Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə140/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   136   137   138   139   140   141   142   143   ...   154

549

    Y

ol gedirik



***

64. Gün keçir, aləm keçir, 

İçimdən naləm keçir.

Vərəq ahımdan deyir,

Ağrımdan qələm keçir.



 ***

65. Duman gəl al başımı,

Gizlət bu göz yaşımı.

Sel bürüyüb bəbəyi,

Görməyirəm qarşımı.

 ***

66. Bir varım var can adı,

Nə qara, nə ağladı. 

Ömrümdən ötən günə

Ürəyim qan ağladı.

 ***

67. Vaxt edir sorğu mənə,

Göndərir ağrı mənə.

Ömrümdən gün qoparır,

Olubdu oğru mənə.

 ***

68. Dünyanı tutan eşqim,

Aləmi qatan eşqim.

Hamıya can söyləyib

Tək məni atan eşqim. 

 ***

69. Şamtək əriyən ömür,

Günü kürüyən ömür. 

Bədəni çökdürürsən

Qalasan üryan ömür.

 ***

70. Bu dünya beh dünyası,

Gözlərdə şeh dünyası.

Hamı özün zənn edir, 

Əməl-saleh dünyası.

 *** 

71. Ömür qısa, gün baha,

Yarısı gedir aha,

Varlığımız müjdədi,

Nə istəyirik daha?!



550

Şirin x

anım Kərimbə

yli Şadiman



 ***

72. Göz görür, ürək yanır,

İçdə duyğu oyanır.

Anlamayan nə bilsin,

Vicdan ruhdan boylanır.



 ***

73. Özgə atına minmə,

Minib də sonra enmə.

Tutduğun yol doğrusa,

Heç vaxt o yoldan dönmə.

12.08.2016

***

74. Neftimiz üz qarası,

Ürəkdə var yarası.

Bizi xoşbəxt eyləyib

Bilməm onun harası?! 

 ***

75. Xalqa ağ gün yazıla,

Şər yollarda azıla.

Qara qızıl qurtarır,

Gedirik ağ qızıla.

24.09.2016 

***

76. Hər ömür işıq kimi,

Ömrə yaraşıq kimi.

Elə sürətlə qaçır

Zamana aşiq kimi.

 ***

77. Baş üstələr yıxdı bizi,

Künc-bucağa sıxdı bizi.

Müti olub əyildikcə, 

Adamlıqdan çıxdı bizi.

 26.09.2016

 ***


78. Çəkildim gecə içinə,

Qəm uddum niyə-neçinə.

Əqrəblər ömrü qaçırır,

Düşmüşəm zaman köçünə.



 29.09.2016

***

79. Gecə ruhuma işıq,

Təb verir qaşıq-qaşıq.

Heyranam sükutuna,

Ürəyim ona aşiq.

 01.10.2016



551

    Y

ol gedirik



 



YANĞILAR 

1.Allah, amandı,

 Halım yamandı,

 Can-cana yağı,

 Bu nə zamandı? !…



 ***

2.Ömür gülümdü,

 Soldu zülümdü,

 Hey çalış, vuruş - 

 Sonu ölümdü.



 ***

3.Sinəmdə atəş,

 Edir qəlbi qəş,

 Könlün odundan,

 Əriyir günəş.



 ***

4.Girmə qəlb bağa,

 Qəm olub ağa,

 Yer-göy ah çəkir,

 Bu könül dağa.



 ***

5.Bükər Rəb dizi,

 İtirər izi,

 Əzabdı qəbrə 

 Qoymaq əzizi.



 ***

6.Qəlb olar ahar,

 Qəm edər nahar,

 Bir dəfə gələr

 Hər ömrə bahar.



 ***

7.Zilin bəmi var,

 Gözün nəmi var,

 Hər doğulana 

 Ölüm dəmi var.



 ***

8.teldən gəlir,

 Su seldən gəlir,

 Qeyrəti olan 

 Ər eldən gəlir.



 ***

9.Ağladar gözü,

 Söndürər közü,

 Girər qapıdan 

 Əzrayıl özü.




552

Şirin x

anım Kərimbə

yli Şadiman



 ***



10.Rəbbdəndi sitəm,

 Hər evə matəm,

 Ömrün dadıdı -

 Acı-şirin təm.



 ***

11.An alar yaşı,

 Qocaldar başı,

 Zaman sevgili 

 Ömrün sirdaşı. 



 ***

12.Ötsə də günüm,

 Batmasın ünüm,

 Qırılar bir gün 

 Ömür düyünüm.



 ***

13.Saatlar uçar,

 Haqqa əl açar,

 Qalar qollarım 

 Qoynumda naçar.



 ***

14.Ürək ağrısı,

 Ömür oğrusu.

 Rəbb imtahanı –

 Həyat doğrusu.



 ***

15.Gün gəlib ötər,

 Anlarım bitər,

 Əzablı həyat

 Ölümdən betər!



 ***

16.Ömrün sabahı,

 Səvab, günahı,

 Vicdanda ara,

 Qafil, Allahı…



 ***

17.Enmə dərinə,

 Batma tərinə.

 Kim gora gedib –

 Kimin yerinə?!…



 ***

18.Ver ömürə bac,

 Qoy başına tac,

 Halbahal edən

 Fələk gözü ac.



 ***

19.Saatlar susar,

 Ömrümə hasar,

 Fələk qovduqca

 Zaman qan qusar.




553

    Y

ol gedirik



 ***



20.Bu həyat barım,

 Dildə qubarım,

 Loğman sağaltmaz

 Ürək qubarım.



 ***

21. Ah ərşə qalxar,

 Yandırıb-yaxar, 

 Sinəmdən ürək

 Qəm ilə baxar.



 ***

22.Dilimin andı,

 Alışdı yandı,

 Zaman ahımı 

 Mənimtək andı.



 ***

23. Bu ulduz Dandı,

 Qırmızı qandı,

 Düşmə göyündən

 Yer ki, zindandı. 



 ***

24.Könüldə yara,

 Hey çəkir dara,

 Fələk ömrümə 

 Yaxmaya qara.



 ***

25. Zaman doğrusu –

 Günün oğrusu,

 Ürəkdən keçir 

 Canın ağrısı. 



 ***

26.Can düşdü oda,

 Aha, fəryada,

 Görmədim, Allah,

 Bir gün dünyada.



 ***

27.Gözüm ağladı,

 Qəmim çağladı,

 Fələk qapımı 

 Açdı, bağladı.



 ***

28.Göz yaşım göldü,

 Hər günüm öldü,

 Həsrət könlümü

 İkiyə böldü.



 ***

29.Gəldik dad təki,

 Ömrə ad təki,

 Əzrayıl bizi

 Aldı yad təki. 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə