Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə4/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   2   3   4   5   6   7   8   9   ...   348
2018-997

 
 
Neç
ə vaxdır çatmır mənə nübarı, 
Ür
əyimdə kök bağlayıb qubarı. 
Yağı düşmən dərir bağdan “ o barı”, 
K
əhər atlar həsrət qalıb qırmanca, 
Şuşa üçün darıxmışam yamanca. 
V
ə sonda: 
M
ən qəlbimi Qarabağda qoymuşam
V
ətənimdə qaçqın, sürgün olmuşam. 
H
əsrət dolu günlərimdən doymuşam, 
Xanın kəndi hər gün yada salınsın, 
Şuşa üçün zəfər marşı çalınsın. 
O yerl
ərə yenə sahib olaq biz
Yurdumuzu düşmənlərdən alaq biz. 
Xainl
əri gərək oda salaq biz, 
Daha b
əsdir, od səbrimiz tükəndi
Bizimkidir Şuşa ilə Xankəndi! 
Şair doğma Qarabağ torpaqlarının düşmən tərəfindən işğalına 
öz 
ciddi etirazını bildirir və poeziyanın dili ilə düşmən tərəfindən 
tutulmuş həmin ərazilərin tezliklə özümüzə qaytarılmasını tələb 
edir. 


12 
Qeyd etməliyəm ki, bu kitabında da dünyanın 11 növ iqlimin-
dən 9-na malik olan füsunkar Azərbaycan təbiəti Zakir Bayramlı 
yaradıcılığının şah mövzularındandır. Demək olar ki, onun əsas 
yaradıcılıq obyektidir. Şair-publisistin ilham mənbəyinin mayası 
olan ana təbiətin gözəlliklərinə yazdığı şeirlərində bu məqsədinə 
bi
ganə qala bilməyib. Əsrarəngiz doğma təbiətimizi sevə-sevə öz 
əsərlərində sözün bədii boyaları ilə tərənnüm etməyə çalışıb. 
Müəllifin “Təbiətə səyahət” şerindən bir parçanı oxuculara təqdim 
etməklə onu əyani şəkildə göstərək:
Ana t
əbiətdə nələri gördüm, 
Heyranı olduğum yerləri gördüm. 
Keçdim şəlaləli dağ çaylarından, 
Yol aldım dağların dolaylarından. 
Rast oldum suları buz bulaqlara, 
Baxdım başı qarlı, buzlu dağlara. 
Çoxdur t
əbiətdə sonalı göllər, 
Düzl
ərdə, dağlarda suları “göylər”. 
Mavi d
ənizlərə axan çayların, 
Saxlaya bilm
ədim yadda sayların. 
H
ələ çox sirrini aça bilmədim, 
Sehrind
ən yayınıb qaça bilmədim… 
Müəllifin kitabının “Vətənin tərənnümü” adlı birinci 
bölməsində “Gör nə gözəldir” şeiri xüsusi yer tutur. Əsərdə 
Azərbaycan adlı cənnət məkanın gözəlliklərini o, şeiriyyətin dili ilə 
belə nəzmə çəkib:

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə