Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə138/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   134   135   136   137   138   139   140   141   ...   154

541

    Y

ol gedirik

 Elə tut mərtəbəni, ey qafil,



 Axırda düşməyəsən ayağa.

 

32.Çoxunun dili başından böyük,



 Etdiyi fəna yaşından böyük.

 Bəşərdən gələn hər yamanlıqlar,

 Rəbbin göydəki daşından böyük.

 

05. 12. 2002

 

33.Mehr ilə hər könlə qalmaz fələk,



 Bəndənin qapısın çalmaz fələk.

 İlahi verməsə öz hökmünü,

 Kimsənin canını almaz fələk. 

 

34.Ömür sürətlə qaçar ana tərəf,



 Cin təki baş vurar hər yana tərəf.

 Yetişər son zamanı insanın, 

 Əzrayıl sövq eləyər cana tərəf.

 

35.Kim olur fitnə, fe’l sultanı?



 Bəşərin özü ara qatanı.

 Rəbb verən adını salmaz yada-

 Fələyin torpaq altda yatanı.

 

36. Ömrünü verən sənə qadirdi,



 Canını salan tənə qadirdi.

 Üzünü çevir haqqına sarı,

 Rəhmi eyləyən yenə qadirdi.

 

37. Demə, Rəbb rəhm eləmir bizə, bəşər,



 Tökdüyün qan ki, çıxıb dizə, bəşər.

 Sən zülüm edirsən, Tanrı susur…

 Vurmayır etdiyini üzə, bəşər.

 

38. Qapına mehri-vəfa salmaz əcəl,



 Elə bir saniyə bekar qalmaz əcəl.

 Olmasa İlahinin hökmü bil,

 Dəni üzülməyəni almaz əcəl.

 

39. Başıma şah elədim ağlımı,



 Qatmışam könlə ömür nağlımı.

 Elədim ərz-halı Şadimana,

 Şadimanlıq qapısı bağlımı? 

 

40. Doğulan olmaya daş aləmə,



 Salmaya bəlanı baş aləmə.

 Üfürüb haqq gözünə şər külü,

 Etməyə zülmünü faş aləmə. 

 

06.12. 2002



542

Şirin x

anım Kərimbə

yli Şadiman

 



BAYATILAR

1. Əzizinəm, gülmərəm,

Dərddən gülə bilmərəm,

Getsən məndən uzağa,

Göz yaşını silmərəm.

 ***

2. Əzizim, mən yanıram,

 Həsrətindən yanıram,

Yarım uzaq ellərdə, 

Qüssədən odlanıram.

 ***

3. Əzizim, bağlar keçər,

Qəlbimi dağlar keçər,

 Bilsə onu sevirəm,

Sevincdən ağlar, keçər.

 ***

4. Əzizim, aman gəldi,

Dağlara duman gəldi,

Dönük eşqin əlindən

Dərdlərim yaman gəldi.

 ***

5. Ömrüm, günüm, həyatım,

Qəlbim mənim, büsatım,

De, bugünlər hardasan?

Ay mənim kainatım.

 ***

6. Həyatım aman oldu,

Varlığım yaman oldu,

Neyləyək ki, bu çağda

Ömrüm mənə man oldu.

 ***

7. Zaman mənə dar gəldi, 

Pislik mənə ar gəldi,

Düzlüklə ucalsan sən, 

El deməz ki, xar gəldi.

 ***

8. Yanma ürəyim, yanma,

Qərib könlüm usanma,

Dərd yaranıb çəkməyə,

Gəl bunu bir də danma.

 ***

9. Dağlar başı dumandır,

Ürəyim yenə qandır,

Gül, sən xəstə könlüm gül,

Yenə də xoşbəxt andır.



543

    Y

ol gedirik



***

10. Kölgə getmə, bir yan dur,

Bağrımı etmə qan, dur,

Səni dözümlü bildim,

Səndən də yox həyan dur.



 ***

11. Səni mən əyan etdim,

Özümə həyan etdim,

Hissim məni aldadıb

Nahaqdan bəyan etdim.

 ***

12. Ürək, yan-yaxıl ürək, 

Qəlbə deyilsən dirək,

Məni idarə edib,

Yamanca oldun zirək.

 ***

13. Bircə an dayan zaman,

İnsan deildir saman,

Biçəsən heçnə üstə,

Ayaq saxla bir aman.

 ***

14. Könlü xar etmə, gülüm,

Dərdi bar etmə, gülüm, 

Mənasız əməllərlə,

Eli zar etmə, gülüm.

 ***

15. Dar yolun, dar qəlbi var,

Yaxşısı var, qəlbi var,

Hər sözü vicdanla de,

Desinlər ki, qəlbi var.

 ***

16. Könül – könül vurğunu,

Gəlir könül vurğunu,

Elə yaşa, ey ürək,

Desinlər, el vurğunu.

 *** 

17. Günüm o itən oldu,

Pis kolda bitən oldu,

 Elə yaşa, desinlər,

Müdriki – Vətən oldu.

 ***

18. Sellərtək kükrər könül,

Lazımdır hünər, könül,

Təmiz ol, elin desin,

Hər addımda ər könül.



544

Şirin x

anım Kərimbə

yli Şadiman



***

19. Dağ çiçəyi incidir,

Güllərin sevincidir,

Səni incidən gündən,

Könlüm məni incidir.



 ***

20. Günüm yaman ağ oldu,

Ürəyim qanla doldu,

Hər dərd verdikcə mənə,

Çalın-çarpaz dağ oldu.

 ***

21. Ürək qan oldu yenə,

Tale, neylədim sənə?

Sən zülümkarlığınla,

Sitəmlər etdin mənə.

 ***

22. Əyilmərəm yada mən,

Ya əzizim, ya da mən.

Hiyləgəri, hiyləni,

Gətirmərəm yada mən.

 *** 

23. Yar könlün yar alanda,

Qəlbə hicran qalanda,

Eşq də qiymətdən düşər,

Ömür-gün daralanda!

 *** 

24. Məhəbbətin özüdür,

Qəlbimdə od-közüdür,

Ürəkdəki çizgilər

Sevgimizin izidir.

 *** 

25. Əzizim, dağ sinəmdə,

 Yox bir yer sağ sinəmdə.

 Əridi dərd əlindən,

 Qalmadı yağ sinəmdə.

 *** 

26. Ötən illərə neylim?

 Gözdə sellərə neylim?

 Bəxtimin ucbatından

 Düşdüm dillərə, neylim?

 *** 

27. Taxtdan düşən eşq tacsız, 

 Getməməyim əlacsız.

 Qəmlə dolu sinəmi

 Həsrət alıbdı bacsız.

 

06.01.1972 Siyəzən



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə