Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə46/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   42   43   44   45   46   47   48   49   ...   348
2018-997

məktəbin direktoru 
vəzifəsi müvəqqəti olaraq məktəbin təlim-tərbiyə işləri üzrə 
direktor müavini Nadir Bəylər oğlu Qəribova həvalə edilib.
Fənn dərnəklərinin müasir təhsilin tələbləri səviyyəsində 
inkişafı və onların tədrisi işində xüsusi yer tutması məktəbin 
yarandığı 5 il ərzində özünü xüsusi göstərib. Bu sahədə dərnəklərə 
cəlb edilmiş şagirdlərin bilik və bacarıqlarının daha da artırılması 
həmişə ön plana keçib. Həmin məsələnin həllinə məktəbin nüfuzlu 
və səriştəli müəllimləri cəlb olunub.


82 
Məktəb şagirdlərinin meyl və maraqları, müəllimlərin isə bilik 
və bacarıqları nəzərə alınaraq 1978/1979-cu dərs ilində təşkil edil-
miş kimya (rəhbəri Roza Abbasova), riyaziyyat (rəhbəri Ağakərim 
Ağarzayev), fizika (rəhbəri Ağabəy Quliyev), rus dili (rəhbəri Aliyə 
Nəzirova), bədii özfəaliyyət və digər dərnəklərin fəaliyyət göstər-
məsi o dövrdə məktəbdə tədrisin inkişafına xeyli kömək edirdi.
10 may 1978-
ci il tarixdə
 
ali təhsilli rus-dili müəllimi 
Əhməd Məmməd oğlu Əkbərov məktəbə direktor təyin edilib. 
Məktəbin 10.05.1978-ci il tarixli 236 №-li əmrilə məktəbin 
ayrı-ayrı siniflərində nizam-intizamı möhkəmlətmək, mövcud 
nöqsanları tənqid edərək aradan qaldırmaq məqsədilə ayda iki dəfə 
işıq üzü görən “Sancaq” satirik divar qəzetinin buraxılması qərara 
alınıb. Qəzetin redaktoru məktəbin müəllimi Zümrüd Məmmədova, 
üzvləri isə Rəfiqə Dəmirova, Hafiz Quliyev,Tofiq Poladov və 
Münəvvər Quliyeva idilər. 
Bu məktəbin bilikli və təcrübəli müəllim kadrlarının səsi- 
sorağı məktəbdən çox-çox uzaqlara yayıldıqca onların ildən-ilə 
rayonun nüfuzlu idarə və təşkilatlarına məsul və rəhbər işlərə irəli 
çəkilməsi məsələsi gündəmə gəlirdi. Məsələn: Məktəbin 
10.10.1978-
ci il tarixli 237 №-li əmrində göstərilib ki, 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə