83
Məktəbin arxivini araşdırarkən rastlaşdığım 24.10.1978-ci il
tarixli 239 №-li əmr də elə bu mövzudan söhbət açır. Əmrdə deyilir
ki, məktəbdə
təhsil alan şagirdlərin, xüsusilə gənclərin Vətənpər-
vərlik tərbiyəsini yaxşılaşdırmaq, onları ordu sıralarına hazırlan-
masını səmərəli təşkil etmək məqsədilə X sinif şagirdlərindən ibarət
“Zirvə” əməliyyatı keçirilib. Məktəbdə yaradılmış 15 nəfərdən
ibarət təşkilat komitəsi Dəvəçi rayon Hərbi Komissarlığı ilə birlikdə
məktəb şagirdlərinin gələcək hərbi xidmətə hazırlığının səviyyəsini
öyrənib və təhlil edib.
Fəaliyyət göstərdiyi müddətdə məktəb
təkcə şagirdlərə bilik
verməklə kifayətlənməyib. O, təhsil verdiyi şagirdlərinin siyasi
savadının artırılmasını və dünya görüşünün formalaşmasını da daim
diqqət mərkəzində saxlayıb. Araşdırma apararkən mən 25.10.1978-
ci il tarixli 240 №-li belə məzmunda tərtib
edilmiş bir əmrə rast
gəldim. Əmrdə qeyd edilir ki, məktəbdə şagirdlərin siyasi savadını,
onların dünyagörüşünü daha da inkişaf etdirmək məqsədilə “Dünya
həftə ərzində” rubrikası altında siyasi məlumat günü keçirilməsi
qərara alınıb. Bu məqsədlə yaradılmış təşkilat komitəsinə məktəbin
tarix müəllimi Nurbala Hüseynov rəhbər edib.
Bu tədbirin qrafik
üzrə məktəbdə keçirilməsi təkcə siyasi məqsəd daşımayıb. O həm
də məktəbdaxili nizam-intizamın, qayda-qanunun hamı
tərəfindən
gözlənilməsinə xüsusi önəm verirdi.
Məktəbdə şagirdlərin elmi dünyagörüşünün formalaşması
məqsədi ilə də mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilib.
Buna məktəbdə vaxtaşırı keçirilən şeir, rəsm, inşa-yazı və seir mü-
sa
biqələri, eləcə də müxtəlif bilik gecələrini misal göstərmək olar.
Məktəbin 25.01.1979-cu il tarixli 10 №-li əmrində “Kimyanın
möcüzələri” adlı gecənin keçirilməsi haqqında məlumat verilib.
Böyük maraqla izlənilən bu gecə məktəbin bütün kimyasevərlərinin
ürəyincə olub. Gecənin yüksək təşkilatçılıqla və səmərəli şəkildə
keçirilməsini təmin etdiyinə görə həmin əmrin ikinci paraqrafında
məktəbin kimya müəllimləri Zümrüd
və Mahirə Məmmədovalara
məktəb rəhbəri tərəfindən təşəkkür elan edilib.
25 aprel 1979-
cu il tarixdə Azərbaycan Respublikası Maarif
Nazirliyi, Azərbaycan KP Dəvəçi RK-cı və rayon XMŞ tərəfindən
məktəbin rəhbərliyində kadr dəyişikliyi edilib.
Əhməd Məmməd
84
o
ğlu Əkbərov məktəbin direktoru vəzifəsindən azad edilib.
Dostları ilə paylaş: