Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə51/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   47   48   49   50   51   52   53   54   ...   348
2018-997

Xarici dili fənni üzrə:
Elmira Bədəlova, Ömər Əkbərov, 
Almaz Kərimova, Nailə Cəbrayılova, Ruqiyyə Atakişiyeva, Xanım 
Məcidova. 
Bədən tərbiyəsi fənni üzrə:
Məqami Hüseyn, Adil Ağayev, 
Tərlan Babayev, Ziyada Quliyeva. 
Əmək və rəsmxət fənni üzrə:
Ələmşah Qurbanov, Gülşən 
Əhmədova, Zöhrə Bağırova, Məhvirət Hüseynova. 
Nəğmə və musiqi fənni üzrə:
Esmira Məmmədova. 
1982/1983-
cü dərs ilində məktəbin 30-a yaxın sinifinə şagird 
qəbulu planı müvəffəqiyyətlə yerinə yetirilmiş, aşağıdakı siniflərə 
göstərilən miqdarda şagird cəlb edilmişdi: 
İki hazırlıq sinfinə 50 nəfər, iki I sinfə 82 nəfər, iki II sinfə 82 
nəfər, iki III sinfə 81 nəfər, üç IV sinfə 92 nəfər, iki V sinfə 81 
nəfər, üç VI sinfə 88 nəfər, üç VII sinfə 97 nəfər, üç VIII sinfə 107 
nəfər, üç IX sinfə 100 nəfər, dörd X sinfə 124 nəfər, cəmi 29 sinfə 
984 nəfər şagird. 
01 sentyabr 1982-
ci il vəziyyətinə məktəbin idarə olunması 
aşagıdakı rəhbər şəxslərə tapşırılmışdı:
Məktəbin direktoru- Nofəl Məmmədov, təlim-tərbiyə işləri 
üzrə direktor müavinləri Nadir Qəribov və Əzizağa Əzizov, 
təşkilatçı- Rəfiqə Dəmirova, həmkarlar təşkilatının sədri- Leyla 
Həsənzadə, təsərrüfat işləri üzrə direktor müavini-Bayram Rzayev, 
hərbi rəhbər- Ələmşah Qurbanov, kitabxanaçı- Gülzar Quliyeva, 
laborantlar-
Şərqiyyə Quliyeva və Sədaqət Pirquliyeva, emalatxana 
müdiri – 
Arzu Hacıyeva və başqaları. 
Dəvəçi RXMŞ-nin 14.10.1982-ci il tarixli 470 №-li və 
məktəbin 27.10.1982-ci il tarixli 113 №-li əmrlərinə əsasən məktə-
bin IX siniflərində oxuyan 41 nəfər şagirddən ibarət avtomobil işi 
öyrənən qrup təşkil edilib. Bu qrupda məşğələ keçmək üçün Dəvəçi 
şəhərindəki 2721 №-li avtodəstənin dəstə rəisi vəzifəsində çalışan 
Vaqif Minaşah oğlu Orucəliyev məktəbə bu sahə üzrə ixtisas 
müəllimi (əvəzçiliklə) təyin edilib. 
1982/1983-cü t
ədris ilinin sonunda bütün fənlərdən illik əla 
qiymətlər aldığına və nümunəvi davranışına görə I siniflər üzrə 35 
nəfər, II siniflər üzrə 21 nəfər, III siniflər üzrə 27 nəfər, IV siniflər 


89 
üzrə 15 nəfər, V siniflər üzrə 13 nəfər, VI siniflər üzrə 7 nəfər, VII 
siniflər üzrə 7 nəfər, cəmi 125 nəfər şagirdə tərifnamə verilib (Əmr 
№ 50 31.05.1983-сü il). 
X sinifin buraxılış imtahanlarını müvəffəqiyyətlə verdiklərinə 
görə məktəbin 120 məzununa orta təhsil haqqında attestat verilib. 
X-
XI siniflərdə illik “5”qiymət alan, ayrı-ayrı fənnlərin 
öyrənilməsində xüsusi uğur qazanan X sinfi bitirmiş 30 nəfər 
məzuna məktəb direktorunun əmrinə əsasən tərifnamə verilib. 
01 sentyabr 1983-
cü il tarixə məktəbdə yeni dərs ilində 
fəaliyyət göstərəcək üç I sinfə 92 nəfər şagird qəbul edilib. 
1983/1984-
cü tədris ilinin sonunda məktəbin VIII sinfini 
bitirmiş 91 nəfər şagirdə təhsil haqqında şəhadətnamə verilib. İllik 
və bütün fənnlərdən “5” qiymət alan və nümunəvi əxlaqı olan 7 
nəfər şagirdə isə əlaçılıq haqqında tərifnamə verilib. 
Həmin tədris ilinin yekununda məktəbin X sinfini bitirmiş 93 
nəfər məzuna orta məktəbi birirmək haqqında attestat verilib. 
Məktəbin IX və X siniflərini bitirmiş 18 nəfər şagird isə illik və 
yekun qiymətləri “5” olduğu üçün tərifnamə alıblar. 
1984/1985-
ci dərs ilinin 01 sentyabr vəziyyətinə məktəbin iki 
hazırlıq sinfində 57 nəfər, iki I sinfdə 68 nəfər, üç II sinfdə 93 nəfər, 
iki III sinifdə 82 nəfər, iki IV sinifdə 80 nəfər, iki V sinifdə 79 
nəfər, üç VI sinifdə 90 nəfər, iki VII sinifdə 77 nəfər, üç VIII 
sinifdə 84 nəfər, iki IX sinifdə 70 nəfər, üç X sinifdə 94 nəfər, cəmi 
26 sinifdə 874 nəfər şagird ümumi orta təhsilə cəlb edilib. 
Həmin dərs ilində təhsil müəssisəsində avtomobil peşəsi üzrə 
ixtisasa yiyələnmək məqsədilə məktəbin IX siniflərində oxuyan 43 
nəfər şagird avtomobil işi üzrə təşkil edilmiş qrupa daxil edilib. 
O dövrlərdə məktəbdə ibtidai sinifdə oxuyan şagirdlərin nəza-
rətdən kənar qalmaması, daha sağlam böyüməsi üçün dövlət səviy-
yəsində xüsusi proqram vardı. Bu proqram özünü məktəblərdə təş-
kil edilmiş günüuzadılmış qruplar şəkilində göstərirdi. Kiçik 
məktəbyaşlı şagirdlərin ev tapşırıqlarına mükəmməl hazırlaşması,
onların maddi təminatı və təhlükəsizliyi tam təmin edilirdi. Köməyə 
ehtiyacı olan və işləyən valideynlərə yardım və s. məqsədilə bu 
günüuzadılmış qrupların böyük əhəmiyyəti vardı. Qruplarda tərbiyə 
alan uşaqlar üçün bütün oyunların və məşğələlərin təşkil edilməsi, 


90 
onların istirahəti, yatacaqla təmin edilməsi, gündə iki və ya bir dəfə 
yemək verilməsi işi hamısı dövlət hesabına idi. 
Burada uşaqlar müxtəlif əyləncələrlə, maraqlı oyunlarla 
məşğul idilər. Bu isə hər iki valideyni işdə olan fidan balaların pis 
vərdişlərdən uzaq olmasına, onların xüsusi qayğı ilə böyüyərək 
gələcəkdə sağlam ruhlu yeniyetməyə və gəncə çevirilməsinə xidmət 
edirdi. 
1984/1985-
ci tədris ilində məktəbdə 240 nəfər şagirdi əhatə 
edən yuxarıda qeyd etdiyim tədbirlərin keçirilməsinə məsuliyyət 
daşıyan 8 belə günüuzadılmış qrup vardı. 
Həmin dərs ilinin sonunda məktəbin üç səkkizinci sinfinin 
buraxılışı oldu. 83 nəfər şagird həmin sinifləri bitirərək təhsil 
haqqında şəhadətnamə aldı. Onlardan 6 nəfərinə isə bütün fənlərdən 
illik və yekun əla qiymət aldıqlarına görə fərqlənmə- tərifnaməsi 
verilib. 
1984/1985-
ci dərs ilinin yekununda məktəbin üç X sinfində 
təhsil alan 80 nəfər məzun məktəbi bitirərək orta təhsil haqqında 
attestat alıb. Oxuduğu müddət ərzində, o cümlədən IX və X 
siniflərdə bütün fənlərdən illik, imtahanlarda və yekun “5” qiymət 
aldığına, nümunəvi davranışa malik olduğuna, məktəbin ictimai 
işlərində fəal iştirakına və fənn olimpiadalarında yer tutduğunu 
nəzərə alaraq 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə