554
Şirin x
anım Kərimbə
yli Şadiman
•
***
30.Hər insan çiçək,
Hər an bir ləçək,
Doğulub-ölmək,
Hayıf ki, gerçək.
***
31.Dünya ki, beş gün,
Həm yas, həm düyün,
Rəbbə halidi
Hər səda, hər ün.
***
32.Kəsmə amanı,
Etmə yamanı,
Şeytantək dala
Atma imanı.
***
33.Göyün buludu,
Səmanın udu,
Elə ağladı –
Yerləri yudu.
***
34.Günəş alışar,
Qəlblə yarışar,
Könlümün odu
Ərşə qarışar.
***
35.Zaman – Rəbb atı,
Qovur həyatı,
Alıb belinə
Bu kainatı.
***
36.Ömür incidi,
Rəbb sevincidi,
Zaman qovduqca
Candan incidi.
***
37.Ahım dağ deşər,
Min yerdən eşər,
Sinə içində
Ağrı yerləşər.
***
38.Könlü dərd tutdu,
Özün unutdu,
Ömrün günləri
Tökülən tutdu.
***
555
Y
ol gedirik
•
39.Yetişməz dadım,
Dəli fəryadım,
Soyuyan deyil
Bu könül odum.
***
40.Ahlar anından,
Ötər yanından,
Hər paxıl adam
Yeyər canından.
***
41.Ah qəmdi ilə,
Heç gəlməz dilə.
Dünya doludu-
Ev yıxan ilə.
***
42.Ömür bəxt atım,
Gələn saatım,
Bağlıdır ona
Bütün həyatım.
11. 12. 2002
***
43.Zülmətdir necə?
Ay doğmur becə.
Alıb qoynuna
Könlümü gecə.
***
44.Şər yoxmu yiyən?
Ey haqqı yiyən.
Girib köksümə
O xəncər tiyən.
***
45.Qəmim kamladı,
Könlü damladı,
Bəbəkdə yaşım
Damla-damladı.
***
46.Göz yaşı çin-çin,
Tök için-için,
İblis dağladı
Dünyanın için.
***
47.Bəşər ahladı,
Hey gunahladı.
Çətinə düşdü –
O Allahladı.
***
556
Şirin x
anım Kərimbə
yli Şadiman
•
48.Ürək ağlayır,
Dərdlə dağlayır,
Hər bir ağrını
Könlə bağlayır.
***
49.Məzar – hər bədən,
Bəşəri didən,
Bir soraq verməz
Dünyadan gedən.
***
50.Hicran nə acı?
Sevginin tacı.
Saf məhəbbətin
Həsrət əlacı.
***
51.Qartal ucada,
Layiq taca da.
Adamı boğan
Tüstü bacada.
***
52.Ömür bir yoltək,
Ya sağ, ya soltək,
Başa ki, çatdı -
Kəsilən qoltək.
***
53.Dünya kaşıdı,
Ağlar başıdı.
Hər doğulana -
Ömür daşıdı.
***
54.Hər gözdə yaş var,
Yaşa sirdaş var.
Ürək çalxadan-
Bədənə baş var.
***
55.Tənə baş imiş,
Ömrə yaş imiş,
Ətlə gizlənən -
Sümük daş imiş.
***
56.Bu yaş yarıdı,
Zirvə qarıdı,
Zaman tez uçdu-
Ömür qarıdı…
***
57.Gün uçdu getdi,
Dünənə yetdi.
Fələk bədəni
Darməzar etdi.
557
Y
ol gedirik
•
***
58.Hər dərd yaradı,
Könlü aradı.
Varın yığanın
Günü qaradı…
***
59.Vaxt başa çatar,
Günə an qatar.
Qopar ömürdən –
Əbədi yatar.
***
60.Dolu axuru,
Boldu naxırı.
Zalım bəşərin
Yoxdu axırı…
***
61.Odun külü var,
Yanan dili var.
Ocaq içində
Qalan külü var.
***
62.Can təndən qopar,
Əbədi çapar.
Gəzər aləmi…
Öz yerin tapar.
***
63.Qəm keçdi məndən,
Eylədi dən-dən.
Qıırıldı canım-
Bu yazıq təndən.
***
64.Dildə ah deyil,
Ah Allah deyil.
Qiymətli ölmək-
Heç günah deyil.
***
65.Can başın tacı,
Ömrün əlacı.
Qopsa bədəndən-
Ölüm nə acı? !…
15.12. 2002
***
66.Gəlməz sabahım,
Ürəkdə ahım,
Bu nə ömür, gün?
Öldüm, Allahım!
558
Şirin x
anım Kərimbə
yli Şadiman
•
***
67.Göz yaşım gülər,
Ahımı bölər.
Şadiman min yol,
Doğulub-ölər.
***
68.Dünyanın vayı,
Batıb harayı.
Uçub tökülür
Bəşər sarayı!
***
69.Gözdə qan yaşım,
Ağrıyır başım.
Hicran olubdu
Könül sirdaşım.
***
70.Gözüm qan tökər,
Ağrımı bükər,
Dəli ahımdan
Bu yer-göy hürkər.
***
71.Ay göyə işıq,
Yerə yaraşıq.
Könül onlara…
Mən könlə aşıq.
***
72.Haqq nur saçmadı,
Bizdən qaçmadı,
Allahın sirrin
Bəşər açmadı.
***
73.Həyat mö’cüzə,
Sirr açmaz bizə.
Ömrün son günü –
Sınan bir kuzə.
***
74.Ömür simimdi,
Hayım himimdi.
Qıırılan zaman –
Mənim kimimdi?…
***
75.Ürəyim ağlar,
Sinəmi dağlar,
Görməyib heç kim
Bir belə dağlar.
***
76.Dünya nə dəmli?
İçi ələmli.
Bir gözü nəş’ə –
Bir gözü qəmli.
Dostları ilə paylaş: |