Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə43/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   39   40   41   42   43   44   45   46   ...   348
2018-997


Orlyonok” hərbi 
idman oyunu komandası rayonun orta məktəbləri arasında 
keçiri
lən bütün növlər üzrə idman yarışlarında qələbə qazan-
dığına görə məktəbin 17.03.1975-ci il tarixli 644 №-li əmrilə 
yarışmanı keçirən təşkilat komitəsinə və yarış üzvü olan 30 
nəfər şagirdə məktəb direktoru tərəfindən təşəkkür elan edilib. 
1974/1975-
ci tədris ilində məktəbdə ədəbiyyat və tarix 
dərslərinin şagirdlər tərəfindən yaxşı mənimsənilməsini həyata 
keçirmək məqsədilə tarixi yerlərə ekskursiyalar təşkil olunmuşdur. 
Bu məqsədlə məktəbdə oxuyan 61 nəfər IX-X sinif şagirdi iki 
istiqamətə - Bakı və Dərbənd şəhərlərinə ekskursiyaya göndəril-
ib
lər. Ekskursiyalara rəhbərlik işi məktəbin müəllimləri Ə. Əzizov, 
H.
Quliyev və M.Quliyevaya həvalə edilmişdi. 
1973/1974-
cü dərs ilində Dəvəçi XMŞ tərəfindən məktəbin 
rəhbərliyində kadr dəyişikliyi edilib. Məktəbin direktoru İsbat 
İsaqov Dəvəçi RXMŞ-nin 18 oktyabr 1973-cü il tarixli 485 №- 
əmrinin 1-ci paraqrafı ilə ərizəsinə əsasən tutduğu vəzifədən azad 
edilərək işlədiyi məktəbdə ixtisası üzrə müəllim saxlanılıb. 
Həmin 
əmrin 2-ci paraqrafı ilə RXMŞ-nin müdiri işləmiş ali təhsilli 
coğrafiya müəllimi Tamara Qasımova məktəbə direktor 
vəzifəsinə təyin edilib. 
01 yanvar 1974-
cü il vəziyyətinə məktəbə aşağıdakı məsul 
şəxslər rəhbərlik edib: 
Direktor - 
Tamara Qasımova, direktorun təlim-tərbiyə işləri 
üzrə müavini- Nadir Qəribov, ibtidai siniflər üzrə təlim-tərbiyə 
işlərinə təhkim olunmuş direktor müavini- Hüseynağa İdrisov, 
təşkilatçı - Rəfiqə Dəmirova, direktorun təsərrüfat işləri üzrə müa-
vini - 
Bayram Rzayev, hərbi rəhbər - Ələmşah Qurbanov, partiya 
təşkilatı katibi - Fəzilə Əliyeva, yerli komitə sədri - Mariya 
Filippova, valideynlər komitəsinin sədri - Müslüm Mayılov, məktə-
bin müəllim komsomol təşkilatı katibi - Rübabə Məmmədova 
PBDR - 
Südabə Əsədullayeva, laborantlar - Sədaqət Əsgərova və 
Şərqiyyə Quliyeva, kitabxanaçılar - Şahnaz Sultanova, Solmaz 
Nurməmmədova, Məturə Əmrahova və başqaları. 
1975-
ci ilin aprel ayında məktəbdə fizika müəllimi Fikrət 
Əfəndiyevin rəhbərliyi ilə “Şən və hazırcavablar” klubunun yarış-


79 
ması keçirilib. Bilik yarışmasında IX-“v” sinfinin şagirdlərindən 
Nurəddin Məmmədov, Şəfəq Fazilova və Aydın Rzaquluyev qalib 
gəlib. Məktəb direktorunun 10.04.1975-ci il tarixli 654 №-li əmrilə 
fənn müəlliminin və qalib şagirdlərin şəxsi işinə yazılmaqla 
təşəkkür elan edilib. 
25 aprel 1977-
ci ilə məktəbə aşağıdakı cavabdeh şəxslər 
rəhbərlik edib: 
Tamara Qasımova- direktor, Nadir Qəribov - təlim-tərbiyə 
işləri üzrə direktor müavini, Hüseynağa İdrisov - ibtidai siniflər üzrə 
direktor müavini, Rəfiqə Dəmirova - təşkilatçı, Bayram Rzayev - 
təsərrüfat işləri üzrə direktor müavini, Ələmşah Qurbanov - hərbi 
rəhbər, Şəfiqə Hüseynova - ilk partiya təşkilatı katibi, Teymurşah 
Mehrabov - 
həmkarlar təşkilatının sədri, Fikrət Əfəndiyev - 
komsomol təşkilatımnın katibi, Südabə Əsədullayeva - PBDR və b. 
Həmin tarixə məktəbdə aşağıda adları qeyd edilən ixtisaslı 
müəllimlər tədris işinə cəlb ediliblər: 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə