Yol hərəkəti haqqında


II. Sükan idarə mexanizmi



Yüklə 2,5 Mb.
səhifə30/34
tarix21.06.2018
ölçüsü2,5 Mb.
#50266
1   ...   26   27   28   29   30   31   32   33   34

II. Sükan idarə mexanizmi


1) Sükan idarə mexanizmində lüftün cəmi aşağıdakı son hədd qiymətlərindən çox olduqda:

 

Nəqliyyat vasitəsinin növü

Cəmi lüftün son hədd qiymətləri, (dərəcəilə), ən çoxu


Minik avtomobilləri və onların bazasında yaradılmış yük avtomobilləri və avtobuslar

10


Avtobuslar

20

Yük daşıyan avtomobillər

25

 

2) Detal və qovşaqların konstruksiyada nəzərdə tutulmayan yerdəyişməsinə yol verildikdə; yivli birləşmələr müəyyənləşdirilmiş üsulla burulub bağlanmadıqda və ya bərkidilmədikdə.

3) Konstruksiyada nəzərdə tutulmuş sükan idarə gücləndiricisi və ya sükan dempferi (motosikletlər üçün) nasaz olduqda və ya ümumiyyətlə olmadıqda istismarı qadağan edilir.

III. Xarici işıq cihazları


1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda.

Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir.

2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda.

3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda.

4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə.

5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda.

6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır.


IV. Qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları


1) Şüşə silgəcləri müəyyən edilmiş rejimdə işləmədikdə.

2) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş şüşəyuyanlar işləmədikdə nasazlıq aradan qaldırılır.


V. Təkərlər və şinlər


1) Minik avtomobilləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm-dən, yük avtomobillərində — 1 mm-dən, avtobuslarda — 2 mm-dən, motosiklet və mopedlərdə — 0,8 mm-dən az olduqda.

Qeyd: Qoşqular üçün şinlərin protektorundakı naxışların qalmış hündürlüyü normaları yedəkçi nəqliyyat vasitələrinin şinləri üçün olan normalarda müəyyən edilir.

2) Şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun və şinin yan rejiminin qopması kimi yerli zədələr (yarıq, kəsik, qırıq) olduqda.

3) Bərkitmə boltu olmadıqda və ya təkərlərin diskində və çənbərlərində çatlar olduqda.

4) Şinlər ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə.

5) Avtobusun, minik avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə.

Yük daşıyan avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə nasazlıq aradan qaldırılır.


VI. Mühərrik


1) İşlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət standartlarında müəyyən edilmiş kəmiyyətlərdən çox olduqda.

2) Yanacaq sisteminin hermetikliyi pozulduqda.

3) İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda nasazlıq aradan qaldırılır.

4) Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə.[155]


VII. Konstruksiyanın digər ünsürləri


1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda.

2) Səs siqnalı işləmədikdə.

3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə. [156]

Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rənglişüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.[157]

4) Konstruksiyada nəzərdə tutulmuş kuzov və ya kabinə qapılarının qıfılları, yük platforması bortlarının cəftələri, sistern boğazının və yanacaq bakı tıxacının cəftələri, sürücünün oturacağının vəziyyətini nizamlayan mexanizm, qəza çıxış yerləri və onları hərəkətə gətirən qurğular, qapıları idarə edən ötürücü, spidometr, taxoqraf, ilin mövsümi şəraitlərindən asılı olaraqşüşəqızdıran və havaüfürən işləmədikdə.

5) Konstruksiyada nəzərdə tutulmuş arxa  mühafizə qurğusu, palçıqdan qoruyan fartuklar və brızqoviklər olmadıqda.

6) Yedəkçinin və qoşquların ilişmə-dartı və ilişmə-dayaq qurğuları nasaz olduqda, habelə onların konstruksiyalarında nəzərdə tutulmuş sığorta trosları (zəncirlər) olmadıqda və ya nasaz olduqda. Motosikletin çərçivəsi ilə yanqoşqunun çərçivəsi birləşən yerdə lüft olduqda.

7) Aşağıdakılar olmadıqda:

avtobusda, minik və yük daşıyan avtomobillərində, təkərli traktorda — dərman qutusu, odsöndürən, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər);

icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və icazə verilmiş maksimum kütləsi 5 tondan çox olan avtobuslarda — diyirlənməyə qarşı dayaqlar (azı ikisi);

yanqoşqulu motosikletdə — dərman qutusu, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər).

8) Operativ və xüsusi xidmətlərə məxsus olmayan nəqliyyat vasitələrində dövlət standartlarında nəzərdə tutulmuş işartılı mayakcıqlardan, səs çaları növbə ilə dəyişən səs siqnallarından vərəng qrafikası sxemlərindən istifadə olunduqda.

9) Təhlükəsizlik kəmərləri nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə tutulduğu halda belə kəmərlər olmadıqda və ya onlar kəmərləri yararsız olduqda.

10) Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab vermədikdə. Dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında təkrar və rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si qədər olunmadıqda, tramvay və trolleybuslarda müvafiq idarələrin verdikləri verdikləri dövlət qeydiyyat nişanları yazılmadıqda.

11) Motosikletdə konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik qövsü olmadıqda.

12) Motosikletlərin və mopedlərin yəhərində əyləşmiş sərnişin üçün onların konstruksiyasında nəzərdə tutulmuş köndələn əl tutacaqları və ayaqaltılar olmadıqda.

13) Tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatların müəyyənləşdirilmiş tələblərə uyğun gələn əlavə elementləri konstruksiyada nəzərdə tutulduğu halda, qurulmadıqda nasazlıq aradan qaldırılır.


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə