Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə3/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   2   3   4   5   6   7   8   9   ...   348
2018-997

“Uğurlara gedən 
yollar”
adlı bədii-publisistik əsəri ilə yenidən oxucuların görüşünə 
gəlib. Zakir müəllimin sayca bu doqquzuncu kitabı Şabran (keçmiş 
Dəvəçi) şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov adına
2 №-li texniki fənlər təmayüllü məktəb-liseyin 45 illik yubileyinə həsr 
olunub. 
Məktəb-lisey müəllim və şagird kontingentinin sayına görə Şabran 
rayonunda birinci yerdə qərar tutub. Müəllif tərəfindən bu məktəb-
liseyin tarixini və tədris işininin bütün incəliklərini özündə əks etdirən 
belə bir kitabın yazılmasını heç də təsadüfi hal saymaq olmaz. Belə ki, 
Zakir Bayramlı bütün həyatı boyu qəlbi təhsilin çoxşaxəli qayğıları, 
müxtəlif çeşidli problemləri ilə döyünmüş, məktəblərin şad gününü elə 
özünün sevincli-
fərəhli günü hesab etmiş, onların çoxsaylı uğurları ilə 
nəfəs alaraq yaşamış və işləmişdir. Məhz bu səbəbdən yenə də o, ona 
rahatlıq verməyən, daim qəlbində alovlanan el-obanın istək və məhəb-
bətindən qidalanan təhsil sahəsinə aid canlı xatirələrini oxucularla 
yenidən bölüşmək istəyir. Qəlbində odu və közü sönmək bilməyən ülvi 
və coşqun sevgi hisslərini yazıya köçürüb kitab halında çap olunmasını 
qərara alıb. 
1972-
ci ildə fəaliyyətə başladığı gündən hal-hazıra kimi bu 
məktəb-lisey bir gün də olsun şair-publisistin nəzərindən qaçmayıb. 
Rayon Təhsil Şöbəsinin aparatında işlədiyi vaxtlarda “Böyük məktəb-
liseyin böyük uğurları olduğu kimi, böyük qayğıları da mövcuddur”, - 
deyərək həmişə bu təhsil ocağına aid olan bütün sosial-iqtisadi 



məsələləri təxirə salınmadan həll edilməsinə çalışıb. 40 ildən artıq 
R
ayon Təhsil Şöbəsinin aparatında baş mühasib kimi ikinci məsul 
vəzifə tutduğu dövrlərdə bu elm və bilik məbədi heç zaman onun 
diqqətindən və maraq dairəsindən kənarda qalmayıb. Rayonun digər 
məktəbləri ilə yanaşı, həmin təhsil müəssisəsinin də pedaqoji sahədəki 
uğurlarına qəlbən sevinib. Məktəb-liseyin maliyyə-təsərrüfat sahəsinə 
aid problemlərin həll olunmasına çalışıb. Həmişə təhsil ocağının gün-
dəlik ahəngdar fəaliyyətinə mane olan iqtisadi çətinliklərin vaxtında 
aradan qaldırılmasına öz köməyini əsirgəməyib. 
Doğma Vətənimiz Azərbaycanın gözəl guşələrindən biri olan 
Şabranın (keçmiş Dəvəçinin) bir parça torpağının üstündə yerləşmiş bu 
təhsil ocağı öz dəsti-xətti, kollektivinin birliyi, əzmkarlığı, mübarizliyi, 
uğur qazanmaq və qələbə ruhunun coşqunluğu ilə daim seçilib. 
Məktəbin kollektivi rayonumuzda təhsilin həmişə irəli getməsi naminə 
mübariz olub, daim bu məqsəd uğrunda ürəkdən çalışıb. Pedaqoji 
kollektiv sözünün bütövlüyü, qəbul etdiyi qərar və öhdəliklərin yerinə 
yetirilməsinə diqqətlə yanaşmaqla rayonun başqa təhsil ocaqlarından 
köklü surətdə fərqlənib.
Şair-publisist Zakir Bayramlı Şabranın təhsil sahəsindən yaxşı baş 
çıxaran, onun fəaliyyətinə aid çoxlu məlumatı olan və tarixini gözəl 
bilən qocaman təhsil işçisidir. Ona görə də o, bu məktəb-liseyin ötən 
45 ildə yaşadığı tarixi dövrü qələmə almaq kimi məsuliyyətli, çox 
çətin, lakin şərəfli bir vəzifəni öz qarşısına məqsəd qoyub. 
Qəlbi Vətən məhəbbəti və torpaq sevgisiylə coşub-daşan şair-
publisist bu kitabının I bölməsini “Vətənin tərənnümü ” adlandırıb. 
Həmin bölmədə onun son vaxtlarda bu mövzuda qələmə aldığı şeirləri 
özünə yer alıb.
“Lələtəpə zəfəri” şeirində o, Vətənimiz, xüsusilə, Milli Ordumuz 
üçün strateji cəhətdən daha vacib və dəyərli olan Lələtəpə yüksək-
liyinin düşməndən geri alınmasını öz poetik düşüncələrinin təsiri 
altında belə tərənnüm edib: 
Çalındı intiqam, zəfər nəğməsi, 
V
ətən əsgərinin ucaldı səsi. 
Daraldı düşmənin mənfur nəfəsi
Düşdü vahiməyə bu səksəkədən, 
Tutuldu at
əşə Lələtəpədən. 


10 
Ordu ümidimiz, çırağımızdır, 
Q
ələbə əzmimiz, yarağımızdır. 
Zirv
əyə sancılan Bayrağımızdır, 
H
ələ çox keçəcək dağdan, dərədən, 
Yolu “Xank
əndidir” Lələtəpədən. 
Müəllifin “ Çıraqqala” şeirini isə əsl vətənpərvərlik çağırışı da 
adlandırmaq olar. “Çıraqqala” mövzusu müəllifin ən çox müraciət 
etdiyi mövsul
ardan biridir. Bu barədə Z.Bayramlı nə qədər yazırsa-
yazsın, onun Vətənimizin qəhrəmanlıq simvolu, qalalar və isteh-
kam
lar diyarı olan Şabranın vüqarı sayılan bu möhtəşəm qala-
istehkam haqqında sözü-söhbəti tükənmək bilmir ki, bilmir. Zakir 
Bayramlı bu şeirində qalaya müraciət edərək onunla sanki insan 
kimi danışır. Neçə-neçə əsrlər yola salmış bu möhtəşəm tikilinin 
bədii vəsfini verməyə çalışır: 
Açdım varaq-varaq ötən tarixi, 
İllərin üstünü örtən tarixi. 
Arayıb axtardım itən tarixi, 
B
əlkə keçmişindən bir soraq ola, 
S
ənin neçə yaşın var, Çıraqqala?! 
Və Çıraqqalanın istər ölkəmizin hərb tarixindəki, istərsə də 
torpaqlarımızın müdafiəsi sahəsindəki xidmətləri barədə söhbət 
açdıqdan sonra şeiri belə tamamlayır: 
De, hansı memarın, hansı ustanın, 
Əliylə hörülüb ömür dastanın? 
Yen
ə “Şabran” adlı qədim ostanın, 
Olmusan yolunda çılçıraq qala. 
S
əndə şəfa suyu var, Çıraqqala. 
Keçən əsrin yetmişinci illərinin əvvəllərində şair dörd il ardıcıl 
Qarabağa səfər edib. Onun bu səfərləri istirahət məqsədi daşısa da, 
o təkcə bu qədim yurdda dincəlməklə kifayətlənməyib. Həmin 
illərdə Qarabağın dilbər guşəsi hesab olunan Şuşada üst-üstə 


11 
keçirdiyi 100 gün ərzində bir gün də səyahətsiz keçinməyib. O, 
Şuşa, Ağdam, Xankəndi, Laçın və digər qədim ana torpaqlarımızı 
gəzib, dolaşıb. Səfər etdiyi həmin ərazilərin bütün görməli yerləri 
ilə tanış olub. Təkcə coğrafiyası, təbiəti ilə tanış olmaq deyil, həm 
də o yerlərin tarixini də öyrənməyi unutmayıb. Zakir müəllim üçün 
bu gün Qara
bağ mövzusu çox müqəddəsdir. Onun bədii yaradıcı-
lığının ən zərif, kövrək və yaralı yeridir. İllər ötsə də, şair qəlbin-
dəki Qarabağ dərdini heç cür unuda bilmir. Həmin torpaqlara bir də 
qovuşmağı, onları gəzib-dolaşmağı, bir daha yaxından görüb tərən-
nüm etməyi arzulayır: 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə