiz



qadınları bu rüsvayçı gündən…

İndi içki məclislərinə qul anan,

Özü bildiyi kimi halına yanan-

Necə qoruyacaq 

on bir yaşlı qız vücudunu?

Ay qanunsuz doğulmuş biçarə qızcağaz,

Bəxtin parça-parça, qırıq-qırıq saz.

Qəmli gözlərindən 

görürəm bədbəxt olduğunu,

Bişərəf anan bilmirmi 

bu adla doğulduğunu?

 ***

Ey dünyaya qanunsuz 

körpələr gətirənlər,

Namusunu, qeyrətini 

heyvani hisslərlə itirənlər,

Kişilərin bir saatlıq 

şirin dilinə aldanmayın,

Hər riyakar ürəyə yanmayın.

İradəsiz vücudunuzla döyüşün,

Baxın hara gedir axırı bu yürüşün?

Qanunsuz doğulanlar dünyaya zillətdi,

Kiçilən, heyvaniləşən millətdi.

Nədir bu günahsız tifillərin günahı?

Gec-tez tutar sizi onların ahı.

Hər məkirli qəlbə, ürəyə yanmayın,

Ömrünüzdə bircə an da aldanmayın.

Cocuqlar hamısı məsum, hamısı fağır,

Səhv addımdan fəlakət doğur!



 ***

Siz deyin, ey məhəbbəti 

özünə eyş-işrət bilənlər,

Dünyanın güclü varlıqları «ərlər, ərənlər.»

On bir yaşlı köməksiz qızcağaz 

kimdən imdad diləsin?

Kimə ata, ana desin?

Bu tifili kim atıbsa bu məkirli dünyaya,

Tanrı dözməyəcək vaya.

Haqqın gözü imanlarla, dinlərlədi.

Bu tifillər minlərlədi,

Bəbəkləri əbədilik nəmdi.

Onları cahana atanların 

axirəti cəhənnəmdi,

Cəhənnəmdi…

 

26.06.1992



156

Şirin x

anım Kərimbə

yli Şadiman



LƏNƏT VƏ RƏHMƏT 

İki şeydən birin qazanır insan,

Biri lənətdirsə, o biri rəhmət.

Lənətə sahiblik nə qədər asan,

O ki, tələb etmir heç kimdən zəhmət.

Rəhmətin yiyəsi olmaq çox çətin,

Adəmdən Tanrıya lənət – xəyanət! 

Rəhmət qazancıdır bəşəriyyətin,

İnsanlıq adına lənət – cinayyət.

Nə dövlət, nə sərvət, nə pul, nə para,

Heçnə aparmadı gedən dünyadan.

Vurduq bir-birinin köksünə yara,

Niyə gen gəzərək bu pak qayədən?

Rəhmətlə anılan insanlar böyük,

Onlar aynasıdır yaxşı işlərin,

Lənətə tuş olan dünyaya bir yük,

O ki, meyarıdır pis vərdişlərin.

Deyirlər, cahana gələndə hər kəs,

Anadan saf olur, sonra pozulur.

Mənimsə qayəmdə bu fikir əbəs,

İnsanın kimliyi köklə yozulur.

Kökdə haram varsa, demək, soy haram,

O, naqis işlərdən yapışacaqdır.

Doğulan zamandan tapmayıb aram,

Düzlüklə, şərəflə çarpışacaqdır.

Hər lənət qazanan nə qədər müti,

O ki, məzarda da məzara yaddır.

Ondan çox anılır qapının iti…

Hər iki dünyaya rəhmət həyatdır!..

Rəhmətdir bəşəri şərdən qoparan,

Onunla açılır, ey həyat, gözün,

O biri dünyaya lənət aparan,

Lənətə boyadın dünyanın özün!.. 



 

06.10.1998 

 

 


157

    Y

ol gedirik



BU GÖYLƏ YER ARASI 

Buludun axar yaşı,

Gözlərin çıxar yaşı,

Çatladar dağı, daşı,

Fələk bəşərdən asi,

Bu yerlə göy arası.

Göydən gələn bəndələr, 

Göylə yeri bənd elər,

Dünya heyrətdən ölər,

Qurar özünə yası,

Bu yerlə göy arası.

Özün öldürən bəşər,

Haqqa güldürən bəşər,

Bir gün torpağa düşər…

Pozular hey sırası,

Bu göylə yer arası.

Fələk yeri silkələr,

Daş-divarı övkələr,

Sönər ahla hikkələr,

Can üstə can yarası,

Bu göylə yer arası.

Göydən gələn adamlar,

İçdə təccübü damlar,

Susar ocaqlar, damlar,

Donar gözün qarası,

Bu yerlə göy arası.

Uçan nimçələr atı,

Harda, necə həyatı?…

Sirr – göyün yeddi qatı!

Bəşərlə yox arası,

Bu göylə yer arası.

Fəzanı partladanlar,

Azonu çatladanlar,

Dünyanı qatladanlar,

Ölümün nə çarası?

Bu yerlə göy arası.

Şadiman, nə mərəzi?

Dünyamızın qərəzi?

Səyyarəmiz tərəzi.

Əyilməyən harası,

Bu göylə yer arası?



 

30-31.05.1997


158

Şirin x

anım Kərimbə

yli Şadiman



DƏNİZLƏ MƏN 

Dənizdə uğultu, tufan, sərt külək

İşdəyəm, narahat vaqon otaqım.

Yenə də üzülür dəhşətdən ürək,

Donur əllərimdə qələm-varaqım.

Dəmir dirəklərin üstündə bu an,

Boylanıb baxıram coşan dənizə.

Allah, rüzigarı qan tutubdu, qan,

Durub dalğalarla yenə üz-üzə.

Elə güman etmə bu sətirləri, 

Qorxudan qələmə alıram, külək.

Bu bəxt yazısıyla illərdən bəri, 

Cəsarət donunu geyinib ürək.

Dəmir dirəklərin üstündə keçdi,

Ömrümün cavanlıq, gənclik illəri.

Taleyim gah nəş‘ə, gah kədər içdi…

Ağartdı əndişə məhzun telləri.

Deməyin, küləklər qorxudur məni,

Bu şair könlümə şərqidir onlar.

Titrəyir bəxtimin tənha yelkəni,

Onu ovundura bilmir tufanlar.

Bilsin taleyimdən xəbərsiz ellər,

Bir şair yaşadı Neft Daşlarında…

Aldı ağuşuna nəhs bəxt, nəhs illər,

Dəniz də qabardı göz yaşlarında..! 



24.01.1993

 

QADINLAR 

Cahanın ən incə, gözəl varlığı,

Dünyanın xoşbəxtlik üzü, qadınlar.

Bütün insanlığın əzəl varlığı,

Hər açan ömürün özü, qadınlar.

Zərif çiçəklərdi – rüzgardan solar,

Sevincdən çağlayar, kədərdən dolar,

Gözləri ümidin yolunda qalar…

Həyat ocağının közü, qadınlar.

Bəşərin ən ağır yükün çəkərlər,

Hər ağrı-acını qəlbə tökərlər,

Könül bağçasında dilək əkərlər,

Həyatın bəzəyi, gözü, qadınlar. 

05. 03. 2004.

 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə